Məhkəmə qərarları › İş №1(102)-1208/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1208/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1208/2022 18.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(105)-101/2022 nömrəli qərarından Məhkum müdafiəçisi M üdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1968-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan. 2. 25 iyun 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 iyul 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəy yən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkiləri 1,678 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,077 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,4 qram çəkidə çətənə (kannabis) bitkisinin toxumlarını əldə edərək üzərində və yaşadığı ünvanda saxlamışdır. 15 aprel 2021-ci il tarixdə, saat 12 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanının qarşısında saxlanılaraq videoçəkiliş vasitəsilə yaşadığı ünvana baxış və üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə heroinin 0,344 qramı yaşadığı evdə ona məxsus otaqda olan mebel masasının üzərində ayrı-ayrılıqda təmiz çəkilə ri 0,313 qram, 0,031 qram olmaqla 2 ədəd siqaret kağızı bükülülərində, 1,249 qramı yaşadığı evdə ona məxsus otaqda olan divanın altındakı yaşıl rəngli qutunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,770 qram, 0,105 qram, 0,110 qram, 0,141 qram, 0,123 qram olmaqla 5 ədəd bükülülərdə, həmin psixotrop maddə metamfetaminin 0,059 qramı yaşadığı evdə ona məxsus otaqda olan divanın altındakı yaşıl rəngli qutunun içərisində 01 ədəd siqaret kağızı bükülüsündə, çətənə (kannabis) bitkisinin toxumları 0,4 qram çəkidə yaşadığı evdə ona məxsus otaqda olan mebel masasının üzərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,17 qram, 0,08 qram olmaqla 3 ədəd bükülülərdə, həmin narkotik vasitə heroinin 0,085 qramı əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə, həmin psixotrop maddə metamfetaminin 0,018 qramı isə əynində olan qara rəngli şalvarın qabaq sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə, bundan başqa, yaşadığı evdə ona məxsus otaqdan paltar rəfinin altından səthində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi, həmin otaqda olan mebel masasının üzərində 4 ədəd kustar üsulla kağız və folqa materiallarından hazırlanmış içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan boruşəkilli müştüyə bənzər predmetlər, həmin otaqda olan divanın altından 2 ədəd kustar üsulla kağız və folqa materiallarından hazırlanmış içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan boruşəkilli müştüyə bənzər predmetlər və 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan folqa kəsikləri aş kar edilərək götürülmüşdür.

5. Siyəzən Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 1(059)-38/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır.

6. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif etməməsini, sonuncuya həmin maddənin sanksiyasında nəzərdə tutulm uş aşağı həddə (yüngül) cəza təyin edilməsini xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci tarixli, 1(105)-101/2022 nömrəli qərarı ilə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin 1(059)- 38/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(105)-101/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla, Məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirmişdir. Müdafiəçi qeyd etmişdir ki, Məhkum özü nü yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli hesab etmiş, cinayət işinin materiallarında narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsini, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması təsdiq edən heç bir mötərəbər sübut yoxdur. Məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(105)-101/2022 nömrəli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edilir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olara q hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin səhv tövsif edildiyini id dia edərək, tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(105)-101/2022 nömrəli qərarını qaldırılan dəlillərlə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmu ş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövq eyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021ci il tarixli qərardadı).

21. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət hüququ normalarını və mövcud məhkəmə praktikasını nəzərə almaqla toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, Məhkum verdi yi ifadəsində özünü qismən, yəni yalnız Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilsə də, onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən etdiyi cinayət əməlini törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında göstərilənlərə əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum yaşadığı ünvana baxış və üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə heroinin 0,344 qramı yaşadığı evdə ona məxsus otaqda olan mebel masasının üzərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,031 qram olmaqla 2 ədəd siqaret kağızı bükülülərində, 1,249 qramı yaşadığı evdə ona məxsus otaqda olan divanın altı ndakı yaşıl rəngli qutunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,770 qram, 0,105 qram, 0,110 qram, 0,141 qram, 0,123 qram olmaqla 5 ədəd bükülülərdə, psixotrop maddə metamfetaminin 0,059 qramı yaşadığı evdə ona məxsus otaqda olan divanın altındakı yaşıl rəngli qutunun içərisində 01 ədəd siqaret kağızı bükülüsündə, çətənə (kannabis) bitkisinin toxumları 0,4 qram çəkidə yaşadığı evdə ona məxsus otaqda olan mebel masasının üzərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram, 0,17 qram, 0,08 qram olmaqla 3 ədəd bükülülərdə, narkotik vasitə heroinin 0,085 qramı əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə, psixotrop maddə metamfetaminin 0,018 qramı isə əynində olan qara rəngli şalvarın qabaq sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə; bundan başqa, yaşadığı evdə ona məxsus otaqdan paltar rəfinin altından səthində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi, həmin otaqda olan mebel masasının üzərində 4 ədəd kustar üsulla kağız və folqa materiallarından hazırlanmış içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan boruşəkilli müştüyə bənzər predmetlər, həmin otaqda olan divanın altından 2 ədəd kustar üsulla kağız və folqa materiallarından hazırlanmış içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan boruşəkilli müştüyə bənzər predmetlər və 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan folqa kəsikləri aşkar edilərək götürülmüşdür.

23. Məhkəmə kollegiyası xatırladır ki, formalaşmış məhkəmə praktikasına görə, təqsirkarın narkotik vasitələri satmaq niy yətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 9, 4 mart 2011-ci il).

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs narkotik maddələrin təkcə qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma mater ialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020).

25. Hazırki cinayət işinin hallarından da göründüyü kimi, 15 aprel 2021-ci il tarixdə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum üzərindən və yaşadığı evindən çəkiləri təxmini eynilik təşkil edən formada qablaşdırılmış xeyli sayda və geniş çeşiddə narkotik vasitə və psixotrop maddələr, eləcə də narkotik vasitə heroinin izlərini daşıyan elektron tərəzisi aşkar edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, Məhkum narkotik vasitə və psixotrop maddələri qeyd edilən formada, sayda və çeşiddə saxlaması və elektron tərəzidən istifadə etməsi, onun törətdiyi cinayə t əməlinin məhz Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün tam əsas verir.

26. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin qərarını təkzib edə biləcək dəlillər gətirilmədiyindən, Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini şübhə altına almaq üçün əsas müəyyən edilmir.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakim əsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiya məhkəməsi məhkumun törətdiyi cinayət əməlini düzgün tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yə ni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci və apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticəsi ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(105)-101/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublika sı CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(105)-101/2022 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar