Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1203/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum iştirakları ilə, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 18 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xəzər rayon Məhkəməsinin 18 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.S.Qəhrəmanov) Məhkum- 21 fevral 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli işləməyən, 3-cü qrup ümumi əlil, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 177.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 185.2.2-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.2-ci maddəsi ilə bu cəzalar qismın toplanmaqla 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bakı şəhər Xəzər rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsi ilə həmin hökmlə ona təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzasının əvvəli 20 yanvar 2018-ci il tarixdən hesablanmaqla. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 12 oktyabr 2016-cı il tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, ********************** küçəsində park vəziyyətində olan, 2011-ci il buraxılışlı, “VAZ 21041” markalı, ***** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmış və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobilin hər birinin dəyəri 30 manat olan 60 manat dəyərində 02 ədəd arxa oturacaq və kürəkliyini, dəyəri 180 manat olan 01 ədəd “Pioner” markalı maqnitofonu 02 ədəd səs gücləndiricisi ilə birlikdə, dəyəri 80 manat olan 01 ədəd akkumulyatoru, dəyəri 20 manat olan 01 ədəd qoltuqaltını, dəyəri 20 manat olan 01 ədəd ehtiyat təkəri, avtomobilin salonunda sürücüyə aid oturacağın altında saxlanılan 120 manat pulu, dəyəri 160 manat olan 01 ə dəd “Swatch” markalı işlənmiş kişi qol saatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 640 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 24 oktyabr 2016-cı il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında park edilmiş, etibarnamə ilə Zərərçəkmiş şəxs8 məxsus olan, 1987-ci il buraxılışlı, “VAZ 21043” markalı ***** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bundan əlavə o, təkrarən 18 yanvar 2018-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanında park edilmiş, etibarnamə ilə Zərərçəkmiş şəxs6 məxsus olan, 1987-ci il buraxılışlı, “VAZ 2106” markalı ***** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əs asən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.Y.Şamayev (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və F.A.Qasımovdan ibarət tərkibdə) 21 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ağır forma B-Talasemiya xəstəliyindən əziyyət çəkir, 3-cü qrup əlildir, bir azyaşlı uşağı var, övladı da ağır forma BTalasemiya xəstəliyindən əziyyət çəkir, atası yataq xəstəsidir, anası kəskin anemiyya xəstəliyindən əziyyət çəkir, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi yoxdur. Bu halları nəzərə alaraq kassasiya şikayətinin təmin edilmsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərinin əsaslılığını cinayət işinin materialları üzrə yoxlayıb, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünə aşağıdakı məzmunda hüquqi qiymət verir. Kas sasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədədir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, Məhkum 3-cü qrup və Talassemiya xəstəsi olması, himayəsində bir azyaşlı Talassemiya xəstə uşağının olması, anasının ağır dərəcəli Anemiyya xəstəsi olması, atasının xəstəliyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs5 vurulmuş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi və cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Xəzər rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 il, 8 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 70-ci madəsinə əsasən 1 il 6 ay cınaq müddətinə şərti məhkum edilmişdir. Göründüyü kimi Məhkum Bakı şəhər Xəzər rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 il, 8 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 70-ci madəsinə əsasən 1 il 6 ay sınaq müddətinə şərti məhkum edilməsinə baxmayaraq heç bir nəticə çıxarmamış və sınaq müddəti ərzində yenidən eyni xarakterli cinayət əməlini törətmişdir. Ona görə də onun cinayət əməlinə hüquqi qiymət verilərkən və cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallarla yanaşı cinayətlərin residivi də cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmaqla ona cəza təyin edilmişdir. Məhkumun kassasiya şikayətində sadaladığı cəzanı yüngülləşdirən hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı nəzərə alınmaqla ona təqsirli bilindiyi hər iki maddə ilə həmin maddələrin sanksiyalarında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzalarının orta həddində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilən qanunun mənasına görə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 185.2.2-ci maddələri ilə daha yüngül cəza təyin edil məsi CM-nin 65.2-ci maddəsinin tələbinə ziddir. Bundan başqa cəzalar Azərbaycan Respublikası CM-nin həm 66.2-ci və həm də CM-nin 67.1-ci maddələri ilə toplanarkən də məhkumun cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq cəzaların çox az hissəsi qismən birləşdirilmişdir. Ona görə də məhkumun cəzasının daha da yüngüllşdirilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyası məhkəmələrində icraat zamanı cinayət və cinayət-prosessual qanunların, məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 185.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1203/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1203/2019
20.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver