Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1205/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Ap elyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 1(012)-114/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsi, ev 35-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM -in 69.3-cü maddəsinə əsasən, həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2022-ci il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 2021-ci ilin oktyabr ayının 14-də Abşeron rayonu Xırdalan şəhəri ərazisində satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 30 manat müqabilində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi - 0,140 qram olan ağ rəngli kristal hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd bükümdə təmiz çəkisi 1,305 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 120-nin axırı adlanan ərazidə daşıyıb üzərində saxlamış, 14 oktyabr 2021-ci il tarixdə gecə saat 01:20 radələrində Abşeron RPİ-nin NMQnun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ömərov X2 rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 120-nin axırı adlanan ərazidə saxlanılaraq polis idarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki mavi rəngli cins şalvarının sağ yan cibində s axladığı 1 ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə olan heroin və qara kağıza bükülmüş 1 ədəd psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), hakimlər Elman Rəhimov və Məhəmmədəli Rzayev) 1(105)-191/2022 nömrəli 30 mart 2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarının dəyişdirilməsi və məhkuma təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadl ıqdan məhrumetmə cəzasının 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı cəza hissəsində ədalətsizdir və dəyişdirilməlidir. Belə ki, məhkuma ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihamın bir hissəsi apelyasiya instansiyası məhkəməsi tərəfindən xaric edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun İİ saylı siyahısının 67-ci bəndinə əsasən “Metamfetamin” psi xotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qramdır. Beləliklə, məhkuma elan olunmuş ittihamda yer almış 0,140 qram olan ağ rəngli kristal hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət etməyən miqdarda olmuşdur və apelyasiya instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsindən görünür ki, həmin hissə ittihamdan xaric edilmişdir. Buna baxmayaraq, ittihamdan xaric olunma ilə bağlı məsələyə məhkəmə qərarının nəticə, məhkəmə tərəfindən münasibət bildirilməmiş, habelə işin bu halının təyin olunmuş cəzaya təsiri olmamışdır. Məhkəmənin bu mövqeyini ədalətsiz hesab edirik. Cinayət işinin materiallarından görünür ki, məhkumun himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uş aq vardır. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, məhkum Şəbnəm Ömərova ilə nikahdadır. Bakı şəhər 3 saylı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X4 işsizdir. "xxxx"un xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkum "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “Gazelli House” kafesinin aşpazı vəzifəsində çalışmış və xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. Bu da məhkumun əməyə olan münasibətinin müsbət olmasını göstərir və ailənin yeganə dolanışıq mənbəyi olduğunu sübut edir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almamış, onları yüngülləşdirici hallar kimi qəbul etməmiş və cəzanın dəyişdirilməsini təm in etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassator Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili məhkuma təyin edilmiş cəzanın ağır və sərt olmasıdır. Kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəli lik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə gö rə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə b u qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi cinayət əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və əməlində cəzasını ağırlaşdıran halın olmamasını hökmdə qeyd etmişdir. Beləliklə birinci instansiya məhkəməsi məhkumun cəzasını yüngülləşdirən hallar müəyyən etsə də, onun təqsirli bilindiyi maddədə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı daha yüngül - azadlığın məhdudlaşdırılması növündə c əzanın nəzərdə tutulmasına baxmayaraq, məhkuma müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası cəza təyin edərkən Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə əməl etməmiş, cəza ilə əlaqədar öz mövqeyini əsaslandırmamışdır. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu nöqsanı üzrə sükutla keçmişdir. Bundan əlavə işdən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununu nəzərə almış, həmin qanunda Məhkum üzərində aşkar edilərək götürülmüş 0,14 qram psixotrop maddə metamfetami ni şəxsi istehlak miqdarından az təşkil etdiyini qərarda qeyd etmiş və onun psixotrop maddə olan metamfetamini əldə edilməsi və saxlamasına aid hissəsi ittihamdan çıxarılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən yuxarıda göstərilən halları hökmdə qeyd etsə də, faktiki olaraq məhkuma cəza təyin edərkən onları nəzərə almamış və ona qanunda nəzərdə tutulmuş ən ağıq növ cəza təyin edərkən öz mövqeyi əsaslandırmamışdır. Apelyasiya instansiyası məhkəməsi isə məhkumun ittihamından qanunsuz olaraq psixotrop maddə olan metamfetaminin əldə edilməsi və saxlaması hissəsini xaric etsə də, bununla və cəzanı yüngülləşdirən halların mövcüdluğu ilə əlaqədar məhkuma təyin edilmiş cəzanın növü və həcmini müzakirə etmədən birinci instansiya məhkəməsinin hökmünün cəza hissəsi il ə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum cəzasını yüngülləşdirən halları nəzərə almadan ona təyin ediləcək cəza növünü müəyyən edərkən Cinayət Məcəlləsinin yuxarıda qeyd edilmiş normasını düzgün tətbiq etməmişlər. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuni hesab etmir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qənaətə gəlir ki, məhkəmələr Məhkum cəmiyyətdən tam təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təy in etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Məhkum daha aşağı həddə cəza təyin edilməklə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilsin. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Məhkum tərəfindən 12 yanvar 2022-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixədək çəkilmiş azadlıqdan məhrum etmə cəzasının 8 ay 08 gün müddəti Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən, habelə onun ibtidai istintaq zamanı tutulduğu 2 gün müddəti Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanaraq, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını n əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı gündən hesablansın. Məhkum üzərinə Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün səhər saat 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Məhkum həbsdən azad edilsin. Cəzanın icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Apelyasiya şikayəti təmin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1205/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1205/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver