Məhkəmə qərarları › İş №1(102)-1207/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1207/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1207/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun iştirakları ilə, Bakı Ağır C inayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 1(101)-101/2022 nömrəli (hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) hökmü ilə 02 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmayan, "xxxx" MMC-nin (hazırda Zərərçəkmiş şəxs MMC) baş direktoru vəzifəsində işləmiş, hazırda "xxxx" MMC-nin direktor müavini olan, xxx-da qeydiyyatda olan, həbs olunanadək xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi İsayev Samir Nadir oğlu və məhkum edilmiş şəxsin müdafiəçiləri Mirzəye v Şaiq Səyyad oğlu, Hacıyev Bəxtiyar Yusif oğlu, Həsənova İlhamə Zakir qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 26 aprel 2022-ci il tarixli 1(103)-851/2022 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum 19 noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0107-P347-49890 qeydiyyat nömrəsi ilə qeydiyyat a alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsinin Dövlət Qeydiyyatı haqqında xx.xx.2013-cü il tarixli şəhadətnaməsinə əsasən ********** saylı VÖEN verilməklə pərakəndə ticarət fəaliyyəti göstərən "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli qərarı ilə Cəmiyyətin baş direktoru vəzifəsinə təyin edilməklə xx.xx.2017-ci il tarixədək həmin vəzifədə işləyərkən Cəmiyyətin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən qeyd edilən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik etmək, qanuni təmsilçilik funksiyasına malik olmaq, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə Cəmiyyəti təmsil etmək, əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəz ifəsindən azad etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Cəmiyyətin təsisçilərinin ümumi yığıncağını keçirmədən, səhmdarların razılığı və məlumatı olmadan qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMCyə məxsus pul vəsaitini ayrı-ayrı banklardan götürdüyü və Cəmiyyətin fəaliyyətinə deyil, öz şəxsi məqsədləri üçün sərf etdiyi pul vəsaitləri üzrə kreditlərinin ödənişinə yönəldib mənimsəməklə talamaq məqsədilə 01 yanvar 2013-cü il tarixdən 17 yanvar 2015-ci il tarixədək olan müddətdə Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvan ında yerləşən inzibati binasında həmin Cəmiyyətdə baş mühasibin köməkçisi vəzifəsində işləməklə faktiki xəzinədar funksiyasını həyata keçirən, cinayətdən xəbərsiz Şahid2 verdiyi tapşırıq əsasında bir sıra hallarda öz adına, digər hallarda isə Cəmiyyətdə sürücü vəzifəsində işləyən, cinayətdən xəbərsiz Şahid3 adına milli və xarici valyutada pul vəsaitlərinin məxaric edilməsinə nail olub qeyd edilən kreditlər üzrə, o cümlədən 19 dekabr 2012-ci il tarixdə "xxxx" ASC (əvvəlki adı “X22” ASC) ilə özü arasında bağlanmış və şəxsi məqsədlər üçün verilən 1.611875 manat məbləğində pul vəsaitinin götürülməsinə dair 212/BV-KM-0012 nömrəli kredit müqaviləsi üzrə aylıq kredit borcunun ödənilməsi məqsədi ilə Cəmiyyətin xəzinəsindən xx.xx.2013-cü il tarixli 252 nömrəli xəzinə məxaric orderi əsasında 36.700 manat, xx.xx.2014-cü il tarixli 266 nömrəli xəzinə məxaric orderinə şəxsən imza etməklə 36.675 manat, xx.xx.2014-cü il tarixdə 36.676 manat, xx.xx.2014-cü il tarixdə 35.261 manat, xx.xx.2014-cü il tarixdə 37.335 manat, xx.xx.2014-cü il tarixli 6473 nömrəli xəzinə məxaric orderi əsasında 42.665 manat, xx.xx.2014-cü il tarixdə 40.000 manat olmaqla, həmin məbləğlərdə pul vəsaitlərini məxaric edildiyi gün, xx.xx.2014-cü il tarixdə məxaric edilmiş 55.000 manatı isə xx.xx.2015- ci il tarixdə "xxxx" ASC-də (əvvəlki adı “X22” ASC-də) olan həmin kredit öhdəlikləri ilə bağlı qeyd edilən bankın ünvan 2 ünvanında yerləşən xəzinəsinə şəxsən və Şahid3 vasitəsi ilə ödəməklə, ümumilikdə ona etibar edilmiş cəmi 320.312 manat məbləğində pul vəsaiti hesabına şəxsi ehtiyacına uyğun sərf etdiyi qeyd edilən kre ditin ödənişini həyata keçirməklə, 320.312 manat məbləğində pul vəsaitini, həmçinin eyni niyyətlə xx.xx.2013-cü il tarixdə “X21 Azərbaycan” QSC ilə özü arasında bağlanmış və daşınmaz əmlakın alınması məqsədi ilə verilən 950.000 ABŞ dolları məbləğində pul vəsaitinin götürülməsinə dair 42720 nömrəli kredit müqaviləsi üzrə aylıq kredit borcunun ödənilməsi məqsədi ilə Cəmiyyətdə baş mühasibin köməkçisi vəzifəsində işləməklə faktiki xəzinədar funksiyasını həyata keçirən, cinayətdən xəbərsiz Şahid2 verdiyi tapşırıq əsasında Cəmiyyətin xəzinəsindən xx.xx.2014-cü il tarixdə 20.660 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.114,8 manat, xx.xx.2014-cü il tarixdə 20.660 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.114,8 manat, xx.xx.2014-cü il tarixdə 20.656 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.111,8 manat, xx.xx.2014-cü il tarixdə 20.656 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.111,8 manat, xx.xx.2014-cü il tarixdə məxaric edilmiş 20.655 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.110,9 manat məbləğində pul vəsaitinin məxaric edilməsinə nail olub, həmin məbləğdə pul vəsaitlərini məxaric edildiyi gün həmin kredit öhdəlikləri ilə bağlı “X21 Azərbaycan” QSC-nin ünvan 3 ünvanında yerləşən Səbail filialının xəzinəsinə şəxsən və Şahid3 vasitəsi ilə ödəməklə, ümumilikdə ona etibar edilmiş cəmi 80.564,1 manat məbləğində pul vəsaiti hesabına şəxsi ehtiyacına uyğun sərf etdiyi qeyd edilən kreditin ödənişini həyata keçirməklə, 80.564,1 manat məbləğində pul vəsaitini, ümumilikdə qeyd edilən qaydada qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-yə (hazırkı adı Zərərçəkmiş şəxs MMC) məxsus olmaqla ona etibar edilmiş cəmi 400.876,1 manat (dörd yüz min səkkiz yüz yetmiş altı manat on qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə Cəmiyyətin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və Cəmiyyətin nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səl ahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Cəmiyyətin təsisçilərinin ümumi yığıncağını keçirmədən, səhmdarların razılığı və məlumatı olmadan qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMC-yə məxsus pul vəsaitini mənimsəməklə talamaq məqsədilə ünvan 5 ünvanında "xxxx" MTK-da yerləşən 45 saylı mənzili özü üçün satın almaqdan ötrü Cəmiyyətin faktiki fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən inzibati binasında həmin Cəmiyyətdə baş mühasibin köməkçisi vəzifəsində işləməklə faktiki xəzinədar funksiyasını həyata keçirən, cinayətdən xəbərsiz Şahid2 verdiyi tapşırıq əsasında xx.xx.2013- cü il tarixdə cinayətdən xəbərsiz Şahid3 adına yazılmış 2229 nömrəli xəzinə məxaric orderinə şəxsən imza etməklə Cəmiyyətin xəzinəsindən 280.000 manat məbləğində pul v əsaitini şəxsən götürərək qeyd edilən mənzilin sahibi Şahid4 Şahid3 vasitəsilə verməklə mənzili Şahid4 satın alaraq, mənzili Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013- cü il tarixli çıxarışla tam mülkiyyət hüququ ilə öz adına keçirməklə, qeyd edilən qaydada qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-yə (hazırkı adı Zərərçəkmiş şəxs MMC) məxsus olmaqla ona etibar edilmiş cəmi 280.000 (iki yüz səksən min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, həmin hərəkətləri ilə Cəmiyyətin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətin nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM- nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmü və hökmlə bağlı apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır. “İdeal Kompani MMC”-nin sabiq direktor vəzifəsində işləmiş, Məhkum bir sıra şirkət əməkdaşlarının köməyi ilə 2016-cı il ərzində şirkətin mərkəzi kassasından ümumilikdə 4.475.641 manat vəsait götürməklə mənimsəməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 308.1-ci və 179.3.2-ci maddələri ilə 01 iyun 2017-ci il tarixdə “İdeal Kompani MMC-nin” müraciəti əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq İdarəsində ********* №-li cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin istintaq İdarəsin rəisinin 23 yanvar 2018-ci il tarixli qərarı ilə “İdeal Kompanı MMC”-nin sabiq direktor vəzifəsində işləmiş, Məhkum Azərbaycan Respublikası CM 179.2.3.və 179.2.4-ci maddələri təqsirləndirlməsinə dair ********* №-li cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsinin əsasını “İdeal Kompani MMC”-yə vurulmuş 47.565,5 manat məbləğində maddi ziyanın tam şəkildə ödənilməsi, zərərçəkmiş tərəflə barışması göstərilmişdir. Belə olan halda hesab edirik ki, eyni əmələ görə cinayət məsuliyyətindən azad edilmiş Məhkum qarşı yenidən eyni əsaslarla ittihamın verilməsi və ona cəza təyin edilməsi yolverilməzdir. Verilən ittihamdan görünən odur ki, Ərizəçi 19 noyabr 2007-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 0107-P347-49890 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsinin Dövlət Qeydiyyatı haqqında xx.xx.2013-cü il tarixli şəhadətnaməsinə əsasən ********** saylı VÖEN verilməklə pərakəndə ticarət fəaliyyəti göstərən "xxxx" MMC-nin xx.xx.2011-ci i l tarixli qərarı ilə Cəmiyyətin baş direktoru vəzifəsinə təyin edilməklə həmin Cəmiyyəti təsis etmiş və nizamnamə kapitalına qoyulan vəsait yalnız ona məxsus olmuşdur. Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə görə, Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə cinayət əməli ilə cəzalandırılır. Həmin Məcəllənin 308.1-ci maddəsinə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquq larına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda başa düşülür. İttihamın məzmununa və işin hallarına baxsaq, iş üzrə zərərçəkmiş hüquqi şəxsin mənafeyinə hansı mühüm zərər vurulması, ağır nəticələrin nədən ibarət olunması müəyyən edilməyib. Məhkəmə bununla bağlı hər hansı arqument göstərməyib. Digər tərəfdən, Cinayət Məcəlləsinin 308-ci maddəsi üzrə olan ittiham digər maddələrlə törəmə ittihamdır, müstəqil ittiham deyil. Əgər təqsirləndirilən şəxsin əməlində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri mövcud deyilsə, deməli, həm də CM-nin 308.2-ci maddəsinin tərkibi də mövcud deyil. Digər tərəfdən, istintaq və məhkəmə orqanı zərərçəkmiş hüquqi şəxsin kassasından pul vəsaitinin götürülməsi ilə ona və dövlətə və ya cəmiyyətə ha nsı mühüm zərərin vurulmasını, bununla hansı ağır nəticələrin baş verməsini sübut etməyib və bununla bağlı məhkəmənin hökmündə heç bir sübut yoxdur. Faktiki olaraq verilmiş ittihama əsasən şəxs özünə əmlakı mənimsəmişdir. Rəhbəri olduğu MMCnin mənfəət bölgüsü aparıldığı təqdirdə, özünə məxsus əmlakın (pula) sərəncam vermək səlahiyyətləri çərçivəsində və iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlar işə əlavə etmədən məhkum etmişdirlər. Odur ki, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının ləğv edilməklə, onun Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müd afiəçi Hacıyev Bəxtiyar Yusif oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini və işə məhkuma aid hissədə bəraət verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, yalnız cəzasının yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materialları ilə sübuta yetirildiyini və məhkuma törətdiyi cinayət əməli ilə bağlı ədalətli cəza verildiyini bildirib, kassasiya şikayətinin təmin edilməməsini və Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, A li Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq e tmədikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirsə də, məhkum İbrahimov Elçin Tofiq oğlu məhkəmələr tərəfindən barəsində həddindən artıq ağır cəza təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağı dakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması b arədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını ara şdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiə tərəfinin isə həmin qərarın ləğv edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talama və vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi lə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə koll egiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçinin kassasiya şikayətində Məhkum tərəfindən həmin cinayət əməllərinin törədilmədiyi və apellyasiya məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinə bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edil miş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcm i nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutlar ı təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların (əmlakın hədiyyə verilməsə, hədiyyənin geri qaytarılmaması və s.) mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müd afiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi mə sələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2007- ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin 0107-P347-49890 nömrəli K ommersiya Təşkilatlarının Dövlət Reyestrinin çıxarışından görünür ki, həmin vaxt "xxxx" MMC-nin təsisçisi və direktoru Məhkum olmuşdur. (cild 5, iş vərəqə 181). İş materiallarında olan 01 iyun 2013-cü il tarixli 2229 nömrəli xəzinə məxaric orderindən görünür ki, 280.000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xəzinəsindən məxaric edilərək "xxxx" MTK-nə ödənilməsi məqsədi ilə Şahid3 verilmişdir. (cild 5, iş vərəqə 284). İş materiallarında olan "xxxx" MMC-nin “X14” adlı sənədlərindən görünür ki, Məhkum şəxsi xərcləri təyinatı ilə xx.xx.2014-cü il tarixdə 36.676 manat, xx.xx.2014-cü il tarixdə 35.261 manat, xx.xx.2014-cü il tarixdə 37.335 manat, xx.xx.2014-cü il tarixdə 40.000 manat, xx.xx.2014-cü il tarixdə 55.000 manat, xx.xx.2014-cü il tarixdə 20.660 ABŞ dolları, xx.xx.2014-cü il tar ixdə 20.660 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 20.656 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 20.655 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 20.655 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" MMC-nin xəzinəsindən məxaric edilmişdir. (cild 5, iş vərəqə 302-353). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyul 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 45 saylı mənzil Məhkum xüsusi mülkiyyətindədir. (cild 5, iş vərəqə 28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-nin təsiscisi Məhkum Cəmiyyətdə sahib olduğu 25% (iyirmi beş faiz) payını digər təsisçi X5 800.000 (səkkiz yüz min) manata satmışdır. (cild 1, iş vərəqə 4). Qeyd edilənlərə əsasən kassasiya şikayətində göstərilmiş Məhkum "xxxx" MMCnin yeganə təsisçisi və sahibi olması barədə dəlillərinin əsassız olması müəyyən edilir. Bundan başqa, iş materiallarında olan 26 fevral 2021-ci il tarixli "xxxx" ASC-nin cavab məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 19 dekabr 2012-ci il tarixdə "xxxx" ASC (əvvəlki adı “X22” ASC) ilə Məhkum arasında şəxsi məqsədlər üçün 1.611875 manat məbləğində pul vəsaitinin götürülməsinə dair 212/BV-KM-0012 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Məhkum adından Şahid3 digər tarixlərlə yanaşı, xx.xx.2013-cü il tarixdə 36.700 manat, xx.xx.2014-cü il tarixdə 36.675 manat, xx.xx.2014-cü il tarixdə 36.676 manat, xx.xx.2014-cü il tarixdə 35.261 manat, xx.xx.2014-cü il tarixdə 37.335 manat, xx.xx.2014-cü il tarixdə 42.665 manat, xx.xx.2014-cü il tarixdə 40.000 manat, xx.xx.2015-ci il tarixdə 55.000 manat "xxxx" ASCnin xəzinəsinə mədaxil etmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli "xxxx" ASC-nin cavab məktubundan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 31 iyul 2013-cü il tarixdə “X21 Azərbaycan” QSC ilə Məhkum arasında daşınmaz əmlakın alınması məqsədi ilə 950.000 ABŞ dolları məbləğində pul vəsaitinin götürülməsinə dair 42720 nömrəli kredit müqaviləsi bağlanmış və xəzinə mədaxil orderlərindən görünür ki, həmin kredit müqaviləsi üzrə Məhkum adından Şahid3 digər tarixlərlə yanaşı, xx.xx.2014-cü il tarixdə 20.660 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 20.660 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 20.656 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 20.656 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə 20.655 ABŞ dolları məbləğində pul vəsaitini “X21” QSC-nin xəzinəsinə mədaxil etmişdir. İş materiallarında olan 18 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/305 nömrəli ekspertiza rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli, 266 №-li, xx.xx.2014-cü il tarixli, 394 №-li, xx.xx.2014-cü il tarixli, 21 №-li, xx.xx.2014-cü il tarixli, 243 №-li, xx.xx.2014-cü il tarixli, 837 №-li, xx.xx.2014-cü il tarixli, 1225 №-li, xx.xx.2014-cü il tarixli, 1270 №-li, xx.xx.2014-cü il tarixli, 1278 №-li xəzinə məxaric orderlərində “Direktor” qrafalarında olan imzalar və xx.xx.2013-cü il tarixli, 2229 №-li “Xəzinə məxaric order”ində “Rəhbər” qrafasında olan imza - Məhkum tərəfindən icra olunmuşdur. Məhkəmə kol legiyası kassasiya şikayətində göstərilmiş cinayət işi üzrə icraata xitam verilməsi barədə dəlillərinə qiymət verərkən cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 yanvar 2018-ci il tarixli qərardan (cild 1, iş vərəqə 42-46) görünür ki, "xxxx" MMC-nin sabiq direktoru Məhkum yalnız 47.656,5 məbləğində məninsəmə faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4- cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin eyni əmələ görə cinayət məsuliyyətindən azad edilmiş Məhkum qarşı yenidən eyni əsaslarla ittihamın verilməsi və ona cəza təyin edilməsinin yolverilməz hesab edilməsi barədə dəlillərini əsassız hesab edir. Bundan əlavə apellyasiya məhkəməsinin qərarına əsasən müəyən olunur ki, kassasiya şikayətində göstərilən dəlillərə apellyasiya məhkəmə kollegiyası tərəfindən tam qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəlillərə təkrarən qiymət verilməsinə lüzum görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olmasını (ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, evli olmaqla himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olması, ali təhsilli olması və yaşadığı yer üzrə müsbət xarakterizə olunması) və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 dekabr 2020-ci il tarixli xasiyyətnamədə n görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Hacıyev Bəxtiyar Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 26 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar