Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1204/2022 27.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkumlar – Məhkum1 və Məhkum2, Müdafiəçilər - Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 müdafiəçisi X1 iştirakları ilə, Quba Rayon Məhkəməsinin 02 noyabr 2020 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 oğlunun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1 oğlu və müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəməiclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il, 1(027)-28/2021 saylı hökmü ilə (sədrlik edən hakim: Samir Məmmədov) 15 avqust 1965-ci ildə tarixdə Quba rayonu,Talabı kəndində anadan olmuş, Azərbaycan Respublikası nın vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatda olan həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.3,178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 46.1-ci maddəsi ilə ona 2 (iki) il müddətə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6000 (altı min) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən, əlavə cəzanı tam toplamaq yolu ilə üzərində qəti olaraq 02 ( iki) il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9000 (doqquz min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. xx xxxxxxxx 1962-ci ildə tarixdə Quba rayonu, Vəlvələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ikinci dərəcəli əlilliyi olan, işləməyən, Quba rayonu Vəlvələ kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməklə təqsirli bilinərək, ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikasının CM-nin 32.4 və 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cəzaları toplamaq yolu ilə 6000 (altı min) cərimə cəzası saxlanılmışdır, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzalara tam toplamaq yolu ilə birləşdirməklə üzərində qəti olaraq 06 (altı ) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması və 6000 (altı min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Məhkum2 üzərinə qoyulmuş vəzifələrin nəzərə alınması, cərimə cəzasının müstəqil icra edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə “qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən dövlət İttihamçısı Abbasov Seymur Məhəmməd oğlu t ərəfindən verilmiş apelyasiya protestinə və Məhkum1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim V.C.Cəfərov, hakimlər R.Ə.Ağayev və R.O.Əsgərovadan ibarət tərkibdə) 01 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 1(027)-28/2021 saylı, 02 noyabr 2021-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum1 ona görə məhkum edilmişdir ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Quba rayon İcra tımiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək sakinlər arasında y aranmış nüfuz və etibarından sui-istifadə edib aldatma yolu ilə özgəəmlakını Mə keçirmək məqsədilə 2019cu ilin may ayının əvvəllərində Quba rayon sakinləri Məhkum2, Şahid1 və birbaşa olaraq, Quba rayon |cra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş a rayonu, Qəcər-Zeyid kənd sakini cinayətdən xəbərsiz Şahid2 rtəsilə rayonun Haput kəndi istiqamətində otlaq sahəsinin icarəyə verilməsində köməklik göstərilməsi üçün 2019-cu ilin may ayının əvvəllərində özünə müraciət edənin kənd sakini Şahid4 Mövlüdağa oğluna, müvafiq olaraq, Şahid2, Şahid1 və Məhkum2 vasitəsilə özünün rayon İcra hakimiyyətində məsul «vəzifədə işləməsi ilə əlaqədar İcra hakimiyyətinin başçısı ilə çox yaxın münasibətinin olmasını, həmin münasibətindən istifadə edərək qeyd edilən kən d istiqamətində otlaq sahəsinin Şahid4 icarəyə verilməsinə dair Quba rayon İcra Hakimiyyəti başçısının sərəncamının verilməsini həll edəcəyini yalandan vəd verib, həmin məsələnin müsbət həlli üçün rayon İcra hakimiyyətinin başçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası iləəlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı aldatmaqla bildirib, bununla əlaqədar, Məhkum2 Şahid4la danışığına əsasən, sonuncunun həmin məsələnin müsbət həlli üçün 12000 manat məbləğində pul vəsaitini rüşvət qismində vermək imkanında olma sına dair mövqeyini Şahid2 Şahid1 öyrənib, bu barədə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı özünə bildirməsi iləəlaqədar, sonuncu rəqəmin rayon İcra hakimiyyətinin başçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası iləəlaqədar Şahid4 xeyrinə edəcəyi həmin hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsinə razılıq almasının eyni qaydada aldatmaqla Şahid2 vasitəsilə Şahid1, sonuncu tərəfindən isə Məhkum2 bildirilməsi iləəlaqədar sonuncu Şahid4 Quba rayonu Əlik kənd inzibati ərazi dairəsinin ərazisində yerləşən “Bəlli olan” adlı yay otlaq sahəsindən 180 (bir yüz səksən) ha ərazinin onun icarəsinə verilməsinin mümkün olmasını və bununla bağlı Quba rayon İcra Hakimiyyəti baş çısının sərəncamının verilməsində ifadə olunan hərəkətinə görə sonuncuya özləri vasitəsilə birbaşa yolla, 4500 manat məbləğindəəlavə hissəsi üzrə özünün niyyəti iləəhatə olunmamaqla və bununla bağlı Məhkum2 cinayətkar niyyətindən xəbəri olmadan, maddi nemət olan 16500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirməsi iləəlaqədar, özü barəsində formalaşdırdığı inam və etibardan sui istifadə edərək Şahid4 qeyd edilən şəxslər vasitəsilə razılığını almaqla onunla özünün niyyəti iləəhatə olunan məbləğ üzrə, yəni 12000 manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinə dair sövdələşib, həmin niyyətlə, Şahid4 tərəfindən 2019-cu ilin may ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən gündə Quba şəhəri, Quba-Xaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında istifadəsində olan “Mitsubishi Pajero” markalı, 40-BN 424 dövlət qeydiyyat nişanlı avtomobildə Məhkum2 iki dəfəyə 7000 və 5000 (beş min) manat olmaqla, ümumilikdə 12000 manat məbləğində pul vəsaiti verildikdən sonra sonuncu həmin pul vəsaitinin 2000 manatını özünə götürüb qalan 10000 (on min) manatını Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu isə həmin qaydada qeyd edilən Mərkəzin arxasında yerləşən dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında həmin 10000 (on min) manat pul vəsaitini Şahid2 alaraq, həmçinin, eyni niyyətlə, növbəti gün Şa hid4 tərəfindən 4500 manat məbləğində pul vəsaiti Quba şəhəri, Quba-Xaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında istifadəsində olan həmin avtomobildə Məhkum2 verildikdən sonra sonuncu həmin pul vəsaitinin 2500 manatını özünə götürüb qalan 2000 manatı Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu isə eyni qaydada həmin Mərkəzin arxasındakı dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra qeyd edilən xidməti otağında həmin 2000 manat pul vəsaitini Şahid2 alaraq, qeydedilən qaydada vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid4 məxsus 12000 manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə ona qəsdən xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası iləəlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid4 qəsdən təhrik etmişdir. Bununla da, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1 -ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin hökmünəəsasən Məhkum2 ona görə məhkum edilmişdir ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Quba rayonu Haput kəndi istiqamətində otlaq sahəsinin icarəyə götürülməsində köməklik göstərilməsi üçün 2019-cu ilin may ayının əvvəllərində özünə müraciət edən həmin kənd s akini Şahid4 Mövlüdağa oğluna özünün rayon üzrə ayrı-ayrı qurumlarda işləyən vəzifəli şəxslər, o cümlədən, rayon İcra Hakimiyyəti başçısının aparatında səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin əlaqələrindən istifadə edərək onun üçün torpaq sahəsinin icarəsi məsələsini müsbət həll etmək imkanına malik olduğunu Şahid4 bildirib, bunun üçün özünün yaxın münasibətdə olduğu vəzifəli şəxslərə maddi nemət olan pul vəsaitinin də verilməsinin lazım olacağını bildirməsi iləəlaqədar Şahid4 həmin məsələnin müsbət həlli üçün 15000-17000 manat civarında pul vəsaiti vermək imkanına malik olmasını özünə bildirdikdən sonra, həmin məsələnin həlli iləəlaqədar tanışı Şahid1, sonuncu tərəfindən Quba rayon İcra Hakimiyyəti başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayə ndəsi işləmiş Quba rayonu Qəcər-Zeyid kənd sakini cinayətdən xəbərsiz Şahid2 vasitəsilə 2019-cu ilin may ayının əvvəllərində həmin vaxtı Quba rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyən Məhkum1 müraciət etməsi iləəlaqədar sonuncu Quba rayon İcra Hakimiyyəti başçısının sərəncamının verilməsini həll edəcəyini yalandan vəd verib, həmin məsələnin müsbət həlli üçün rayon İcra hakimiyyətinin başçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası iləəlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə özü və onun vasitəsilə birbaşa yolla maddi nemət olan 15000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yer ləşən inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz Şahid2la görüşləri zamanı aldatmaqla bildirməsi ilə əlaqədar, Məhkum1 Şahid4 məxsus əmlakı dələduzluq yolu ilə ələ keçirmək niyyətindən xəbəri olmadan, Şahid2 Məhkum1 bildirdiklərinə dair Şahid1 vasitəsilə şəxsən məlumatlandıqdan sonra Şahid4la qabaqcadan danışığına əsasən 15000-17000 manat civarında pul vermək imkanına malik olmasını Şahid1 və digərlərindən gizlədib, müvafiq olaraq sonunculara Şahid4 həmin məsələnin müsbət həlli üçün 12000 manat məbləğində pul vəsaitini rüşvət qismində vermək imkanında olmasını sonuncunun adından, qalan 4500 manat pul vəsaitini ələ keçirmək məqsədilə, yalandan Şahid1 və Şahid2 vasitəsilə Məhkum1 bildirməsi iləəlaqədar, sonuncu 12000 manat məbləğində pul vəsaitinin rayon İcra hakimiyyətinin ba şçısına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası iləəlaqədar Şahid4 xeyrinə edəcəyi həmin hərəkətə görə özləri vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsinə razılıq almasını eyni qaydada aldatmaqla Şahid2 vasitəsilə Şahid1, sonuncu tərəfindən isə özünə bildirilməsindən sonra, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid4 əmlakını ələ keçirmək niyyəti ilə sonuncudan Məhkum1 verilməsi üçün əldə edəcəyi puldan əlavə özü üçün də pul vəsaiti ələ keçirmək üçün Məhkum1 rəfindən istənilən pulun məbləğini bilərəkdən şişirdərək artıq qalan hissəsini özünə götürmək niyyəti ilə Şahid4 Quba rayonu Əlik kənd inzibati ərazi dairəsinin erazisində yerləşən “Bəlliolan” adlı yay otlaq sahəsindən 180 ha ərazinin onun icarəsinə verilməsinin mümkün olmasını və bununla bağlı Quba rayon İcra Haki miyyəti başçısının sərəncamının verilməsində ifadə olunan hərəkətinə görə sonuncuya özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 16500 manat məbləğində, 4500 manat məbləğində hissə üzrə özünün dələduzluq niyyəti iləəhatə olunmaqla, pul vəsaitinin rüşvət qismində.erilməsinin zəruri olmasını bildirməsi ilə əlaqədar, özü barəsində Şahid4 formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onun razılığını almaqla 16500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinə dair Şahid4la sövdələşib, həmin niyyətlə, sonuncudan 2019-cu ilin may ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən gündə Quba şəhəri, Quba-Xaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında onun istifadəsində olan “Mitsubishi Pajero” markalı, 40- BM-424 dövlət qeydiyyat ni şanlı avtomobildə iki dəfəyə 7000 və 5000 manat olmaqla, _mumilikdə 12000 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitinin 2000 manatını özünə götürüb qalan 10000 manatını Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu sə həmin qaydada qeyd edilən Mərkəzin arxasında yerləşən dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra sonuncu Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasındakı xidməti otağında -əmin 10000 manat pul vəsaitini Məhkum1 verməklə, həmçinin, eyni niyyətlə, növbəti gün Şahid4 4500 manat məbləğində pul vəsaitini Quba şəhəri, QubaXaçmaz dairəsinin yaxınlığında yerləşən “Quba Sentral” adlı restoranın qarşısında sonuncunun istifadəsində olan həmin avtomobildə aldıqdan sonra həmin pul vəsaitinin 2500 manatını özünə götürüb, qalan 2000 manatı Quba şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Asan Xidmət Mərkəzinin qarşısında cinayətdən xəbərsiz Şahid1, sonuncu isə eyni qaydada həmin Mərkəzin arxasındakı dayanacaqda cinayətdən xəbərsiz Şahid2 verdikdən sonra sonuncu qeyd edilən xidməti otağında həmin 2000 manat pul vəsaitini Məhkum1 verməklə, qeyd edilən qaydada vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 4500 manat məbləğində pul vəsaitini qəsdən ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə ona qarşı dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi nemət o lan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid4 qəsdən təhrik etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Dövlət ittihamçısı kassasiya protestində göstərir ki, iş materiallarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 törətdiyi cinayətin obyekti mülkiyyət və dövlət hakimiyyətinin, dövlət qulluğunun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir. Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barəsində sahiblik istifadə və sərəncam səl ahiyyətini əks etdirən hüquq münasibətlərinə çevrilir. CMnin 312-ci maddəsinin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu əməlin törədilməsi ilə hakimiyyət nümayəndəsi funksiyasını həyata keçirən vəzifəli şəxslər korrupsiayaya qurşanmasına münbit zəmin yaradılır, vətəndaşlar arasında qanunun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlüyünə meyl yaranmış olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarının 36cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvə t verməyə təhrik etdikdə və vədinəəməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir Hazırkı cinyət işi üzrə məhkəmələr Məhkum1 cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını vəilk dəfə az ağır cinayət törətməsini, Məhkum2 cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş, bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmələr cəza təyini məsləsini həll edərkən Məhkum1 və Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsalar da, bunun nədə ifadə olunmasını və bu halın nəyə görə cəzanın yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini də qəbul etdikləri qərarlarda əsaslandırmamışlar. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1,14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. Məhkəmələr cəza təyin edərkən Məhkum1 və Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışlar. Məhkəmələr cəza təyini məsləsini həll edərkən Məhkum1 və Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsalar da, bunun nədə ifadə olunmasını və bu halın nəyə görə cəzanın yüngülləşdirən hal kimi qəbul etməsinin motivlərini də qəbul etdikləri qərarlarda əsaslandırmamışlar. Başqa sözlə, məhkəmələr, Məhkum1 və Məhkum2 müsbət xarakterizə olunmaların yalnız cəzasını yüngülləşdirən halların siyahısında qeyd etməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını öz qərarlarında göstərməmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmələr təqsirləndirilən şəxs Məhkum1 ilk dəfə az ağır cinayət törətməsini də əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi nəzərə almışlar. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminin də ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərədə tutulmuşdur. Maddənin məzmunundan da görünür ki, qanunverici, cinayət əməlinin hadisələrin təsadüfi axarı zəminində baş verməsini maddənin tətbiqi zamanı zəruri element olaraq vurğulamışdır. İşin hallarından isə görünür ki, sözü gedən cinayət əməli hadisələrin təsadüfi axarı nəticəsində törədilməmişdir. Bu əməl, təqsirləndirilən şəxsin düşünülmüş və təəssüf ki, qəbul edərək yaşadığı həyat tərzi ilə əlaqədar olan, bununla da cəmiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına və əxlaq normalarına zidd olan mülkiyyət və dövlət hakimiyyətinin, dövlət qulluğunun normal həyata keçirilməsini təmin edən ictimai təhlükəli davranışdır və sözsüz ki, qanunvericiliyə uyğun olar aq ədalətli surətdə cəzalandırılması da ictimai maraqlar baxımından önəmlidir. Başqa sözlə, təqsirləndirilən şəxs həmin əməli müəyyən situasiya nəzərə alınmaqla zərurətdən deyil, öz hərəkətlərinin ictimai təhlükəli nəticələr verdiyini qabaqcadan bildiyi halda düşünülmüş tərzdə törətmişdir. Bu səbəbdən də, məhkəmələr, cəzanı yüngülləşdirən halın elementi olan «təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini» düzgün olaraq qəbul etməmiş, lakin, bununla yanaşı, onun ilk dəfə cinayət törətməsini əsassız olaraq cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda hesab edirəm ki, haqlı olmamışlar. Bütün bünlar isə, öz növbəsində təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsinə səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə görə cəzanı yü ngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Məhkəmələrin mövqeyinə əsasən təqsirləndirilən şəxslərə cərimə cəzasının təyn edilməsi həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Dövlət ittihamçısı yuxarıda qeyd edilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının məhkum edilmiş şəxslərə ağır cəza təyin edilməsi üçün ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Məhkum1 və müdafiəçisi kassasiya şikayətində göstərmişlər ki, ilk növbədə qeyd edirəm ki, AR CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1 -ci maddələrinin tərkib əlamətləri aşkar edilməmiş, heç bir sübut və ya dəlillə isbat edilməmişdir. Bela ki, AR CM-nin 1 78-ci maddəsinin obyektiv cəhəti, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməni əhatə dir. AR CM-nin 312-ci (rüşvət vermə) maddəsinin obyektiv cəhəti isə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi əməlindən ibarətdir. Lakin bu cinayət əməllərinin heç biri mənim əməlimdə aşkar edilməmiş, heç bir dəlil və ya sübutla tasdiq edilməmişdir. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilməyərək ifadələrində bildirmişdir ki, ittihamın mahiyyəti ona aydındır. Ona verilən ittihamla, yəni CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə verilmiş ittihamla özünü təqsirli bilmir. xx.xx.2019cu il ildən xx.xx.2020-ci ilədək Quba rayon icra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini vəzifəsində işləmiş, daha sonra öz ərizəsi ilə işdən azad edilmişdir. Vəzifəsi rayonun iqtisadiyyatına və kənd təsərrüfatına aid olan işləri görmək, həmçinin onun adma yazılmış məktub və ərizələrin icrasını təmin etmək olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, torpaq sahələrinin icarəyə verilməsi onun səlahiyyətində olmamışdır. Quba rayon prokurorluğuna verdiyi izahatını təkzib edərək bildirir ki, Quba rayon sakini Şahid4 otlaq sahəsinin icarəyə verilməsi müqabilində ondan 16.500 manat və ya 12.000 manat pul almamış, həmin şəxsi ümumiyyətlə tanımır, onunla münasibəti olmamışdır və əvvəlki izahatında həmin məsələyə görə Şahid4 rayonun icra nümayəndəsi işləmiş Şahid2 vasitəsi ilə sonuncudan pul almağını isə həmin vaxtı onu işdən çıxmağa məcbur ərizə yazdırıldığı üçün əsəbi halda yazmışdır. Quba RİH başçısının onu və qardaşı Şahin Heybətovu işdən çıxardığı üçün əsəbləşərək belə bir izahat yazıb. Həqiqətdə isə belə bir hal olmamış və onun Şahid4 ilə hər hansı bir əlaqəsi olmamışdır. Həmin vaxt Şahid4 və digər şəxslərin ona qarşı qərəzli izahat verərək pul verdiklərini bildirdikləri üçün bunun rayon İcra Hakimiyyəti başçısının ona qarşı olan qərəzli mövqeyi kimi qəbul etməyi səbəbindən əsəbləşib bu formada izaha t vermişdir. Həqiqət isə belə bir pul alma və onun tərəfindən isə verilmə halı olmamışdır. Onun Şahid4, Məhkum2, Şahid1 ilə heç bir tanışlığı olmamışdır. Şahid2 isə Zərdabi inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi tanımışdır. Adları qeyd olunan şoxslərin izahatlarında dediklərini, yəni Şahid4 otlaq məsələsinin həlli müqabilində sonuncudan 12.000 manat pul alınaraq ona verilməsini qəbul etmir, çünki vətəndaş Şahid4 otlaq sahəsinin icarəyə rerilməsi müqabilində Ramin Nəcafov vasitəsilə 12.000 manat pul almamışdır. Bundan əlavə, mən öz ifadəmdə onu da bildirmişəm ki, “Quba rayonu, Haput kandinin ərazisindəki "Bəllilan" adlı torpaq sahəsi icarə haqqında qanuna əsasaəən vətəndaşın müraciəti üzrə onların qoyunçuluq təsrrüfatındakı heyvanlanmn sayı nəzərə alınmaqla icaraya verilir. Həmçinin Ş ahid3 həmin sahəni uzun müddət icarəyə götürdüyü üçün ilkin olaraq ona təklif etmişdir. Lakin onun icarə müqaviləsi 2016-cı ildə bitərək həmin sahəni qanunsuz şəkildə istifadə edərək vergi ödəməmişdir. Çünki vergi icarə müqaviləsinin əsasında ödənilir. Daha sonra o, 2019-cu ildə xidmətə başladıqda bu hallan görərək Vazehə müqaviləsini rəsmiləşdirməsini tələb edərək müraciət etməsini bildirmişdir. Vazeh da ərizə ilə rayon icra hakimiyyətinə 170 hektar sahənin icarəyə götürülməsi ilə bağl muraciet etmiş ve ona məktub verilmişdir. Həmçinin yerdə qalan 176 hektar saha isə Şahid4 müraciəti üzrə ona verilməsi nəzərdə tutulsa da Şahid4 müxtəlif bəhanələrla həmin sahənin ölçüsü ilə razılaşmayaraq sənədləşməsi yubanmış və hətta bu barədə iki dəfə maktub yazılaraq aidiyyəti qurumlara göndərilmişdir. Həmin sənədləşmə də sonuncunun sahlankarlığa səbəbindən yubanaraq hal-hazırki vaxta kimi nəticəsiz qalmışdır. Həmçinin gostarian sanadlaşmələr onun tərəfindən apanlmamaqla bu icra Hakimiyyətinin müvafiq şöbələri tərəfindən icra olunur. Onun vəzifəsi isə başçımın verdiyi tapşınıqlan icra edərək həmin semdlaşmənin düzgün apanlmasma nəzarət etmək olmuşdur. Şahid3 onun adından yazılmış 170 hektar sahənin onun icarəsinə verilməsi barədə olan ərizənin öz tarafindan yazılmadığım və imzasımın saxtalaşdınldığım bildirməsi ilə bağh qeyd edir ki, bu haqda məlumatsızdır. Sənədləşmə işi il konkret olaraq kimin məşğul olmasım bilmir, əlavə kimi qeyd edə bilər ki, torpaq sahəsinin istifadə ya va icarəyə verilməsi, həmin torpaqlara dair icara muqavilbrinin imzalanması, elaca da kadastr sənədlərinin təsdi q edibrak sorancamların verilməsi onun salahiyyatlarina aid olmamışdır. Bütün bunlar rayon lcra Hakimiyyətinin başçısımın imzası ila hayata keçirilir. Vazehin adından olan ərizəni də ümumi şöbədən əldə edib araşdırmaya taqdim etmiş, həmin imzanın saxta olubolmamasım bilmir. Bildiyinə görə, saxta deyil. Həmçinin Şahid2 yalan danışır, Ramin ona Şahid4 yaylaq sahəsi ayniması üçün 12000 manat verməmişdir, Ramin ona ümumiyyətlə pul verməmişdir "(ittiham aktı c 2 i.v 28-32 229-234). Mən öz ifadəmdə bildirdiyim faktlar iş materialları və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, "AZERCELL" mobil operatorundan daxil olmuş CD diska 30 sentyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, mənim istifadəmdə olan ***-***-**-** mobil nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** m obil nömrəsi arasında olan danışıqlardan başqa, mənim nə Məhkum2 ilə, nə Şahid1 Sadulla oğlu ilə, nə də Şahid4 Mövlüdağa oğlu arasında heç bir telefon əlaqəsi qurulmamışdır. "Bakcell" mobil operatorundan daxil olmuş CD diska 12 noyabr 2020-ci ıl tarixli baxış protkolundan görünür ki, mənim adıma olan ***-***-**-** mobil nömrəsi barədə məlumatların olduğu, lakin iş üçün əhəmiyyət kəbs edən hər hansı məlumatın olmadığı müəyyən edilmişdir. Bundan başqa, həmin CD diskdə olan 8 ədəd faylda olan SMS mətnlərində də iş üçün əhəmiyyət kəsb edəcək hər hansı SMS aşkar edilməmişdir. Digər tərəfdən, Şahid4 təqdim etdiyi diskə baxış keçirilməsi haqqında 08 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, diskdə olan 13 ədəd audio yazının heç biri X4 məxsus olmamış, onun Məhkum2, Şahid1, Şahid4 Mövlüd ağa oğlu ilə ümumiyyətlə pul alınması ilə bağlı danışığı, razılığı olmamışdır, həmin audioyazılarda Məhkum1 pul verilməsi təsdiq edilmir. Göründüyü kimi, mənimlə Məhkum2, Şahid1 Sadulla oğlu, Şahid4 arasında hər hansı tanışlığın olmasına, pul barədə razılığın əldə edilməsinə, hətta ünsiyyətin qurulmasına dair heç bir sübut və ya dəlil mövcud olmamış, məhkəməyə təqdim edilməmişdir. Məhkum2, Şahid1 Sadulla oğlunun, Şahid4 Mövlüdağa oğlunun mənimlə şəxsən tanış olmaları, onunla hər hansı sözdələşmə etmələri, rüşvət barədə danışıq aparmaları heç bir sübut və ya dəlillə öz təsdiqini tapmamışdır. Belə olan halda, mənim dələduzluq cinayəti və ya rüşvət alma cinayətini törətməkdə təqsirli bilinməsi nəinki tamamilə absurddur, həm də vətəndaşın hüquq və mənafelərinin kobud şəkildə pozulması, ləyaqət inə birbaşa xələl gəlməsidir. Quba rayon Məhkəməsi tərəfindən isə qeyd olunan sübutlar sadalansa da onlara istinad edilməmiş, yanlış nəticəyə gəlinmiş və əsassız ittiham hökmü çıxarılmışdır. Kassatorlar yuxarıda qeyd edilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının ləğv edilərək Məhkum1 barəsində bəraət hökmü çıxarılmasını xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına xahiş etdi. Müdafiəçilər A.Əliyev və A.Həsənov çıxış edərək kassasiya şikayətində qeyd olunan halları bir daha vurğulayaraq, şikayətlərin təmin edilməsini, apellyasiya məhkəməsinin qərarını ləğv edərək ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.B.Əliyevanın və məhkum X.N.Haybətov və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə məhkumlar Məhkum1 və Məhkum2, onların müdafiəçiləri T.İ.Qədirovanın və Müdafiəçi2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən ka ssasiya protesti təmin edilməməli, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum1 aid hissədə ləğv edilərək yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi q iymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum1 və müdafiəçisi tətəfindən birgə verilmiş kassasiya şikayətində Məhkum1 barəsində CM-nin 178.2.3, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində cəzanın yüngül olması və məhkumlara daha ağır cəza yətin edilməli olduğu əsas gətirilərək qərarın ləğv edilməsi bildirilir. Məhkəmə kollegiyası ilk öncə məhkum еdilmiş şəхs Məhkum2 cəzа təyin еdilmə si ilə əlaqədar dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini müzаkirə еdərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumlar Məhkum2 törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dər əcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədi lməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cə za təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğ un olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran h alların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddi nə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Məhkum2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlililk dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, Məhkum2 törətdiyi cinayət əməlinin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aid edilməsini, iş üzrə maddi ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Həmçinin onun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı Məhkum2 təyin edilmiş cəza ilə razılaşmamasının səbəbini kassasiya protestində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeyini əsaslandırmağa çalışmışdır. Məhkum1 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin et məlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyə tləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələbləri nə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların mə cmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zaman ı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Azərbaycan Respublikası CM-nin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İbtidai araşdırma orqanı tərəfindən X3 CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə, o, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini qəsdən təhrik etmiş, o, cinayət əməli baş verən tarixdə Quba RİH başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmiş və rayon ərazisinə daxil olan torpaq sahələrinin icarəyə verilməsi, buna dair müvafiq sərəncam verilməsi onun vəzifə səlahiyyətlərinə aid olmamışdır...” Məhkəmə kollegiyası qeyd edir ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr tərəfindən Məhkum1 ifadəsində göstərilənlərin yoxlanılması üçün zəruri istintaq hərəkətləri yerinə yetirilməmişdir. Halbuki Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbindən məlum olduğu kimi təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin heç bir araşdırılma aparılmadan gəldiyi həmin nəticə əsaslı hesab edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci ma ddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olu nan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası Məhkum1 və müdafiəçisinin kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək yuxarıda qeyd olunan qanunların tələblərini, Konstitusiya Məhkəməsinin şərhini, Ali Məhkəmənin tövsiyələrini, Avropa Konvensiyası ilə müəyyən edilən tələbləri nəzərə almaqla qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum1 məhkum edərkən həmin tələblərə əməl etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPMnin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən d əlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəs i ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məh kəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaql a tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçü n əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Göründüyü kimi Məhkum1 ittiham edildiyi cinayətlə bağlı cinayət işində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətl əndirərək, kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın Məhkum1 barəsində ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum1 əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 01 mart 2022-ci il tarixli hökmü Məhkum1 aid hissədə ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Kassasiya protesti isə yuxarıda qeyd edilən əsaslara görə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prose si tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum1 və onun müdafiəçisi Müdafiəçi3 birgə verdiyi kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını 01 mart 2022-ci il tarixli qərarı Məhkum1 aid hissədə ləğv edilsin. Cinayət işi baxıl ması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1204/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1204/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver