Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1205/2023 06.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov X4 Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-546/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarından Məhkum və Təqsirləndiri lən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1966-cı il tarixdə Sabirabad rayonunun Zalqarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2hkum Təqsirləndirilən şəxs1 xx xxxx 1965-ci il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında yaşamışdır. 2. 25 dekabr 2021-ci il tarixli ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “ Azərbaycan Respublikası CM”) 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 11 yanvar 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 və Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 arvadı Məhkum və Təqsirləndirilən şəxs2 ilə narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirmək ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib, cinayət əlaqəsinə girərək sonuncunun istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 82,37 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 80,038 qramını və ümumi təmiz çəkisi 81,378 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 60,082 qramını əldə edərək, eyni tərkibli narkotik vasitə olan heroinin 0,089 qramını şərti alıcı qismində əməliyyat tədbirində iştirak edən Şahid10 04 avqust 2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında 15 manata qanunsuz olaraq satmış, 0,597 qram çəkidə narkotik vasitə olan heroini və 0,277 qram çəkidə psixotrop maddə metamfetamini açıq vəziyyətdə taxta parçasının üzərində saxlayıb, qalan narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini elektron tərəzi vasitəsilə ölçüb, narkotik vasitə olan heroini 0,089 qram, 58,985 qram, 19,278 qram, 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qram, 0,087 qram, 0,096 qram, 0,115 qram və 0,089 qram olmaqla on dörd ədəd bükümlərə, psixotrop maddə olan metamfetamini 0,169 qram, 0,467 qram və 59,169 qram olmaqla üç ədəd bükümlərə qablaşdıraraq, açıq vəziyyətdə olan 0,597 qram narkotik vasitə heroin və 0,277 qram psixotrop maddə metamfetamini, həmçinin 0,169 qram və 0,467 qram çəkidə iki ədəd bükümlərdə psixotrop maddə olan metamfetamini, üzərində heroin izləri olan bir ədəd elektron tərəzini yaşadıqları Şirvan şəhəri, Xəqani küçəsi 639, ev 83 ünvanında yerləşən evinin qonaq otağında olan masanın üzərində, 19,278 qram, 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qra m, 0,087 qram, 0,096 qram, 0,115 qram və 0,089 qram çəkidə olmaqla on iki ədəd bükümlərdə narkotik vasitə olan heroini evə girişdən sol tərəfdə olan birinci otaqdakı rəfdə, 59,169 qram çəkidə bir ədəd bükümdə psixotrop maddə metamfetamini və 58,985 qram çəkidə bir ədəd bükümdə narkotik vasitə olan heroini yaşadıqları evə girişdən sol tərəfdə yerləşən ikinci yataq otağındakı rəfdə satış məqsədilə gizlətməklə saxlamış, habelə arvadı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək narkotik vasitələrin və psixotrop maddələrin istehlakını təmin etmək məqsədilə həmin ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmiş, 0,089 qram çəkidə narkotik vasitə olan heroin şərti alıcı qismində əməliyyat tədbirində iştirak edən Şahid10 tərəfindən 04 avq ust 2021-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinə təqdim olunmaqla götürülmüş, qalan açıq vəziyyətdə 0,597 qram çəkidə narkotik vasitə olan heroin, açıq vəziyyətdə 0,277 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 0,169 qram və 0,467 qram çəkidə iki ədəd bükümlərdə psixotrop maddə olan metamfetamin, üzərində heroin izi olan bir ədəd elektron tərəzi, həmçinin şərti alıcı qismində əməliyyat tədbirində iştirak edən şərti alıcı Şahid10 tədbirdə istifadə olunması üçün verilmiş A09954201, A42036910, A02147256 seriyalı üç ədəd beş manatlıq pul əskinasları onun yaşadığı ünvan 4 ünvanına Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Şirvan şəhər məhkəməsinin qərarına əsasən 04 avqust 2021-ci il tarixdə, saat 18 radələrində keçirilmiş baxış zamanı evin qonaq otağınd akı masanın üzərindən, 19,278 qram, 0,140 qram, 0,078 qram, 0,098 qram, 0,090 qram, 0,100 qram, 0,108 qram, 0,088 qram, 0,087 qram, 0,096 qram, 0,115 qram və 0,089 qram çəkidə olmaqla on iki ədəd bükümlərdə narkotik vasitə olan heroin yaşadığı evə girişdən sol tərəfdə olan birinci otaqdakı rəfdən, 59,169 qram çəkidə bir ədəd bükümdə psixotrop maddə metamfetamin və 58,985 qram çəkidə bir ədəd bükümdə narkotik vasitə olan heroin yaşadığı evə girişdən sol tərəfdə yerləşən ikinci yataq otağındakı rəfdən, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün nəzərdə tutulmuş içərisində narkotik vasitə heroinin izləri olan üç ədəd birdəfəlik şprislər evə girişdə olan pilləkənin üzərindən aşkar olunaraq götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-152/2022 nömrə li, 06 aprel 2022ci il tarixli hökmü ilə: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-in 238.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 avqust 2021-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-in 238.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Qeyd edilən hökmlə Təqsirləndirilən şəxs2 da təqsi rli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxslər Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda, eləcə də Məhkum müdafiəçisi X1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-546/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum və müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-152/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmü Məhkum cəza təyin olunması hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri i lə ona təyin olunmuş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 6 (altı) ay həddinədək azaldılmış, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən bu cəza ilə Azərbaycan Respublikası CM-in 238.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində cinayətin törədilməsinə aidiyyətinin olmadığını iddia edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 1(106)-546/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
11. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində arvadı Məhkum törədilən cinayətə heç bir aidiyyətinin olmadığını, təqsirli bilinərək məhkum edildiyi cinayət əməlinin törətmədyini iddia edərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-546/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, digər Məhkum və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir.
12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətləri nin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 kassasiya şikayətlərində mahiyyət etibari lə cinayət törətmədiklərini, bununla belə onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edərək, xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
18. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-546/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsul iyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq m addəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
24. Belə ki, məhkumların və müdafiəçiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellya siya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 34.4.1, 234.4.3 və 238.2.1-ci maddələrində ilə nəzərdə tutulan cinayət əməlinin törətməsinin təsdiqi məhkumların qismən etirafedici ifadələri ilə yanaşı, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1, Şahid7, Şahid4, Şahid5, Şahid6, Şahid2, Şahid3, Şahid8, Şahid9 və Şahid10 ifadələri, ibt idai istintaq zamanı dindirilək birinci instansiya məhkəməsində elan edilmiş Şahid11 ifadəsi, baxış keçirilməsi haqqında 04 avqust, 07 sentyabr və 21 sentyabr 2021-ci il tarixli protokollar, şəxsi axtarış və götürmə aparılması haqqında 14 sentyabr 2021-ci il tarixli protokol, "xxxx" MMC-dən götürülmüş telefon danışıqları ilə bağlı göndərilən CD diskdəki məlumatlara baxış keçirilməsi haqqında 27 noyabr 2021-ci il tarixli protokol, videoçəkilişlə keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolu, məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2021-ci il tarixli, 18/827 nömrəli və 15 sentyabr 2021-ci il tarixli, 18/994 nömrəli rəyləri, əlavə məhkəmə-kimyəvi ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 18/1156 nömrəli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamasının 27 oktyabr 2021-ci il ta rixli, 4177 nömrəli, 28 oktyabr 2021-ci il tarixli, 4187 nömrəli və 25 noyabr 2021-ci il tarixli, 4693 nömrəli rəyləri, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 2215 nömrəli və 27 avqust 2021-ci il tarixli, 1953 nömrəli rəyləri, ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 2788 nömrəli rəyi, maddi sübutlar və tədqiq edilmiş digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Nəticədə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaətin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin CM-nin 234.4.1, 234.4.3 və 238.2.1-ci maddələrinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi cinayətin tərkibinin olması, bu cinayətin törədilməsində təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında düzgün nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə müdafiə tərəfinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərinin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılması və Azərbaycan Respublikası CPM-nin 143-146-cı madd ələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
27. Məhkəmə kollegiyası həmçinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza müddətinin azaldılması ilə bağlı dəlilləri ilə razılaşmaq üçün əsas müəyyən etmir.
28. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədə n üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdi ləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları)
29. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
30. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
31. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilm əsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
32. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməs ini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
33. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərə cəza təyin edilməsi ilə bağlı məhkumların kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normala uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-n in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkumlar barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
34. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və cinayət işinin hallarının mənafeyinə uyğun təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normaların tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsaslanmaqla düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tər əfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-546/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassas iya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-546/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.