Məhkəmə qərarları › İş №1(102)-1206/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1206/2020

25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1206/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 1 78.2.2, 178.2.3 və 178.2.4-cü maddələri lə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər E.İ.Rüstəmov və X.H.Səmədov) 1(100)-55/2019 nömrəli 27 dekabr 2019-cu il tarixli hökmü ilə, 15 iyul 1981-ci ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4 -cü maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 32.4,312.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyi edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin o, CM-in 313-cü maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona həmin maddə ilə cəza təyin edilməmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 01 aprel 2011-ci il tarixdən 24 dekabr 2013-cü il tarixədək “xxxx” ASC-nin Kredit Departamentinin İpoteka kreditləri şöbəsində mütəxəssis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ipoteka krediti almaq üçün banka müraciət etmiş Gəncə şəhər sakini X8 həmin bankın rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrə malik olmasını, Aqil Cəfərovun 36.000 manata almağa razılaşdığı ünvan 2 ünvanında yerləşən X12 məxsus yaşayış sahəsini, qalan məbləği şəxsi vəsaiti hesabına ödəməklə, satın almaq üçün adına 28.800 manat məbləğində kreditin ayrılmasını bankın səlahiyyətli vəzifəli şəxsi olan Müşahidə Şurasının sədri X3 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla onun vasitəsilə maddi nemət olan 5.500 (beş min beş yüz) ABŞ dolları məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd edib aldadaraq, 2011-ci ilin yay aylarında “xxxx” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən ofisində Aqil Cəfərovdan 5.500 ABŞ dolları məblə ğində pulu istəmiş və 2011-ci ilin iyun ayında həmin ofisdə ondan 5.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.342 (dörd min üç yüz qırx iki) manat məbləğində pulu qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmiş və vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Aqil Cəfərovu təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ipoteka krediti almaq üçün banka müraciət etmiş Gəncə şəhər sakini X5 36.000 manata almağa razılaşdığı ünvan 2 ünvanında yerləşən X12 məxsus yaşayış sahəsini, qal an məbləği şəxsi vəsaiti hesabına ödəməklə, satın almaq üçün adına 28.800 manat məbləğində kreditin ayrılmasıana dair sənədlərə baxıb kreditin verilməsinin mümkün olmadığını bildirmiş, krediti verdirəcəyini yalandan vəd verib aldadaraq, 2011-ci ilin iyun ayında “xxxx” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən binasında Aqil Cəfərovdan 1.000 manat məbləğdə pulu qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 24 dekabr 2013-cü il tarixdən 24 fevral 2016-cı il tarixədək “xxxx” ASC-nin Kredit Departamentinin İpoteka kreditləri şöbəsinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gəncə şəhər s akini X6 42.000 manata almağa razılaşdığı ünvan 4 ünvanında yerləşən X1 məxsus yaşayış sahəsini satın almaq üçün 33.600 manat məbləğində kreditin verilməsinə dair sənədlərində catışmazlığın olmasını bildirib, catışmazlığı aradan qaldıracağını yalandan vəd verib aldadaraq, 2014-cü ilin yanvar ayında “xxxx” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən binasında Aliq İsmayılovdan 1.000 manat pulu qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” ASC-nin Kredit Departamentinin İpoteka kreditləri şöbəsinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gəncə şəhər sakini X10 Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, məhəllə B-5, sahə 35 ünvanında yerləşən X7 məxsus yaşayış sahəsini satın almaq üçün 48.000 manat məbləğində ipoteka kreditinin verilməsinə dair banka müraciətinə baxılması zamanı kreditin ona ayrılmasını həll edəcəyini yalandan vəd verib aldadaraq, 2014-cü ilin mart ayında “xxxx” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən iş yerində Rəşad Əliyevdən 800 (səkkiz yüz) manat məbləğində pulu qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə alıb ələ keçirib təkrarən dələduzluq etmiş və təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə istintaqla müəyyən edilməyən şəxsdən əldə edlmiş X10 08 noyabr 2010-cu ildən “Şərqi” ş irkətində texniki direktor vəzifəsində işləməklə aylıq 813,4 manat məbləğində əmək haqqı alması barədə bilə-bilə məzmununa yalan məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd olan 17 mart 2014-cü il tarixli, 26 nömrəli arayışı kredit sənədlərinə əlavə edərək arayışın məzmunca saxta olan mətnindən istifadə edib ipoteka kreditinin verilməsinə dair dosyedə olan rəsmi sənədlərin məzmununa tamah niyyətilə yalan məlumatlar daxil edərək 03 aprel 2014-cü il tarixdə Rəşad Əliyevin adına 48.000 manat məbləğində ipoteka krediti verilməsi və kredit üzrə ödəmələrin müəyyən olunan qrafik üzrə həyata keçirilməməsi nəticəsində, cəmiyyətin və dövlətin əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, ipoteka krediti ilə bağlı rəsmi sənəd lərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, “xxxx” ASC-nin Kredit Departamentinin İpoteka kreditləri şöbəsinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə banka ipoteka krediti almaq üçün müraciət etmiş Gəncə şəhər sakini X10 adına 48.000 manat məbləğində kreditin rəsmiləşdirilməsi və ayrılması üçün arvadı X4 da hər hansı bir iş yerində işləməsinə dair arayışın alınmasının zəruri olmasını, özünün Samirə Əliyevanın hansısa bir müəssisədə işləməsi barədə saxta arayış almaq imkanına malik olduğunu Rəşad Əliyevə yalandan bildirib 2014-cü ilin mart ayında həmin adla “xxxx” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 2 60 ünvanında yerləşdiyi binada Rəşad Əliyevdən 800 (səkkiz yüz) manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə qulluq mövqeyindən istifadə etməklə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” ASC-nin Kredit Departamentinin İpoteka kreditləri şöbəsinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə, Gəncə şəhər sakini X10 42.000 manata almağa razılaşdığı Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolaltı qəsəbəsi, məhəllə B-5, sahə 35 ünvanında yerləşən X7 məxsus yaşayış sahəsini satın almaq üçün kreditin ayrılması üçün sənədləşmənin tezləşdirəcəyini yalandan vəd edib aldadaraq, 2014-cü ilin mart ayında “xxxx” ASC-nin Gəncə şəh əri, Atatürk prospekti 260 ünvanında yerləşən binada Rəşad Əliyevdən 1.000 (bir min) manat məbləğində pulu, bundan sonra qeyd edilən yaşayış sahəsinin qiymətləndirilməsi zamanı sahənin qiymətini real dəyərindən artıq göstərəcəyini bildirib Rəşad Əliyevi kredit şərtlərinə görə ödəyəcəyi 20 faiz ilkin ödənişi faktiki olaraq ödəməsindən yayındıracağını yalandan vəd verib etibarından sui istifadə edərək aldadaraq 2014-cü ilin mart ayında “xxxx” ASCnin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən binada həmin ay ərzində Rəşad Əliyevdən birinci dəfə 300 (üç yüz) manat, bir neçə gün sonra isə 2.000 (iki min) manat, bundan sonra həmin kreditin ayrılmasını həll edəcəyini yalandan vəd edib aldadaraq, həmin ay ərzində Rəşad Əliyevdən yenidən 5.400 (beş min dörd yüz) manat məbləğində, ümumil ikdə cəmi, 8700 (səkkiz min yeddi yüz) manat xeyli miqdarda pulu həmin ay və aprel ayında etibardan sui-istifadə etmə aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, “xxxx” ASC-nin Kredit Departamentinin İpoteka kreditləri şöbəsinin müdiri vəzifəsində işləyərkən qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ipoteka krediti almaq üçün banka müraciət etmiş Gəncə şəhər sakini X6 42.000 manata almağa razılaşdığı ünvan 4 ünvanında yerləşən X1 məxsus yaşayış sahəsini satın almaq üçün 33.600 manat məbləğində kreditin rəsmiləşdirilməsini bankın səlahiyyətli vəzi fəli şəxsi olan Müşahidə Şurasının sədri X3 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla onun vasitəsilə maddi nemət olan 3.360 (üç min üç yüz altmış) manat məbləğində məbləğində pul verilməsi müqabilində həll edəcəyini yalandan vəd edib aldadaraq, 2014-cü ilin aprel ayında “xxxx” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən binasında Aliq İsmayılovdan həmin məbləğdə pulu istəmiş və bir neçə gün sonra həmin ofisdə ondan qeyd edilən məbləğdə pulu qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmiş və təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə Ali q İsmayılovu təhrik etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2020-ci il tarixli, 1(104)-99/2020 qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Teyyub Muxtarov və Çingiz Məmmədovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində 27 dekabr 2019-cu il tarixli hökmü apelyasiya protestinə və apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2020-ci il tarixli qərarından Məhkum və on un müdafiəçisi Müdafiəçi tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayəti onunla əsaslandırı ki, birinci instansiya və apelyasiya instansiya məhkəmələrinin ona azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə gəldikləri nəticə ədalətsız, qanunsuz və əsassız olmuşdur. Belə ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 32.4,312.2-ci maddələrinin hər birinin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətdə daha yüngül cəza növü olduğu halda, yəni cərimə cəzası nəzərdə tutulmuşdur. Lakin məhkəmələr heç bir əsas olmadan məhkuma cərimə cəzası təyin etməkdən imtina etmişdir. Həmçinin Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əvvəllər məhkum olunmamağı, himayəsində iki azyaşlı uşağının olması, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmağı, həmçinin cəzasını ağırlaşdıran halların olmaması barəsində təqsirli bilinib cəzalandırıldığı maddələrin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzaya, cərimə cəzasına məhkum edilməsinə imkan yaradır və məhkəmənin bundan imtina edərək onu təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya, azadlıqdan məhrumetmə cəzasına məhkum etməsi qanuni, əsaslı və ədalətli olmamışdır. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2020-ci il tarixli qərarına dəyişiklik edərək Məhkum təqsirləndirildiyi maddələrin hər birinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə müdafiəçinin kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayə t və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası Məhkum əməlinə dair birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki h allarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 313 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili təyin edilmiş cəzanın sərtliyinə və şəxsiyyətinə uyğun olmaması, azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməli olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti t örətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin i slah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinay ət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 313, 32.4,312.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən himayə sində iki az yaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinin sanksiyasında üç cəza növü, yəni dörd min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə beş cəza növü, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 312.2-ci maddəsi ilə iki cəza növü, səkkiz min manatdan on ik i min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinin sanksiyasının aşağı həddində (2 il) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsinin sanksiyasının aşağı həddində bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il azadlıqdan məhrum etmə olan cəza, 32.4,312.2-ci maddələrinin sanksiyasının aşağı həddində bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edil məsi yalnız cəzasızlıq mühiti yarada bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 mart 2020-ci il tarixli Məhkum barəsindəki qərar dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar