Məhkəmə qərarları › İş №1(102)-1208/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1208/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1208/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Həsənov Əbil Yadulla oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 1(101)-866/2021 nömrəli hökmü ilə (hakimlər: Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il altı 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 01 sentyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 də təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmdən məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 30 mart 2022-ci il tarixli 1(103)372/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Həsənov Əbil Yadulla oğlu tərəfindən kassasiya şika yəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niy yəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Məhkum 9 oktyabr 2012-ci il tarixdən "xxxx" ASC-nin X10 böyük kassiri, 1 mart 2013-cü il tarixdən həmin şöbənin baş kassiri vəzifəsində işləyərkən, onunla 9 oktyabr 2012-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən özü və istərsə də başqasının hesabına heç bir əlavə əməliyyat aparmamalı, işəgötürənin və ya onun rəhbər işçilərinin yazılı və şifahi sərəncamlarını və ya əmrlərini, təlimatlarını, qərarlarını şərtsiz yerinə yetirməli, işəgötürənin ona həvalə etdiyi əmlaka, sənədlərə, pul vəsaitinə və digər maddi vəsaitlərə görə tam maddi məsuliyyət daşımalı, öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə işəgötürənə zərər vurduğu halda məsuliyyət daşımalı, zərərin qarşıs ının alınması üçün tədbirlər görməli, ona həvalə olunmuş dəyərlilərin qorunub saxlanılmasının təmin edilməsinə təhlükə yaradan bütün hallar, maddi itkiyə səbəb olacaq və ya işəgötürənin nüfuzuna, etibarlılığına xələl gətirə biləcək istənilən vəziyyətin yaranması faktları barədə məlumat verməli, dəyərlilər ilə əməliyyatların aparılması və onların saxlanması üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət etməli, habelə «Bankomatlarla nağd pulun inkassasiyasına dair» daxili prosedur qaydalarına əsasən bankomatların inkassasiya qrupunun üzvləri kassa məxaric orderi əsasında götürdükləri nağd pul vəsaitlərinə görə, bölüşdürülmüş iş qrafikinə uyğun olaraq tabeçiliklərində olan bankomatların nağd pul vəsaitinin qalıqlarına görə bərabər şəkildə tam maddi məsuliyyət daşımalı, bankomatların inkassas iya qrupu iki əməkdaşdan ibarət olmalı, müvafiq qaydada bunlardan biri bankomatın açarı, digəri bankomat seyfinin kodu ilə təchiz olunmalı, hər biri müvafiq qaydada onlara təqdim edilmiş açar və yaxud kodu bir-birinə bildirməməyə və gizli saxlanılması barədə öhdəlik götürməli, həmin əməkdaşlar qeyd olunan öhdəliyi pozduqları halda qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımalı, ayda bir dəfə və yaxud zərurət yarananda bankomat tam boşaldılmalı, inkassasiya qrupunun üzvləri çıxarılmış kasetləri və bankomatın çap qurğusundan götürülmüş kağız lentini müvafiq qaydada bankın mərkəzi kassasına çatdırmalı, nağd pulun qalığını bankomatın hesabındakı məbləğin qalığı ilə tutuşdurub uçot məlumatları ilə üzləşdirməli, kassa mədaxil orderini hazırlayaraq bankın mərkəzi kassasına mədaxil etməli, fərq aşkar edildikdə müvafiq akt tərtib etməli, bankomatın qapısı və onun içində olan seyfin qapıları tələblərə uyğun açılandan sonra bankomatların inkassasiya qrupunun üzvlərinin hər ikisinin mütləq iştirakı ilə seyfdəki kasetlər çıxarılaraq yeniləri ilə əvəz edilməli, bankomatın çap qurğusundan götürülmüş kağız lentini çıxarılmış kasetlərə əlavə etməli, əvəzetmədən sonra qrupun üzvü (kod sahibi) bankomatın daxilində olan seyfin qapısını örtərək, kodu gizli şəkildə daxil edib seyfin qapısını, digər üzvü isə (açar sahibi) bankomatın arxa hissəsindən bankomatın qapısını bağlamalı, qrupun hər iki üzvünün mütləq iştirakı ilə bankomat qaydalara uyğun testdən keçirilməli olduğu halda, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, qeyd edilənlərə görə öhdəlik daşıyan maddi məsul vəzifəli şəxs kimi həmin şöbənin digər kassirləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar- fevral aylarında nağd pul vəsaitinin çatışmazlığı ilə əlaqədar bankomatlara pul vəsaitinin torbalarla aparılıb yerində yüklənməsinə, bir bankomatdan götürülmüş pul vəsaitinin faktiki olaraq xəzinəyə mədaxil edilmədən digər bankomata yüklənməsinə işlədiyi həmin bankın rəhbərliyinin verdiyi razılığa, habelə bankomatların həmin aylarda boşaldılmamasına görə yaranmış şəraitdən istif adə edib, bankın mərkəzi xəzinəsindən və digər bankomatlardan götürdüyü pul vəsaitinin bir hissəsini bankomatlara yükləmədiyi halda, həmin şöbənin digər kassirləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə informasiya resursu olan bankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasına guya pul vəsaitinin tam yüklənməsi, habelə bankomatdan faktiki götürdüyü vəsait barədə düzgün olmayan, yəni guya daha az məbləğ götürülməsi barədə bilə-bilə yalan məlumatları daxil etməklə qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində onlara etibar edilmiş "xxxx" ASC-yə məxsus pul vəsaitini qulluq mövqelərindən istifadə edərək mənimsəməklə talamaq məqsədilə Şirvan, Neftçala və Bakı şəhərinin ayrı-ayrı rayon larının ərazisində yerləşən həmin banka məxsus cəmi 12 bankomata, o cümlədən, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, X11rşısında yerləşən 086 saylı bankomata mədaxil olunan 4.427.860 manat pul vəsaitindən 12.080 manatını, Şirvan rayonunun ərazisində yerləşən 111 saylı bankomata mədaxil olunan 1.616.854 manat pul vəsaitindən 61.491 manatını, Bakı şəhəri, Səbail rayonu, Bakı Dəniz Limanın yaxınlığında yerləşən 136 saylı bankomata mədaxil olunan 753.358 manat pul vəsaitindən 24.980 manatını, Şirvan rayonunun ərazisində yerləşən 395 saylı bankomata mədaxil olunan 1.631.110 manat pul vəsaitindən 192.300 manatını, ünvan 2 ünvanında yerləşən 879 saylı bankomata mədaxil olunan 923.132 manat pul vəsaitindən 69.966 manatını, Neftçala rayonu, Mirzəqurbanlı kəndi ərazisində yerləşən 1095 saylı b ankomata mədaxil olunan 549.980 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ şossesi, Sex № 3 ünvanında yerləşən 1184 saylı bankomata mədaxil olunan 590.724 manat pul vəsaitindən 14.984 manatını, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən 119 ünvanında yerləşən 1331 saylı bankomata mədaxil olunan 1.011.980 manat pul vəsaitindən 80.968 manatını, Bakı şəhəri, Nəsimi rayonu, "Turan Market" adlı dükanda yerləşən 1374 saylı bankomata mədaxil olunan 952.527 manat pul vəsaitindən 29.950 manatını, ünvan 5 ünvanda yerləşən 1691 saylı bankomata mədaxil olunan 557.002 manat pul vəsaitindən 29.699 manatım, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən 1834 saylı bankomata mədaxil olunan 63.000 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Qar adağ rayonu, Ələt qəsəbəsində yerləşən 1835 saylı bankomata mədaxil olunan 221.041 manat pul vəsaitindən 10.010 manatını, bununla da həmin bankomatlara mədaxil olunan ümumilikdə 13.298.568 (on üç milyon iki yüz doxsan səkkiz min beş yüz altmış səkkiz) manat pul vəsaitindən 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manatını 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar- fevral aylarında şəxsən və əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə götürərək aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək "xxxx" ASC-yə məxsus olmaqla onlara etibar olunmuş 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini həmin Cəmiyyətə vah id niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə "xxxx" ASC-nin nüfuzuna xələl gətirib, əmlak hüquqlarının müdafiəsi, vətəndaşlar qarşısında öhdəliklərinin layiqincə icrası və nüfuzunun qorunub saxlanılmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi Həsənov Əbil Yadulla oğlu ka ssasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarmışdır. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmü və hökmlə bağlı apellyasiya instansiyası məhkəməsinin qərarı aşağıda şərh olunanlara əsasən qanunsuz və əsassız olduğuna görə ləğv olunmalı və Məhkum əməllərində cinayət tərkibi olmadığından və onun təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2, 39.2-ci maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə isitntaqı zamanı təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmiş olduğu xüsusatları təkzib edəcək heç bir mötəbər sübut növü müəyyən olunmamışdır. Cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən Məhkum istinad olunan cinayətlərin törədilməsində təqsirliliyi mötəbər və təqzibedilməz sübutlarla deyil, həqiqiliyi təsdiq olunmayan və əldə olunma halları ilə bağlı kifayət qədər ziddiyyətli və şübhəli məqamlar olan sübutlarla əsaslandırılmışdır. Belə ki, hazırki cinayət işinin başlanmasına səbəb və əsas ondan ibarət olmuşdur ki, "xxxx" ASC-nin Əməliyyat Departamentinin Qiymətlilərlə İş şöbəsində xx.xx.2016xx.xx.2016-cı il tarixlərdə sənədli inspeksiya aparılmış və xx.xx.2016-cı il tarixli “İnspeksiya Aktı” tərtib olunmuşdur. Həmin akt qüsurlu olmaqla, əsas qüsur ondan ibarətdir ki, ümumiyyətlə nə ban k qanunvericiliyində, nə də ki cinayət prosessual qanunvericilikdə “inspeksiya" termininə rast gəlinmir və ümumiyyətlə bu termin adında bir rəsmi sənəd mövcud deyildir. Bundan əlavə, aktda həmin “inspeksiya” adlı hərəkətin kim tərəfindən və kimlərin iştirakı ilə həyata keçirilməsi göstərilməmişdir. Yalnız aktın sonunda X28 Departamentinin R.İ.Əliyev, S.İ.Salmanlı, Ə.V.Quliyev adlı əməkdaşları imza etmiş və aktda göstərilmişdir ki, ATM-dən çıxarılmış nağd vəsaitin faktiki qalıqların uçot məlumatları ilə üzləşdirilməsi zamanı 536.428 manat əskik olması faktı aşkar edilmişdir. Daha sonra göstərilir ki, bankın X10 baş kassiri Məhkum başda olmaqla, digər əməkdaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz vəzifələrindən sui-istifadə etməklə ATM-lər üçün nəzərdə tutulmuş külli miqdar da nağd pul vəsaitini mənimsəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1, Şahid6 ifadələri ilə, o cümlədən bank qanunvericiliyi ilə tam müəyyən olundu ki, bankın hər hansı bir struktur bölməsində yoxlama aparılırsa, mütləq həmin struktur bölmənin və ya şöbənin əməkdaşları da həmin yoxlamada iştirak etməli və iştirakları təmin olunmalıdır. Lakin qeyd edilən sənədin tərtibi zamanı adları bilavasitə cinayət törətməsində ittiham olunan şəxslərin işrtirakı təmin olunmamışdır. Eyni ilə də həmin inspeksiya aktı əsasında xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis Təhlilləri şöbəsini baş məsləhətçiləri tərəfindən yoxlama aparılmış və müəxəssis rəyi tərtib olunmuşdur. Həmin rəyin tərtibi za manı da iş üzrə təqsirləndirilən şəxslərin iştirakı təmin edilməmiş, bank əməkdaşlarından yalnız Təhlükəsizlik üzrə baş direktor R.H.Baxşıyevin iştirakı göstərilmişdir. Daha sonra Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi verilməklə, rəydə "xxxx" ASC-nin maddi məsul şəxsləri təəfındən bankomat aparatlarında nağd pul vəsaitlərinin inkassasiyasının aparılması zamanı müəyyən edilmiş pul vəsaitlərinin çatışmazlığının müəyyən ediməsi üzrə tərtib edilmiş xx.xx.2016-cı il tarixli mütəxəssis rəyinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunması göstərilmişdir. Beləliklə də müəyyən olunur ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyində istinad olunan mütəxəssis rəyi və onun da istinad etdiyi inspeksiya aktının tərtibi zamanı qan unvericiliyin tələbləri pozulduğundan, həmin rəy mötəbər sübut növü hesab oluna bilməz. Belə ki, mütəxəssis rəyi iş üzrə istintaqı aparan istintaq orqanının əməkdaşları tərəfindən aparılmışdır. Yəni burada hər hansı neytral araşdırmadan və qərəzsizlikdən söhbət gedə bilməz. Belə olan halda həmin mütəxəssis rəyinin qanunvericiliyin tələbinə uyğun tərtib edilməsini göstərən ekspert rəyi də mötəbər hesab oluna bilməz. Hazırki cinayət işinin birinci instansiya məhkəməsində baxılması zamanı qeyd olunan halları məhkəmənin diqqətinə çatdırmaqla, təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmişdir. Belə olan halda, cinayət işi üzrə xx.xx.2016-cı il tarixli “İnspeksiya Aktı”, xx.xx.2016-cı il tarixli mütəxəssis rə yi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan, həmçinin həmin prosessual hərəkətlərin icraatı qaydaları zamanı pozuntulara yol verildiyindən sübutlar siyahısından çıxarılmalı idi. Odur ki, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarının ləğv edilməklə, onun Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Həsənov Əbil Yadulla çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarının ləğv edilərək, həmin iş üzrə icraata Məhkum aid hissədə xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun verilmiş ittiham üzrə cinayət əməlini törətməsi iş materialları ilə sübuta yetirildiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tə ləblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kass asiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416. 1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci mad dəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə həmin qərarın ləğv edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş vəzifəli şəxs qismində digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı külli miqdarda ziya n vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talama və qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə informasiya resurslarına biləbilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmi n əməllər Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçinin kassasiya şikayətində Məhkum tərəfindən həmin cinayət əməllərinin törədilmədiyi və apellyasiya məhkəməsinin qərarının ona aid hissədə ləğv edilməklə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə t utulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların (əmlakın hədiyyə verilməsə, hədiyyənin geri qaytarılmaması və s.) mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya mür aciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məh kəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində h ər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2016-cı il tarixli 17293 saylı rəyində göstərilmişdir ki, "xxxx" ASC-nin maddi məsul şəxsləri tərəfindən bankomat aparatlarına nağd pul vəsaitlərin in inkassasiyasının aparılması zamanı müəyyən edilmiş pul vəsaitlərinin çatışmazlığının müəyyən edilməsi üzrə tərtib edilmiş 23 iyun 2016-cı il tarixli mütəxəssis rəyi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Həmçinin ekspert rəyində "xxxx" ASC-yə məxsus sözügedən 12 bankomatda cəmi 536.428,0 manat məbləğində çatışmazlığın yaranmasının müəyyən edildiyi qeyd edilmişdir. Həmçinin “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nağd vəsaitlərlə iş Departamentinin Kassa əməliyyatlarına nəzarət şöbəsinin aparıcı mütəxəssisi X1 xx.xx.2021-ci il tarixli rəyində qeyd edilmişdir, ki, "xxxx" ASC-yə məxsus hər hansı bankomat aparatına nağd pul vəsaitinin yüklənməsi zamanı, bankın müvafiq kompüter proqramlarında ("telskop” və sair) həmin bankomata faktiki olaraq yüklənmiş nağd pul əskinaslar ının sayı deyil, həmin bankomata quraşdırılmış komputer proqramında daxil edilən əskinasların sayı öz əksini tapır. "xxxx" ASC-nin mərkəzi xəzinədən və ya digər bankomatlardan götürülən pul vəsaitlərinin bir hissəsini bankomatlara yükləməyərək, informasiya resurslarına-bankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasında guya pul vəsaitinin tam yüklənməsi kimi qeydiyyat aparılması, habelə bankomatdan faktiki götürülən vəsaiti barədə düzgün olmayan, yəni guya daha az məbləğ götürülməsi barədə informasiya resurslarına-bankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasında qeydiyyat aparılması texniki olaraq mümkündür. Bankomat aparatına faktiki olaraq yüklənmiş və ya götürülmüş pul vəsaitinin məbləğini, yəni hər hansı uyğunsuzluğu yalnız bankomata yüklənmiş və çıxarılmı ş, müştərilər tərəfindən məxaric və ya mədaxil edilmiş və digər məlumatlar əldə edildikdən sonra, bankomatda olan (əsas və digər kassetlərdə) qalıq vəsaitinin sıfırlanması (bütün qalıq vəsaiti çıxarıb nağd qaydada sayılması) zamanı müəyyən etmək mümkündür. Qeyd olunanlara əsasən "xxxx" ASC-nin bankomatlarına quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasında təhrif olunmuş məlumat daxil etməklə (yüklənmiş və götürülmüş nağd pul vəsaitləri barədə düzgün olmayan məlumat daxil etməklə) nağd pul vəsaitinin mənimsənilməsi texniki olaraq mümkündür, lakin bu halı bankomatların sıfırlanması zamanı aşkarlamaq mümkündür. Qeyd olunan əməllər həmin bankomatlara giriş imkanları olan (yəni parol və açarına sahib olan) bankın müvafiq şöbənin əməkdaşları tərəfindən edilməsi mümkündür. Eyni zamanda məhkəmə -xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4/1066 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC-nin 086 saylı bankomatı üzrə xx.xx.2015, xx.xx.2015 (280000.00 manata dair), xx.xx.2015-ci il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafalarında əks olunan imzalar, "xxxx" ASC-nin 1374 saylı bankomatı üzrə xx.xx.2015, xx.xx.2015-ci il tarixli məxaric üzrə kassa orderlərinin kserosurətlərində “Nağd vəsaiti aldım” qrafalarında əks olunan imzalar - Məhkum tərəfindən icra olunmuşdur. Həmçinin cinayət işinə əlavə olmuş 07 dekabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 və Məhkum arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində dediklərini bir daha təsdiq edərək Məhkum üzünə qa rşı bildirmişdir ki, üç nəfər kassir inkassator qalanda, yəni təxminən 2015-ci ilin dekabr ayından sonra, onlar inkassasiyanı tək olaraq aparmağa başlamışlar, bu zaman bütün bankomatların kodları hamıya məlum olmuşdur. Əvvəllər özü digər bankomatların kodlarını bilməmişdir. Həmçinin, pul vəsaitləri nağd olaraq bankomatlara yüklənən zaman, onların hər biri, yəni özü də, Ruslan da, Namiq də tək-tək inkassasiya aparmışlar. Həmçinin Namiq tapşırmışdır ki, onun iştirakı olmadan pulu xəzinəyə təhvil verməsin. Bundan əlavə, özü Ruslan və Namiqlə, Namiqin idarə etdiyi avtomaşında oturub söhbət edərkən onun avtomaşının saxlanc yerində təxminən 100.000 manata (yüz min) yaxın pul görmüşlər. Namiq isə həmin pulları tanışından aldığını və qazanc əldə etmək üçün həmin pulları ABŞ dollarına çevirib satac ağını demiş və tələsdiyini bildirmişdir. Bundan başqa, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmələri ilə bağlı ittiham iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4, X6, Şahid5, Şahid1, Şahid6 bir-biri ilə uzlaşan ifadələri ilə də təsdiq olunur. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan i rəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məh kəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olmasını (himayəsində iki azyaşlı uşaqlarının olması) və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Res publikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum himayəsində iki azyaşlı uşağı xx.xx.2015-ci il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X15 vardır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Həsənov Əbil Yadulla oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarix li hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar