Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1201/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X1 nümayəndəsi Hüseynov Fərid Vilayət oğlunun, Məhkum və onun müdafiəçi si Saatlı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-in və ya CM-in) 247-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(106)-775/2023 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:
1. Məhkum xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsil li, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri M.V.Vidadi küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum 27 iyun 2005-ci il tarixdə təsis edilərək həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgəsində qeydə alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 may 2021-ci il tarixdən direktoru vəzifəsində işləyərkən Saatlı Rayon İcra Hakimiyyəti başçısının 04 dekabr 2007-ci il tarixli 242 nömrəli sərəncamı ilə 50 il müddətinə qum materiallarının çıxarılması və istehsalı üçün Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində Araz çayının yatağından 4 hektar torpaq sahəsi nin ayrılması barədə həmin tarixli icarə müqaviləsi əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 5 il müddətinə verilmiş 12 iyun 2019-cu il tarixli 01183 nömrəli Dağ-mədən ayırması barədə akta və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 tərəfindən verilmiş 12 iyun 2019cu il tarixli ER-22/226 nömrəli Ekoloji Ekspertiza rəyinə əsasən qeyd edilən “Hacıqasımlı” qum yatağında qum materiallarının çıxarılması və istehsalı fəaliyyətini həyata keçirməli olduğu halda, özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ona bu məqsədlə ayrılmış yuxarıda qeyd edilən torpaq sahəsinin qonşuluğunda yerləşən 4895 kvadratmetr sahəsində orta istismar dərinliyi 1.6 metr olmaqla 7832 kubmetr həcmində qanunsuz qum çıxarılması və istehsalı fəaliyyətini həyata keçirib 07 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan müddət ərzində 109648,0 manat qum istehsal edib istismar sahəsində korlanmış torpaq sahələrinin bərpası (dağ-texniki rekultivasiya) sahəsində üzərinə düşən vəzifələrini yerinə yetirməyərək təbiətə ağır nəticələrə səbəb olan zərər vuraraq həmin hərəkətləri ilə təbiət obyektlərinin qorunub saxlanılmasının, ətraf mühitin sağlamlaşdırılmasının, əhalinin radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlətin fəaliyyət göstərdiyi “Ətraf mühitin mühafizəsi haqqında” 08 iyul 1999-cu il tarixli, “Ekoloji təhlükəsizlik haqqında” eyni tarixli, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 30 dekabr 1997-ci il tarixli qanunları il ə tənzimlənən mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
3. Həmçinin, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 247 və 308.1-ci maddələr ilə təqsirli bilsə də, onun qeyd olunan hərəkətlərlə təbiətə vurduğu maddi ziyanın miqdarını 109648,0 manat deyil, 25032,0 manat müəyyən etmişdir.
4. Saatlı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 26 sentyabr 2023-cü il tarixli, 1(055)-45/2023 nömrəli hökmü ilə Məhkum CM-in 247 və 308.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 247-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə qum-çınqıl istehsal edən qurumlarda rəhbər vəzifələr tutmaq hüququndan məhrum etmə cəzasına, CM-in 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə qum-çınqıl istehsal edən qurumlarda rəhbər vəzifələr tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, 12 yanvar 2023cü ildən 21 aprel 2023-cü ilədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 9 (doqquz) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 18 (on səkkiz) azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş, hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması və 1 (bir) il 6 (altı) ay müddətə qum-çınqıl istehsal edən qurumlarda rəhbər vəzifələ r tutmaq hüququndan məhrum etmə cəzası saxlanılmış, cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, mülki iddia qismən təmin olunaraq Məhkum 20032 (iyirmi min otuz iki) manat alınaraq Ekologiya və Təb ii Sərvətlər Nazirliyinin X10 Bərpası üzrə Dövlət Fonduna ödənilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir.
5. Hökmdən narazı qalan Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət məhkəmə tərkibində) 08 dekabr 2023-cü il tarixli, 1(106)-775/2023 nömrəli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayətinin qismən təmin edilməsi, Məhkum CM-in 247 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi, Məhkum elan olunmuş ittihamdan CM-in 308.1-ci maddəsinin xaric edilməsi, Məhkum CM-in 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və həmin Məcəllənin 46.2-ci maddəsinə tətbiq olunaraq ona 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Məhkum 12 yanvar 2023-cü ildən 21 aprel 2023-cü ilədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 9 (doqquz) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 18 (on səkkiz) azadlığın məhdudlaşdırılması cəzasına b ərabər tutulması və həmin müddətin hazırkı hökmlə təyin edilmiş əsas cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 5 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, əsas cəzanın icrasının müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə təyin edilmiş əsas cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, Məhkum üzərindəki nəzarəti Saatlı rayon İcra və probasiya şöbəsinin həyata keçirməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X1 Məhkum qarşı maddi ziyanla bağlı iddiasının qismən təmin edilməsi, Məhkum 103648 (yüz üç min altı yüz qırx səkkiz) manat alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 Bərpası üzrə Dövlət Fonduna ödənilməsi müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(106)-775/2023 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İİ. Kassasiya p rotestinin dəlilləri və etirazlar:
8. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında öz əksini tapan sübutlara istinadlar edilərək Məhkum CM-in 308.1-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifi mübahisələndirilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq məhkuma qarşı irəli sürülmüş ittihamdan CM-in 308.1-ci maddəsini xaric etmişdir. Belə ki. Məhkəmə CM-in 308-ci maddəsinin “Qeyd”-inin 3 və 4-cü bəndlərində göstərilənlərlə, yəni Məhkum vəzifəli şəxs olması ilə razılaşsa da, onun vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməməsi qənaətinə gəlmişdir.
9. Həmçinin, kassastor məhkuma təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək, məhkəmələr tərəfindən onun barəsində cəzasını yüngülləşdirən halların düzgün müəyyən edilmədiyini qeyd etmişdir.
10. Bununla da, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPMin”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmiş və ona həddindən artıq yüngül cəza təyin edilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkə məsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(106)-775/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
11. Məhkum kassasiya protestinə qarşı yazılı etiraz verərək, dövlət ittihamçısı tərəfindən verilmiş protestin dəlilləri qismində qeyd edilən, məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış vurulmuş ziyanı qismən ödəməsinin, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsinə əsas verən dəlillərə istinadlar etmiş, həmçinin əməlinin əlavə olaraq CM-in 308.1-ci maddəsi ilə də tövsif edilməsi ilə raz ılaşmayaraq, buna dair apellyasiya instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmiş, qeyd etdikərinə əsasən məhkəmə kollegiyasından kassasiya protestinin təmin edilməməsini xahiş etmişdir.
12. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X14 X1 nümayəndəsi Hüseynov Fərid Vilayət oğlu kassasiya protestinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
15. Kassasiya icraatı zamanı məhk əmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya protestinin dəlillərinə etirazlar edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsasl ar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə məhkumun CM-in 308.1-ci maddəsi ilə olan əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, həmçinin onun barəsində həddindən artıq yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1. 21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(106)775/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 22 iyun 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əmə ldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
23. İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 308.1-ci maddəsi ilə verilmiş ittihamın əsasını onun yerin təkindən faktiki istifadə edərək təbiətin mühafizəsi üzrə cavabdeh şəxs (eyni zamanda vəzifəli şəxs) kimi ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 21 və 46- cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıla rın normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, eləcə də “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən müəssisənin, qurğular və başqa obyektlərin istismarı, ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş, bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsini həyata keçirməli, həmin Qanunun 6-cı maddəsinə əsasən ətraf mühitin qorunmasına borclu olduğu halda, qanunvericiliyin həmin tələblərini yerinə yetirməmiş, nəticədə "xxxx" MMC-yə ayrılmış ərazidən kənarda qanunsuz qum hasilatı aparmaqla təbiətə ağır nəticələrə səbəb olan zərər vurması olmu şdur.
24. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, vəzifə səlahiyyətlərindən sui-istifadənin vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə olunmasını və cinayət tərkibinin belə hərəkətləri qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranmasını, Məhkum əməlində isə qeyd edilən halın mövcud olmaması qənaətinə gəlinməsi, daha dəqiqi ona verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin xaric edilməsi nəticəsinə gəlməsi qanuni və əsaslı olmuşdur.
25. Kollegiya, apellyasiya instansiyası məhkəməsi tərəfindən AR CM-in 308.1-ci maddəsi ilə itt ihamın irəli sürülməsi üçün yetərli olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, apellyasiya protestinin dəlilləri ilə eynilik təşkil edən, məhkumun ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifadələrinə, şahid ifadələrinə, müvafiq istintaq hərəkəti protokollarına münasibətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.
26. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və y a hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
28. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
30. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
31. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
32. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
33. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməs inin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
34. Məhkəmə kollegiyası eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində göstərilən məhkuma təyin edilmiş cəzanın həddən artıq yüngül olmasına münasibətdə aşağıdakıları qeyd edir.
35. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlük əli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi m üddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
36. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsir karın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
37. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
38. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
39. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
40. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayr ı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
41. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
42. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
43. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul he sab edilə bilər.
44. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçı rılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
45. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
46. Apellyasiya məhkəməsi apellyasiya müraciətləri ilə qismən razılaşıb, məhkum barəsində yeni hökm çıxarıb, Məhkum cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (himayəsində iki nəfər azyaşlı uşağının olmasını, hər iki uşağının “Epilepsiya” xəstəliyindən əziyyət çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən, yəni 6000 (altı min) manatını ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasın), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi halla r nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha çox həddə cəza təyin olunmasını qanunamüvafiq saymamışdır.
47. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin qənaətinə və dövlət ittihamçısı tərəfindən bunun qanunsuz və əsassız olmasına dair verilmiş kassasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, apellyasiya ins tansiya məhkəməsi də məhkuma 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə həmin cəzanın məqsədlərinə nail olunmasını haqlı olaraq mümkün hesab etmişdir.
48. Göründüyü kimi, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə və əməlin tövsifinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da apellyasiya protestində irəli sürülmüş həm məhkum barəsində təyin edilmiş cəzanın həddinin artırılması, həm də onun əməlinin hüquqi tövsifinə dair tələblərlə qismən razılaşaraq, həmin dəlillərə münasibətdə kifayət qədər geniş əsaslandırma apararaq yeni hökm çı xararaq məhkuma qarşı irəli sürülmüş ittihamdan CM-in 308.1-ci maddəsinin xaric edilməsi qənaətinə gəlmişdir.
49. Kassasiya protestinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya protestində gətirilən digər halları Məhkum cəzasının ağırlaşdırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya i nstansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilmiş cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin hökm maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi v ə ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
52. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(106)-775/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2023-cü il tarixli, 1(106)-775/2023 nömrəli hökmü Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittih amının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.