Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1206/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2020-ci il tarixli, 1(104)-234/2020 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 202 0-ci il tarixli, 1(100)-15/2020 nömrəli hökmü ilə (sədrlik edən M.Ə.Bağırov, hakimlər N.T.Əliyev və D.H.İmanovdan ibarət tərkibdə) xx xxxxx 1977-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, X qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci və 178.3.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona CM-nin 320.2-ci maddəsi ilə cəza təyin edilməmiş, həmçinin o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsin də çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-nin 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumların müdafiəçiləri və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən S.B.Hüseynov, hakimlər Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 21 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2020-ci il tarixli qərar ından (Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2023-cü il qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddəti Məhkum münasibətdə bərpa edilmişdir) Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum və Təqsirləndirilən şəxs digər şəxslər tərəfindən yaradılmış, mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Təmin oğlunun mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə ə sasən yüklü edilmiş, qiyməti 25.000 manat təşkil edən “Kia Sportage” markalı X ban nömrəli, 2011ci il buraxılışlı, AZ **-BR-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Təqsirləndirilən şəxs aldıqdan sonra Məhkum verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyri şəxsin avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və 13 fevral 2017-ci il tarixdən 15 mart 2017-ci il tarixədək Məhkum tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedibgəlməsinə etiraz edilməməsi barədə "xxxx" ASC tərəfindən verilmiş “_” fevral 2017-ci il tarixli 42 saylı arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla Məhkum adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda z iyan vurmaqla dələduzluq etmişlər, bundan sonra Məhkum avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta etibarnamə və bank arayışından bilə-bilə qanunsuz istifadə etmişdir. Bundan başqa, onlar təkrarən digər şəxslər tərəfindən yaradılmış mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü ed ilmiş, qiyməti 19.000 manat təşkil edən “Mazda 3” markalı X ban nömrəli, 2012-ci il buraxılışlı, AZ **-EJ-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Təqsirləndirilən şəxs aldıqdan sonra Məhkum verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyri şəxs tərəfindən avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və 17 fevral 2017-ci il tarixdən 19 mart 2017-ci il tarixinədək Şahid tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə "xxxx" ASC tərəfindən verilmiş 17 fevral 2017-ci il tarixli 43 saylı Arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla Şahid adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurm aqla dələduzluq etmişlər, bundan sonra Məhkum avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta etibarnamə və bank arayışından bilə-bilə qanunsuz istifadə etmişdir. Daha sonra, onlar təkrarən digər şəxslər tərəfindən yaradılmış mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qi yməti 50.000 manat təşkil edən “X” markalı, X ban nömrəli, 2009-cu il buraxılışlı, AZ **-ZC-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Təqsirləndirilən şəxs aldıqdan sonra Məhkum verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyri şəxs tərəfindən avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və 17 fevral 2017-ci il tarixdən 19 mart 2017-ci il tarixinədək Məhkum tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə "xxxx" ASC tərəfindən verilmiş 17 fevral 2017-ci il tarixli 86 saylı arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla Məhkum adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduz luq etmişlər, bundan sonra Məhkum avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta etibarnamə və bank arayışından bilə-bilə qanunsuz istifadə etmişdir. Bundan sonra, onlar təkrarən digər şəxslər tərəfindən yaradılmış mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 mülkiyyətində olan və "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiyməti 15.000 manat təşkil edən “Kia Rio” markalı, X ban nömrəli, 2012-ci il buraxılışlı, AZ **-RJ-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Təqsirləndirilən şəxs aldıqdan sonra Məhkum verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyri şəxs tərəfindən avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və 20 fevral 2017-ci il tarixdən 22 mart 2017-ci il tarixinədək Məhkum tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə "xxxx" ASC tərəfindən verilmiş 20 fevral 2017-ci il tarixli 35 saylı arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla Məhkum adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq et mişlər, bundan sonra Məhkum avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta etibarnamə və bank arayışından bilə-bilə qanunsuz istifadə etmişdir. Bundan başqa, onlar təkrarən digər şəxslər tərəfindən yaradılmış mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 mülkiyyətində olan və “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətində ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, qiy məti 18.000 manat təşkil edən “Kia Cerato” markalı KNAFX411BD5042238 ban nömrəli, 2013-cü il buraxılışlı, AZ **-EV-*** qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılaşmaya əsasən banka ödənilməli olan kredit və digər borclarını ödəmək şərti ilə Təqsirləndirilən şəxs aldıqdan sonra Məhkum verdiyi şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyri şəxs tərəfindən avtomobili idarə etmək hüququ verən saxta etibarnaməni və 20 fevral 2017-ci il tarixdən 22 mart 2017-ci il tarixinədək Məhkum tərəfindən avtomobili idarə edərək Gürcüstan ərazisinə gedib-gəlməsinə etiraz edilməməsi barədə “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş 20 fevral 2017-ci il tarixli 41 saylı arayışı qanunsuz olaraq istintaqa məlum olmayan yolla Məhkum adına hazırladaraq həmin avtomobili ələ keçirib zərərçəkmiş ş əxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, bundan sonra Məhkum avtomobili idarə edərək Qazax rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd nəzarət məntəqəsinə gəlmiş, avtomobili Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi üçün adına hazırlanmış saxta etibarnamə və bank arayışından bilə-bilə qanunsuz istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, o, dələduzluq əməlini törətməmiş, heç kimə ziyan vurmamış, zərərçəkmiş şəxslər də ona qarşı verdikləri şikayət ərizələrini geri götürmüşlər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2020-il tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələlə ri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən onun mütəşəkkil dəstə tərkibində dələduzluq cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 178.3.1 maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.11 maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxl ayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası C inayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir s übut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyas iya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum mütəşəkkil dəstə tərkibində dələduzluq etməməsi haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlilləri - məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – o cümlədən Şahid ifadəsi, Məhkum ittihamda qeyd olunan avtomobillərlə Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkədən çıxması və avtomobilsiz ölkəyə qayıtması barədə Azərbaycan Respublikası BƏSİİnin xx.xx.2018-ci il tarixli məktubu və ona əlavə edilmiş hesabatlarla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin X il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokolla, çoxsaylı ekspertiza rəyləri ilə, Məhkum istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs ***-***-**-** çoxsaylı danışıqlarla, banklardan daxil olmuş məktublarla, maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsasla ndığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə tövsif etməklə səhvə yol verməmələri haqqında nəticəyə gələrkən aşağıdakı halları da qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 20 aprel 1999-cu il tarixli qərarında, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı Qərarında mütəşəkkil dəstəyə verilən təfsirdə göstərilmişdir ki, cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs anlayışından fərqli olaraq, mütəşəkkil dəstə həm də özünün sabitliyi, tərkibində təşkilatçısının (rəhbərinin) və birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış planın olması, cinayətin törə dilməsinə hazırlıq və cinayətkar niyyətin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funksiyaların bölüşdürülməsi ilə xarakterizə olunur. Mütəşəkkil dəstənin sabitliyi təkcə dəstənin uzun müddət ərzində mövcudluğunda, qrup üzvlərinin dəfələrlə cinayət törətməsində deyil, onların texniki cəhətdən təmin edilməsində, hətta, bir cinayətin törədilməsi üçün uzun müddət hazırlıq görmələrində, həmçinin digər hallarda da özünü göstərə bilər. Bu cinayətlərin mütəşəkkil dəstə tərəfindən törədilməsi qənaətinə gələrkən, bütün birgə iştirakçıların hərəkətləri, onların törədilmiş əməldə rolundan asılı olmayaraq, CM-nin 32-ci maddəsinə istinad edilmədən, birgə icraçı kimi tövsif edilməlidir. Məhkəmələr tərəfindən nəzərə alınmış hazırkı işin faktiki hallarından müəyyən olunur ki, Məhkum və digər şəxsl ər yuxarıda göstərilən üsullarla özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək və bu yolla qazanc əldə etmək məqsədilə sabit cinayətkar qrupa birləşmiş, dəstə üzvləri yüksək dərəcədə mütəşəkkilliklə çoxsaylı oxşar dələduzluq cinayətləri (eyni üsulla eyni üzvlər) törətmişlər, qabaqcadan hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üsulunun müəyyən edilmiş, cinayətlərin birlikdə törədilməsinə dair razılıq cinayətlərin törədilməsi anına qədər dəstənin digər üzvləri ilə əldə olunmuş, çoxsaylı cinayətlərin törədilməsi planları diqqətlə hazırlanmış, həmin qrupun hər bir üzvünün edəcəyi hərəkətlər əvvəlcədən müəyyən edilmiş yəni qrup üzvləri arasında rollar bölüşdürülmüşdür Məhkum digər şəxslər tərəfindən yaradılmış, mütəşəkkil dəstənin tərkibində qabaqcadan hazırlanmış plana uyğun ola raq cinayətin törədilməsi üsulunun müəyyən edilib, dəstə üzvlərinin hərəkətləri razılaşdırılaraq vəzifələrini öz aralarında bölməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə bağlı hərəkətləri cinayət məcəlləsinin müvafiq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi, Ali Məhkəməsinin Plenumununun izahları ilə müqayisə etdikdə, Məhkum onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1ci maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməllərində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Məhkəmə kollegiyası, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl o lunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 416.1.11 və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2020-ci il tarixli, 1(104)-234/2020 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2020-ci il tarixli, 1(104)-234/2020 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1206/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1206/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver