Məhkəmə qərarları › İş №1(102)-1207/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1207/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1207/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkumlar Məhkum2 və Məhkum1 və onların müdafiəçisi, Bakı şəhəri 37 saylı Vəkil Bürosunun vəkili Səfərov Qurban Naib oğlunun iştirakları ilə xx xxxx 1976-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhku m olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 2001.2.2, 200-1.2.3, 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, x xxxx 1995-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 3 yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(103)-1594/2023 nömrəli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi, Bakı şəhəri 37 saylı Vəkil bürosunun vəkili Səfərov Qurban Naib oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2023-cü il tarixli 1(101)-143/2023 nömrəli hökmünə əsasən (hakimlər: N.A.Kərimov (sədrlik edən), A.İ.Paşayev və R.Ə.Sadıxov) Məhkum2 - Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş cəzanın başlanğıcı 31 may 2023-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkum1 - Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlə t orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə, CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında müəyyən vəzifə tutmaq və yerli özünü idarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş cəzanın başlanğıcı 31 may 2023-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(103)-1594/2023 nömrəli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), H.Ç.Məmmədov və C.V.Hüseyn) apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2023-cü il tarixli 1(101)-143/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hök münə əsasən, Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının təxminən birinci ongünlüyündə Bakı şəhərində külli miqdarda psixotrop maddə, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışını təşkil etmək barədə başqa şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib külli miqdarda, yəni təmiz çəkisi 35 qram olan psixotrop maddə klonazepamın, 17,5 qram çəkidə psixotrop maddə alprazolamın, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda, yəni 25 qram güclü təsir edən maddə baklofenin, külli miqdarda, yəni 29040 manat dəyərində qanunla dövlət qeydiyyatı tələb olunan, la kin dövlət qeydiyyatından keçməyən “Viribit” adlı dərman vasitələrini Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin yaxınlığında başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilinə daşıyıb orada saxlamış, Məhkum1 həmin maddələri 16856 manat müqabilində satmaq üçün Şahid6 müştəri tapmasını xahiş etmiş, Şahid6 bu barədə Daxili İşlər Nazirliyinə müraciət etmiş, həmin məlumat əsasında polis əməkdaşları tərəfindən 10 sentyabr 2021- ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum1 tapşırığı ilə Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 32 qram psixotrop maddə klonazepam, külli miqdarda, yəni 17,5 qram psixotrop maddə alprazolam, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmaya n külli miqdarda, yəni 25 qram güclü təsir edən maddə baklofeni, külli miqdarda, yəni 29040 manat dəyərində qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən “Viribit” adlı dərman vasitələrini Məhkum2 yaşadığı evdən götürüb Məhkum2 ilə birlikdə həmin maddələri Nərimanov rayonu, A.Məmmədov küçəsi, 30 saylı ünvanın yaxınlığında əməliyyat tədbirində şərti alıcı qismində iştirak edən Şahid6 16856 manata satdıqdan sonra saxlanılmış, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə Məhkum2 ünvan 5 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən həmin mənzildən külli miqdarda, yəni 3 qram psixotrop maddə klonazepamın aşkar edilib götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində olan cinayət işinin bəraət verici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, Məhkum2 qarşı irəli sürülən ittiham sübutlara deyil, fərziyyələrə əsaslanmışdır. Əslində polis əməkdaşlarının təşkil etdiyi şərti alıcı kimi təqdim olunan Şahid6 həmin cinayətin törədilməsinə təqsirləndirilən şəxsləri təhrik etmişdir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində olan cinayət işinin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməməsi əsası ilə xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi m əsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Məhkum2 və Məhkum1, müdafiəçi Q.Səfərovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum2 və Məhkum1 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisələrini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində olan cinayət işinin bəraət verici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində olan cinayət işini n cinayətin törədilməsinə aidiyyətinin olmaması və təqsirinin sübuta yetirilməməsi əsasları ilə xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 200-1-1-ci maddəsində “Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 200-1.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 200-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəst ə tərəfindən törədildikdə; 200-1.2.3. külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsində: “Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 240.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 24 0.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya cinayət məsuliyy əti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edi lməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tət biq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi ə həmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqə rar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkumların barələrində cinayət işinə bəraətverici əsaslar la xitam verilməsinə dair dəlilləri ilə razılmaşmayaraq hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum2 və Məhkum1 verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərinin müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qayda da qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum2 və Məhkum1 əməllərini CM-in 200-1.2.2, 200-1.2.3, 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı mad dəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3, 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləri özl ərinin ibtidai araşdırma zamanı verdikləri qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlər Şahid6, Şahid1, Şahid3, Şahid2, Şahid4 Mənaf oğlu və Şahid5 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 6/4006 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli məktubu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 may 2022-ci il tarixli, 9/2624 nömrəli rəyi, mobil telefonun «Whatsapp» ani mesajlaşma mübadilə proqramına keçirilmiş baxış protokol, Şahid6 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizə, «əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» 10 sentyabr 2021-ci il tarixli protokol, işin digər halları və habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar məhkumlar Məhkum2 və Məhkum1 əməllərində CM-in 200-1.2.2, 200-1.2.3, 240.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğundur. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit e dilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum2 və Məhkum1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb, onlara təqsirli bilindikləri maddələrin sanksiyaları həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda gö stərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə məhkumlar Məhkum2 və Məhkum1 barələrində Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumların ittiham olunduqları cinayətlərin törədilməsində təqsirli bilinmələri haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kass asiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(103)-1594/2023 nömrəli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum 1 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023cü il tarixli 1(103)-1594/2023 nömrəli qərarı məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar