Məhkəmə qərarları › İş №1(102)-1202/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1202/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1202/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 07 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 03 avqust 2022-ci il tarixli, 1(056)-95/2022 nömrəli hökmü ilə xx xxxxx 1988-ci il tarixdə Qazax rayonu Muğanlı kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirlənd irilən şəxs Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq 03 yanvar 2020-ci il tarixdə Bakı şəhərində 3-cü mikrorayon dairəsi adlanan yerdə 100 manat, 2020ci ilin yanvar ayının ortalarında Bakı şəhəri 28 May metrosunun yanında 1100 manat, 2020-ci ilin yanvar ayının axırlarında Bakı şəhəri NZS qəsəbəsi A.Səhhət küçəsində baldızı qızı Şahid1 evində 1600 manat və keçmiş həyat yoldaşı barəsində mülki iddia qaldırmasına yardım edəcəyinə dair yalan vədlər verib aldadaraq 27 avqust 2020-ci il tarixdə xalası oğlu X3 vasitəsilə 707 manat pul vəsaitini Sabirabad şəhərində yerləşən “Ümid” marketin içərisindəki “Milli ön” elektron ödəniş sistemi ilə kart hesabına göndərməklə, ümumilikdə, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs 3507 (üç min beş yüz yeddi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən), İsmayıl Əhmədov və Elşad Əliyev) 07 dekabr 2022-ci il tarixli, 1(106)-885/2022 nömrəli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(056)-95/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmlə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının müddəti 6 (altı) aya endirilmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 07 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsindəki cinayət işinə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, o, Qarabağ qazisi olduğunu, könüllü olaraq ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etməsini "Cəsur döyüşçü” medalı ilə təltif olunmasını, müharibədə hərbi partlayış travması almasını, partlayış nəticəsində bədənindən çoxsaylı xəsarətlər almasını, həmçinin nitqində fəsadlar yaranmasını, müharibədən sonra uzun müddət müalicə almasını və indiyədək müalicəsinin də davam etməsini, 1-ci qrup Qarabağ Müharibəsi əlili olması səbəbindən xəstə olmasını kassasiya şikayətində bildirmişdir. İş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri həqiqətə uyğun olmamışdır. Həmçinin həmin şahidlərin istintaq zamanı onunla üzləşdirilməsi həyata keçirilməmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Şahidlərin ifadələrində qeyd etdikləri pulun verilməsi yerlərində həqiqətən olduqlarını dəqiqləşdirmək üçün şahidlərin istifadəsində olan mobil nömrələrin həmin tarixlər üzrə əhatə dairəsi müəyyən olunmalı idi. Bununla bağlı kassator tərəfindən verilmiş həm vəsatətə, həm də teleqrama məhkəmə tərəfindən laqeyd yanaşılmış, vəsatəti və teleqramı təmin olunmamışdır. Bundan başqa şahidlərlə onun üzləşdirilməsi barədə verdiyi vəsatət də məhkəmə tərəfindən təmin olunmamışdır. Bu hallarla bağlı apellyasiya şikayətində qeydlər etsə də apellyasiya instansiya məhkəməs i də bu halları araşdırmamış, onları nəzərə almamış, birinci instansiya məhkəməsinin mövqeyinin düzgün olduğu qənaətinə gəlmiş, sadəcə təyin olunmuş cəzanın daha yüngül cəza ilə əvəz olunmasını bildirərək, barəsində təyin edilmiş cəzanın müddətini azaltmışdır. Bu hallar məhkəmənin barəmdə olan cinayət işinə obyektiv yanaşmadığını göstərir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 1(106)-885/2022 nömrəli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, ona elan edilmiş ittiham üzrə təqsiri mümkün olmayan sübutlara əsaslanaraq barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittihamda təqsirli olması, yəni dələduzluq cinayətini törətməsi Zərərçəkmiş şəxs, şahidlər X2, Şahid1 Şahid2 və Şahid3 ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunur. Məhkəmənin hökmündən görünür ki, Məhkum cinayət törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiy i sübutlara uyğun gəlmişdir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasi ya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökm ü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Buna əsasən məhkəmə kollegiyası kassasiya kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apelyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili əsassızdır. Məhkum kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri əsassız olaraq təmin olunmamış və rədd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşd ən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, işə kassasiya qaydasında baxılarkən Məhkum ərizə ilə kassasiya kollegiyasına müraciət etmişdir. Ərizədə o, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncuya dəymiş ziyanın ödəməsini bildirmiş və zərərçəkmiş şəxsin notarial qaydada ərizəsini öz ərizəsinə əlavə etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 1 891.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Göründüyü kimi, məhkəmə Məhkum Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən, yalnız cəzaya aid hissəsində təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 1(106)-885/2022 nömrəli qərarı dəy işdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 80-1-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar