Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1208/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzr ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli 1(101)-562/2022 nömrəli (hakimlər: Ağalarov Mahmud Muradxan oğlu (sədrliyi ilə), Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 10 aprel 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla, xxx-da yaşayan X20 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası nı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkməsinin əvvəlinin 12 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, X16 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbiri təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, həmin hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Salmanov Elnur Nizami oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli 1(103)-1091/2022 nömrəli (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin A fad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli 1(102)-1270/2023 nömrəli (hakimlər: Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli 1(103)-1749/2023 nömrəli (hakimlər: Tanrıverdiyev Anar Vəzir oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə təqsirləndirilən şəxs X15 müdafiəçisi Salmanov Elnur Nizami oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən X15 CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında həbsdən dərhal azad olması, bəraət alması ilə əlaqədar onun tutulması, cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının X16 izah edilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanı tərəfindən X16 CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir, ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq 12 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanında Z oğlundan 90 manat pul müqabilində külli miqdarda, yəni 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,792 qram, 0,412 qram, 0,467 qram, 0,592 qram, 0,140 qram, ümumi təmiz çəkiləri 2,403 qram qəhvəy i rəngli maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,205 qram, 0,128 qram və 0,140 qram, ümumi təmiz çəkiləri 0,753 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 iyul 2021-ci il tarixdə saat 11:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb ünvan 2erləşən Suraxanı RPİ-nin inzibati binasına gətir ilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki yaşıl rəngli üzəri qırmızı, sarı və göy rəngli cizgilər olan şortikin sağ yan cibindən 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,792 qram, 0,412 qram, 0,467 qram, 0,592 qram, 0,140 qram, ümumi təmiz çəkiləri 2,403 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram, 0,205 qram, 0,128 qram və 0,140 qram, ümumi təmiz çəkiləri 0,753 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun hökm qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığından həmin hökm əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslandığı dəlillər-təqsirləndirilən şəxsin heroini və psixotrop boynuna götürməsi ilə bağlı onu aldatmaqlarını və bunların əsasında təqsirləndirilən şəxsin izahatlarını, təqsirləndirilən şəxsin geyimini, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, mötəbər sübutlar kimi qəbul etməməsi olmuşdur ki, məhkəmənin əsaslandırmağa çalışdığı subyektiv mülahizədən ibarət olan əsassız və qanunsuz yanaşması aşağıdakı qaydada tamamilə təkzib edilir. Məhkəmə kollegiyasının hökmdə təqsirləndirilən şəxsin polis əməkdaşlarının ona 10 büküm verib, həmin bükümlərin özünə məxsus olmasını bildirəcəyi halda 48 saata buraxılacağını dedikləri üçün onun qarşısına qoyulmuş sənədləri imzaladığı xüsusatını inandırıcı qəbul etməsi obyektiv gerçəklik ilə uzlaşmır. Belə ki, X 48 saatdan sonra buraxılmadığı halda, hətta barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilsə də, ibtidai istintaq dövründə müstəntiqə və ya prosessual rəhbərliyi həyata keçirən prokurora bununla bağlı heç bir müraciət etməmişdir. Bundan başqa, X ibtidai istintaqa verdiyi ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni xx.xx.2021-ci il tarixdə ögey qardaşı Z-dən özü istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Bu xüsusatı Z oğlu da təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə verdiyi ifadəsində təsdiq etmişdir. Lakin X məhkəmə istintaqı zamanı verdiyi ifadələrində həmin xüsusatları təkzib edib ziddiyyətli ifadələr verib obyektiv həqiqətdən kənarlaşmağa çalışmışdır. Bundan başqa, məhkəmə kollegiyası bəraət hökmünün əsaslarından biri kimi xx.xx.2023-cü il tarixli məhkəmə xəttşünaslıq ekspert rəyi ilə iş materiallarında olan bəzi sənədlərdə imzaların təqsirləndirilən şəxsə və müdafiəçiyə məxsus olmamasının müəyyən olunmasını göstərmişdir. Hansı ki, məhkəmə kollegiyası həmin sənədlərinin arasında istintaq orqanı tərəfindən tərtib edilməyən xx.xx.2021-ci il tarixli vəkil orderinin də olmasını, şəxsən vəkil tərəfindən təqdim olunmuş orderdəki imzanın vəkilə məxsus olmasının mümkünsüzlüyünü nəzərə alıb, qeyd olunan ekspert rəyini şübhə altına almalı idi. Beləliklə, məhkəmənin hökmdə bəraətin əsası kimi qeyd etdiyi hal ehtimal və şübhələrdən ibarət olmuşdur ki, həmin ehtimallar məhkəmə istintaqı zamanı təkzib edilmiş, aradan qaldırılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmü ləğv edilərək iş apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X16 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə t əqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verilməsi barədə hökm çıxardığını iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmün ün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəld iyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X15 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıması ilə bağlı verilmi ş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X20 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, həmçinin, X15 Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X20 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, təxminən yeddi ildir ki, narkotik vasitə kakos və psixotrop maddə metamfetamindən istifadə edir. 12 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanda əmisi nəvəsinin yaşadığı evin həyətində olmuşdur. Bu vaxt mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb, xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirm işlər. Sonuncular onun narkotik maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, Suraxanı RPİ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə getmişdir. Orada xidməti otaqların birində üzərinə baxış keçirilmiş, lakin, üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ona 10 büküm verib, həmin bükümlərin özünə məxsus olmasını bildirəcəyi halda 48 saata buraxılacağını demişlər. Onun qarşısına bəzi sənədlər qoyulmuş və o, həmin sənədləri imzalamışdır. Yazıb-oxuya bilmədiyindən həmin sənədlərdə nə yazıldığını bilməmişdir...”. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Suraxanı RPİ-nin təhqiqatçısı x tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 12 iyul 2021-ci il tarixli protoko ldan görünür ki, saat 18:00-dan saat 18:15-dək əməliyyat müvəkkilləri Şahid2, x, x, x və x-in iştirakları ilə şübhəli şəxs X15 üzərinə videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış keçirilmiş və 9 ədəd büküm aşkar edilərək götürülməsi rəsmiləşdirilmişdir. 12 iyul 2021-ci il tarixdə saat 11:30-da X20 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və X15 ərizəsinə əsasən ona təhqiqatçının qərarı ilə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi X16 təqdim edilmiş və sonuncunun razılığı ilə müdafiəçi qismində işə buraxılmışdır. Müdafiəçinin iştirakı ilə X20 şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və etiraz edilə bilən şəxslər barədə məlumat verilmiş, bu barədə müvafiq protokollar tərtib edilmişdir. Həmin prosessual hərəkətlərdən faktiki olaraq dərh al sonra şübhəli şəxs X15 üzərində şəxsi axtarış keçirilmiş, narkotik vasitə və psixotrop maddə aşkar edilmiş, lakin müdafiəçi axtarışda iştirak etməmişdir. Cinayət işinin materiallarında olan X15 12 iyul 2021-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, o müdafiəçinin axtarışda və götürmədə iştirak etməməsinə etiraz etmir. Ərizə kompüter vasitəsi ilə tərtib edilmiş və X20 tərəfindən imzalanmışdır. Kompüter vasitəsi ilə tərtib edilmiş həmin ərizədə müdafiəçinin etiraz etməməsinə dair qeydin əlyazma ilə yazılmasının kollegiyada şübhə yaratması səbəbindən cinayət işinin materiallarında olan müəyyən sənədlərdə olan imzaların həqiqətən də təqsirləndirilən şəxs X16 və onun müdafiəçisi olmuş Şahid3 məxsus olub-olmamasının müəyyən edilməsindən ötrü təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasın ın 5 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 18-ci vərəqində olan 12 yanvar 2021-ci il tarixli orderdə “Vəkilin imzası”qrafasındakı imza, 31-ci vərəqində olan 12 iyul 2021-ci il tarixli ərizənin aşağı hissəsində “Şahid3” sözünün qarşısındakı imza, “Tanış oldum müdafiəçi Şahid3” yazıları 32-33-cü vərəqlərində olan 12 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında" protokolun 1-ci vərəqinin aşağısında soldan-sağa 5-ci imza, 2-ci vərəqində “6)” rəqəminin qarşısındakı imza, 34-35-ci vərəqlərində olan izahatın 2-ci vərəqində “Şahid3” adının qarşısındakı imza, 65-ci vərəqində olan 14 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” qərarda “Şahid3” adı nın qarşısındakı imza, 66cı vərəqində olan 14 iyul 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokolda “Şahid3” adının qarşısındakı imza-Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 62-64-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolun 2-ci vərəqinin aşağı hissəsindəki imza, 65-ci vərəqində olan 14 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” qərarda “X” adının qarşısındakı imza, 66-cı vərəqində olan 14 iyul 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokolda “X” adının qarşısındakı imza, 121-ci vərəqində olan 5 noyabr 2021-ci il tarixli “həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün məhkəm əyə təqdim edilən materiallarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında” protokolda“ X” adının qarşısındakı imza, 124-cü vərəqində olan 5 noyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “X” adının qarşısındakı imza, 125-ci vərəqində olan 5 noyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “X” adının qarşısındakı imza-X20 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X15 12 iyul 2021-ci il tarixdə, saat 11:30-da şübhəli şəxs qismində tutulması barədə həmin gün tərtib olunmuş protokolla onun və müdafiəçisi Şahid3 elə həmin tarixdə imzalamaqla tanış olmaları, müdafiəçi Şahid3 həmin protokolda imzası olması, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş d igər sənədlərdə də imzasının olması, lakin bir neçə dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçinin həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməməsini apellyasiya məhkəmə kollegiyası haqlı olaraq ağlabatan hesab etməmişdir. Göründüyü kimi şübhəli şəxs X15 üzərində şəxsi axtarış və götürmə onun müdafiə hüququnun pozulması ilə keçirilmişdir. Belə ki, “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Bundan başqa, şəxsi axtarış və götürmənin əks olunduğ u video diskə baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ev geyimindədir, əynində köhnə ev şortu və ayağında rezin ev başmağı vardır. Cinayət işinin materiallarından isə müəyyən olunur ki, təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında saxlanılmışdır. Beləliklə də X2 ev şortunda və rezin ev başmağında küçədə olması və üzərində 9 bükümdə narkotik vasitəni özü ilə götürməsi haqlı olaraq sual işarəsi yaradır. O cümlədən, cinayət işinin materiallarına nəzər yetirdikdə aydın olur ki, X5 11:30da tutulmuş, üzərinə baxış isə təxminən 18:00-da, yəni 6 saat 30 dəqiqə sonra başlanılmışdır. X1 ilə baxışın keçirilməsi arasında altı saatdan çox vaxtın keçməsi, həmin müddət ərzində X20 tamamilə polisin nəzarəti altında olması, həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsin in mümkünsüzlüyü ilə bağlı hər hansı sübutun mövcud olmaması bu yolla əldə edilmiş sübutu mötəbərlik baxımdan qeyri-mümkün edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə 10 aprel 2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdi r ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə ba ğlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanı n 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası da apellyasiya instansiyasının müəyyən etdiyi nəticələr ilə razılaşır ki, təqsirləndirilən şəxs X15 üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin nəyə görə şəxsin faktiki olaraq azadlığının məhdudlaşdırılmasından 6 saatdan çox müddət keçdikdən sonra aparılmasının səbəbi izah edilə bilməmiş, X15 polis əməkdaşları tərəfindən saxlanıldığı andan üzərinə şəxsi axtarış keçirilənə qədər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi baxımından polisin nəzarətində olmuş, ittiham tərəfi isə həmin dövr ərzində ittihamın əsasını təşkil edən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin onun üzərinə qoyulmasına dair müdafiə tərəfinin dəlillərini təkzib ed ən heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, iş materiallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxs X15 barəsində ittiham həqiqətəndə yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən X15 üzərində şəxsi axtarış nəticəsində üzərində narkotik vasitənin və psixotrop maddənin tapılmasına əsaslanır. Qeyd edilən hallara hüquqi qiymət verən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPMin 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət müha kimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X15 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1 Ümid oğlunun və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, X15 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X3 məqsədi ilə qanunsuz olaraq külli miqdard a narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr k imi özünü göstərir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən eyni zamanda aşağıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasi ya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1208/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1208/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver