Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1206/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, XXXXXX-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonunda doğulmuş, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət M əcəlləsinin 213-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli 1(106)-88/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(022)-139/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: N.F.Mirzəyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təqsirli bilinərək ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Hökmə əsasən iş üzrə maddi sübut hesab olunan və “Azərterminalkompleks” Birliyinin anb arında saxlanılan 95 qutu “Marlboro touch one” və 18 qutu “Marlboro touch less smell” markalı siqaretlər dövlət nəfinə müsadirə edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Hüseynov Əli Ağababa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 yanvar 2024-cü il tarixli 1(106)-88/2024 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) apellyasiya şikayəti təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 18 oktyabr 2023cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təyin edilmiş qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəzası 2000 manat cərimə cəzası ilə əvəz edilmiş, iş üzrə maddi sübut olan, “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 95 qutu “Marlboro touch one” və 18 qutu “Marlboro touch less smell” markalı siqaretlərin dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar Biləsuvar Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(022)-139/2023 saylı hökmünün nəticə hissəsindən xaric edilmiş, iş üzrə maddi sübut olan 95 qutu “Marlboro touch one” və 18 qutu “Marlboro touch less smell” markalı siqaret qutuları müvafiq gömrük prosedurlarından keçirildikdən sonra qanuni sahibinə qaytarılması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassa siya protesti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum edilmişdir ona görə ki, o, 3 mart 2023-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, bir qutusunun qiyməti 7 manat olmaqla 700 manat dəyərində 100 qutu "Marlboro touch one” və bir qutusunun qiyməti 7 manat olmaqla 140 manat dəyərində 20 qutu "Marlboro touch less smell” markalı olmaqla, ümumilikdə xeyli miqdarda - 840 manat dəyərində siqaretləri idarə etdiyi "Mercedes-Benz” markalı, **-MA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində satış məqsədilə saxlamış və 3 mart 2023-cü il tarixdə İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələrkən saat 06 radələr ində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən "Biləsuvar” gömrük postunda (hazırkı Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsi) nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı qeyd olunan siqaretlər saxlandığı yerdən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində bildirir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq etməmiş, cinayətin predmeti olmaqla iş üzrə maddi sübut kimi tanınmış tütün məmulatlarını dövlət nəfinə keçirilməli olduğu halda bunu etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi iş üzrə maddi sübut olan və cinayətin bilavasitə predmeti olan 95 qutu "Marlbor o touch one” və 18 qutu “Marlboro touch less smell” markalı siqaretləri məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə etmək əvəzinə, onları qanuni sahibinə qaytarmaqla cinayət və cinayət prosessual qanununun normalarını düzgün tətbiq etməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Həmçinin CMnin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən xüsusi müsadirə cinayət- hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Protest müəllifi iddia edir ki, hazırki iş üzə apellyasiya məhkəməsi cinayətin predmeti olan və iş üzrə maddi sübut kimi tanınmış tütün məmulatlarını Cinayət-Prosessual Məcəllənin 132-ci maddəsinə əsasən dövlət nəfinə keçirilməli olduğu halda, xeyli miqdarda maddi dəyəri olan tütün məhsullarını dövlət nəfinə keçirilməmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində yuxarıda göstərilən hallara görə hesab edir ki, məhkəmə kollegiyasının həmin qərarı cinayət qanununun və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən iş üzrə maddi sübutun xüsusi müsadirə edilməməsinə dair hissədə əsassız olduğuna görə ləğv edilməli və iş y eni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsində aparılan icraatın təyinatı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və qərarlarına baxmaq olduğundan, hüquqi müəyyənlik prinsipi isə belə qərarların ləğv edilməsinə, dəyişdirilməsinə ancaq fundamental pozuntuların aradan qaldırılması zərurəti ilə əlaqədar bəraət qazandırdığından, Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya instansiyası məhkəməsinin məhkəmə orqanları sistemində yerini hüquq məhkəməsi kimi müəyyən etməklə kassasiya qaydasında məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət-prossessual qanunun normalarının tətbiqinin düzgünlüyünün yoxlanılması ilə məhdudlaşdırmış, CPM-in 419.11-ci maddəsi isə birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktların müəyyən edilməsini və ya onların sübuta yetirilmiş hesab edilməsini kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri sırasından istisna etməklə, bir tərəfdən kassasiya məhkəməsinin sübutları bilavasitə tədqiq etmək səlahiyyətinə malik olmadığını göstərmiş, digər tərəfdən isə onun hüquqi məsələlər üzrə öz nəticələrini sübutları bilavasitə araşdırmaq və faktları müəyyən etmək səlahiyyətində olan birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etdikləri faktiki halların üzərində qurmalı olduğunu nəzərdə tutmuşdur. Kassasiya instansiyası məhkəməsinə verilən kassasiya müraciətləri birinci instansiya məhkəməsində baxılmış ittihamı və məhkəməyə verilmiş şəxslərin dairəsini diqqətdə saxlamaqla yanaş ı, kassasiya kollegiyasının səlahiyyətlərinin dairəsini də nəzərə almalı, bu müraciətlərdə maddi və prosessual normaların tətbiqi üzrə hüquqi məsələlər qaldırmalı, onlarda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş məhkəməyə verilən ittihamla, kassasiya baxışının predmeti ilə bir araya sığmayan dəlillərə yer verilməməli, müraciətlər məzmun baxımından CPM-in 419.1 və 419.11-ci maddələrilə ehtiva olunan tələblərlə uzlaşmalıdır. Eyni zamanda kassasiya müraciətlərində o da nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq cinayət-prosessual qanunun 416.1.1-416.1.22-ci maddələrində göstərilən hallardan ən azından biri olduqda, məhkəmə hökmünü (qərarını) ləğv edə və yaxud dəyişdirə bilər. Odur ki, kassasiya müraciətlərində apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi barədə tələb irəli sürüldükdə, bu tələb cinayət-prosessual qanunun 416.1.1 - 416.1.22-ci maddələrində göstərilən hallardan birinin (bir neçəsinin) mövcud olmasına dair gümanla əsaslandırılmalı, müraciət məhz bu gümanın əsaslandırılmasına xidmət edən məzmunda olmalıdır. Yuxarıdakı mülahizələrlə müqayisə etməklə dövlət ittihamçısının kassasiya protestini məzmun baxımından dəyərləndirdikdə, belə nəticəyə gəlmək olar ki, bu kassasiya müraciətinin dəlillərində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan maddi və prosessual hüquqi normaların pozulması haqqında məsələlər qaldırıldığından, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərin ə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri kimi yekun olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestinə diqqət etdikdə aydın olur ki, dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsini, cinayətin hüquqi tövsifini və təyin olunmuş cəzanı mübahisələndirməmiş, protest müəllifi apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunvericiliyinin normalarını düzgün tətbiq etmədən hazırkı cinayət işi üzrə cinayətin predmeti olmaqla maddi sübut kimi tanınan tütün məmulatlarının (95 qutu "Marlboro touch one” və 18 qutu "Marlboro touch less smeir markalı siqaretləri) müvafiq gömrük prosedurlarından keçirildikdən sonra sahibi Məhkum qaytarılması ilə yekun qənaətini mübahisələndirmişdir. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi protestdə sadalanmış maddi sübutların dövlət nəfinə müsadirə edilməsi barədə nəticəyə gəldiyi halda, apellyasiya məhkəməsi "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-ci il tarixli 10 saylı qərarına, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin "İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli və "Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlarına istinad edərək 95 qutu "Marlboro touch one” və 18 qutu "Marlboro touch less smeir markalı siqaretlərin M əhkum mülkiyyətində olması, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxilə olması barədə qənaətə gəlib, qeyd olunana əşyaların müvafiq gömrük rəsmiləşdirməsindən keçirilməklə Məhkum verilməsi barədə yekun nəticəni hasil etmişdir. Hazırkı işinin kontekstində apellyasiya məhkəməsi tərəfindən maddi sübut kimi tanınan tütün məmulatlarının taleyini həll edərkən cinayət və cinayət prosessual hüquqi normalara əməl olunduğunu, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsinin düzgün tətbiq olunduğu iddia etmək mümkün deyil. Mübahisələndirilən məsələ ilə bağlı apellyasiya məhkəməsinin yekun qənaətini cinayət işinin materialları və kassasiya protestində irəli sürülmüş dəlililərlə əlaqəli şəki ldə araşdırdıqda aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2131.1-ci maddəsinin dispozisiyalarına görə həmin norma (hazırki işin kontekstində) Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarmağa görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi blanket norma olmaqla həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektini aksiz mallara aksiz markalarının tətbiq edilməsi və aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətin həyata keçirilməsi ilə əlaqədar y aranan ictimai münasibətlər tənzimləyən qaydalar təşkil edir. Digər tərəfdən blanket dispozisiyaya malik maddi hüquq normasının əlamətlərinin və məzmununun aydınlaşdırılması və təhlil edilməsi üçün başqa qanunlara, yaxud da başqa hüquq sahəsinin normativ aktlarına istinad (göndəriş) edilməsi tələb olunur. Eyni ilə, Məhkum istinad edilən Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsində qeyd olunan “Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə”-nın nədə ifadə olunduğunu müəyyən etmək üçün müvafiq normativ hüquqi aktların məzmunu, hazırkı halda isə Vergi Məcəlləsi, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının qanunu, “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2023-cü il tarixli qərarı nəzərə alınmalıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aksiz – aksizli malların satış qiymətinə daxil edilən vergi növüdür və çoxmərhələli vergi ödənişlərindən fərqli olaraq, aksiz aksizli malın istehsalçısı və ya aksizli malı respublikaya idxal edən şəxs tərəfindən büdcəyə bir dəfə ödənilən vergi ödənişidir. Həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.1.1-ci maddəsinə əsasən tütün məmulatları və onların əvəzediciləri aksizli mallara aid edilir. Həmin Məcəlləsinin 50-2.1 və 194.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlama ilə nişanlanmalı, həmçinin aksiz markası ilə markalanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, məcburi nişanlamanın və aksiz markalarının hazırlanması üçün sifarişin verilməsi (vergi ödəyicilərinə verilməsi), onun tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Belə aksizli malları ma rkasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır. Tütünün və tütün məmulatının istehsalı, ticarəti, idxalı, ixracı və istehlakı ilə bağlı münasibətləri tənzimləyən və keyfiyyətinin idarə edilməsinin hüquqi əsaslarını müəyyən edən “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının qanunun 14.1-ci maddəsinə əsasən xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyata alınmış, müəyyən edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və ya onun tanınması barədə şəhadətnaməsi olan və bu Qanunla müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən tütün və tütün məmulatı idxal oluna bilər. Həmin qanunun 15.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə və gigiyenik no rmativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və tütün məmulatı ticarət dövriyyəsinə daxil edilə bilər, 15.3.2-ci maddəsinə əsasən isə tütün məmulatı aksiz markası ilə markalanmadıqda həmin malın satışı (qanunda sadalanmış digər hallarla yanaşı) qadağan olunur. Qanunun 16.2.3-cü maddəsinə əsasən tütün məmulatı aksiz markası ilə markalanmadıqda və ya saxta markalarla markalandıqda həmin tütün məmulatı dövriyyədən götürülür. Həmin qanunun 16.3-cü maddəsinə əsasən qeyri-qanuni dövriyyədən götürülmüş tütün və tütün məmulatı bu Qanunun 16.2.4-cü, 16.2.5-ci və 16.2.7-ci maddələrində göstərilən hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müsadirə edilir və məhv olunur, digər hallarda isə müəyyənləşdirilmiş qaydada istifadə edilir. Adı çəkilən qanunun 1.0.10 maddəsinə əsasən döv riyyə dedikdə - sənaye emalını keçmiş tütünün, habelə tütün məmulatının satın alınması (o cümlədən idxalı), göndərilməsi (o cümlədən ixracı), saxlanması, topdan və pərakəndə satışı başa düşülür. Azərbaycan Respublikasının Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 2023-cü il 7 fevral tarixli 3742 nömrəli Sərəncamının 1.1-ci bəndində tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi, adı çəkilən sərəncamın 1.4-cü bəndində isə qanunve riciliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi öz əksini tapmışdır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunun 3 nömrəli əlavəsinə əsasən Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı 71-1-ci bəndində - tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış tələb olunur. Digər tərəfdən “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanı n hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nın 6.1-ci bəndinə əsasən - Sifarişçi (malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı istisna olmaqla) markaları markalanmalı malların istehsalına başlamazdan, yaxud Azərbaycan Respublikasının ərazisinə idxal etməzdən əvvəl almalı, 7.2.-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisinə idxal olunan bu Qaydaların 2.1.1-2.1.4-cü yarımbəndlərində qeyd edilən markalanmalı mallara tətbiq edilən aksiz markaları həmin malların istehsalçıları tərəfindən və ya bu mümkün olmadıqda, sifarişçi ilə bağlanılmış müqavilə əsasında malları ölkəyə idxal edən subyekt tərəfindən mallar idxal edilməzdən əvvəl yapışdırılır, 8.1-ci bəndinə əsa sən - Markalanmalı malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə yalnız həmin malların üzərinə tətbiq edilən markaların bu Qaydalara uyğun olaraq sifarişçilər tərəfindən aktivləşdirilməsindən sonra yol verilir. Adı çəkilən qərarla təsdiq edilmiş Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Siyahısına tütün məmulatları daxil edilməklə, müvafiq qeydə əsasən Siyahının 2-ci hissəsində təsbit edilən mallar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilərək satıldığı təqdirdə həmin mallara aksiz markası tətbiq edilməsi göstərilmişdir. Yuxarıda sadalanmış normativ hüquqi aktların məzmunu görünür ki, tütün və tütün məhsullarına vergi tətbiqinin səmərəli həyata keçiri lməsi, əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsi, sanitar-gigiyena normalarına əməl olunması, sahibkarlıq subyektlərinin maraqlarının qorunması, istehsalın və dövriyyənin tənzimlənməsi, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınması və tütün məmulatlarının qanunsuz dövriyyəsinin aradan qaldırılması üçün qanunverici icazə sisteminin tətbiq edilməsini əhəmiyyətli hesab etməklə yanaşı, tütün dövriyyəsinin həyata keçirilməsi ilə bağlı aydın mexanizm müəyyən etmişdir. Belə ki, müəyyən edilmiş həmin mexanizmə əsasən: _ Keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və tütün məmulatı ticarət dövriyyəsinə daxil edilə bilər. _ Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölk əyə idxal olunan tütün məmulatları aksiz markası ilə markalanmalı məcburi nişanlama ilə nişanlanmalıdır. _ Sifarişçi tərəfindən qeyd olunan mallara markaların hazırlanması ilə bağlı sifarişlərin verilməsi həmin malların istehsalına başlamazdan, yaxud Azərbaycan Respublikasının ərazisinə idxal etməzdən əvvəl həyata keçirilməlidir. _ Markalanmalı mallara tətbiq edilən aksiz markaları həmin malların istehsalçıları tərəfindən və ya bu mümkün olmadıqda, sifarişçi ilə bağlanılmış müqavilə əsasında malları ölkəyə idxal edən subyekt tərəfindən mallar ölkəyə idxal edilməzdən əvvəl yapışdırılmalıdır. _ Markalanmalı malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə isə yalnız həmin malların üzərinə tətbiq edilən markaların bu Qaydalara uyğun olaraq sifarişçilər tərəfindən aktivləşdirilməsin dən sonra yol verilir. Sadalanmış tələblərə cavab verməyən (keyfiyyət və gigiyenik göstəricilər nəzərə alınmaqla) tütün məmulatları dövriyyədən götürməklə, müsadirə edilir və məhv olunur, digər hallarda isə müəyyənləşdirilmiş qaydada istifadə edilir. Dövriyyədən götürülmüş tütün məmulatlarına yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilərək satıldığı təqdirdə aksiz markası tətbiq edilir. Göründüyü kimi qanunverici tütün məmulatlarının fiskal markalanması mexanizmini müəyyən etməklə, qeyri-qanuni dövriyyədə olan məhsulun müvafiq gömrük rəsmiləşdirməsindən keçirilməklə (apellyasiya məhkəməsinin qənaəti) təqsirli şəxsə qaytarılmasını şərtləndirən hər hansı mexanizm müəyyən etməmiş, əksinə qeyri qanuni dövriyyədən götürülmüş tütün məmulatlarına yeni aksiz markası tətbiq edi lməsinin bir əsasını müəyyən etmişdir ki, o da məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müsadirə edilmiş tütünün satılması ilə bağlıdır ("25" dekabr 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışının təşkili qaydaları”na uyğun). Hazırkı öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum 840 manat dəyərində aksiz markası ilə markalanmamış siqaretləri nəqliyyat vasitəsində məhz satış məqsədilə saxlamış, Məhkum tütün məhsullarının Azərbaycan Respublikasında istehsalı və yaxud ölkəyə idxalı ilə məşğul olan subyektlər sırasında daxil olmamış, sonuncunun buna dair müvafiq icazəsi olmamış, tütün məmulatları aksiz markası ilə markalanmalı məcburi nişanlama ilə nişanlanmamış, həmçinin qeyd olunan üsul (satış məqsədi ilə saxlamaq) tütün məmulatlarının dövriyyəsi anlayışını düşməklə həmin tütün məmulatının dövriyyədən götürülməsini zəruri etmişdir. Belə olan halda apellyasiya məhkəməsinin hansı əsaslarla 95 qutu "Marlboro touch one” və 18 qutu "Marlboro touch less smeir markalı siqaretlərin müvafiq gömrük rəsmiləşdirməsindən keçirilməklə subyekt olmayan (satışı həyata keçirməyə icazəsi olmayan) Məhkum verilməsi barədə yekun qənaəti kassasiya protestinin müəllifinə aydın olmadığı kimi kassasiya kollegiyasına da, aydın deyil. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmış tütün məmulatlarının müqəddəratının düzgün həll edilməsi, həmçinin oxşar işlərlə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırması üçün cinayət və cinayət prosessual normalarının düzgün başa düşülməsi, onların tətbiqi zamanı hər hansı qeyri-müəyyənliyin istisna edilməsi vacibdir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən aşkarlanmış tütün məmulatları Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Bu da öz növbəsində hökmü elan edən məhkəmənin üzərinə həmin Məcəllənin 132-ci maddəsindən çıxış etməklə maddi sübutun taleyini düzgün həll etməsi vəzifəsini qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132.1-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onl arın dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 353.4-cü maddəsində maddi sübutların həlli, xüsusi müsadirə edilən əmlakın siyahısı məhkəmə hökmünün nəticəvi hissəsində öz əksini tapmalıdır. Yuxarıda sadalanmış prosessual hüquqi əsasları müəyyən etməklə yanaşı qanunverici xüsusi müsadirənin maddi hüquqi əsaslarını Azərbaycan Respublikası Cinayət Məcəllənin 15-1 fəslində təsbit etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərar ı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır:; 99-1.2 və 99-1.3-cü maddəsinə görə, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Göründüyü kimi Cinayət Məcəlləsinin 99-1.2 və 99-1.3-cü maddələrində şəxsin məhz cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak... məcburi qaydada və əvəzsiz olaraq dövlət n əfinə müsadirə edilməsi tələb olunduğu halda Məcəllənin 99-1.1.1-cu maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrinin mənbəyinin qanuni və ya qanunsuz olması kimi bir qiymətləndirilmə aparılmamışdır. Hazırkı işin konteksindən çıxış edərək məhkəmə kollegiyası cinayət işi üzrə tanınmış maddi sübutun (əşyanın) şəxsin cinayət törədərkən istifadə etdiyi alət və ya vasitə kimi dəyərləndirilməsinin və həmin əşyanın dövlət nəfinə müsadirə edilməsinin mümkün olub olmamasına qiymət verilməsini zəruri hesab edir. Belə ki, nəzəriyyədə cinayətin törədilməsi vasitələrinin müəyyən edilməsində vahid elmi yanaşma mövcud olmamaqla, eyni vaxtda istifadə edilən və maddi və fiziki xüsusiyyətlərinə görə eyni olan əşyalar bəzən cinayətin predmeti bəzən də alət və vasitə kimi çıxış edir lər. Məsələn, odlu silah CM-nin 228.1-ci maddəsində cinayətin predmeti kimi çıxış etdiyi halda, Həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş qərəzli xuliqanlıq cinayətində odlu silah cinayət aləti kimi çıxış edir. Buna görə də, birmənalı şəkildə bir növ maddi obyektlərin yalnız cinayətin predmetlərinə, digərlərini isə cinayətin törədilməsi alətləri və vasitələrinə ayırmaq mümkün deyil. Eyni ilə cinayətin alət və vasitəsi, onun əsas təyinatından asılı olmayaraq, ictimai təhlükəli əmələ nail olmaq məqsədilə istifadə olunmuş hər hansı obyekt qismində çıxış edə bilir ki, müvafiq olaraq da, bu halda cinayət alət və vasitəsinin anlayışı cinayətin obyektini ehtiva etmiş olur. Diqqət etdikdə eyni yanaşma Azərbaycan Məcəlləsinin 248.3-cü maddəsində öz əksini tapmışdır. Respublikası Cin ayət-Prosessual Belə ki, əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur. Göründüyü kimi qanunverici həbs qoyulması nəzərdə tutulmuş əmlakı bir tərəfdən cinayətin törədilməsində alət və ya vasitə kimi, bir tərəfdən cinayətin predmeti kimi dəyərləndirilməsini həyata keçirmişdir ki, bu da özü özlüyündə törədilmiş cinayətin spesifik cəhətlərini nəzərə almaqla ictimai təhlükəli əmələ nail olmaq məqsədilə istifadə olunmuş hər hansı obyekt qismində çıxış maddi sübutun məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməsinin mümkünlüyünə dəlalət edir. Göstərilənlərlə yanaşı oxşar cinayət qanunvericiliyi olan qonşu ölkələrin məhkəmələrinin aksiz markası ilə markalanmamış tütün məmulatlarının taleyinin həll edilməsi məsələsinə yanaşmaları da maraq kəsb edir. Məsələn Estoniya Respublikasının Penitensiar Kodeksinin (Cinayət Məcəlləsinin) 376-cı maddəsinə əsasən qeyri-qanuni tütün məmulatlarının və ya qablaşdırılmış tütün məmulatlarının ticarəti, aksiz markası ilə markalanmayan və ya uyğun gəlməyən istehlak qablaşdırması tələblərə, habelə onların saxlanmasına və ya külli miq darda daşınmasına görə - cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin Məhkəmə cinayət əməlinin bilavasitə obyekti olan əşyanı müsadirə edir. Həmçinin Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin 81-cü maddəsinin 2.2 hissəsinə əsasən qanunsuz dövriyyədən çıxarılmış tütün və tütün məmulatları, xammal, nikotin tərkibli məhsullar, nikotin xammalı, yarımfabrikatlar, istehsal, nəqliyyat, istehlak qabları (qabları), tütün məmulatlarının istehsalı üçün istifadə olunan etiketlər, tütün məmulatları üçün xammal, nikotin tərkibli məhsullar və nikotin xammalı Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyən edilmiş qaydada məhv edilir. Göründüyü kimi qonşu ölkələrin qanunvericiliyində də, oxşar işlər üzrə cinayət əməlinin bilavasitə obyekti olan əşyaların tə qsirli şəxsə qaytarılması kimi bir prosedur müəyyən etməmiş, əksinə aksiz markası ilə markalanmamış tütün məmulatlarının müsadirəsi və ya məhv edilməsi kimi sərt tədbirlərin tətbiqinə üstünlük verilmişdir. Təsvirdən, aydın olur ki, apellyasiya məhkəməsi maddi sübutun taleyinin düzgün həll edilməsi baxımından keyfiyyətsiz və natamam araşdırma aparmaqla yuxarıda sadalanmış mühüm əhəmiyyətli hallara ümumiyyətlə əhəmiyyət verməmişdir. Halbuki, bu məsələ ilə bağlı apellyasiya məhkəməsi sahəvi normativ aktları cinayət və cinayət prosessual qanunvericiliyi ilə müqayisəli şəkildə təhlil etməklə, iş üzrə maddi sübut kimi tanınmış 95 qutu "Marlboro touch one” və 18 qutu “Marlboro touch less smell” markalı siqaretlərinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə olubolmamasına q iymət verilməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi, yaxud da tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən mövcud qanunvericilikdə əksini tapmış əsalardan irəli gələn nəticəni, həmçinin xüsusi müsadirənin tətbiq edilməsi məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmə k mümkün olmamışdır. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, apellyasiya məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, kassasiya protestinin rədd edilməsinə dair məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli 1(106)-88/2024 nömrəli qərarı cinayət işi üzrə maddi sübut hesab olunan 95 qutu “Marlboro touch one” və 18 qutu “Marlboro touch less smell” markalı siqaretlərlə bağlı xüsusi müsadirənin tətbiq edilməməsi hissəsində ləğv edilməli, həmin məsələyə baxılması üçün iş yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli 1(106)-88/2024 nömrəli qərarı cinayət üzrə maddi sübut hesab olunan 95 qutu “Marlboro touch one” və 18 qutu “Marlboro touch less smell” markalı siqa retlərlə bağlı xüsusi müsadirənin tətbiq edilməməsi hissəsində ləğv edilsin, həmin məsələyə baxılması üçün iş yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1206/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1206/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver