Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1207/2022 13.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 1(105)-10/2 021 nömrəli qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə, dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta-ixtisas təhsilli, "xxxx" ASC-nin 73 saylı X5 sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşamışdır. 2. 14 dekabr 2015-ci il tarixli ittiham aktına görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 11 yanvar 2016-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq ic lasının qərarı ilə Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 25 avqust 2015-ci i tarixdə, saat 11:21-də idarə etdiyi «Tatra 815 2AOSO1 yük» markalı, Az **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-QubaDağıstan sərhəd avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 24-cü kilometrində Quba istiqamətində üç zolaqlı yolun sağ birinci zolağı ilə 55 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qə dər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini pozaraq, bu tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib qarşıda eyni istiqamətlə hərəkət edən sürücü Məhkum1 idarə etdiyi «DAEWOO NEXİA-minik» markalı, Az **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol üçüncü zolağından sağ birinci zolağına çıxaraq, avtomobilin sürətini 40 km/saatadək azaltdığı halda idarə etdiyi avtomobilin sürətini «DAEWOO NEXİA-minik» markalı avtomobilin sürətinə bərabərləşdirə bilməsi üçün kifayət qədər (8,5 metrdən artıq) məsafə olduğu halda bunu etməmiş, bu zaman «Tatra 815 2AOSO1 yük» markalı, Az **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə «DAEWOO NEXİA-minik» markalı, Az **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissə si arasında toqquşma baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan «DAEWOO NEXİA-minik» markalı avtomobilin sərnişini X2 beyin maddəsinə və mədəciklərinə qansızma, sol beyin yarımkürəsinin təpə-gicgah nahiyəsinin subdural hematoması, sol gicgah-təpə nahiyəsinin dərialtı hematomasından ibarət xəsarətlər almaqla, X1 döş qəfəsinin küt travması, sol İİİİV-V, sağ İİ-İİİİV qabırğaların qapalı yerdəyişən sınıqları, hər iki ağciyərin əzilməsi, hemotoroks, ənsə nahiyyəsinin yarasından ibarət bədən xəsarətləri almaqla ölmələrinə, yəni ehtiyatsızlıqdan iki şəxsin ölümünə, sürücü Məhkum1 ənsə və boyunun yumşaq toxumalarının şişkinlik fonunda əziyindən ibarət, sağlamlığına zərər vurmayan olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər almasına, "xxxx" ASC-nin 73 saylı X7 məxsus «Tatra 815 2AOSO1 yük» mark alı, Az **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş şəxsə 200 (iki yüz) manat zərər vurulmasına, Zərərçəkmiş şəxs məxsus «DAEWOO NEXİA minik» markalı, Az **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş şəxsə 3.670 (üç min altı yüz yetmiş) manat zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 4 (dörd) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 22 oktyabr 2015-ci il tarixdən h esablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir.
6. Həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
7. Məhkəmənin hökmündən Məhkum2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü ləğv edilərək, Məhkum2 əməlində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin tərkibi olmaması əsası ilə ona bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas za lında həbsdən azad edilmişdir.
9. Həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın çəkilməsinin əvvəlinin 22 oktyabr 2015-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinə və hökmün Məhkum2 aid hissəsindən dövlət ittihamçısı Teymur Əsədovun kassasiya protestinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qərarı ilə kassasiya protestini təmin, kassasiya şikayəti isə qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
11. Cinayət işi üzrə yeni apellyasiya baxışı dövründə Məhkum2 ünvanına məhkəmə iclaslarının vaxtı və yeri haqqında poçt bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən ardıcıl olaraq bir neçə məhkəmə proseslərində iştirak etməmişdir. Dövlət ittihamçısının müvafiq vəsatəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı ilə Məhkum2 barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə icraat Məhkum2 tapılanadək dayandırılmışdır.
12. Sumqa yıt Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qərarı ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə icraat Məhkum1 aid hissədə təzələnərək baxılmışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qərarına əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü Məhkum1 münasibətdə dəyişdirilmiş, həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum e dilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlanılmış, Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti təmin edilməmişdir. 15. 19 noyabr 2020-ci il tarixdə X9 Məhkəməsinin (Almaniya Federativ Respublikası) qərarı ilə Məhkum2 apellyasiya şikayəti təmin edilməmiş, onun 1 avqust 2020-ci il tarixdən tutularaq həbsdə saxlanılması qanuni hesab edilmiş və Azərbaycan Respublikasına ekstradisiya edilməli olduğu təsdiqlənmişdir. 16. 17 dekabr 2020-ci il tarixdə Əhmədov X6 Federativ Respublikasından Azərbaycan Respubl ikasına ekstradisiya olunmuş və 24 dekabr 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021ci il tarixli, 1(105)-10/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2016-cı il tarixli hökmü Məhkum2 münasibətdə dəyişdirilmiş, həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respu blikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum2 22 oktyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək həbsdə qaldığı 1 il 9 ay 5 gün və 01 avqust 2020-ci il tarixdən (Almaniya Federativ Respublikasında saxlanıldığı vaxt) 10 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 3 ay 10 gün müddət (cəmi 3 il 15 gün) ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış, üzərində qəti olaraq 3 il 11 ay 15 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmış, hökm qalan hissədə Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 18.Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021ci il tarixli qərarından Məhkum2 tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı Sadıqov Səyavuş Köçər i oğlu tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
19. Məhkum2 kassasiya şikayətində qeyd etmişdir ki, barəsində çıxarılmış hökm ziddiyyətli sübutlar - digər məhkum edilmiş şəxsin ifadələri və ekspertiza rəyləri əsasında qəbul edilmişdir. Məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 1(105)-10/2021 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir.
20. Dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu kassasiya protestində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən məhkum edilmiş şəxsə münasibətdə məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilmədiyindən, eləcə də cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxsin şəxsiyyəti kifayət qədər nəzərə alınmadığından, habelə cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsi qərar qəbul edərkən, cəzaçəkmə müddətinin əvvəlini düzgün olmayaraq dəyişdirmişdir. Məhkum2 Almaniya Federativ Respublikasında saxlanıldığı 1 avqust 2020-ci il tarixdən qərar qəbul olunanadək, 10 noyabr 2021-ci il tarixədək fasiləsiz olaraq həbsdə olmuşdur. İndiki halda Elnur Əhədovun cəzaçəkmə müddətinin əvvəlinin 10 noyabr 2021-ci il tarixdən hesablanması onun vəziyyətini ağırlaşdırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarında c əzaçəkmə müddətinin əvvəlinin heç bir əsaslandırma aparılmadan 1 avqust 2020-ci il deyil, 10 noyabr 2021-ci il müəyyən edilməsi, cinayət qanununun normasının tətbiqi üzrə formalaşmış məhkəmə təcrübəsinin vahidliyinə də zidd olmuşdur. Məhkəmə kollegiyasından Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir.
21. Kassasiya şikayətinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbay can Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
23. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
24. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ver ib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
25. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
26. Məhkum2 kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini v ə yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
27. Dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21, 416.1.22-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
28. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırm anın nəticələri olaraq aşağıdakıları qeyd edir.
29. Kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum2 cinayət əməlini törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya şikayətinə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və iş üzrə toplanmış digər sübutlarla təkzib olunması, məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi nin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunla rına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
31. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum2 təyin edilmiş cəzanın yüngül olduğuna dair kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin bu hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət hüququ normalarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi Məhkum2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, iş yerindən müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, əvvəllər məhkum olunmamasını, cəzasını ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, islah edilməsi və cəza nın digər məqsədlərinə nail olmaq üçün E.M.Əhmədova Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkum edilmiş şəxsə təyin ediləcək cəzanın növü və həddini müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas aşkar etmir.
32. Kassasiya protestinin mübahisələndirilən apellyasiya instansiyası məhkəməsi qərarında Məhkum2 təyin edilmiş cəzanın çəkməsinin əvvəlinin düzgün qeyd edilməməsinə dair hissəsinə gəldikdə, məhkəmə koll egiyası həmin hissədə qeyd edilənlər xüsusatları cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdıraraq müvafiq dəlilləri əsaslı sayır.
33. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qərarı ilə Məhkum2 barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin qərarın icrası olaraq sonuncu 1 avqust tarixdə Almaniya Federativ Respublikasında saxlanılaraq həbs edilmiş və 17 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Cinayət işi üzrə icraat 24 dekabr 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə təzələnmiş, yeni apellyasiya baxışı keçirilərək 10 noyabr 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisə ləndirilən qərarı qəbul edilmişdir.
34. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsində Məhkum2 01 avqust 2020-ci il tarixdə Almaniya Federativ Respublikasında ekstradisiya məqsədləri ilə tutulmasından sonra barəsində qərar qəbul edildiyi 10 noyabr 2021-ci il tarixədək həbsə saxlanıldığı nəzərə alınsa da, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən yox, qərarın qəbul edildiyi tarixdən müəyyən edilmişdir.
35. Halbuki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır.
36. Azərbaycan Respublikası CPM-nin 353.4 və 353.8-ci maddələrin ümumi məzmununa görə isə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsini göstərməlidir.
37. İstinad edilən maddi və prosessual cinayət hüququ normalarına şərh verən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu özünün müvafiq qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməs inin Plenum qərarı, § 2.16, 30 aprel 2021-ci il).
38. Qeyd edilən maddi və prosessual cinayət hüququ normalarının məzmunundan, eləcə də məhkəmə təcrübəsini tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyəsindən göründüyü kimi, şəxs barəsində hökm çıxarılarkən, onun həbsdə saxlanıldığı müddət nəzərə alınmalı, həmin müddət təyin olunmuş cəzadan çıxılmamalı, cəza çəkmə müddətinin əvvəli isə onun həbsə alındığı vaxtdan hesablanmalıdır.
39. Şərh edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 Almaniya Federativ Respublikasında 01 avqust 2020-ci il tarixdə saxlanılaraq həbsə alındıqdan sonra barəsində yeni apellyasiya baxışı üzrə qərar qəbul edilənədək fasiləsiz həbsdə qalmasını nəzərə almadan, onun cəzaçəkmə müddətinin əvvəlini həbsə alındığı gündən yox, qərarını qəbul et diyi tarixdən müəyyən etməklə apellyasiya instansiyası məhkəməsi səhvə yol vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə qərara gəlir ki, Məhkum2 Almaniya Federativ Respublikasında tutulduğu andan həbsə alındığı dövr onun cəzaçəkmə müddətinə daxil edilməli, cəzasının çəkməsi müddətinin əvvəli 01 avqust 2020-ci il tarixdən hesablanmalıdır.
40. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın təyin edilməsi hissəsində dəyişdirilməlidır. Müvafiq olaraq, Məhkum2 22 oktyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək həbsdə qaldığı 1 il 9 ay 5 gün ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq 5 il 2 ay 25 gün azad lıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2020-ci il tarixdən hesablanmalıdır.
41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum edilmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti qismən təmin edilməli, Məhkum2 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 1(105)-10/2021 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 10 noyabr 2021-ci il tarixli, 1(105)-10/2021 nömrəli qərarı dəyişdirilsin, həmin qərarın nəticəvi hissəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 22 oktyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək həbsdə qaldığı 1 il 9 ay 5 gün, 01 avqust 2020-ci il tarixdən (Almaniya FR saxlanıldığı vaxt) 10 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 3 ay 10 gün müddət (cəmi 3 il 15 gün) ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 il 11 ay 15 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın.” sözləri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 22 oktyabr 2015-ci il tarixdən 27 iyul 2017-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 9 (doqquz) ay 5 (beş) gün ona təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 2 (iki) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2020-ci il tarixdən hesablansın.” sözləri ilə əvəz edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 1(105)-10/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.