Məhkəmə qərarları › İş №1(102)-1203/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1203/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1203/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1978-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-si yasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda işsiz, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli, 1(106)-942/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 1(049)-379/2022 nömrəli hökmü ilə ( hakim R.A.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından apellyasiya instansiya mə hkəməsində iştirak etmiş dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən kassasiya protesti, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2014-cü il tarixli 19 №-li əmri ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 2.6-cı bəndinə və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 12 yanvar 2016-cı il tarixdə təsdiq edilmiş vəzifə təlimatına uyğun olaraq vəzifə bölgüsünə əsasən üzərinə şəhərin, rayonun və şəhər rayonunun ərazisində icra-idarəetmə fəaliyyətini həyata keçirmək və icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək vəzifəsi qoyulmuş vəzifəli şəxs olaraq 13 iyul 2022ci il saat 22 radələrində Lənkəran şəhər V.Əliyev adına dörd nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinifini bitirmiş övladı Şahid7 məxsus mobil telefonun ekranında X adlı şəxsdən göndərilmiş və oxunmamış mesajın mətnində nalayiq ifadənin yazıldığını, "WhatsApp” ani mesajlaşma mübadilə sistemində qızının həmin şəxslə qarşılıqlı yazılmış mesajların məzmununda qızı Şahid7 X3 adlı şəxslə sevgi münasibətlərindən bəhs edildiyini və "Şahid8” adı ilə qeyd edilmiş mobil nömrədən qızı Şahid7-yə ürək şəklinin göndərildiyini gör üb, bu barədə qızından soruşarkən X-in sinif yoldaşı Zərərçəkmiş şəxs olduğunu və sonuncunun onunla paralel 9-cu sinifdə oxuyan X3 arasında sevgi münasibətinin qurulmasında vasitəçilik etdiyini qızından öyrəndikdən sonra dörd nömrəli humanitar təmayüllü məktəb-liseydə təlim-tərbiyə işlərinin lazımi səviyyədə aparılmaması ilə bağlı valideyn olaraq "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş aidiyyəti dövlət orqanlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququndan istifadə etmək əvəzinə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində təsbit olunmuş fəaliyyəti insan ların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməli və insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli olduğu halda, xidməti səlahiyyətlərinin hüdudlarından açıq- aşkar surətdə kənara çıxıb vəzifəli şəxs kimi heç bir halda etmək hüququ olmayan hərəkətlər edərək, yəni 14 iyul 2022-ci il saat 08.30 radələrində qızı Şahid7 mobil telefonla danışdırıb Zərərçəkmiş şəxs attestat götürmək üçün birlikdə məktəbə getmək adı ilə yaşadığı evə gəlməyə razı salaraq, həmin gün saat 09 radələrində Lənkəran Şəhər İcra Hakimiyyətində baş mütəxəssis (sürücü) işləyən sürücüsü Şahid4 idarə etdiyi "Hyundai Accent” markalı, **-AA -*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evə gətirtdikdən və qızının təhsil aldığı məktəbliseyin direktoru Şahid3 evə dəvət etdikdən sonra ünvan 2 ünvanında yerləşən yaşadığı evin qonaq otağında icra hakimiyyəti başçısının müavini olaraq qızının başqa oğlanla münasibət saxlamasında vasitəçilik etməyi cəzasız qoymayacağını nümayişkəranə şəkildə bəyan edərək yetkinlik yaşına çatmadığını, məktəbli olduğunu və sözləri ilə üzəcəyini nəzərə almadan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızı Şahid7 ilə başqa şəxs arasında sevgi münasibətinin qurulmasında vasitəçilik etməkdə günahlandırıb, mobil telefonundakı ani mesajlaşma mübadilə sistemində qızı Şahid7 ilə olan sms yazışmalarını yoxlayarkən qızının həqiqətən onun vasitəsi ilə Şahid8-lə sevgi münasibət i saxlaması ona məlum olduqdan sonra hərəkətlərinə görə cəzalandırmaq məqsədi ilə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə, sol gicgah, sol yanaq, boyun, sağ bazu və döş qəfəsi nahiyələrinə bir neçə sillə ilə qəsdən vurub ona sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən sol gicgah, sol yanaq (ord) və sağ bazu nahiyələrində qançırlar və boyun, sol yanaq (ord) və döş qəfəsi nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər yetirməklə və mobil telefonunun foto və video qalereya bölmələrində olan yarıçılpaq foto və videosunu iradəsinə zidd olaraq sonuncunun yaxınlarına göndərməklə vəzifə səlahiyyətlərini aşmış, həmin əməli ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Konstitusiyasında bilavasitə öz əksini tapan fiziki şəxsin təhlükəsiz yaşamaq, şəxsi həyatının si rrini saxlamaq, özbaşınalıqdan müdafiə və vicdanlı davranış kimi toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını yüngülləşdirən hallar - zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ailəsinə yeganə gəlir gətirən şəxs olması əsassız olaraq müəyyən olunmuş, nəticədə ona törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza (cərimə) təyin olunmuşdur. Dövlət ittiha mçısı hesab edir ki, cinayətin xarakteri və ictimai təhlükəlik dərəcəsi, törədilmə üsulu və Məhkum şəxsiyyəti nəzərə alınmaqla sonuncuya Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanları, kommersiya təşkilatlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi labüd olduğu halda birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi isə dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestini təmin etməməklə həmin pozuntuları aradan qaldırmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan poz untular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum övladı Şahid7 məxsus mobil telefon aparatında aşkar etdiyi sevgi mesajlarının müəllifini dəqiqləşdirmək üçün bir valideyn və ana kimi sonuncunun sinif yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evə dəvət etmiş, həmin vaxt Məhkum vəzifəli şəxs olsa da, onun qeyd olunan hərəkətinin xidməti səlahiyyətlərinə aidiyyəti olmamış, həmçinin sonuncu tərəfindən Zərərçəkmiş şəxs qarşı zorakı hərəkət edilməmişdir. Müdafiəçi kassasiya şikayətində iddia edir ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə Məhkum vəzifəli şəxs olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurması sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar olunduğu, əməlində cinayət tərkibi olmadığı halda, o, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Müdafiəçi2 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edi lməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarl a xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar əsassız olaraq nəzərə alınmaqla, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi A zərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, Müdafiəçi2 hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitu siya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həl li üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, hüquqlarını müdafiə etdiyi Məhkum bir valideyn və ana kimi qızı Şahid7 sinif yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evə dəvət etdiyi, Məhkum həmin vaxt vəzifəli şəxs olsa da, onun qeyd olunan hərəkətinin xidməti səlahiyyətlərinə aidiyyəti olmadığı, həmçinin sonuncunun Zərərçəkmiş şəxs qarşı zorakı hərəkət etmədiyi (əməlində cinayət tərkibi olmadığı, t əqsirliliyi və cinayətə aidiyyəti sübuta yetirilmədiyi) halda əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi k assasiya baxışının hüdudlarını cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş fakt iki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, Məhkum əməlində cinayət tərkibi olmadığı və təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırı lmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqla rına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun poz untusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilənin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məh kəmə-tibbi və məhkəmə-psixolojı ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, digər sənədlər ətraflı təsvir edilib, həm hökmdə, həm də apellyasiya məhkəməsinin yekun qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, birinci və apellyas iya instansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum müdafiəçisinin kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayətprosessual qanunun 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Dövlət ittihamçısının Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan cərimə cəzasının mübahisələndirilməsinə, həmçinin sonuncuya əlavə cəzasının təyin olunmamasına həsr olunmuş kassasiya pr otestinə istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağ ırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başq a hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslə r tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəz ərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prin sipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin R.A.Arıfqızına təyin olunmuş cəzanın açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli-vəzifə səlahiyyətlərini aşma Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğu l olma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Məhkumna CM-in 309.1-ci maddəsi ilə 4000 manat cərimə cəzası, yəni sanksiya daxilində cəza təyin edilmişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ailəsinə yeganə gəlir gətirən şəxs olması birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmin hallarla apellyasiya məhkəməsi də razılaşmışdır. Qeyd olunan hallardan “cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması” Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində, “zərərçəkmiş şəxslə barışıq əldə edilməsi” Cinayət Məcəlləs inin 59.1.12-ci maddəsində birbaşa nəzərdə tutulmuş və bu üzdən məhkəmə tərəfindən mütləq şəkildə qəbul edilməli olan cəzanı yüngülləşdirən hallardır. Eynilə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ailəsinə yeganə gəlir gətirən şəxs olması da cəzanın seçilməsinə təsir göstərən (cəzanın məqsədləri üçün təqsirkara hansı cəzanın daha uyğun olmasının müəyyən edilməsi baxımından əhəmiyyətli olan) mühüm xüsusatdır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi isə CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, məhkəmələrə belə halları (yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ailəsinə yeganə gəlir gətirən şəxs olması), cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Qeyd olunan hallar müvafiq sübutlara əsaslanır. Bu səbəbdən məhkəmələri n sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 309.1-ci maddəsində təsbit e dilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən əməlin qulluq mənafeyi əleyhinə yönəlməsi, qəsdən törədilməsi, az ağır cinayət olması kimi hallar CM-in 309.1-ci maddəsinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və qanunverici tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə cərimə növündə cəzanın təyin edilməsi mümkün görülmüşdür. Bundan başqa qeyd olunmalıdır ki, dövlət ittihamçısı kassasiya protestində Məhkum yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi labüd olduğu halda məhkəmələr tərəfindən göstərilən halların nəzərə alınmadığını qeyd etsə də, apellyasiya instansiya məhkəməsində yekun çıxışında o, Məhkumna kommersiya təşkilatlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhr um etmə cəzası təyin edilməsini, həmin Məcəllənin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla əsas cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi dövlət ittihamçısı cinayətin xarakteri və ictimai təhlükəlik dərəcəsinə, törədilmə üsuluna və Məhkum şəxsiyyətinə istinad etməklə sonuncuya yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini labüd olduğu qeyd etdiyi halda məhkəmə iclasında yekun çıxışında Məhkumna münasibətdə güzəştli institutun tətbiq edilməsi xahiş edir ki, bu da özü-özlüyündə təzad təşkil etməklə, dövlət ittihamçısının kassasiya protestində məhkuma yüngül cəza təyin edilməsinə dair göstərdiyi dəlilləri təkzib edir. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (a pellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitnə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Məhkəmələrin cəzanın təyini məsələsinə yanaşmaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il t arixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayət inin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 dekabr 2022-ci il tarixli, 1(106)-942/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlunun kassasiya protesti, habelə Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 dekabr 2022-ci il tarixli, 1(106)-942/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar