Məhkəmə qərarları › İş №1(102)-1205/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1205/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1205/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçiləri Kərimov Tural Baris oğlunun, Mirzəyev Cəlil Şükür oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 oğlunun, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs (mülki iddiaçı) X4, onun nümayəndəsi Nümayəndə2 iştir akı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-116/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Kərimov Tural Baris oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavəyə, digər müdafiəçisi Mirzəyev Cəlil Şükür oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1962-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 10 noyabr 2022-ci il tarixli ittiham aktı na görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 dekabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib X4 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə 2018-ci ilin noyabr ayında tanışı zərərçəkmiş şəxsa özünün direktoru olduğu "xxxx" MMC vasitəsilə 20 ildən artıq müddətdə xarici ölkələrdən donmuş mal və toyuq ət məhsullarını idxal edib ölkə ərazisində topdan və pərakəndə satışı ilə məşğul olduğunu, bu işdə heç bir ziyan və risklərin olmadığını, onunla ortaq çalışmaq istəyən investor aradığını, sifariş veriləcək məhsulun Bakı şəhərinə daxil olması halında realizə edib 20 gün müddətində pulları toplayacağını, Ukrayna və Hindistandakı biznes ortaqları ilə artıq danışıb razılığa gəldiyini, onunla bu biznesdə işləmək işləyənlərin çox olduğunu, onun isə yalnız uzun müddət tanıdığı və etibar etdiyi şəxslə birgə iş görmək istədiyini, müxtəlif şirkətlərlə bağlanmış müqavilələri ona göstərərək hər bir donmuş toyuq məhsullu yük maşınından 5.000 ABŞ dolları, mal əti məhsullu yük maşınından 10.000 ABŞ dolları mənfəət əldə ediləcəyi, yalnız bu işin başlanğıcı üçün 500.000 manat məbləğin də maliyyə vəsaiti qoyulmasına inandıraraq 2018-ci ilin noyabr ayının əvvəllərində x binanın 1-ci mərtəbəsində yerləşən ofisində Ukrayna Respublikasından 1-ci dondurulmuş 21.000 kq toyuq ətinin gətirilməsi adı ilə milli pul vahidi 72.114 manata olan nisbətdə 42.420 ABŞ dolları, 2018-ci ilin noyabr ayının birinci ongünlüyündə həmin ünvanda 2-ci maşın dondurulmuş 21.000 kq toyuq ətinin gətirilməsi adı ilə milli pul vahidi 48.552 manata olan nisbətdə 28.560 ABŞ dolları, 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, “Nizami” metrostansiyası qarşısında 3-cü dondurulmuş 21.000 kq çəkidə toyuq ətinin gətirilməsi adı ilə milli pul vahidi 34.986 manata olan nisbətdə 20.580 ABŞ dolları, 2018-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, C.Cabb arlı küçəsi, “Nizami” metrostansiyası qarşısında 4-cü dondurulmuş 20.000 kq çəkidə toyuq ətinin gətirilməsi üçün milli pul vahidi 46.240 manata olan nisbətdə 27.200 ABŞ dolları, 2018-ci ilin dekabr ayının əvvəllərində 5ci dondurulmuş 20.500 kq mal ətinin gətirilməsi adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 204, 1-ci blok, 2-ci mərtəbədə yerləşən ofisində milli pul vahidi 130.050 manata olan nisbətdə 76.500 ABŞ dolları, 2018-ci ilin dekabr ayının ilk ongünlüyündə həmin ünvanda 6-cı dondurulmuş 21.000 kq toyuq ətinin gətirilməsi adı ilə milli pul vahidi 72.091 manata olan nisbətdə 42.407 ABŞ dolları, 2018-ci ilin noyabr və dekabr ayının ilk günləri ərzində sifariş olunan 6 maşın ət məhsulu üçün, ümumilikdə milli pul vahidi 404,056 manata olan nisbətdə 237.680 ABŞ dolları m əbləğində pulları "xxxx" MMC-nin bank hesabından Ukraynadakı şirkətlərə köçürəcəyi adı ilə alıb ələ keçirdikdən sonra sifariş verilən yük maşınlarının “Qırmızı Körpü” Gömrük Sərhəd Məntəqəsindən keçərək Azərbaycan Respublikasına daxil olmaları adı ilə 1-ci daxil olan donmuş toyuq ət yüklü maşının gömrük, nəqliyyat və s. xərclərin qarşılanması adı ilə x yerləşən ofisində milli pul vahidi 23.086 manata olan nisbətdə 13.580 ABŞ dolları, 2018-ci ilin dekabr ayının birinci həftəsində 2-ci maşın dondurulmuş 21.000 kq toyuq ət məhsulunun gömrük, nəqliyyat, digər xərclərinin ödənməsi adı ilə həmin ünvanda milli pul vahidi 18.751 manata olan nisbətdə 11.030 ABŞ dolları, 2018-ci ilin dekabr ayının birinci ongünlüyündə 3-cü yük maşını üçün milli pul vahidi 16.121 manata olan nisbətdə 9.483 ABŞ dollar ı, 2018-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, “Nizami” metrostansiyası qarşısında 4-cü yük maşını üçün milli pul vahidi 18.395 manata olan nisbətdə 10.821 ABŞ dolları, 2018-ci ilin dekabr ayının ikinci yarısında 5-ci yük maşını üçün milli pul vahidi 29.785 manat olan nisbətdə 17.521 ABŞ dolları, 2018-ci ilin dekabr ayının sonlarında 6-cı yük maşınının gömrük, nəqliyyat və digər xərclərinin ödənməsi adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti, ev 204, 1-ci blok, 2-ci mərtəbədə yerləşən ofisində milli pul vahidi 23.108 manata olan nisbətdə 13.593 ABŞ dolları, milli pul vahidi 149.246 manata olan nisbətdə 76.028 ABŞ dolları məbləğində əlavə pullarını alaraq ölkəyə daxil olmuş məhsulları Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr.-də yerləşən Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakf” SC-nin Azərətsüd icarə topdansatış birliyinə məxsus soyuducu anbarına boşaldaraq özünün istədiyi formada fiziki və hüquqi şəxslərə satıb realizə edərək ona ümumilikdə verilmiş 533,167 manata olan nisbətdə 313,628 ABŞ dolları məbləğində nağd pul vəsaiti və 51.000 manata olan nisbətdə 30.000 ABŞ dolları mənfəətlə biznesini genişləndirəcəyi, Respublika ərazisində guya onunla işbirliyi qurmaq istəyənlərin çox olduğunu, Hindistanda ət məhsullarının idxal və ixracı ilə tanınmış şirkətlə müqavilə bağladığını deməklə pulun guya davamlı mənfəətə yönəldilməsini təkid edərək 11 mart 2019-cu ildə Ukraynadan 21.500 kq donmuş mal əti, 11 may 2019-cu ildə Hindistandan 27.000 kq donmuş camış əti, xx.xx.2019-cu ildə Ukraynadan 21.000 kq donmuş mal əti, 30 sentyabr 2019-cu ildə Ukraynadan 13.350 kq donmuş mal əti, 09 dekabr 2019-cu ildə Ukraynadan 19.500 kq donmuş mal əti, 29 dekabr 2019-cu ildə isə Moldovadan 21.000 kq donmuş mal ətini özünün adına rəsmiləşdirilmiş "xxxx" MMC-nin adından ölkəyə idxal edərək hər yük avtomaşını üçün 6.800 manat nisbətində 4.000 ABŞ dolları olmaqla 6 yük maşmı üçün 40.800 manat nisbətində 24.000 ABŞ dolları məbləğində nəqliyyat daşıma xərci adı ilə alaraq zərərçəkmiş şəxs bilərəkdən bütün maliyyə hesablarına nəzarətdən kənarda qoyub həmin məhsulları soyuducu anbarından özünün tanıdığı hüquqi və fiziki şəxslər vasitəsilə realizə edib ümumilikdə 533,167,6 manat nisbətində 313.628 ABŞ dolları məbləğində pulunu ələ keçirməklə zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda maddi ziyan vuraraq dələdu zluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs1 özünün direktoru olduğu "xxxx" MMC vasitəsilə 20 ildən artıq müddətdə xarici ölkələrdən donmuş mal və toyuq ət məhsullarını idxal edib ölkə ərazisində topdan və pərakəndə satışı ilə məşğul olduğunu, bu işdə heç bir ziyan və risklərin olmadığını, sifariş veriləcək məhsulun Bakı şəhərinə daxil olması halında realizə edib 20 gün müddətində pulları toplayacağını, Ukrayna, Hindistan və Moldovadakı biznes ortaqları ilə artıq danışıb razılığa gəldiyini, hər bir donmuş mal əti məhsullu yük maşınından 20.400 manat nisbətində 12.000 ABŞ dolları mənfəət əldə ediləcəyinə inandıraraq Zərərçəkmiş şəxs1 direktoru olduğu "xxxx" MMC-nin adından Hindistanda fəaliyyət göstərən “Naabel Meatex” adlı şirkətlə müqavilə bağlayaraq 25.000 kq donmuş ət məhsulunun ölkəyə gətirilməsi üçün həmin şirkətin hesabına 26 aprel 2019-cu il tarixdə 34.000 manat nisbətində 20.000 ABŞ dolları, 30 may 2019-cu il tarixdə 34.000 manat nisbətində 20.000 ABŞ dolları, 02 iyul 2019-cu il tarixdə 54.060 manat nisbətində 31.800 ABŞ dolları, cəmi 71.800 ABŞ dolları, eyni çəkidə donmuş mal ətinin gətirilməsi üçün həmin şirkətlə bağlanmış müqavilə əsasında 02 iyul 2019-cu ildə 20.000 ABŞ dolları, 25 iyul 2019-cu il tarixdə 51.800 ABŞ dolları, cəmi 71.800 ABŞ dolları, 2019-cu ilin avqust ayında Moldova Respublikasında fəaliyyət göstərən “Terranus” şirkəti ilə bağlanmış müqavilə əsasında 25 sentyabr 2019-cu ildə 15.050 ABŞ dolları, 04 oktyabr 2019-cu il tarixdə 25.050 ABŞ dolları, 25 oktyabr 2019-cu il tarixdə 25.750 ABŞ dolları, cəmi 65.850 ABŞ dolları, həmçinin gömrük, nəqliyyat, anbar və s. xərclərlə birlikdə 215.910 ABŞ dolları, 21 oktyabr 2019-cu il tarixdə “Terranus” şirkəti adından 21 oktyabr 2019-cu il tarixdə ölkəyə daxil olmuş 18.900 kq dondurulmuş qoyun əti üçün 83.600 ABŞ dolları, 29 avqust 2019-cu il tarixli müqavilə ilə “Antadro” şirkəti adından 15 noyabr 2019-cu ildə ölkəyə daxil olmuş 16.700 kq dondurulmuş mal əti üçün 61.500 ABŞ dolları, ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsait xərclədərək 83.600 ABŞ dolları dəyərində idxal olunmuş qoyun ətinin realizə edilməsindən imtina etmiş, firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları, nağd ödəmə vasitəsilə 133.000 ABŞ dolları hissələrlə ödəyib guya biznesin uğurla davam etdiyinə inandıraraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr. 204 ünvanda yerləşən ofisində 80.580 manat nisbətində 47.400 ABŞ dolları məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə iş adamı olaraq əlinin hər yerə çatdığını, əksər xarici ölkələrdə onun təmsilçilərinin olduğunu, ortaq şirkətlərlə bütün problemləri aradan qaldırmaq iqtidarında olduğunu, uzun illərdir ət məhsullarının idxalı ilə məşğul olduğunu, bu işi ondan yaxşı bilənin olmadığım, ölkəyə daxil olan hər ət məhsullu yük maşınından xeyli qazanc əldə etdiyini, bu işdə qazancdan başqa ziyan və risklərin olmadığım, onunla ortaq çalışmaq istəyənlərin çox olduğunu, vəsait qoyub işbirliyi aparmağın mümkün olduğunu, qazancın artırılması, itkilərin azaldılması adı ilə Ukrayna Respublikasında kombinat tikdirəcəyi və digər bu kimi yalan məlumatlar verib Zərərçəkmiş şəxs2 onunla ortaq iş birliyində işləyib investisiya yatırmaqla külli miqdarda qazanc əldə edib qazancın 50%-lik hissəsini ona verəcəyinə yalandan vəd verib aldadaraq 25 noyabr 2019-cu il tarixdə Moldova Respublikasındakı şərik adlandırdığı “Antadro” şirkəti vasitəsilə "xxxx" MMC şirkətinin hesabına “Severina” şirkətinin hesabında olan, Zərərçəkmiş şə xs2 məxsus 105.000 ABŞ dolları məbləğində pulun 91.800 manat nisbətində 54.000 ABŞ dollarlıq hissəsini, 06 dekabr 2019-cu il tarixdə x ünvandakı ofisində bacısı oğlu Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 8.500 manat nisbətində 5.000 ABŞ dolları, 10 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun bağı ətrafında Zərərçəkmiş şəxs3 idarə etdiyi “Range-Rover” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 93.500 manat nisbətində 55.000 ABŞ dolları, 18 yanvar 2020-ci il tarixdə x ünvandakı ofisində Zərərçəkmiş şəxs2 şəxsən özündən 170.000 manat nisbətində 100.000 ABŞ dolları, 05 fevral 2020-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmi ş şəxs2 məxsus 85.000 manat nisbətində 50.000 ABŞ dolları, 03 mart 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr. 204 ünvandakı ofisində Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 85.000 manat nisbətində 50.000ABŞ dolları, ümumilikdə 533.800 manat nisbətində 314.000 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xüsusilə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs3 əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə iş adamı olaraq əlinin hər yerə çatdığını, əksər xarici ölkələrdə onun təmsilçilərinin olduğunu, ortaq şirkətlərlə bütün probleml əri aradan qaldırmaq iqtidarında olduğunu, uzun illərdir ət məhsullarının idxalı ilə məşğul olduğunu, bu işi ondan yaxşı bilənin olmadığını, ölkəyə daxil olan hər ət məhsullu yük maşınından xeyli qazanc əldə etdiyini, bu işdə qazancdan başqa ziyan və risklərin olmadığını, onunla ortaq çalışmaq istəyənlərin çox olduğunu, vəsait qoyub işbirliyi aparmağın mümkün olduğunu, qazancın artırılması, itkilərin azaldılması adı ilə Ukrayna Respublikasında kombinat tikdirəcəyi və digər bu kimi yalan məlumatlar verib Zərərçəkmiş şəxs3 onunla ortaq iş birliyində işləyib investisiya yatırmaqla külli miqdarda qazanc əldə edib qazancın 50%-lik hissəsini ona verəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində 18.000 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə, Azadlıq prospekti 204 ünvanında 17.000 manat nisbətində 10.000 ABŞ dolları, ümumilikdə 35.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs4 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə iş adamı olaraq əlinin hər yerə çatdığını, əksər xarici ölkələrdə onun təmsilçilərinin olduğunu, ortaq şirkətlərlə bütün problemləri aradan qaldırmaq iqtidarında olduğunu, uzun illərdir ət məhsullarının idxalı ilə məşğul olduğunu, bu işi ondan yaxşı bilənin olmadığını, ölkəyə daxil olan hər ət mə hsullu yük maşınından xeyli qazanc əldə etdiyini, bu işdə qazancdan başqa ziyan və risklərin olmadığını, onunla ortaq çalışmaq istəyənlərin çox olduğunu, vəsait qoyub iş birliyi aparmağın mümkün olduğunu, qazancın artırılması, itkilərin azaldılması adı ilə Ukrayna Respublikasında kombinat tikdirəcəyi və digər bu kimi yalan məlumatlar verib Zərərçəkmiş şəxs3 onunla ortaq iş birliyində işləyib investisiya yatırmaqla külli miqdarda qazanc əldə edib qazancın 50%-lik hissəsini ona verəcəyinə yalandan vəd verib aldadaraq 04 fevral 2021-ci il tarixdə Ukrayna Respublikasında olduğu müddətdə guya kombinatın tikintisinin surətləndirlməsi və Bakı şəhərinə ət məhsulu göndərməsi adı ilə Zərərçəkmiş şəxs4 tərəfindən hesabına Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk pr. ünvandan göndərdiyi 20.000 mana t, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq pr. 204 ünvanda 17.000 manat nisbətində 10.000 ABŞ dolları, ümumilikdə 37.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-110/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət verilməsi, X10 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması hökm edilmiş, ekspertiza xərci və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CMnin 178.4-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən zərərçəkmiş şəxslər X4 nümayəndəsi Nümayəndə2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətləri verib hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsiri sübuta yetirildiyindən ittiham hökmü çıxarılmasını və azadlıqdan məhrum etmə cəzasını dövlət ittihamçısının təklif etdiyi hüdudlarda təyin edilməsini xahiş etmişlər.

8. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X11 və zərərçəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə 1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinib ona ən ağır cəza təyin edilməklə ittiham hökmünün çıxarılmasını xahiş etmişlər.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-116/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxslər X10 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-110/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökmlə təyin olunan cəza müddətinə hesablanıb çıxılması və üzərində 09 (doqquz) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 yanvar 2025-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxs (mülki iddiaçı) X10 tərəfindən verilmiş mülki iddianın təmin edilməsi və 533.167,60 (beş yüz otuz üç min yüz altmış yeddi manat altmış qəpik) manat pulun Məhkum tutularaq X8 öd ənilməsi hökm edilmiş, məhkəmə xərcləri və digər məsələlər həll edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Kərimov Tural Baris oğlu tərəfindən kassasiya şikayəti və ona əlavə, müdafiəçi Mirzəyev Cəlil Şükür oğlu tərəfindən kassasiya şikayətinə əlavə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

11. Müdafiəçilər Kərimov Tural Baris oğlu və Mirzəyev Cəlil Şükür oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavələrdə qeyd edilmişdir ki, Məhkum iş üzrə zərərçəkmiş şəxslərlə olan münasibətləri sırf kommersiya (mülki) münasibətlər olmasına, bu mübahisənin mülki və kommersiya məhkəmələrində həll edilməli olmasına baxm ayaraq, apellyasiya instansiyası məhkəməsi əməlində heç bir cinayətin tərkibi olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham hökmü çıxarmışdır. Məhkumun hərəkətlərində heç bir cinayət əməlinin olmaması, sadəcə olaraq obyektiv səbəblərə görə uğursuz kommersiya fəaliyyəti nəticəsində gəlir əldə edə bilməməsi səbəbindən istənilən qazanc əldə olunmadığı üçün onun sahibkarlıq fəaliyyətini genişləndirməsi üçün investisiya qoyulmuş şəxslər istədikləri gəliri əldə edə bilmədikləri üçün şikayət etmişlər. Zərərçəkmiş şəxslərlə Məhkum arasında bu və ya digər şəkildə iş birliyi olmuş, onlar birgə investisiya qoyaraq, gəlir əldə etmək niyyəti ilə birgə hərəkət etmişlər. Həmçinin, Məhkum tərəfindən X8 rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti, gətirdiyi malların gömrükdə n çıxarılması, üzərində sərəncam verilməsi ilə bağlı 1 il müddətinə etibarnamə verilməsi də, onlar arasında iş fəaliyyətinin olmasını, zərərçəkmiş şəxs özünün işləri idarə etmək üçün səlahiyyətlərə malik olmasını göstərir. Mübahisə edilməyən məqam ondan ibarətdir ki, bütün hallarda zərərçəkmiş şəxslər müxtəlif məbləğlərdə pulları Məhkum ət məhsullarının ölkəyə gətirilməsi, satışı ilə əlaqədar vermişlər. Həmin məbləğlər Məhkum tərəfindən başqa sahələrə deyil, məhz ət məhsulları ticarəti ilə bağlı işlərə xərclənmiş və zərərçəkmiş şəxslərin bütün hallarda həmin fəaliyyətə nəzarət etmək, etibarnamə əsasında müdaxilə etmək imkanları olmuşdur. Məhkum qeyd etdiyi kimi ət məhsulları ilə bağlı iş fəaliyyətindəki zərərin yaranması məhz pandemiya dövrü ilə əlaqəli olmuş, məhsulların satışında çətinli klər yaranmışdır. Məhkum zərərçəkmiş şəxsa səslə göndərdiyi danışıqlarından da görünür ki, o, görülən işlər barədə məlumat verərək iş fəaliyyətində qarşıya çıxan problemlər barədə sonuncunu mütəmadi olaraq məlumatlandırmışdır. Eləcə də bir vərəqədən ibarət əl yazmada Məhkum zərərçəkmiş şəxsla başladığı işlə əlaqədar hissə-hissə nağd şəkildə (2019-cu il noyabr ayında) 298.600 ABŞ dolları aldığını, o cümlədən, həmin pula Ukraynadan donmuş ət və toyuq məhsullarını Azərbaycana idxal etdiyini, mövcud olan Covid-19 xəstəliyinin yayılması ilə əlaqədar olaraq ana pulu qaytara bilmədiyini yazmışdır. Bundan əlavə, Məhkum əlyazma ilə yazdığı 18 may 2022-ci il tarixli iltizamda Zərərçəkmiş şəxs2 190.000 ABŞ dolları məbləğində borcu yarandığını etiraf etmiş, yəni məhkum hər hansısa məbləği ödəməkdən qə rəzli şəkildə yayınmamış, boyun qaçırmamışdır. Həmin məbləğin xeyli hissəsinin Ukraynada yaradılmış ət kombinatına rəhbərlik edən və hazırki iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs4 atası şahid tərəfindən israf edilməsi Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə də təsdiq olunmuşdur. Həmin məhkəmə prossesi zamanı videokonfrans formasında ifadə verən şahid həqiqətən də külli miqdarda pul vəsaitlərinin bank hesabı vasitəsilə və qeyri-rəsmi qaydada Ukranaya ət kombinatının fəaliyyəti ilə bağlı göndərildiyini təsdiq etmişdir. Məhkum iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 atası şahidyə qarşı pul tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin e-2(006)3130/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qətnaməsi ilə bu iddia tələbi qism ən təmin edilmiş, cavabdeh X3 46.887 (qırx altı min səkkiz yüz səksən yeddi) manat və mediasiya xərci kimi 170 manat tutularaq Məhkum ödənilməsi qət edilmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmiş və sübut kimi qəbul edilməyən 12 sentyabr 2022-ci il tarixli, 9/5371 nömrəli ekspert rəyini iş üzrə mötəbər sübut kimi qiymətləndirmişdir. İbtidai araşdırmanı aparan müstəntiq məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zamanı nə cinayət işinin bütün materiallarını, nə ona təqdim olunmuş və cinayət işi materiallarına əlavə edilmiş 25 aprel 2022-ci il tarixli sərbəst audit rəyini ekspertizanın keçirilməsi üçün ekspertə təqdim etməmişdir. Həmin rəydə "xxxx" MMC-nin 2018, 2019, 2020 və 2021-ci illər üzrə mənfəət vergisi bə yənnamələri, zərərçəkmiş şəxsla ortalıq dövrü üzrə faktiki mənfəət və zərər kifayət qədər əsaslandırılmaqla, müvafiq bank sənədlərinə, müqavilələrə, kassa mədaxil və məxaric sənədlərinə, yük gömrük bəyənnamələrinə və digər mühasibat uçotu sənədlərinə istinad edilməklə hesablanmışdır. Yuxarıda qeyd olunan ekspert rəyi kifayət qədər əsaslı olmadığından və ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər ekspertə təqdim edilmədən tərtib edildiyindən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli idi. Məhkum kiminsə etibarından istifadə edib, kimisə aldatma yolu ilə əmlakını ələ keçirməsi öz təsdiqini tapmır, məhkumun ifadələri, iş üzrə mülki iddiaçı kimi tanınmış zərərçəkmiş şəxs özünün məhkəmədə verdiyi ifadəsi, zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş ş əxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, şahidlər Şahid4, Şahid1, Şahid5, Şahid7, Şahid3, Şahid8, Şahid9, Şahid11 və Şahid6 ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı təqdim edilmiş alqı-satqı müqavilələri, bank hesablarından çıxarışlar, ödəniş sənədləri, X1 notarial qaydada vermiş olduğu ərizə, X5 öz xətti ilə yazdığı hesabat, foto şəkillər və videogörüntülərlə tam təkzib olunur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-116/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

12. Zərərçəkmiş şəxs3 kassasiya şikayətində qeyd etmişdir ki, hökmün cəza hissəsi ilə qətiyyən razılaşmır. Ona görə ki, zərə rçəkmiş şəxslərə xüsusilə külli miqdarda zərər vuran, onların pullarını dələduzluq yolu ilə ələ keçirən Məhkum ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin olunmasını ədalətli cəza hesab etmək olmaz. Hesab olunur ki, apellyasiya instansiyası məhkəməsi araşdırdığı cinayət işi üzrə məhkuma cəza təyin edərkən ona ən aşağı həddə cəza təyin edilməsini əsaslandıra bilməmişdir. Məhkum məhkəmə baxışındakı hərəkətləri, zərərçəkmiş şəxslərlə münasibəti, onlarla razılığa gəlməyə cəhd belə etməməsi, əksinə məhkəmə iclaslarından sonra kənarda onlarla danışıqları onun islah yoluna qədəm qoymamasına dəlalət edir. Məhkuma təyin olunmuş cəza islah olunması üçün kifayət deyildir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-116/2025 n ömrəli, 24 yanvar 2025-ci il tarixli hökmünün dəyişdirilərək, Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ən ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Zərərçəkmiş şəxs4 digər Zərərçəkmiş şəxs3 kassasiya şikayətində göstərilənlərlə eyni dəlillər irəli sürərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)116/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ən ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Az ərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-v erməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavələrdə Məhkum əməlində cinayət tərkibinin olmadığı iddia edlir, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

20. Zərərçəkmiş şəxslərin kassasiya şikayətlərində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilməklə, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.

21. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bak ı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-116/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq ilk növbədə məhkumun müdafiəçisinin kassasiya şikayəti və müdafiəçilərin əlavələr ilə bağlı aşağıdakıları qeyd edir.

22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsa sən müəyyən edilməsini tələb edir.

24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqs iri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

26. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmadığına dair kassasiya şikayəti və ona əlavələrin dəlillərini əsassız hesab edir.

27. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən hökmündə hazırda baxılan kassasiya şikayəti və ona əlavələrdə qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir.

28. Belə ki, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestinin, zərərçəkmiş şəxslər və onların nümayəndələrinin apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı aparmaqla və apellyasiya baxışı zamanı ça rpaz dindirmələr keçirməklə faktiki halları təhlil etmiş, hazırda mübahisəsi aparılan hökmündə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha tədqiq edib hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilməsə də, onun həmin cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxslərin ifadələrində bildirdikləri faktlar, şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, götürmə və baxış protokolu, üzləşdirmə istintaq hərəkəti pro tokolları, digər istintaq və məhkəmə hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətə görə, Məhkum zərərçəkmiş şəxslərin əmlaklarını (pul vəsaitlərini) qəbul edərkən onlara qarşı müstəsna olaraq dələduzluq niyyətində olması iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunsa da, bunun əksinə olaraq, qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışında məhkumun və onun müdafiəçisinin dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, məhkumun müdafiəsi onun müdafiəçiləri tərəfindən zərərçəkmiş şəxslərə verilmiş çoxsaylı sualların üzərində qurulmuş, verilən bütün suallara zərərçəkmiş şəxslər dəqiq və ətraflı cavablar vermişlər. Daha sonra aparılan məhkumun dindirilməsi zamanı o, verilmiş suallara xaotik cavablar verməklə bildirdikləri bir çox hallarda işin həqiqi halları ilə uzlaşmamış, bəzi hallarda isə suallara cavab verə bilməmiş və ya ağlabatan şəkildə cavab verməmiş, bununla da onun zərərçəkmiş şəxslərlə kriminal niyyəti olmadan sağlam işgüzar münasibətlərdə olması barədə dəlilləri tamamilə təkzib olunmuşdur.

30. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində birinci instansiya məhkəməsi pozuntuya yol vermiş, məhkəmə zəruri olan sübutların tədqiqindən əsassız imtina edərək araşdırılmış sübutlara Azərbayca n Respublikası CPMnin 143-146-cı maddələrində nəzərdə tutulmuş lazımi qiymət verməmiş və əsassız olaraq bəraət hökmünü çıxarmışdır. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsi hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya müraciətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində və ona əlavələrdə isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

32. Məhkum təyin edilmiş cəzanın yüngül olmasına dair zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəz a bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cina yətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

36. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədaləti n bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

37. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

38. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən ba şqa hallar nəzərdə tutulur.

39. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

40. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

41. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxm asa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

42. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

43. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildi kdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

44. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınm alı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

45. Zərərçəkmiş şəxslərin kassasiya şikayətlərində irəli sürülmüş dəlilləri istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticənin gəlməsi üçün əsas vermir.

46. Belə ki, Məh kum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsində xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddənin sanksiyasında on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

47. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran halların olmamasını, cəzasını yüngülləşdirən hal kimi onun 63 yaşının olmasını və ilk məhkumluğunu nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi üzrə həmin maddənin sanksiyasının aşağı həddində - 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

48. Məhkum daha ağır cəzanın təyin edilməsi üçün əs as müəyyən etməyən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşaraq hesab edir ki, bu hissədə gəlinən nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

49. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına onların mənafelərinə aid dəlillərin müdafiəsinin əlverişli qaydada təşkil etməsi və bunu əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

50. Qeyd edilənlər kassasiya müraciətlərinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulan halların müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən qərarın isə ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

51. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, məhkumun müdafiəçisi Kərimov Tural Baris oğlu tərəfindən veril miş kassasiya şikayəti və ona əlavə, digər müdafiəçisi Mirzəyev Cəlil Şükür oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə, eləcə də Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-116/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi Kərimov Tural Baris oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə, digər müdafiəçisi Mirzəyev Cəlil Şükür oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfində n ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-116/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmü kassasiya şikayətlərinə və kassasiya şikayətlərinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar