Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1206/2019 17.12.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 1206/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 17 dekabr 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5, mülki iddiaçının nümayəndəsi X3 və cinayət məsuliyyətindən azad edilmiş şəxs M əhkum və müdafiəçisi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarındən Dövlət ittihamçısı4 Turqut oğlu tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Səfərov Hüseyn Akif oğlu) xx.xx.1958-ci ildə Quba rayonunun Digah kəndində ana dan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Məhkum, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarından dövlət ittiham çısı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarı ilə kassasiya protesti tam, kassasiya şikayəti isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışma təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 01 aprel 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsini və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək mülki iddianın tam təmin edilməsini xahiş etmişlər. İşin halları: Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o Bakı Ver gilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) və Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 5inin (VÖEN: **********) direktoru vəzifəsində işləyərkən, cəmiyyətlərin Nizamnamələrində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, cəmiyyətlərin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 104, 105.1, 130.1, 130.2, 149, 153, 154, 159.1, 173, 174, 175, 177 və 178-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, vahid niyyətlə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində 111228,33 manat və “xxxx” Kiçik Müəssisəsində 587708,63 manat, cəmi külli miqdar təşkil edən 698936,96 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya protesti və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protesti verərək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, habelə yolverilməz sübutlara istinad edilmişdir ki, bunun da nəticəsi olaraq Məhkum barəsində CM-nin 213.2.2-ci maddəsi ilə başlanılmış cinayət təqibinə əsassız olaraq xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinə hüquqi qiymət verərkən məhkəmə istintaqı zamanı təyin edilmiş komisyon məhkəmə-mühasibat ekspertizasının 1 avqust 2016-cı il tarixli 939 nömrəli, təkrar komisyon məhkəmə- mühasibat ekspertizasının 16 dekabr 2016-cı il tarixli 25657 nömrəli, əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 22 fevral 2019-cu il tarixli 26525 nömrəli rəylərinə istinad etdiyindən ilk olaraq bu rəylərin əsasını təşkil edən, ekspertlərin və məhkəmələrin əsas kimi qəbul etdikləri müvafiq normativ aktlara münasibət bildirilməsi, eləcə də qanunvericiliyin normalarının tələblərinin açıqlanması zəruridir. Qeyd edilən ekspertiza rəyləri vergi qanunvericiliyinə, əlavə dəyər vergisi üzrə qanunvericiliklə təsbit edilmiş normalara ziddir. Birinci və apellyasiya instansiyası məhkəmələri isə Konsitusiya Məhkəməsinin Plenumunun qərarında verilmiş rəsmi təfsirin məcburi olmasına baxmayaraq, sözügedən məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinin qiymətləndirilməsi zamanı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamış, Məhkum ittihamda göstərilən ƏDV-ni ödəməkdən yayınıb yayınmaması, ümumiyyət lə büdcədən yayındırılmış vergi məbləginun nə qədər təşkil etməsi haqqında məsələləri həll edərkən həmin rəylərdən çıxış etməklə sübutların tədqiq edilməsinə, xüsusilə də sübutların yoxlanılmasına, ekspert rəyinin qiymətləndirilməsinə dair cinayət-prosessual qanunun tələblərinə riayət etməmişlər. Məhkəmə istintaqı zamanı təyin edilmiş komisyon məhkəmə mühasibatlıq, təkrar komisyon məhkəmə mühasibatlıq və əlavə komisyon məlikəmə mühasibatlıq ekspertizalarının rəylərindən görünür ki, həmin ekspertizalar zamanı mənfəət vergisi Məhkum təqdim etdiyi “mədaxil-məxaric” sənədləri əsasında hesablamışdır. Halbuki, artıq qeyd olunduğu kimi Məhkum səyyar vergi yoxlaması və ibtidai istintaq zamanı xərclərinə dair heç bir sənəd təqdim etməmişdir. Həmin “mədaxil-məxaric” sənədlərinin mötəbərliliyi isə mə hkəmə tərəfindən araşdırılmamışdır Bundan başqa, səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, “xxxx” MMC-nin və “xxxx” KM-nin xərcləri süni şəkildə artırılmış, xərcləri təsdiq edən ciddi hesabat sənədləri (yük gömrük bəyannaməsi, vergi hesab fakturası, qaimə faktura, bank hesabından çıxarış, kassa mədaxil və ya məxaric orderi) isə olmamışdır. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 aprel 2019-cu il tarixli qərarı ləğv edilməsini və cinayət işi yeni apellyasiya baxışma təyin edilməsini xahiş etmişdir. Mülki iddiaçının kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını ətraflı araşdırmadan yalnız ekspert rəyinə əsaslanaraq hesab etmişdir ki, vergi ödəyicilərinə yoxlama zamanı ƏDV hesabla nmışdır. Halbuki, məhkəmə “xxxx” Kiçik Müəssisəsi və «xxxx» MMC üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktlarını ətraflı araşdırmış olsaydı müəyyən edə bilərdi ki, müəssilələrlə bağlı yalnız əsassız aparılmış ƏDV əvəzləşmələri ləğv edilmiş, əlavə hesablama aparılmamışdır. Qeyd olunan malların təqdim edilməsi ilə bağlı vergilər vergi ödəyicisinin özü tərəfindən hesablanmış və bununla bağlı müvafiq bəyannamələr vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən isə yalnız aparılmış əvəzləşdirmələr ləğv edilmişdir. Göründüyü kimi məhkəmə ekspert rəyinə istinad edərkən CPM-in 127.3-cü maddəsinin tələblərini nəzərə almayaraq, vergi ödəyicisinin özü tərəfindən hesablanmış vergi məbləğlərini ləğv etməklə düzgün olmayan qənaətə gəlmişdir. Bütün bunlarla bərabər, məhkəmənin yol verdiyi n öqsanlardan biri də istintaq zamanı mənfəət vergisi üzrə müəyyən edilmiş 22.198,30 manat azalmanı yoxlama dövrünə “xxxx” Kiçik Müəssisəsinin şəxsi hesab vərəqəsi üzrə mövcud artıq ödəmədən çıxaraq vergi ödəyicisinin borcunu yox etməsidir. Eyni zamanda, məhkəmə “ödəniş sənədlərini” 2011-2012-ci illərin xərclərini təsdiq edən sənəd kimi qəbul etməklə əsassız və yalnış nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarının mülki iddiaya dair hissədə ləğv edilməsi və mülki iddianın tam təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protesti və kassasiya şikayətin in təmin edilməsi barədə dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin, kassasiya protesti və kassasiya şikayətinin təmin edilməməsi barədə cinayət məsuliyyətindən azad edilmiş şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya in stansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kollegiya işin məhkəmlər tərəfindən müəyyən edilmiş hallarına əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edərək əsaslı nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin komisyon məhkəmə-mühasibat ekspertizasının 01 avqust 2016-cı il tarixli 939 nömrəli rəyinə əsasən hazırki rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 mart 2009-cu il tarixdən 01 may 2014-cü il tarixədək və “xxxx” Kiçik Müəssisəsinin 01 yanvar 2010-cu il tarixdən 01 aprel 2014-cü il tarixədək olan fəaliyyət dövrü üzrə dövlət büdcəsindən mənfəət vergisinin azaldılması müəyyən edilir, o cümlədən: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən - 19862,93 manat; "xxxx” Kiçik Müəssisəsi tərəfindən - 2335,37 manat. Onu da qeyd etmək lazımdır ki, "xxxx” Kiçik Müəssisəsin şəxsi vərəqəsinin məlu matına əsasən onun səyyar vergi yoxlamasının bitmə tarixinə (03.12.2014-cü il tarixə) dövlət büdcəsinə vergilər üzrə.utıq hesablaması 40.076,17 manat təşkil etmişdir. Bu hal nəzərə alındıqda, “xxxx” Kiçik Müəssisəsin azadılmış mənfəət vergisi üzrə dövlət büdcəsinə borcun olması müəyyən edilmir. Belə olan halda “xxxx” Kiçik Müəssisəsi üzrə dövlət büdcəsinə vergilər üzrə artıq hesablaması 37740,80 manat (40076,17- 2335,37) təşkil edir. Bundan başqa qeyd edilir ki, hazırki ekspertiza zamanı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Kiçik Müəssisəsi üzrə səyyar vergi yoxlaması aktlarının ƏDV-si üzrə gəldiyi nəticə öz təstiqini tapmadı. Belə ki, səyyar vergi yoxlaması zamanı müəssisə tərəfindən yoxlama dövründə vergi hesabfakturaları üzrə alınmış malların (işlərin, xidmətlərin) ƏDV-si dep ozit hesabından ƏDV-siz dəyəri isə nağd qaydada kassaya ödənildiyindən, bu ödəmələr üzrə köçürülmüş əlavə dəyər vergisi məbləğləri yoxlama zamanı əvəzləşdirməyə qəbul edilməmişdir. Halbuki Vergi Məcəlləsinin i "5.1.3. maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 oexabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş vergi- nesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi» Qaydalarının 1,4 maddəsinin (hansıda ki, malların dəyərin malları təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməsi tələbi qoyulmuşdur və hesab qarşısında olan «bank» sözü həmin Qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2008-ci il tarixli 47 nömrəli Qərarı ilə edilən dəyişdiklərlə çıxarılmışdır) tələblərinə müvafiq olaraq malın dəyəri mallan təqdim edən şəxsin hesabına (bank və ya onun kassa hesabı onun hesabı deməkdir) ƏDV-si depozit hesabına köçürülürsə bu əməliyyatlar ƏDV-nin əvəzləşməsinə əsas verir. Ona görə həmin Qərarın tələblərinə müvafiq olaraq yoxlama dövrü üzrə müəssisənin aldığı malların nağd qaydada ödənilməsi, ƏDV-nin isə depozit hesabına köçürülməsi ƏDV-nin əvəzləşməsinə əsas verdiyindən, səyyar vergi yoxlaması aktlarının bu haqda olan nəticələri (yəni ƏDV-nin əvəzləşməyə qəbul edilməməsi səbəbindən, ƏDV-nin azaldılması müəyyən edilməsi) əsassız hesab edilir. Həmçinin hazırki ekspertiz a zamanı “xxxx” Kiçik Müəssisənin mənfəəti bir başa, yəni iş materiallarında olan mədaxil-məxaric sənədləri əsasında hesablanıb. Səyyar vergi yoxlaması zamanı isə aktda göstərildiyi kimi gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərinin olmadığından müəssisənin məhfəəti dolayısı yolla yəni şərti rentabellik səviyyəsinin 20% qəbul edilməsi yolu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 №-li, 04 aprel 2003-cü il tarixli 42 №-li qərarlarında göstərilən qaydada hesablanmışdır. Bu səbəbdən hazırki ekspertizanın “xxxx” Kiçik Müəssisənin mənfəət vergisi olan nəticəsi ilə səyyar vergi yoxlaması aktının nəticəsi fərqlidir. Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin 03 sentyabr 2015-ci il ta rixli qərarının (Vergi Məcəlləsinin 175.1 və176.4-cü mad şərh edilməsi) ekspertlər tərəfindən verdikləri rəydə nəzərə alınmaması barədə hala aydınlıq gətirilməsi üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir Əlavə məhkəmə ekspertizasının 22fevral 2019-cu il tarixli rəyində qeyd edilir ki, “xxxx” kiçik müəssisəsinin və “xxxx” MMC-də aparılmış səyyar yoxlama zamanı Vergi Məcəlləsinin 159.7 və 3.5-cl naddələrinin tələblərinin nəzərə alınmaması müəyyən olunur Həmin müəssisələr üzrə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDV məbləği müəyyən edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.7-ci maddəsində göstərilmişdir ki, bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyya tlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutlan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Kollegiya hesab edir ki. şərh olunan normanın məzmunundan çıxış etməklə apelyasiya məhkəməsi “xxxx” Kiçik Müəssisəsi tərəfindən ƏDV-si 436.419,35 manat, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə ƏDV-si 91.365,40 manat məbləğində olan alınmış malların həmin müəssisələr tərəfindən təqdim olunması (Vergi Məcəlləsinin 159.7 maddəsinin tələblərinə əsasən) vergi tutulan əməliyyat hesab edilmir. Azərbaycan R espublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsində göstərilmişdir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr ekspert rəylərini tədqiq edib ibtidai istintaq dövrü keçirilmiş ekspertiza rəyini səyyar vergi yoxlama aktları. və aktlarda istinad edilmiş sənədlərə istinadən, həmçinin rentabellilik əsasında keçirilməsini göstərərək,məhkəmə istintaqı dövrü keçirilmiş ekspertiza rəylərinin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar, təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əlavə sübutlar, maliyyə-mühasibat hesabatları, maliyyə-təsərrüfat sənədləri, ödəniş sənədləri, istintaq orqanı tərəfindən nəzərə alınmamış, təqdim edilmiş əlavə sübutlar əsasında daha ətraflı tədqiqat apar ıldığından, komisyon,təkrar və əlavə məhkəmə-mühasibatlıq ekspertizaların rəylərini haqlı olaraq əsasl hesab edib mötəbər sübut kimi qəbul etmişlər. Müəyyən edilmişdir ki, verilmiş ittihama əsasən təqsirləndirilən şəxs hər iki müəssisə üzrə dövlət büdcəsinə vergi ödəməkdən yayınmaqda təqsirli bilinsə də, məhkəmələr müəyyən etmişdir ki, təqsirləndirilən şəxs yalnız “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üzrə dövlət büdcəsinə vergi ödəməkdən yayınmaqda təqsirlidir və ümumilikdə dövlət büdcəsindən mənfəət vergisinin azaldılması 19.862,93 manat olduğundan, bununla da həmin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış məbləğ 19.862,93 manat təşkil edir.Yəni təqsirləndirilən şəxsə qarşı vahid niyyətlə irəli sürülmüş ittiham üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi borcunun 19.862,93 manat olması müəyyən edildi. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.33.3-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 213-cü maddəsi üzrə “Qeyd” hissəsinin 1-ci bəndində “2000 manatdan 50.000 manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə 50.000 manatdan yuxarı” sözləri “20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 100.000 manatdan artıq” sözləri ilə əvəz edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi müəssisələr tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə aparılm ış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDV məbləği müəyyən edilməməsi barədə məhkəməmühasibatlıq ekspertizasının 22 fevral 2019-cu il tarixli, 26525 nömrəli ekspert rəyi ilə razılaşaraq birinci instansiya məhkəməsinin qərarını düzgün hesab etməklə əsaslı və qanuni nəticəyə gəlmişdir. İş materiallarından müəyyən olunur ki, cinayət işi “xxxx” və”xxxx” MMC-də vergilərin dövlət büdcəsinə ödənilməməsi faktına dair toplanmış materiallar üzrə fakta görə 11mart 2014-cü il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin qərarı isə 03 sentyabr 2015ci il tarixdə qəbul edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti tə min edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində CM-nin 213.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2019-cu il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə və mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1206/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1206/2019
17.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver