Məhkəmə qərarları › İş №1(102)-1206/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1206/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1206/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçinin iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2017-ci il tarixli 1(101)-372/2017 nömrəli (hakimlər: Ağayev Zeynal Qurban oğlu (sədrliyi), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 2 dekabr 1981-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, evli, ünvan 1 ünvanı nda qeydiyyatda olan, xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən – 31 avqust 2016-cı il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri nin dəyişdirilməməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2017-ci il tarixli 1(103)-1316/2017 nömrəli (hakimlər: Qasımov Əflatun İbrahim oğlu (sədrliyi və məruzəsi), Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasıya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 120.2.2-ci m addəsi ilə təyin edilmiş 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 15 (on beş) il həddində müəyyən edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum barəsində qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2017-ci il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2017-ci il tarixli qərarından Məhkumun müdafiəçisi kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət vermişdir. Həmin vəsatətə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli 1(103)-1316/2017 nömrəli (hakimlər: Məmmədo v Əli İrfan oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Zaur Nazim oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əsassız olduğuna görə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi çıxış edərək, qərarın rəsmi şəkildə məhkuma təqdim edilmədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiəçinin məhkəmə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, hal-hazırda Azərbaycan Respublikası CPM-in 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 4 10.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2017-ci il tarixli qərarı qəbul edilən dövrdə həmin qərardan kassasiya şikayətini müddət 18 (on səkkiz) ay müddətinə verilə bilərdi. Belə ki, “Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 25 iyun 2020-ci il tarixli Qanunu ilə 410.1.4-cü maddəsində “gündən 18 (on səkkiz)” sözləri “, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki)” sözləri ilə əvəz edilmişdir. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, məhkəmənin qərarı proses iştirakçılarının, o cümlədən məhkumun iştirakı ilə elan edil miş, 30 avqust 2017-ci il tarixli müşayiət məktubu ilə məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2017-ci il tarixli qərarının məhkuma təqdim edilməsini təsdiq edən sənəd olmadığından cəzaçəkmə müəssisəsindən tələb edilməklə məhkəmə iclasında baxış keçirilmiş məhkumun şəxsi işində olan Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 7(103)-405/2020 nömrəli qərardan görünür ki, Məhkum onun barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanununun tətbiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından apel lyasiya şikayəti vermiş və apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmiş, həmin qərarla məhkum edilmiş şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) aya endirilmiş, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla məhkum edilmiş şəxsə qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqda n məhrum etmə cəzası saxlanılmış, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, qeyd olunan qərarlar onu deməyə əsas verir ki, cinayət işinin materiallarında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2017-ci il tarixli qərarının Məhkum təqdim edilməsini təsdiq edən sənəd olmasa da, onun qeyd edilən məhkəmə qərarından xəbəri olmuş, lakin müddətin keçməsinə baxmayaraq, həmin qərarın rəsmi qaydada ona təqdim edilməməsini mübahisələndirməmiş, habelə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. İş materiallarından görünür ki, kassasiya şikayəti tərtib edilməklə Bakı Apellyasiya Məhkəməsinə 3 dekabr 2024-cü il tarixində daxil olmuşdur, yəni Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2017-c i il tarixli qərarının göndərilməsindən təqribən 7 (yeddi) ildən artıq müddət sonra vermişdir. Göründüyü kimi, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2017-ci il tarixli qərarının çıxarıldığı vaxtdan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermək qərarına gəlmiş və şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməməsinin səbəbini heç bir sübut ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız aşağıdakı hallarda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması, həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə bərpa oluna bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz və bu səbəbdən də, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılm alı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarı verilmiş kassasiya şikay

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar