Məhkəmə qərarları › İş №1(102)-1204/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1204/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1204/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev Zöhrab Mirzəddin oğlu və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avq ust 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev Zöhrab Mirzəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Lerik Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(048)-17/2023 nömrəli hökmü ilə (hakim: A.Q.Kiçibəyov) 4 noyabr 1977-ci ildə Lerik rayonu Vamazğon kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lerik rayonu Vamazğon kəndində qeydiyyatda olan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 10 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Bir inci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev Zöhrab Mirzəddin oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarı ilə, (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev Zöhrab Mirzəddin oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 09 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində qeydiyyatd a olduğu və müvəqqəti yaşadığı Lerik rayonunun Vamazğon kəndinin ərazisində yerləşən «Piyozə çol» deyilən sahəyə cüllüt ovuna getmiş, fanar işığı ilə yamacda cüllüt axtararkən işıq şüasının altına düşən, kol dibində parıldayan göz görüb axtardığı ov olduğunu zənn edib təxminən 15 metr məsafədən işıldayan hədəfə özündə olan qanunsuz saxlayaraq gəzdirib istifadə etdiyi E41883 nömrəli, 16 kalibrli təklüləli ov tüfəngindən bir dəfə atəş açmış, atəş açdığı hədəf ayağa qalxaraq ona tərəf addımlayan şəxsi səsləyib kimliyini soruşduqda atəş açdığı şəxsin həmkəndlisi və uzaq qohumu X2 olduğunu görmüş, sonuncuya kəllə sümüklərinin sınığı, baş beyinə yayılmış qansızma, sağ ağciyərin zədələnməsi, daxili və xarici qanax ilə nəticələnən, yetirildiyi anda həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə onu ehtiyatsızlıqdan öldürmüşdür. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev Zöhrab Mirzəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum əməli düzgün olmayan maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirir ki, istintaq düzgün aparılmamış, iş üzrə sənədlər və sübutlar saxtalaşdırılmış, Ə.X4 qəsdən həyatdan məhrum etmiş və hadisə yerindən qaçmışdır. Buna baxmayaraq, Məhkum əməli daha yüngül maddə ilə tövsif olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində hökmdən verilən apellyasiya şikayətini təmin etməyib, hökmü dəyişdirilmədən saxlamış, beləliklə, birinci instansiya məhkəm əsinin yol verdiyi pozuntular aradan qaldırılmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev Zöhrab Mirzəddin oğlu kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15 maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum cinayət əməlinin CM-in 124.1-ci maddəsindən daha ağır (CM-in 120.1-ci maddəsinə) tövsif edilməsi üçün cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419- cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev Zöhrab Mirzəddin oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilibqiymətləndirilmədiyini, nəticədə Məhkum əməli yüngül maddə ilə tövsif edldiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yenidən ibtidai istintaqa qaytarılması barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirə n əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.2.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayə t məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin q eyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi heç bir əsaslı dəlil irəli sürmədən apellyasiya şikayətində Məhkum cinayət əməlinin tövsifinin ağırlaşdırılmasını xahiş etmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə bax ışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 318.2-ci maddəsinin tələblərindən görünür ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndi rilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. CPM-in 318.1 və 318.2-ci maddələrində təsbit edilmiş normaların təhlili göstərir ki, əvvəla məhkəmə cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır və onun öz təşəbbüsü ilə təqsirləndirilən şəxsə daha ağır ittihamın elan edilməsi üçün cinayət işini və ya sadələşdirilmiş icraat materialarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, yaxud da təqsirləndirilən şəxs barəsində ona elan edilməmiş dah a ağır ittiham üzrə hökm çıxarmaq və ya qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsə qarşı daha ağır ittihamın irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə dövlət ittihamçısını vəsatətinin təmin edilməsinə dair tələb imperativ xarakter daşıdığı halda, bu haqda zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsi qaldırdığı vəsatət üzrə qərarın qəbul edilib-edilməməsi məsələsi dövlət ittihamçısının rəyi nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən həll edilir. Yəni məhkəmə belə vəsatətin həm təmin edilməsi, həm də rədd olunması haqda qərar qəbul edə bilər və belə qərardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kmi, bi rinci instansiya məhkəməsi prosessual hüquq normalarının yuxarıda göstərilən tələblərini pozmayaraq çıxardığı 24 avqust 2023-cü il tarixli hökmlə Məhkum CM-in 124.1-ci maddəsi ilə elan olunmuş ittiham daxilində işə baxıb onun həmin maddə ilə təqsirli bilənərək cəzalandırılması barədə ittiham hökmü çıxarmışdır. İşin müəyyən olunmuş bu faktiki hallarından çıxış edərək və cinayət qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum şərh olunan əməlinin CM-in başqa maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas görmür. Belə ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, iş üzrə toplanmış sübutlardan görünür ki, Məhkum sahədə fanar işığı ilə yamacda cüllüt axtararkən işıq şüasının altına düşən, kol dibində parıldayan göz görüb axtardığı ov olduğunu zənn edib tə xminən 15 metr məsafədən işıldayan hədəfə bir dəfə atəş açmaqla Ədalət Şiriyevin sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə sonuncunu ehtiyatsızlıqdan öldürmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisinin hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsinə dair sübutlar kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə hərtərəfli tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş həmin sübutların məcmusu ilə müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr zərərçəkmiş şəxsin hüquqi varisinin apellyas iya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-in 124.1-ci maddəsi ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Göstərilənlərlə yanaşı cinayət-prosessual qanunvericiliyinin müvafiq normalarına əsaslanan məhkəmə kollegiyası eyn i zamanda onu da qeyd etməyi zəruri bilir ki, birinci və apellyasya instansiyası məhkəmələrində icraatın aparılması barədə tələblərə (müvafiq olaraq CPM-in XL-XLV və XLVİİ fəsillərində olan maddələrə) nəzər yetirildikdə görünən odur ki, CPM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar yalnız birinci instansiya məhkəməsində aparılan icraata aiddir və belə olan halda cinayət işinə və ya sadələşdirilmiş icraat materiallarına apellyasiya qaydasında baxılarkən istər dövlət ittihamçısı, istərsə də zərərçəkmiş və ya onun qanuni nümayəndəsi tərəfindən təqsirləndirilən şəxsə daha ağır ittihamın elan olunması və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud da birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət qaldırılsa belə, apellyasiya insta nsiyası məhkəməsi həmin vəsatət üzrə hər hansı (onun təmin və ya rədd edilməsi) haqqında qərar qəbul etmək səlahiyyətində deyil. Qanunvericiliyin tələbinə görə, yalnız CPM-in 391.8-1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş itthamla müqayisədə təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında Azərbaycan Respublikası Baş Prokuroru, Naxçıvan Muxtar Respublikasının ərazisində isə - Naxçıvan Respublikası Prokuroru apellyasiya protesti verdikdə və apellyasiya instansiyası məhkəməsi belə protestlə razılaşdıqda, həmin məhkəmə ilkin baxış iclasında apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayə t işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-in 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən, bu halda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir və cinayət işini və məhkəməyədək sadələşdirilmiş icraat materiallarını birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Məhkumnin barəsindəki Lerik Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmündən CPM-in 391.8-1-ci maddəsində nəzərdə tutulmuş apellyasiya protesti verilmədiyindən apell yasiya instansiyası məhkəməsi də CPM-in 391.9.1 və 391.9.2-ci maddələrində göstərilən qərarı qəbul etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi isə həmin hökmdən CPM-in 391.8-1-ci maddəsində göstərilən məzmunda apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən tələbə uyğun qərar qəbul etmək səlahiyyətində olmamış və buna görə də, məhkəmə həmin şikayətə Məhkum elan olunmuş və onun təqsirli bilindiyi ittiham daxilində baxaraq müvafiq qərar qəbul etmişdir. Bu halda apellyasiya instansyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi də özünə aid icraatı həyata keçirərkən məhkum olunmuş şəxs ə daha ağır ittihamın elan olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarını (hökmünü), yaxud da onunla birlikdə birinci instansiyası məhkəməsinin hökmünü və ya qərarının ləğv etmək və cinayət işinə yenidən baxılması üçün həmin işin birinci və ya apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında qərar qəbul etmək səlahiyyətinə malik deyil ona görə ki, bununla bağlı tələb CPM-in 416 və 419-cu maddələrində nəzərdə tutulmamışdır. Odur ki, Məhkum Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayətprosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan, kollegiya bu məsələ ilə əlaqədar dövlət ittihamçısının irəli sürdüyü iddia ilə (və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşmır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya şikayətinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 24 avqust 2023-cü il tarixli, 1(106)-578/2023 nömrəli qərarı dəyişdirilm ədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev Zöhrab Mirzəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 24 avqust 2023-cü il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar