Məhkəmə qərarları › İş №1(102)-1209/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1209/2018

16.08.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1209/2018 16.08.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1209/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q ƏR A R İ 16 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8 və məhkum Məhkum iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Zahiroğlunun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Vüqar Məmmədov), Məhkum Zahir oğlu, xx.xx.1983-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Kəbirli kəndində qeydiyyatda olan, xx xx 2016-cı il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 v ə 178.2.4-cü maddələri ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nn 69.3-cü maddəsinə əsasən xx xx 2016-cı il tarixdən xx xx 2016-cı il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, məhkum Məhkum ona görə təqsirli bilinib məhkum edilımişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xx 2016-cı il tarixdə Ağcabədi şəhəri H.Əliyev prospektində yerləşən X1 məxsus ma ğazada Retibarından sui-istifadə edərək bir günü 10 manata icarəyə verilən mühərriklə işləyən döşəmə cilalayan dəzgahı 15 gün müddətinə icarəyə götürüb istifadə etdikdən sonra qaytaracağını vəd edərək aparmış, daha sonra həmin dəzgahı Ağcabədi şəhər sakini X9 180 manata satmaqla aldatma yolu ilə R 120 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14.06.2016-cı il tarixdə saat 17 radələrində X4 məxsus içərisində hər biri 80 manat olmaqla ümumi dəyəri 160 manat olan iki ədəd dəri materiallı gödəkçə, bir ədəd qiyməti 200 manat olan çəhrayı rəngli palto, bir ədəd qiyməti 40 manat dəyərində olan “Praun” markalı fen, hər birinin qiyməti 15 manat olmaqla ümumi qiyməti 30 manat olan iki ədəd bədii kitab, 60 manat dəyərində qadı n paltarları, 50 manat dəyərində ətriyyat və kosmetika yığılmış qara rəngli idman çantasını Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovaqzalında, Füzuli rayonu istiqamətində gedən “XXX” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtobusun saxlanc yerindən sürücü X10 aldatma yolu ilə götürməklə zərəçəkmiş A ümumillikdə 540 manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19.06.2016-cı il tarixdə, saat 14 radələrində X5 məxsus, içərisində ümumi qiyməti 9000 manat olan qızıl zinyət əşyaları, 800 manat dəyərində paltarlar və 50 manat dəyərində 6 ədəd xrustal materiallı stəkan olan qara rəngli çantanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovaqzalında, Zaqatala rayonu istiq amətində gedən “XXX” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtobusun saxlanc yerindən sürücü köməkçisi X2 aldatma yolu ilə götürməklə zərəçəkmiş Taybat Şahbanovaya ümumillikdə 9850 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23.08.2016-cı il tarixdə, saat 18 radələrində X3 məxsus, içərisində 01 ədəd 160 manat dəyərində “Molekul” firmasına məxsus ətir, 02 ədəd 90 manat dəyərində cins materiallı yupka, 01 ədəd 35 manat dəyərində kişi idman geyimi, qiyməti 60 manat olan kişi və qadın alt paltarları, 03 ədəd hər birinin qiyməti 35 manat olmaqla ümumi 105 manat dəyərində qadın çantaları, 01 ədəd 55 manat dəyərində qadın dini paltarı, 01 ədəd 25 manat dəyərində depilyator aparatı, 100 manat dəyə rində paltarlar və 500 manat məbləğində pul iki ədəd çantaları Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovaqzalında, Ağstafa rayonu istiqamətində gedən “XXX” markalı avtobusun saxlanc yerindən sürücü köməkçisini aldatma yolu ilə götürməklə zərəçəkmiş M ümumillikdə 1130 manat dəyərində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasınınxx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Sahibxan Mirzəyev, hakimlər Faiq Qasımov və Camal Ramazanovdan ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan məhkəmələr tərəfindən iş üzrə hərtərəfli və keyfiyyətli araşdırma aparılmamış, şahidlərin ifadələri analiz edilməmiş, ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularına hüquqi qiymət verilməmişdir. Bundan başqa kassator göstərmişdir ki, işə baxan məhkəmələr onun yaşayış yerindən müsbət xarakterizə olunmasını epilepsiya xəstəsi olmasını, ibtidai istintaq zamanı könüllü olaraq öz təqsirini boynuna almasını və cinayətin açılmasına köməklik etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanın zərərçəkmiş şəxslərə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç b ir şikayət və tələbinin olmamasını, cəza çəkdiyi müddətdə atasını itirməsini, 3 azyaşlı uşağının olmasını və ailə vəziyyətini nəzərə almayaraq ona ağır cəza təyin etmişlər. Kassator yuxarıda göstərilənlərə əsasən, barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv ediməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı İ çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. Kassator kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən iş üzrə hərtərəfli və keyfiyyətli araşdırma aparılmadığını və iş üzrə cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin edildiyini göstərmiş, barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv ediməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsi məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verildikdə və məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəm ə kollegiyası kassasiya şikayətinin işə baxan məhkəmələr tərəfindən iş üzrə hərtərəfli və keyfiyyətli araşdırma aparılmadığına dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində təsbit edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən zərərçəkmiş şəxslərin və şahidlərin bir-birinə uyğun olan ifadələrinə və digər sübutlara əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Bundan başqa kolleg iya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar CPM-nin 143-146cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlilini qəbul etmir və onu əsassız hesab edir. Məhkəmə kollegiyası kassatorun işə baxan məhkəmələr tərəfindən iş üzrə cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan on a ağır cəza təyin edildiyi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun törətdiyi cinayət əməlini qismən etiraf etməsini, etiraf etdiyi əməlindən peşman olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi və cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almış, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq Məhkum təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx xx 2016-cı il tarixdən xx xx 201 6-cı il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarında “məhkəmə Məhkum cəza təyin edərkən cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini müzakirə etmiş və törədilmiş cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini, xaraterini, məhkumun şəxsiyyətini, onun cəzasının ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır.... məhkəmə məhkuma residiv nəzərə alınmaqla cəza təyin etmişdir. İş üzrə dörd zərərçəkmiş şəxsdən birinə vurulmuş ziyan ödənilmi ş, digər zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir”– qənaətinə gəlmiş və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır, kassatorun buna dair dəlillərini əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpas ı, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanun unun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Odur ki, istər göstərilən qanun müddəalarının tələbləri baxımından, istərsə də Ali Məhkəmənin qeyd edilən Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, işə baxan məhkəmələr tərəfindən Məhkum təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını əsassız və ədalətsiz hesab etmək olmaz. Bundan başqa kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmi şdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, Məhkum onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, həmçinin iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla kifayət qədər ədalətli cəza təyin edilmişdir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cinayətlərin residivini, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını al maq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hökmün icrası qaydasında işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərarı ilə Məhkum barəsində xx xx 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar məhkumun ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmündən 1-ci epizod üzrə, məhkumun zərərçəkmiş şəxs R 120 manat ziyan vurmaqla törətdiyi dələduzluq cinayəti nəticəsində dəymiş ziyanın məbləği qanunvericiliyə edilmiş yeni dəyişiklikdən sonra cinayət tərkibi yaratmadığından həmin epizod üzrə icraata xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılımışdır. Qərardan məhkum tərəfindən verilən kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Gülzar Rzayeva, hakimlər Fərhad Kərimov və İmran Hacıqayıbovdan ibarət tərkibdə) k assasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı dəyişdirilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ilə endirimişdir. Kassasiya kollegiyası vurğulayır ki, göründüyü kimi xx xx2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Məhkum vəziyyətini yüngülləşdirdiyindən barəsində tətbiq edilmiş, işin hallarından məhkumun zərərçəkmiş X1 120 manat ziyan vurmaqla dələduzluq etməsinə dair 1-ci epizod üzrə cinayət işi üzrə icraata xitam verilmiş və bununla ə laqədar olaraq Ali Məhkəmənin qərarı ilə Məhkum cəzası yüngülləşdirilərək 04 (dörd) ilə endirilmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum cəzasının daha da yüngülləşdirilməsi üçün heç bir səbəb görmür. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Zahir oğlunun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi və göstərilən qərarın dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Rəspublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALD İ: Məhkumun kassasiya şika yəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Zahir oğlunun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar