Məhkəmə qərarları › İş №1(102)-1204/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1204/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1204/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs1, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 Xəqani qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi i lə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 6 yanvar tarixli, 1(103)-309/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs1 və Məhkum müdafiəçisi Müdafiəçi3 Xəqani qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər F.A.Məmmədov (sədrlik edən), A.B.Sadıqov və M.N.Kərimovadan ibarət tərkibdə) 2024-cü il 29 oktyabr tarixli, 1(101)1668/2024 nömrəli hökmü ilə, 30 avqust 1985-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Kalva ərazi dairəsi, Suraxanı kəndində qeydi yyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 2023-cü il 29 dekabr tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X4 və X7 ibarət tərkibdə) 2025-ci il 6 yanvar tarixli, 1(103)-309/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münas ibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum dələduzluq, yəni təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə müxtəlif vaxtlarda tanışı Zərərçəkmiş şəxs1 xırda məbləğlərdə pul vəsaitləri alıb guya qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirərək gəlir əldə etdiyini bildirməklə aldığı məbləğdən artıq miqdarda pul vəsaiti qaytarıb etibarını qazanmaqla, yaratdığı inam və etibardan sui-istifadə edib banklar vasitəsilə hərraca çıxarılan qızıl-zinət əşyalarını alıb baha qiymətə satmaqla yüksək məbləğlərdə qazanc əldə edəcəklərini bildirərək yalan vəd verib aldatmaqla 202 3-cü ilin sentyabr ayından həmin ilin noyabr ayına qədər olan müddət ərzində ünvan 2 ünvanında yerləşən "Moskva Ticarət Mərkəzi”ndə və Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında sonuncudan hissə-hissə olmaqla ümumilikdə 69.092 (altmış doqquz min doxsan iki) manat dəyərində qızıl-zinət əşyalarını və 94.500 (doxsan dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 163.592 (yüz altmış üç min beş yüz doxsan iki) manat məbləğində külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəni n xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər qızıl-zinət əşyalarının alqı-satqısı ilə əlaqədar aralarında yaranmış münasibət, qarşılıqlı inam və etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 Türkiyə Cümhuriyyətindən idxal etmək istədiyi 3,5 kq çəkidə qızıl-zinət əşyalarının ölkə sərhədlərindən keçirilməsi üçün pula ehtiyacının olduğunu, həmin qızıl-zinət əşyalarına yatırım edəcəyi təqdirdə gömrük rəsmiləşməsindən sonra baha qiymətə satmaqla yüksək məbləğdə gəlir əldə edəcəyinə dair vəd verib aldatmaqla 2023-cü ilin sentyabr ayından həmin ilin noyabr ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs2 03 sentyabr 2023-cü il tarixdə saat 10:38-də ünvan 4 ünvanında yerləşən "mpay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 1.500 manat, 04 sentyabr 2023cü il tarixdə saat 16:36-da Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "PashaPay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 1.500 manat, 05 sentyabr 2023-cü il tarixdə saat 08:32-də Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "PashaPay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 1.000 manat 11 sentyabr 2023-cü il tarixdə saat 14:03-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 125 K ünvanında yerləşən "mpay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 2.000 manat, 02 oktyabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 125 K ünvanında yerləşən "mpay” öd əmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 5.200 manat, 02 oktyabr 2023-cü il tarixdə saat 11:40-da ünvan 6 ünvanında yerləşən "mpay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 47********001636 nömrəli bank kartı hesabına köçürdüyü 1.960 və 40 manat, 16 oktyabr 2023-cü il tarixdə saat 18:15-də Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "PashaPay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 47********001636 nömrəli bank kartı hesabına köçürdüyü2.500 manat, 17 oktyabr 2023-cü il tarixdə saat 20:28-də istifadəsində olan "Leo Bank”-a məxsus mobil tətbiq vasitəsi ilə 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 500 manat olmaqla ümumilikdə 16.200 (on altı min iki yüz) manat məbləğində pul vəsaitini, 2023-cü ilin okty abr ayı ərzində müxtəlif tarixlərdə ünvan 2 ünvanında yerləşən "Moskva Ticarət Mərkəzi”nin qarşısında taksi fəaliyyətilə məşğul olan Şahid3 və qeyrilərinin vasitəsi ilə göndərdiyi 8.950 (səkkiz min doqquz yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarını, 01 noyabr 2023-cü il və 14 noyabr 2023-cü il tarixlərində Bakı şəhəri, Nizami rayonu ərazisində "Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında Şahid4 vasitəsi ilə göndərdiyi 19.600 (on doqquz min altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 44.750 (qırx dörd min yeddi yüz əlli) manat məbləğində xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsində cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən bütün hallar nəzərə alınmamış, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin yol verdiyi səhvin aradan qaldırılması üçün tədbir görmədən hökmü dəyişdirilmədən saxlamışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum cəzasını yüngülləşdirən bütün hallar müəyyən edilməmiş, apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə təəssüf ki, razılaşmışdır. Lakin işə birinci instansiya məhkəməsind ə baxılanda nəzərə alınmamışdır ki, hazırda müdafiəçisi olduğu Məhkum fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, ilk dəfə cinayət törətmişdir, ailənin yeganə qazanc gətirən şəxsidir, xəstə həyat yoldaşı, qoca və pensiyaçı ata və anası onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İstər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında Cinayət Məcəlləsinin cəza təyin edilməsini tənzimləyən müvafiq normalarına istinad edilsə də, həmin normaların tələblərinə lazımınca əməl edilməmişdir. Çünki, müdafiəçisi olduğu Məhkum cəza təyin edilərkən onun şəxsiyyəti ilə bağlı bütün hallar, o cümlədən, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Yəni, onun cəzasını y üngülləşdirən halların olmasını təsdiq edən sübutların olmasına baxmayaraq, məhkəmələr bu halları nəzərə alıb onlara düzgün hüquqi qiymət verməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 6 yanvar tarixli qərarının dəyişdirilməsi və Məhkum cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cəza həm cinayət əməlini törədən şəxsə, həm də digər şəxslərin islah olunmasına xidmət etdiyindən Məhkum təyin edilmiş cəza daha ağır cəza ilə əvəz olunmalıdır. Minimum həddə cəza təyin edilməsi ona və onun kimi zərərçəkmiş şəxslərə maddi və mənəvi cəhətdən çox pis təsir göstərmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstəri lənlərə əsasən hazırki iş üzrə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 6 yanvar tarixli qərarının dəyişdirilməsi və Məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkə mə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 6 yanvar tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestin in baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları mə hkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun cəzasını yüngülləşdirən halların nəzərə alınmadığını bildirərək və apellyasiya instansiyası məhkəməsinin qərarını, təyin edilmiş cəza hissəsində mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini, CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkuma yüngül cəza təyin edilidyini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM -in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh e dilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəink i qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, qarşı tərəfdən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin, məhkumun və onun müdafiəçisinin, eləcə də, hər iki kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfi ndən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Hər iki kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanaraq məhkəmələr tərəfindən qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı kassasiya şikayətlərində göstərilmiş dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhk umun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma cəza təyin edilməsi ilə bağlı məhkəmələrin mövqeyi qanuni, əsaslı və ədalətlidir və məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün əsaslar yoxdur. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın xx.xx.2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs1 və Məhkum müdafiəçisi Müdafiəçi3 Xəqani qızı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 29 oktyabr tarixli, 1(101)-1668/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 6 yanvar tarixli, 1(103)-309/2025 nömrəli qərarı Zərərçəkmiş şəxs1 və Məhkum müdafiəçisi Müdafiəçi3 Xəqani qızının kassasiya şikayətlərinə münasibətd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar