Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1202/2022 17.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və məhkum Müdafiəçi1 iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli hökmünə əsasən Müdafiəçi1 Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim X8) 21 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxx 1999-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Naftalan şəhəri, X7 11 saylı küçə, ev 15 ünvanında qeydiyyatda olmaqla yaşayan Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəs ində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, hökmün icrasına nəzarət Müdafiəçi1 yaşayış yeri üzrə Naftalan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Müdafiəçi1 üzərinə şərti məhkum etmə dövründə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən m əlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X2 ibarət tərkibdə) 18 mart 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Müdafiəçi1 müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Müdafiəçi1 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 1(006)-93/2022 saylı hökmü məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hö kmünə əsasən Müdafiəçi1 Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş zəhərli maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli və ya yaxud bəyan etməməklə keçirmişdir. Fərziyev X6 şəhərində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 25,585 qram sink-fosfid zəhərli maddəsini iki bükümdə qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir cüt qadın idman ayaqqabısının hər tayının içliyinin daban hissəsində ayrı-ayrılıqda bir büküm olmaqla gizlətmiş, həmin bir cüt ayaqqabını bir bağlamada qablaşdıraraq xx.xx.2020-ci il tarixdə RR009814064AZ saylı beynəlxalq poçt göndərişi ilə Rusiya Federasiyasında yaşayan qohumu X4 çatdırılması üçün Naftalan Mərkəzi poç t şöbəsinə təhvil vermiş, xx.xx.2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri, Nəsimi rayonunun inzibati ərazisində yerləşən "Poçt Göndərişləri gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək göndərilməsinə nail olmuş, həmin bağlama alıcısı tərəfindən təhvil alınmadığı üçün Azərbaycan Respublikasına geri qaytarılmış və xx.xx.2020-ci il tarixdə ‘Poçt Göndərişləri" gömrük postunda keçirilmiş yoxlama zamanı 25,585 qram sink-fosfid zəhərli maddəsi aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Müdafiəçi1 qarşı irəli sürülmüş ittihamda CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət iqtisadi fəali yyət sahəsində olan cinayətlər kateqoriyasına aid olmaqla subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, əməlinin ictimai təhlükəliliyi isə ilk növbədə həmin cinayətin obyekti ilə bağlıdır. Qaçaqmalçılıq cinayətinin ictimai təhlükəliliyi cinayət tərkibinin obyektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların və digər əşyaların dövlətin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından, bununla da dövlətin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasından ibarətdir. Digər tərəfdən, zəhərli maddənin ölkədən başqa ölkəyə göndərilməsi daxili ictimai asayişi, həmçinin ən mühüm dəyərlərdən biri olan insan sağlamlığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsin i tətbiq edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən cinayətin törədilməsi üsulunu, yəni məhkum edilmiş şəxsin qeyd edilən maddələri gömrük sərhədində müəyyən edilmiş qaydada bəyan etməməklə törətməsini nəzərə almamışdır. Qeyd olunan hal Müdafiəçi1 azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkünsüzlüyünü və şərti məhkum etmənin onun islah olunmasına cavab vermədiyini göstərsə də, məhkəmə belə hallara əhəmiyyət verməmiş və bununla da CM-nin 8, 58, 70ci maddələrinin tələblərini pozaraq məhkum edilmiş şəxsə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli hökmü ilə təyin etmiş cəzanın şərti olaraq tətbiq etməsi barədə mövqeyi ilə razılaşmaqla haqlı olmamışdır. Müdafiəçi1 zəhərli maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən başqa ölkəyə göndərilməsi törətdiyi cinayət, xüsusilə həmin cinayətin törədilməsi üsulu onun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olduğunu açıq surətdə göstərir. Lakin, məhkəmə kollegiyası Müdafiəçi1 aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərək həmin cəzanı şərti hesab edərkən göstərilən halları, həmçinin Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən halları, yəni onun şəxsiyyətini, əməlinin ictimai təhlükəliliyinin xarakterini, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Məhkəmənin belə nəticəyə gəlməsi tam əsassız olmaqla qanunun qeyd olunan norma və prinsiplərinə ziddir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə məhkəmə yuxarıda göstərilən xüsusatlara olduqca səthi yanaşmış və qanunsuz olaraq təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci m addəsini tətbiq etməklə cəmiyyətdən təcrid olunmalı olan şəxsi azadlıqda saxlamış, apellyasiya instansiyası məhkəməsi isə həmin qərar qanuni vəsaslı hesab etmişdir. Buna görə də, məhkəmənin Müdafiəçi1 yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməkdə və təyin etdiyi cəzanı şərti tətbiq etməkdə, apellyasiya instansiyası məhkəməsi isə həmin qərarı dəyişdirilmədən saxlamaqla haqlı olmadığı və şərti məhkum etmənin onun islah olunmasına cavab vermədiyi açıq-aydın görünür. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın şərti hesab olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni və əsaslı hesab edərək, hökmün dəyişdirilmədən saxlanılması barədə qərarını əsaslandırmağa çalışarkən aşağıdakı dəlil gətirmişdir: “hazırki cinay ətin predmeti olan zəhərli maddə sink-fosfidi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısına daxil edilmişdir ki, bu da həmin maddənin əvvəllər zəhərli maddə hesab edilməməsinə, siyahıda olan digər zəhərli maddələrdən fərqli olaraq, onun ictimai təhlükəliliyinin yeni müəyyən edilməsinə dəlalət edir. Kassasiya protestində Müdafiəçi1 Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olu nmaması barədə məhkumun, kassasiya protestinin təmin olunması dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin b axışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhk əmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum Müdafiəçi1 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmaqla şərti hesab olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun əd alət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, o nun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cə zalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədaləti n bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və i ctimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Müdafiəçi1 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cina yətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halları, yəni özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, etdiyi əməli dərk etməməsini, evli olmaqla arvadının uşaqlıqdan əlil olmasını, evə qazanc gətirən yeganə şəxs olmasını, məhkumluğunun olmamasını, cavan olmasını, səhhətində xasiyyətinin psixopatik cizgiləri müəyyən edilməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə təyin etdiyi azadlıqdan məhrum etmə cəzasını təyin etmiş və məhkum Müdafiəçi1 həmin cəzanı çəkmədən də islah olunması qənaətinə gələrək onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Müdafiəçi1 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirdiyi zəhərli maddə olan sink-fosfid maddəsi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş zəhərli maddələrin siyahısına (2 nömrəli əlavə, Sıra №-si 41) daxil edilmişdir. Bu da həmin maddənin əvvəllər zəhərli maddə hesab edilməməsinə, siyahıda olan digər zəhərli maddələrdən fərqli olaraq, onun ictimai təhlükəliliyinin yeni müəyyən edilməsinə dəlalət edir. Belə olan halda məhkəmə kollegiyası Müdafiəçi1 zəhərli maddə olan sink-fosfidi təyinatı üzrə deyil, öz inancına görə istifadə etməsini (yəni məqsədi həmin maddəni ayaqqabının dabanına qoymaqla xalası qızının boşanmasının qarşısı almaq olmuşdur) nəzərə alaraq göstərilən halların törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin məhkum edilmiş şəxsin şəxsiyyətinin ictimai təhl ükəlilik dərəcəsinin azalmasına təsir edən amil olduğunu qeyd edib sonuncu barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsinin ləğv edilməsini məqbul hesab etməmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki cinayət işi üzrə Müdafiəçi1 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarı nda göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbi q edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilməsi müddəti müəyyən edilir. Belə ki, cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Bu baxımdan kassasiya protestinin Müdafiəçi1 təyin olunmuş cəzanın ş ərti tətbiq olunmasının onun islah olunması məqsədinə cavab verməməsi, cəzanı real çəkməsinin məqsədəmüvafiq olması barədə dəlilləri əsassızdır. Şərh olunanlara əsasən kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-c i maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1202/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1202/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver