Məhkəmə qərarları › İş №1(102)-1208/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1208/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1208/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum1 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli hök mü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxx 1991-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbayc an Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, və Məhkum2, 1 dekabr 1982-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hər birisi CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək ayrıayrılıqda CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, CMin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 qanunsuz yolla qazanc əldə etmək üçün həmkəndlisi Məhkum2 və şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşıları və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə edərək saxlayıb qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına daşımaq məqsədi ilə Məhkum2la birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dö vlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçmiş, İran İslam Respublikasında Məhkum2la birlikdə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayaraq həmin külli miqdarda narkotik vasitəni sonuncu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmişdir. Belə ki, Məhkum1 tanışı Məhkum2 və şəxsiyyətləri məlum olan İran İsla m Respublikası vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, Məhkum2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 avqust 2023-cü ildə, gecə saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının 21-ci sah əsindən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmiş, İran İslam Respublikasında şəxsiyyətləri Əsgər və Səccəd adları ilə məlum olan İran İslam Respublikası vətəndaşları və qeyriləri ilə görüşmüş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq 31 avqust 2023-cü ildə külli miqdarda narkotik vasitə olan ümumi təmiz halda çəkisi 13860 qram qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə sonunculardan əldə edərək saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasına gətirmək üçün həmin tarixdə, saat 19 radələrində Məhkum2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qan unsuz olaraq keçməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının 10-cu sahəsindən İİR-dan Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xx.xx.2023-cü ildə, gecə saat 00:15-də saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitə onlardan aşkar olunaraq götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli hökmündən Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Səfərov Tale Balabəy oğlu tərəfindən verilmiş apellyasiya p rotestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə) 7 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarından Məhkum1 kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini, dövlət ittihamçısı R.P.Almazov isə kassasiya protesti verərək qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum1 həmin şikayətini belə əsaslandırmışdır ki, onun himayəsində azyaşlı uşaqları ilə yanaşı, həmçinin müxtəlif xəstəliklərdən əzab çəkən və İ qrup əlil olan anası var, sonuncunun müalicəsi üçün müvafiq dərmanları əldə etmək üçün onun imkanı olmamış və məhz bu tələbatı təmin etmək üçün o, məcburiyyət qarşısında qalaraq təqsirli bilindiyi cinayət əməllərini törətmişdir. Kassasiya şikayəti müəllifinin qənaətinə görə, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin məhkəmə tərəfindən çıxarılmış hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edərkən bu halları, habelə onun ilk dəfə məhkum olunmasını kifayət qədər nəz ərə almamış, nəticədə də o, ağır cəzaya məruz qalmışdır. Qeyd olunan dəlillərə əsaslanaraq Məhkum1 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya protestində cinayət cəzalarının təyin edilməsi şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-in 8, 41 və 58-ci maddələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və qüvvədən düşmüş “Narkotik vasitələrin, psixotrop maddələ rin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il və 4 mart 2011-ci il tarixli Qərarlarına, hazırki işə aidiyyəti olmayan və kassasiya protestinin dəlilləri ilə heç bir əlaqəsi olmayan “Andandonski Rusiyaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28 sentyabr 2006-cı il tarixli Qərarına, Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş və onların təqsirli bilindikləri ittihamlara, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı R.P.Almazov kassasiya protestini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə digər məsələlərdə ol duğu kimi, bu məsələdə də həmin məhkəmənin mövqeyi ilə razılaşarkən adları çəkilən məhkumların qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə İran İslam Respublikasının vətəndaşları ilə cinayət əlaqəsinə girmələrini, dövlət sərhədini qanunsuz keçməklə İİR-nın ərazisində 13860 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmələrini, törətdikləri əməllərin obyektini əhalinin sağlamlığının təhlükəsizliyi sahəsində olan ictimai münasibətlər təşkil etməsini, habelə onların törətdikləri əməllərinə görə özlərini təqsirli bilməməklə islah yolunda olmamalarını, habelə dövlət sərhədini qanunsuz olaraq təkrarən keçmələrini cəzanı ağırlaşdıran hal kimi kifayət qədər nəzərə almamış, eyni zamanda cəza təyin etmənin fərdləşdirilməsi prinsipinə əməl etməmişlər. Göstərilən dəlillərə əsaslanaraq dövlət ittihamçısı R.P.Almazov onun da kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı Məhkum1 və dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və kassasiya protestinə Məhkum2 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Əvvəla Məhkum1 kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu həmin şikayətində iş üzrə cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona həddindən artıq ağır cəzaların təyin edilməsini iddia edir və bu cəzaların yüngülləşdirilməsi barədə qərarın qəbul edilməsi haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. Dövlət ittihamçısı R.P.Almazov isə kassasiya protestində məhkum olunmuş şəxslərə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar kifayət qədər nəzərə alınmadan açıq-aşkar yüngül cəzaların təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi ilə şərtləndirmişdir. CPM-in 416.1.21-ci maddəsinin tələblərinə görə isə, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətini və dövlət ittihamçı sı R.P.Almazovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 məhkum olunmalarına dair hazırki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlill ərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraa t üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasınd a ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya ins tansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edil miş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya müraciətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli ə məlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onu törədən şəxslər haqqında, o cümlədən həmin şəxslərə cəza təyini zamanı maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət t örətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmalarının, ittiham və ya məhkum edilmələrinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, istər Məhkum1 öz kassasiya şikayətində, istərsə dövlət ittihamçısı R.P.Almazov kassasiya protestində hazırki iş üzrə s übutların natamam araşdırılmasını, məhkumlar Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə əsaslı və ya əsassız olaraq təqsirli bilinmələrinii, onların əməllərinə münasibətdə cinayət qanunu normalarının düzgün tətbiq edilib-edilməməsini mübahisələndirmirlər və yalnız Məhkum1 ona təyin edilmiş cəzaların həddindən artıq ağır olmasını, dövlət ittihamçısı R.P.Almazov isə həm adı çəkilən məhkuma, həm də Məhkum2 açıq-aşkar yüngül cəzaların təyin edilməsini iddia edirlər. Buna görə, məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 təqsirlilikləri və onların əməllərinin hüquqi tövsifi ilə bağlı məsələlərin hazırki qərarda ətraflı şərh edilərək onlara geniş şəkildə - iş üzrə toplanmış və araşdırılmış sübutlara istinad edilməklə münasibət bildirilməsini zəruri bilmir, lakin eyni zamanda CPM-in 4 19.1-ci maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinin və kassasiya protestinin dəlillərindən asılı olmayaraq bu məsələləri də yoxlamaqla vurğulamağı lazım bilir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərini törətmələri, bu əməlləri törətməkdə təqsirli olmaları barədə qanuni və əsaslı nəticəyə gəlmiş və onların hər birisinin həmin əməlləri CM-in 206.3.2, 234.4.1, 234.4.3, 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Kassasiya müracətlərində əksini tapmış dəlillər ə və bu müraciətlərin müəllifləri tərəfindən həmin dəlillər üzərində qurulmuş fərqli tələblərə cavab olaraq isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkum olunmuş şəxslərin təqsirli bilindikləri CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək, CM-in 318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum1 və Məhkum2 barələrində seçilmiş cinayət-hüquqi xarakterli tədbirlərin həddindən artıq yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir və məhkumlara həm təqsirli bilindikləri ayrı-ayrı maddələrlə, həm də CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş qəti cəzanın – 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının açıq-aşkar yüngül hesab edilməsi, buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasa görə ləğv olunması üçün əsaslar görmür. Eyni zamanda məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətinin dəlillərinə cavab olaraq aşağıda təsvir olunmuş əsaslara görə, ona təyin edilmiş cəzaların yüngülləşdirilməsini mümkün bilmir və buna görə həmin müraciətin də dəlillərini qəbul edilməz sayaraq kassasiya şikayətinin təmin edilməsi üçün tutarlı əsaslar müəyyən etmir. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs ba rəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlardan, bu sübutlara əsasən Məhkum1 və Məhkum2 qa rşı irəli sürülmüş və onların təqsirli bilindikləri ittihamlardan görünür ki, adları çəkilən məhkumlar onlara istinad edilən eyni, yəni biri-birindən öz mahiyyətinə, xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və törədilməsi hallarına görə biribirindən hər hansı şəkildə fərqlənməyən cinayət əməllərini törətdiklərinə təqsirli bilinmiş, onların bu əməlləri cinayət qanununun eyni maddələri ilə tövsif edilmiş, məhkumların şəxsiyyətlərini və ailə vəziyyətlərini xarakterizə edən məlumatlar da eyni olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 həm onların təqsirli bilindikləri maddələrlə, həm də cinayətlərin məcmusu üzrə eyni cəzaların təyin edilməsində heç bir qanunsuzluq, ədalətsizlik və cəza təyin etmənin fərdləşdirilməsi prinsipinin pozulmasını görmür və buna görə kassasiya protestinin bununla bağlı dəlillərini tam əsassız hesab edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CM-in 41.1-ci maddəsinin müddəalarına görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 müvafiq və heç də açıq-aşkar yüngül olmayan cəzalar təyin edilərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzaları qanuni və ədalətli hesab edərkən, CM-in təsvir edilən normasının da tələblərinə əməl etmiş və əsaslı olaraq həmin cəzaların cəzanın məqsədlərinə xidmət edəcəyi barədə nəticəyə gəlmişlər. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxu d da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsin özünü və onun ailə vəziyyətini xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin etməyə dair hissədə məhkəmənin h ökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr Məhkum1 və Məhkum2 barələrində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən CMin 58.1-ci maddəsinin tələblərinə və bu normaya verilən təfsirə də tam əməl etmişlər. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yü ngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarları nda cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, CPM-in 144, 145 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə, toplanmış sübutların təhlil edilərək bir-biri ilə müqayisə edilməsi, onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi, məhkəmə hökmünün isə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməli olması dedikdə, təkcə şəxsin təqsirliliyinə və ya təqsirsizliyinə dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində bu və ya digər cinayət-hüquqi xar akterli tədbirinin tətbiq edilməsinə hər hansı şəkildə təsir edən sübutlar da başa düşülür. Odur ki, cinayət mühakimə icraatının obyektivliyinə, qərəzsizliyinə və ədalətliyinə, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərinə, sübutlar və sübutetməyə dair normalara, o cümlədən CPM-in 125, 143-146-cı maddələrinə, hökmün əsaslılığına dair müddəalara (CPM-in 349.5-ci maddəsi) həmçinin təqsirkara cəza təyin edilərkən də riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının ş ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhə miyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəz a bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəz alarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətl ərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərə n hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CP M-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstər ilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxu d qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitəl ərin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Na rkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixində Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumlar Məhkum1 və Məhkum2 barələrində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq onlar tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onların hər birisinin himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal), CM-in 59.2-ci maddəsinin tələbinə uyğun olaraq ilk dəfə məhkum olunmalarını, himayələrində heç bir yerdə işləməyən arvadlarının olmalarını, yaşayış yeri üzrə müsbət cəhə tdən xasiyyətləndirilmələrini, cinayət təqibinin bütün mərhələlərində onlara qarşı irəli sürülmüş ittihamlar üzrə özlərini təqsirli bilib etirafedici ifadələr verməklə səmimi peşmançılıq çəkmələrini cəzanı yüngülləşdirən hallar kimi, habelə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq təkrarən keçmələrini CM-in 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi kifayət qədər nəzərə almışlar. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab edilməsində heç bir qanun pozuntusu görmür, çünki buna CM-in 59.2-ci maddəsinin tələbləri imkan verir, digər tərəfdən isə qanunun tələb etdiyi kimi, bu hallar işdə olan sübutlara əsasən müəyyən edilmişdir (CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğ un olaraq). Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum1 və Məhkum2 cəza təyini ilə bağlı gəldikləri bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil və eyni zamanda bu məsələ üzrə məhkəmələrin o mövqeyi ilə də razılaşır ki, həmin cəzalar cəzanın məqsədlərini təmin etmək üçün kifayət qədər yetərlidir. Ümumilikdə isə kassasiya protestində göstərilən bütün dəlilləri əsassız və qəbul edilməz hesab edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, dövlət ittihamçısı R.P.Almazovun öz müraciətində əsaslandığı hallara (cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsinə, qanunsuz olaraq əldə edib daşıdıqları narkotik vasitənin külli miqdarda olmasına, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə yanaşı, bu cinayətin predmeti olan narkotik vasitənin q açaqmalçılığı bağlı əməllər törətdiklərinə) görə Məhkum1 və Məhkum2 qarşı müvafiq ittihamlar irəli sürülərək onlar həmin ittihamlar üzrə təqsirli bilinib məhkum olunmuş, həmin hallar isə onların təqsirli bilindikləri maddələrdə dispozitiv və tövsifedici əlamətlər kimi nəzərdə tutulmuşdur. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar düzgün olaraq məhkəmələr tərəfindən cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmamışdır, çünki CM-in 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Kassasiya protestində Məhkum1 və Məhkum2 cinayəti təkrar törətmələri kimi halın məhkəmələr tərəfindən cəzanı ağırlaşdıran hal kimi nəzə rə alınmaması barədə kassasiya protestinin dəlilinə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onların CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmələrinə münasibətdə müəyyən edilmiş və həmin hal da CM-in 61.1.1-ci maddəsinə əsasən məhkumlara cəza təyini zamanı cəzanı ağırlaşdıran kimi nəzərə alınmışdır. Məhkəmə kollegiyası ona da diqqət yetirməyi vacib sayır ki, cinayət işinin materiallarına əsasən, işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə etmiş prokuror T.B.Səfərov həmin məhkəmənin məhkəmə iclasında söylədiyi yekun nitqində Məhkum1 və Məhkum2, hər birisinin CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinməsini, həm Məhkum1, həm də Məhkum2 CM-in 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə, CM-in 318.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini təklif etmiş, birinci instansiya məhkəməsi də yuxarıda göstərilən hallarla yanaşı, dövlət ittihamçısının bu təklifini də nəzərə almış və adları çəkilən məhkumlara təqsirli bilindikləri maddələrin sanksiyaları hədlərində və cinayətlərin məcmusu üzrə müvafiq cəzalar təyin edərkən ədalətsizliyiə və qanunsuzluğa, eyni zamanda həmin cəzaların açıq-aşkar yüngül hesab edilməsinə əsas yaradan hər hansı pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işin müəyyən olunmuş faktiki hallarından çıxış edən apellyasiya instansiyas ı məhkəməsi tamamilə haqlı olaraq Məhkum1 və Məhkum2 təyin edilmiş cəzaların qanuni və ədalətli olmasını hesab edərək həmin cəzaların ağırlaşdırılmasını mümkün bilməmiş və bu zaman cinayət qanunu normalarının tələblərinin pozulmasına yol verməmişdir. Məhkum1 kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətdə adı çəkilən məhkum anasının müxtəlif xəstəliklərdən əzab çəkməsini, onun İ qrup əlil olmasını və müalicəsinə sərf etməkdən ötrü vəsaiti olmadığına görə ona ittiham olunmuş cinayətləri törətməsini bildirərək təyin olunmuş cəzaların yüngülləşdirilməsini iddia etsə də, adı çəkilən məhkum istinad etdiyi halları təsdiq edən müvafiq sübutları (CPM-in 139.0.5-ci maddəsinin müddəaları tələb etdiyi kimi) istər ibtidai araşdırma orqanına, ist ərsə də məhkəmələrə, o cümlədən kassasiya instansiyası məhkəməsinə təqdim etməmiş, kassasiya şikayətində göstərilən başqa hallar isə birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən nəzərə alınmışdır. Buna görə, məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətinin də dəlilərini qəbul edilməz sayaraq həmin şikayətin təmin edilərək Məhkum1 təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün əsaslar görmür və bu qənaəti ilə bağlı qeyd etməyi lazım bilir ki, kassasiya icraatı zamanı təqsirkara təyin olunmuş cəzanın yüngülləşdirilməli olması məsələsi o, halda nəzərdən keçirilə bilər ki, həmin məsələni ilk növbədə həll edən aşağı instansiya məhkəmələri bu zaman iş üzrə müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən halları nəzərə almasınlar və ya CM-in 61.1.1-ci maddəsində nəzər də tutulmayan halları cəzanı ağırlaşdıran hallar kimi nəzərə almış olsunlar, yaxud da cinayət törətmiş şəxsə təyin edilmiş cəza işin hallarına, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hallara və sonuncunun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən hallara uyğun olmasın. Hazırki işin materiallarından görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən bu kimi nöqsanlara yol verilməmiş və Məhkum1 təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün hallar müəyyən edilmir. Bütün göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 açıq-aşkar yüngül, Məhkum1 isə həddindən artıq ağır cəzaların təyin edilməsi və həmin cəzaların ağırlaşdırılmalı və ya yüngülləşdirilməli olması barədə m üvafiq olaraq kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və onların barəsində cəza tədbirinin seçilməsinə münasibət bildirərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək həmin müraciətlərin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətinin və dövlət ittihamçısı R.P.Almazovun kassasiya protestinin dəlillərini iş materialları ilə və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə müqayisəli şəkildə bir daha təhlil edib, kassasiya şikayətini təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə Məhkum1, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun ç ıxışlarını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Məhkum1 və Məhkum2, hər birisinin CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarı isə kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 kassasiya şikayəti və dövlət ittihamçısı R.P.Almazovun kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddə ləri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar