Məhkəmə qərarları › İş №1(102)-1207/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1207/2019

27.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1207/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Ənvər Əhməd oğlu Şadiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun və Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Elşad Əliyev (sədrlik edən), Mehdixan Abdullayev və Asim Hacıyevdən ibarət tərkibdə) 1(089)-399/2017 nömrəli 02 noyabr 2017-ci il tarixli hökmü ilə 15 dekabr1985-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 26 iyun 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Biri nci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayanvaxtvə mənbədən külli miqdarda,yəni 1(bir) ədəd bükümdə təmiz çəkisi 1005,0 qram heroin, 4(dörd) ədəd bükümdə 320,0qram, 215,0qram, 3,343qram, 1,037 qram, ümumi təmiz çəkisi 539,38qram tiryək və 2(iki) ədəd bükümdə 5,10qram, 0,31qram, ümumi təmiz çəkisi 5,41qram həşiş qətranı qanunsuz olaraq tamah niyyəti ilə satış məqsədilə əldə edib ünvan 1 ünvanda yerləşən evinə daşıyaraq orada saxlamış və 26 iyun 2017-ci il tarixdə Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı evinə baxış keçirilərkən qeyd edilən çəkilərdə və bükümlərdə narkotik vasitə heroin, tiryək və həşiş qətranı onun evindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının (hakimlər Ələsgər Novruzov (sədrlik edən və məruzəçi), Etibar Camalov və Rafiq Cəfərovdan ibarət tərkibdə) 1(106)131/2019 nömrəli 14 mart 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il 6 (altı) aya endirilmiş, məhkumun müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı dəyişdirilsin və Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə təq sirli bilindiyi CM-in 234.4.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi barədə qərar çıxarılsın. Hüquqi məsələlər: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 27 avqust 2019-cu il tarixə təyin edilməklə bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılarkən məhkumun müdafiəçisi Müdafiəçi məhkumun Ali Məhkəməyə ünvanlandığı ərizəsini təqdim etmişdir. Həmin ərizə məhkəmə kollegiyası tərəfindən oxunaraq elan edilmişdir. O, ərizəsində göstərmişdir ki, Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar