Məhkəmə qərarları › İş №1(102)-1207/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1207/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1207/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X11, Məhkum və onun müdafiəçisi Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mət ndə: “Azərbaycan Respublikası CM-in”) 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 1(106)331/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1963-cü ildə Sabirabad rayonunun Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, X20 Təsərrüfatında xidmətçi işləyən, Şirvan şəhəri Ə.Bayramov küçəsi ev 38-də qeydiyyatda olmaqla, Sabirabad rayonu Axtaçı-Muğan kəndində yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən müəyyən olunmuşdur k i, Məhkum 18 may 2022-ci il tarixdə saat 23 radələrində Sabirabad-Həşimxanlı-Qaragüney avtomobil yolunun AxtaçıMuğan kəndi ərazisində idarə etdiyi VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Qaragüyen kəndi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən, təhlükə yaranan anda tormozlama əməliyyatı aparmaqla idarə etdiyi avtomobili toqquşma yerinə çatmadan, yəni toqquşma yerinə 17,6- 26 metr qalmış dayandırmağa texniki imkanı olduğu halda, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, qarşı hərəkət zolağında hərəkətdə olan X9 idarə etdiyi “VAZ 210 70” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun ortasındakı mişar daşına dəyib sola doğru istiqamətləndikdən sonra avtomobilin qabaq sol hissəsi ilə, onun avtomobilinin qabaq sol hissəsi toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan X9 qarının küt travması ilə əlaqədar qaraciyərin və öd kisəsinin cırılması, irinli-septiki vəziyyətlə müşayiət olunan mədənin perforasiyası, peritonit, sol baldır sümüklərinin sınığı, başın alıntəpə nahiyəsinin, sağ almacıq nahiyəsinin, sağ baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, başın sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının, alt dodaq nahiyəsinin, boyun nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ saidin, sağ diz oynağı nahiyəsinin, sol baldırın sıyrıqları, hər iki göz orbitasının hematoması ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən, xx.xx.2022-ci il tarixdə X26 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.

3. Sabirabad Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 17 oktyabr 2022-ci il tarixli, 1(056)-161/2022 nömrəli hökmü ilə Məhkum CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Məhkum cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına v ermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, hökmün içraşının Məhkum yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək iş üzrə apellyasiya baxışını qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini və Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilərək, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən, məruzəçi hakim), X5 və X4 ibarət məhkəmə tərkibində) 23 avqust 2023-cü il tarixli, 1(106)69/2023 nömrəli qərarı ilə Məhkum CM-i n 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1(056)-161/2022 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1(056)-161/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Həmin qərardan Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə qaydada kassasiya şikayəti verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən), X18 və X6 ibarət məhkəmə tərkibində) 23 avqust 2023-cü il tarixli, 1(106)-69/2023 nömrəli qərarı ilə Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarının kassasiya şikayətinə əsasən ləğv olunması və cinayət işinin apellyasiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Elşad İbaşn oğlu (sədrlik edən, məruzəçi hakim), X14 və X7 ibarət məhkəmə tərkibində) 5 sentyabr 2024-cü il tarixli, 1(106)-331/2024 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1(056)-161/2022 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 1(056)-161/2022 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza tədqiqatının aparılmasına sərf edilmiş 278 manatın Məhkum tutulub dövlət hesabına ödənilməsi və həmin hissədə qərarın icrasının Məhkum yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

9. Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 1(106)-331/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

10. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində apellyasiya müraciətinin dəlillərini təkrarlamaqla, müraciəti əsasında daha əvvəl baxılmış kassasiya instansiya məhkəməsinin qərarının əsaslandırılmasına, cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini araşdırmadan, şəxsin əməlində cinayət tərkibi olmadan əsassız və qanunsuz olaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, apelyasiya məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında eksper tiza təyin etsə də, onların əsaslandırdığı mexanizm üzrə tədqiqatın aparılmasına nail olmaq əvəzinə, ekspertizanın qərəzli rəyi ilə razılaşaraq birinci instansiya məhkəməsinin ədalətsiz və qanunsuz hökmünü qüvvəsində saxlamışdır.

11. Məhkum müdafiəçisi qeyd etdiklərinə əsasən, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə “Azərbaycan Respublikası CPM-in”) 416.1.6-cı maddəsinə uyğun olaraq apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamış, qərardan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştir akçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, həmçinin tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X19 müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini, həmçinin ittiham tərəfindən verilmiş kassasiya protestinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məs ələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası C inayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

18. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə əməlində cinayət tərkibi olmadığı halda Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyi şdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

19. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 1(106)-331/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

22. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır.

23. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə gö rə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.”

24. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir.

25. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməs inə əsasən qiymət verilməlidir.

26. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 27. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında tövsiyə olunur: - - - “Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkət i haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.... Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda apa rılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. 28. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düz gün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

29. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və oby ektiv yoxlamamışdır.

31. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2022-ci il tarixli 1860/K saylı rəyin nəticə hissəsindən görünür ki, Məhkum götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.

32. İş üzrə təyin edilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 31 avqust 2022-ci il tarixli 8/2180 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir.

1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 21074 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüs ü X9 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü K.İ.Həsənli VAZ 2107 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü K.İ.Həsənli VAZ 21074 markalı 54 Bm 217 dövlət qeydiyyat nişanlı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda, 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haq qında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.2.4 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 21074 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

33. İş üzrə hadisə zamanı “VAZ 21074” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum AC-800186 seriyalı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi olduğu müəyyən edilmişdir.

34. İş üzrə hadisə zamanı “VAZ 210740” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 vəsiqəsi olmamışdır.

35. Alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətinin təyin edən müayinə protokollarından görünür ki, sürücü Məhkum hadisə zamanı avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuş, məstolma vəziyyətində olmamışdır.

36. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Sabirabad-Həşimxanlı-Qaragüney avtomobil yolunun Sabirabad rayonu Axtaçı-Muğan kəndindən keçən hissəsində baş vermişdir. Hadisənin baş verdiyi yer asfalt örtüklü, quru, nahamar, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Yolun hərəkət hissəsinin eni 6 metr, yolun sol ehtiyyat hissəsinin eni 2,4 metr, sağ hərəkət hissəsinin eni isə 2 metrdir. Hadisənin baş verdiyi yol yaş ayış məntəqəsi daxilində olmaqla, nəqliyyat vasitələrinin hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdıran yol nişanın təsir zonasındadır.

37. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dindirilmiş X22 ifadə verərək bildirmişdir ki, hadisə yerinin sxemində toqquşma yerindən mişar daşına kimi olan məsafə 21,7 metr göstərilmişdir. Avtomobilin isə mişar daşına dəyəndən sonra qövsvari hərəkətli olması nəzərə alınmaqla mişar daşına dəydikdən sonra toqquşma yerinə kimi qət etdiyi məsafə 21,7 metrdən böyük olmuşdur. Ekspertiza rəyində daşla toqquşma yeri arasında olan məsafənin 21,7 metr olması ilə bağlı ifadə işlətməmiş, mexanizmi qeyd etdiyi formada göstərmişdir. VAZ 21074 markalı avtomobil mişar daşına dəydikdən sonra sola i stiqamətləndiyindən qövsvari hərəkətdə olmuşdur. Maşının düzünə getməsi üçün həmin maşının o vəziyyətdə götürüb həmin istiqamətə qoymaq lazımdır. Ona görə də maşının mişar daşına dəydiyi andan toqquşma yerinə kimi qət etdiyi məsafə 21.7 metr məsafədən böyük olmuşdur.

38. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli 8/1210 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: -müdafiə tərəfinin göstərdiyi məlumatlar, yəni VAZ21074 markalı avtomobilin toqquşmaya kimi sabit 60 mm/saat sürətlə hərəkətdə olması və mişar daşına dəydikdən sonra toqquşma yerinə kimi 21,7 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Ona görə də, həmin məlumatlar üzrə tədqiqat aparılmır. İstintaq tərəfin dən müəyyən edildiyi kimi, yəni sürücü Əhmədovun hərəkəti üçün təhlükə VAZ-21074 markalı 54BM217 dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığı andan yaranması və həmin andan toqquşma baş verənə kimi 4-5 saniyə vaxtın keçməsi şəraitində VAZ 21074 markalı 18BX869 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

39. Apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə müdafiə tərəfinin təqdim etdiyi hadisə mexanizmi üzrə 29 aprel 2024-cü il tarixdə təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin ed ilərək rəy alınmış, ekspertizanın 20 iyun 2024-cü il tarixli 8/1429 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki: 1.

2. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin göstərdiyi məlumatlar yəni VAZ-21074 markalı avtomobilin toqquşmaya kimi sabit 60 km/saat sürətlə hərəkətdə olması və mişar daşına dəydikdən sonra toqquşma yerinə kimi 21.7 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Ona görə də, həmin məlumatlar üzrə tədqiqat aparılmır. Sürücü Əhmədovun hərəkəti üçün təhlükə VAZ-21074 markalı 54BM217 dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığı andan yaranması və həmin andan toqquşma baş verənə kimi 3-4-5 saniyə vaxtın keçməsi şəraitində VAZ-21074 markalı 18BX869 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətləri ndə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3,4. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 tədqiq olunan şəraitdə hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Həsənli VAZ 21074 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanun unun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Həsənli maksimum hərəkət sürəti 3.24 »Maksimum sürətin məhdudlaşdırılması»qadağan nişanı və 50 km/saata qədər məhdudlaşdırılmış yol şəraitində avtomobili 60 km,saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti Haqqında Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.

40. Apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə ifadəsi alınmış Məhkum ifadəsinə, həmçinin cinayət işi materiallarında olan şahid ifadələrinə və yuxarıda sadalanan sübutlara istinadlar edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbə rliyi baxımından düzgün qiymət vermişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, işin apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının qismən məhkəmə istintaqı aparmaqla əldə etmiş olduğu dəlillər də təqsirləndirilən şəxs Məhkum ona istinad edilən cinayət əməlinin törədilməsində təqsirli olmasını bir daha sübuta yetirmişdir.

41. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarı ilə Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməsi və Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarının ləğv olunaraq cinayət işinin apellyasiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilməsi qənaətinə gəlinərkən ka ssasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması hallarını qeyd edərək, həmin halların araşdırılması zərurətini vurğulamışdır. Belə ki, Məhkum toqquşma zamanı sürətinin 30-40 km/saat olmasını göstərdiyi halda, ekspert hesablamaları yalnız onun avtomobilinin sürətini 30 km/saat olması üzrə aparılmış, yuxarıda adları göstərilən şəxslərin əlavə dindirmə protokollarında təhlükə anının 3 saniyə davam etməsindən söhbət getdiyi halda ekspertin təhlükə vaxtı kimi 4-5 saniyə göstərilərək, 4-5 saniyə üzərindən ekspert hesablamaları aparılmış, mişar daşının toqquşma yerinə qədər məsafənin 21,7 metr olmasının hadisə yerini müayinə etmiş əməliyyat istintaq qrupunun iştirakçıları tərəfindən birmənalı şəkildə müəyyən edild iyi təqdirdə, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı sol hərəkət zolağına çıxdığı anda ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 33,3 - 41,7 metr olduğunu qeyd etməklə faktiki cinayət işində olmayan yeni hal müəyyən etmiş, ekspert rəyində avtomobillərin hərəkət trayektoriyası, toqquşmanın müəyyən bucaq altında baş verməsi, mişar daşına dəyən avtomobilin sürətinin dəyişməsi, təhlükənin yaranma anını nə üçün **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol hərəkət zolağına çıxdığı andan götürülmədiyi ümumiyyətlə nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dindirilmiş X22 ifadə verərək yuxarıda göstərilən məsələlər üzrə verilən suallara hər hansı bir aydınlıq gətirə bilməmiş, eyni zamanda 0,8-1,0 san ərzində sürücünün təhlükəni dərk edərək avtomobili sağa istiqamətləndirməsi mümkün olmadığını, bunun üçün 1,2 saniyə lazım olduğunu bildirməklə əslində avtomobillərin sürətlərinin təxmini göstərilməsini, avtomobilin trayektoriyasının müəyyən edilmədiyini və yuxarıda qeyd edilən digər faktorların 0,2 saniyə fərqinə təsirini nəzərə almamışdır. Apellyasiya məhkəmə icraatı zamanı müdafiə tərəfin vəsatətinə əsasən təyin edilmiş təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli 8/1210 nömrəli ekspert rəyində də yuxarıda qeyd edilən halların heç birinə aydınlıq gətirilməmiş, o cümlədən sabit 60 km/saat sürətlə hərəkətdə ola n avtomobil yolun sol tərəfinə çıxaraq, sürətini bir qədər itirdikdən nəyə görə 21,7 metr məsafə qət edə bilməməsinə dair gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Müdafiə tərəfi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə bəraət verilməsi haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, məhkəmələrin ziddiyyətli əsaslandırılmamış ekspert rəylərinə istinad etməsi, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır.

42. Apellyasiya instansiya məhkəməsinin 5 sentyabr 2024-cü il tarixli qərarından müəyyən edilir ki, məhkəmə ko llegiyası qismən məhkəmə istintaqı keçirməklə məhkumun ifadəsini almış, müdafiə tərəfinin vəsatəti əsasında da 29 aprel 2024-cü il tarixdə təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin etmiş, bununla da birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərarında həmin sübutları və cinayət işi materiallarında olan digər sübutları sadalamaqla kifayətlənmiş, kassasiya kollegiyasının göstərişlərini həmin sübutlar əsasında tədqiq edərək qiymətləndirməmişdir.

43. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin 30.1.2024-cü il tarixli qərarında da əks etdirilmiş mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli sübut olmadığı üçün, bu şərait ekspert rəyinə əsasən sübuta yetirilmiş hesab edilə bilməz. Əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğununun qəbul edilməsi yoverilməzdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, təkrar araşdırma zamanı xüsusilə, işin faktiki halları düzgün müəyyən edilməlidir.

45. Belə ki, birincisi, ibtidai istintaq və məhkəmələr tərəfindən qəbul edilir ki, sürücü Əhmədovun hərəkəti üçün təhlükə VAZ-21074 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığı andan yaranmış və həmin andan toqquşma baş verənə kimi 3-4 saniyə vaxt keçmişdir. 3-4 saniyə vaxt intervalı yalnız Şahid1, Şahid2 və Şahid2 ifadələrində əks olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, 3-4 saniyə hadisə zamanı avtomobildə olan sərnişinlərin subyektiv mülahizələrinə əsaslanır və heç bir ciddi obyektiv meyarlarla təsdiq olunmur. Əksinə, sadə riyazi hesablamalar təhlükənin yaranma anı ilə toqquşma anı arasında vaxtın 3 saniyə olmasını ciddi şübhələr olmasına dəlalət edir.

46. Bununla əlaqədar qeyd etmək olar ki, sadə riyazi hesablamalara əsasən, mişar daşına dəydikdən sonra VAZ-21074 markalı avtomobilin toqquşmaya qədər qət etdiyi məsafə 21,7 metrdən çox olsa da, 24,3 metrdən az olmuşdur. Belə ki, daşa dəydikdən sonra avtomaşının qət etdiyi istənilən qövsvari hərəkət trayektoriyası 2,8 m eninə və 21,5 m uzununa olan düzbucaqlı üçbucağın tərəflərinin cəmindən, yəni 24,3 m – dən çox ola bilməz. (şəkil 1) Şəkil 1.

47. VAZ-21074 markalı avtomobilin daşa dəydiyi anda sürəti 60 km/saat qəbul ets ək və bu sürətlə toqquşma yerinə qədər qət etdiyi zaman 1,46 saniyədən az olacaqdır.

48. Digər tərəfdən, Şahid1, Şahid2 və Şahid2 ifadələrindən məlum olur ki, orta hesabla 60 km/saat sürətlə hərəkət edən avtomobil daşa dəydikdən sonra sürəti azalmağa başlamışıdır. Həsənli Kamranın daşa dəydikdən sonra avtomobilin əyləcindən istifadə etməsi faktı ifadələrlə və işdəki sübutlarla öz təsdiqini tapmır. Əyləcsiz surətin azalması sabit təcillə baş vermişdir. Çünki, əyləcdən istifadə olmamış, maşın fırlanmamış, başqa maneəyə dəyməmiş, qövsvari trayektoriya ilə ətalətlə hərəkət etmişdir.

49. Qəbul etsək ki, hətta, toqquşma anına qədər VAZ-21074 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin surəti minimal 10 km/saat olmuşdur (hansı ki, işdəki sübutlarla tam təkzib olunur), sabit təcillə qət etdiyi orta surət (60 km/saat+10 km/saat)/2=35 km/saat olacaqdır. Toqquşmaya qədər qət etdiyi maksimal məsafəni 24,3 m qəbul etsək belə, keçən müddət 24,3 m/35 km/saat =2,6 saniyə olacaqdır. Əgər toqquşma anında avtomobilin sürətinin 20 km/saat qəbul etsək, onda eyni üsulla keçən müddətin 2,2 saniyə olması müəyyən ediləcəkdir.

50. Təəssüf hissi ilə kollegiya qeyd edir ki, bu sahədə xüsusi biliyə malik olan ekspertlərin heç biri belə sadə riyazi hesablamalarla işin faktiki hallarına əsasən, təhlükənin yaranma anından toqquşmaya qədər keçən müddətin 3 saniyə olmasının real hadisə mexanizminə uyğun olub - olmaması barədə heç bir fikir irəli sürməmişlər.

51. Məhkəmə kollegiyası qeyd edir ki, VAZ-21074 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mişar daşına dəyərkən sürətinin nə qə dər olması (Əhmədov 100-110 km/saat qeyd etsə də, digər şahidlər 60 km/saat qeyd edir), daşa dəydikdən sonra avtomoibilin qövsvarı hərəkəti zamanı nə qədər məsafə qət etməsi (21,7 metrdən çox, lakin nə qədər olmuşdur, hansı qövs üzrə hərəkət etmişdir), buna uyğun mişar daşına dəydikdən sonra toqquşma nöqtəsinə qədər qət etdiyi müddət nə qədər olması (şahidlər ifadələrində hadisənin ani baş verməsini qeyd etsələr də bunu 3-4 saniyə kimi hiss etmələrini desələr də, real hadisə mexanizminə uyğunluğunun kifayət qədər ciddi şübhələrin olması) şəraitində ittiham hökmünün çıxarılması təqsirsizlik prezumsiyasının pozulması kimi qiymətləndirilməlidir. Bu səbədən, işin faktiki halları dəqiq müəyyən edilməli və bundan sonra yekun qənaətə gəlinməlidir.

52. Bu ziddiyyətlərin aradan qaldırmaq üçün, şa hidlər təkrar dindirilməli (xüsusilə, hansı qövs üzrə maşının hərəkət etməsi dəqiqləşdirilməli), ekspertlər dindirilməli (ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün), zərurət olduqda təkrar ekspertiza keçirilməlidir. 53. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında qeyd edilir ki, “Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yolnəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səb əbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər.”

54. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar Azərbaycan Respublikası CPM- in 144-cü maddəsinin cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasına dair tələblərinin pozulması deməkdir.

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq ed ilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur.

56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir.

57. Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə razılaşan və həmin şikayətin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymə tləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir.

59. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 1(106)-331/2024 nömrəli qərarı kassasiya şikayətinə əsasən ləğv olunsun və cinayət işi apellyasiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilsin. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar