Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1203/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Məhkum – X1, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Səfərov Seymur Namaz oğlunun, Zərərçəkmiş şəxs, eyni zamanda zərə rçəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nuriyev İlham Qubad oğlunun iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022ci il tarixli qərarından zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Nuriyev İlham Qubad oğlu tərəfindən və məhkum müdafiəçisi Səfərov Seymur Namaz oğlu ilə birlikdə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Murad Məmmədov) 22 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1952-ci ildə Ermənistan Respublikası Sisian rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, pensiyaçı, Bakı şəhəri, xx, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmiş, Məhkum üzərinə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxl anılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmdən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair 22 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Nuriyev İlham Qubad oğlu tərəfindən və məhkum müdafiəçisi Səfərov Seymur Namaz oğlu ilə birlikdə kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmünə əsasən, Məhkum cavabdeh kimi ondan 75000,00 ABŞ dolları vəsaitinin öhdəlik icra olunan zaman Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 41000,00 manat məbləğində pul tutularaq X10 və Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(103)- 1183/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olu nmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 3(004)-2309/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 24 may 2021-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs X10 və Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Səfərov Seymur Namaz oğlu ilə birgə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cinayət Məcəlləsinin 306-cı maddəsi birbaşa qəsdlə törədilən cinayətdir. Yəni şəxs əməlinin ictimai təhlükəli olmasını dərk edir, onun ictimai təhlükəli nəticəsini qabaqcadan görür və bunu arzu edir. İş materiallarindan isə görünür ki, mən həmin cinayəti törətməyi arzu etməmişdir. Belə ki, məhkumun maddi imkanı olsaydı məhkəmədə mülki icraat və ya icra hərəkətləri hərəkətə keçirilən zam an cavabdehlər, hal-hazırki iş üzrə zərərçəkənlər qarşısında öz öhdəliyimi icra edərdi. Göründüyü kimi həmin əməli qəsdlə törətməmişdir. Belə olan halda, cinayətin 4 ünsüründən biri olan obyektiv cəhədi 306-cı maddəyə uyğun gəlmir. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin “Kərimov və digərilərinin azərbaycana qarşı” işi üzrə verdiyi xx.xx.2021-ci il tarixli qərarında müraciət edən şəxslərin borclarına görə barələrində inzibati həbs və cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrum edilmələrinin X12 Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) pozduğunu təsdiq edib. AİHM-in qənaətinə görə vətəndaş maddi imkansızlığını səbəb gətirərək borcunu ödəyə bilmirsə, bu faktı sübut etməli deyil. Əksinə, ittiham tərəfi (icra məmuru) əksini sübut etməlidir (yəni pulu var, amma ödəmir). İş materiallarında isə belə bir sübut yoxdur. Borca görə həbs Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixdə qoşulduğu Beynəlxalq Konvensiya olan "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərinə əsasən də qadağan edilir. Bu konvensiya ilə Avropa İnsan Hüquqları Məhkəməsi yaradılmışmış və onların qərarları ölkəmizdə icra olunur. Azərbaycan Respublikasınında tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz.” Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli saylı qərarını ləğv edərək, X1 CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nuriyev İlham Qubad oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, X2 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi nəticəsində Zərərçəkmiş şəxs əri, iş üzrə digər zərərçəkmiş şəxs X10 uzun sürən məhkəmə çəkişmələri ilə bağlı keçirdiyi həyəcan, stress, əsəb gərginliyi və digər mərhumiyyətlər nəticəsində düçar olduğu xəstəliklərlə əlaqədar “qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult” diaqnozu ilə 20 iyun 2018-ci ildə vəfat etmişdir, (ölüm haqqında şəhadətnamənin surəti əlavə edilir) Bundan əlavə, X2 qanuni qüvv əyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi nəticəsində Zərərçəkmiş şəxs əri, iş üzrə digər zərərçəkmiş şəxs X10 mülkiyyətlərində olan yaşayış evini, habelə qızıl-zinət əşyalarını və digər əmlaklarını satmiş, maddi mərhumiyyətlər içərisində kirayədə yaşamağa məcbur olmuşlar. Bu faktlar CM-nin 61.1 və 61.1.2-ci maddələrinə əsasən cinayətin ağır nəticələrə səbəb olması kimi qiymətləndirilib, X2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Digər tərəfdən, Məhkum mülkiyyətində əmlaklar olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini son dərəcə qərəzli olaraq icra etməməklə, tamah məqsədi ilə zərərçəkmişlərə məxsus olan külli miqdarda pula sahib olmağa çalışır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yenidən məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs çıxış edərək, borcun hələdə ödənilmədiyini, həyat yoldaşını itirdiyini, ağır məhrumiyyətlərə düçar olduğunu, evi olmadığından kirayədə qalmağa məcbur olduğunu, törədilmiş cəzaya münasibətdə təyin edilmiş cəzanın yüngül olduğunu bildirib, məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməməsini, özünün nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən nümayəndə İ.Q.Nuriyev çıxış edərək, Abdullayeva Rahilə barəsində təyin edilmiş cəzanın yüngüllüyündən şikay ətçi olduqlarını, məhkəmələrin şəxs barəsində nəticəyə gələrkən ağırlaşdırıcı halları nəzərə almadığını, Abdullayeva Rahilənin əməllərinin ağır nəticələrə səbəb olduğunu, zərərçəkmişin həyat yoldaşının məhkəmə çəkişmələri zamanı vəfat etdiyini, onun evsiz-eşiksiz qaldığını, məhkumun ödəməli olduğu pulun ödənilməsi üçün heç bir konkret tədbirlərin görmədiyini bildirib, məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi S.N.Səfərov çıxış edərək, hüquqlarını müdafiə etdiyi Abdullayeva Rahilənin gəlirinin aşağı olduğunu, bu səbəbdən pulun ödənişində onun tərəfindən qərəzli yayınmanın olmadığını, törədilmiş əməldə cinayət tərkibinin olmadığını bildirib, bu səbəbdən tərəflərindən birgə verilmiş kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, Elmira xanımın səsləndirdiklərinin yanlış olduğunu, pulu özünün almadığını başqa bir şəxsə verdiyini, özünün ürək xəstəsi olduğunu, 20 ildən çoxdur dispanserdə qeydiyyatda olduğunu, iynədərmanla yaşadığını bildirib, zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi v arisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, tərəflərindən verilmiş kassasiya şikayətinin isə təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək X1 törətdiyi cinayət əməlinin cinayət işinin materialları ilə tam sübuta yetirildiyini, bəraətverici heç bir əsasın olmadığını, habelə məhkumun yaşını, heç bir yerdə işləməməsini nəzərə aldıqda məhkəmələrin şəxs barəsində ədalətli nəticəyə gəldiyini, bu səbəbdən də kassasiya şikayətlərinin əsassız olduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətində onun əsassız olaraq məhkum edildiyi, məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nuriyev İlham Qubad oğlu tərəfindən verilmiş kassasiya şikayətində isə məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu, törədilmiş cinayət əməlinin ədalətli hüquqi nəticəsi olmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərd ə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə ) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməl də müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyə tdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normalara istinad etməklə, cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli qərarı isə dəyişdirilmədə n saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Rahilə Abdullayevaya verilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş əldə edilməsi və həqiqiliyi şübhə doğurmayan, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiy i nəticə ilə razılaşmışdır. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddə sinin şərh edilməsinə dair” Qərarında da qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktının qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Plenum Qərarına əsasən həmin maddədə müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan, ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. İş materiallarından görünür ki, təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixə kimi qətnamə üzrə Məhkum tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkum icradan yayınmaqla olduğu yer barədə məlumat vermədiyindən barəsində axtarış qərarları çıxarılmış, həmin qərarlar nəticəsində icra şöbəsinə gətirilmişdir. Məhkəmənin qərardadı il ə Məhkum məxsus Şəki rayonu, Qumux kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Məhkum həmin torpaq sahəsini qızı X9 bağışlamışdır. Həmçinin, Məhkum aylıq pensiya məbləği 1011,52 manat təşkil etmişdir. Eyni zamanda, qətnamə xx.xx.2018-ci il tarixdə icraya yönəldilmiş, lakin görülmüş icra tədbirlərinə, hətta icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə R.A.X4 Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, qərəzli olaraq icra etməmişdir. Həmçinin, 1011,52 manat pensiya alması, digər əmlakının olması, hazırkı tarixədək heç bir ödənişin olmaması halları Məhkum qətnaməni qəsdən və qərəzli olaraq icra etmədiyini, yəni onun əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin subyektiv cəhətinə aid zəruri əlamətin də olduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu və törədilmiş əməlin ədalətli hüquqi nəticəsi olmadığı iddia edilmişdir. Qeyd edilən dəlillərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfind ən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Rahilə Abdullayevaya cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşlı qadın olması), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəz anın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Rahilə Abdullayevanın islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, kifayət qədər ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum Rahilə Abdullayevanın islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud de yildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Nuriyev İlham Qubad oğlu tərəfindən və məhkum müdafiəçisi Səfərov Seymur Namaz oğlu ilə birlikdə verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Nuriyev İlham Qubad oğlu tərəfindən və məhkum müdafiəçisi Səfərov Seymur Namaz oğlu ilə birlikdə verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1203/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1203/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver