Məhkəmə qərarları › İş №1(102)-1205/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1205/2019

25.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1205/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, Məhkum iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi il ə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlu) xx xxxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CMnin 221.2.1 və 221.2.2-ci maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasın a məhkum edilmişdir. Həmin hökmlə həmçinin X6 da təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışı X6 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədilə 20 manatlıq pul əsginaslarından ibarət 1.020 manat saxta pulu qanunsuz olaraq əldə edib 28 may 2018-ci ildə X6 şərti alıcı Şahid1 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən S.Vurğun adına parkda 500 manata satmaq istəyərkən Şahid1 ərizəsinə əsasən Bakı şəhər BPİ-nin Cinayət-Axtarış idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhər BPİ-nin inzibati bin asına gətirilərək orada üzərinə baxış keçirilən zaman 20 manatlıq pul əsginaslarından ibarət 1.020 manat saxta pul onun üzərindən aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Məmmədov Namiq Eyyub oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 11 mart 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işini yeni ape llyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr iş materiallarını araşdırmamış, onun əməlinə düzgün hüquqi qiymət verməmiş, ona görə də apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işini yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Məhkum törətdiyi əmələ hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq məhkəmələr tərəfindən həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələrin bu məsələlər üzrə mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxd ur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində cinayət işinin yeni apellaysiya baxışına təyin edilməli olduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Məhkəmə kollegiyasının qənaətinə görə həmin dəlillər iş materiallarına uyğun olmamaqla əsassızdır. Belə dəlillərin əksəriyyəti apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...məhkəmə kollegiyası məhkumların apellyasiya icraatı zamanı qeyd etdiklərini və hökmdən verilmiş apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə öz tə sdiqini tapmadığından özünü müdafiə xarakterli ifadələr və dəlillər kimi qiymətləndirir. Məhkumların apellyasiya baxışı zamanı özlərini təqsirli bilməmələri ilə bağlı ifadələri cinayət işi üzrə toplanmış biri digərini tamamlayan sübutlarla (məhkum X6 ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və s.) təkzib edildiyindən, məhkəmə kollegiyası həmin məhkumların özlərini təqsirli bilməmələri və heç bir cinayət əməli törətməmələri barədə dəlillərini həqiqətə uyğun olmayan, müdafiə xarakterli dəlillər kimi qəbul edir və hesab edir ki, məhkumlar bu cür ifadələr verməklə məsuliyyətdən qurtulmaq və törətmiş olduqları cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yayınmaq məqsədi daşıyır. İş m ateriallarından və hökmdən görünür ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib ifadələrində göstərmişdir ki, X4 tanıyır, onun «Car Club» adlanan klubda işlədiyinə görə tanımışdır, həmin klub onun tanışı X1 adlı şəxsə məxsus olmuşdur. Həmin kluba gedib gəldiyi üçün X6lə tanışlığı yaranmışdır, ancaq heç bir zaman X6ə satmaq üçün saxta pul verməmişdir. Sonradan isə eşitmişdir ki, X6 saxta pul satmaq istəyərkən tutulmuşdur. X6lə heç bir düşmənçiliyinin və ədavətinin olmadığını İş materiallarından məlum olur ki, fotoşəkillə tanınma istintaq hərəkəti keçirilən zaman təqsirləndirilən şəxs X6 təqdim edilmiş fotoşəkillərin arasından Məhkum tanıyaraq 1.020 manat saxta pulu ona satmaq üçün verən şəxsin old uğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə sənədlərin texniki ekspertizasının 30 may 2018-ci il tarixli 14107 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 51 ədəd B07429162 nömrəli 20 Azərbaycan manatı dəyərində pul əskinasma oxşar obyektlər hər hansı bir eyni məbləğli pul əskinasından texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqramın təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir və «Currency» proqramında olan həqiqi 20 Azərbaycan manatı dəyərində pul əskinasının nümunəsi ilə eynilik təşkil etmir... Birinci instansiya məhkəməsi X6 tanışı Məhkum və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədilə 20 manatlıq pul əskinaslarından ibarət 1020 manat saxta pulu qanunsuz olaraq əldə e dib 28 may 2018-ci ildə X6 şərti alıcı Şahid1 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən S.Vurğun adına parkda 500 manata satmaq istəyərkən Şahid1 ərizəsinə əsasən Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək orada üzərinə baxış keçirilən zaman 20 manatlıq pul əskinaslarından ibarət 1020 manat saxta pul onun üzərindən aşkar edilərək götürülməsindən ibarət cinayət əməlini törətməkdə təqsirli bilərkən məhkəmə iclasında tədqiq olunaraq sübut kimi qəbul olunmuş məhkum edilmiş şəxslərin ifadələri ilə yanaşı şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələrini, həmçinin sənədlərin texniki ekspertizasının 30 may 2018-ci il tarixli 14107 saylı rəyi, saxlanılanın üzərinə baxışın keçirilməsi barədə və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollara və iş üzrə toplanmış digər sübutlara əsaslanmış, həmin sübutların mötəbər və qanuni yolla əldə olunmasına şübhə olmaması qənaətinə gələrək ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın təsdiqi üçün bu sübutları kifayət hesab etmişdir. Apellyasiya icraatı qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu qənaət qanuni və əsaslıdır və məlikəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla işin faktiki halları düzgün müəyyən edilmişdir... Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarım tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslər X6 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və ittiham olunduqları cinayət əməlini törətmələri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla onlara sübut olunduğu üçün X6 və Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1ci maddəsi ilə düz gün tövsif edərək, onları həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq olunduğuna, əməlin tövsifinə dair gəldiyi nəticəni (Məhkum aid hissədə) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası Məhkum verilmiş ittihamın təsdiq edildiyinə dair nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3 -cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının (Məhkum aid hissədə) ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı (Məhkum aid hissədə) əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1- ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar