Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-121/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.İ.Əliyev, hakimlər M.Ə.Abdullayev və A.H.Hacıyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xxxx xxx 1999-cu ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 22 oktyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin həmi n hökmlə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Hökmə əsasən X9 tanışı Məhkum ilə 18 oktyabr 2017-ci il tarixdə axşam vaxtlarında ünvan5 6 saylı Tam Orta Məktəbin yaxınlığında söhbət edib ünvan4 sakini X2 əmlakını quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hucuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın etmək yolu ilə ələ keçirmək barədə razılığa gəlib, tamah niyyəti ilə, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 19 oktyabr 2017-ci il tarixdə saat 22 radələrində bıçaqla silahlanaraq X2 yaşadığı ünvan7-də yerləşən evin yaxınlığına gəlib özləri ilə gətirdikləri idman papaqlarından düzəldilmiş maskaları başlarına keçirib qanunsuz olaraq həyətə daxil olduqdan sonra elektrik sayğacından evin elektrik təminatını kəsib evin qapısının yanına qayıdaraq orada gözləyən Məhkum həmin vaxtı sayğaca baxmaq məqsədilə evin qapısını açıb həyətə çıxan XX80nın qızı X3 ağzını sol əliylə tutaraq, sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək boğaz nahiyəsinə sağ əlində olan silah qismində istifadə etdiyi bıçağı dayayaraq sakit olmasını tələb edib ona sol saidin orta 1/3 hissəsinin arxa səthinin qançırı, sağ saidin arxa səthinin orta 1/3 hissəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bu vaxt o, (XX33) yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsində olan XXX77nın boğaz nahiyəsinə silah qismində istifadə etdiyi bıça ğı dayayaraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edərək ondan sakit olmasını tələb edib ona döş qəfəsinin ön səthində sol hissədə 1 və 2-ci qabırğalar nahiyəsinin sıyrığı, boyun nahiyəsinin ön səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, lakin həmin vaxt evdə olan XXX66nın 14 aprel 2006-cı il təvəllüdlü qızı X5 onun üzündə olan, maska kimi istifadə etdiyi idman papağını çıxartdıqda XX444nın başını divara vurmaqla başın ənsə nahiyəsinin hematoması kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra ev sahibləri tərəfindən tanınacağından qorxub evdən çıxaraq Məhkumla birgə qaçmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər Ə.Ə.Novruzov və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X8 və məhkum X6 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində Cinayət Məcəlləsinin 62, 70-ci maddələrinin tətbiqinə əsas verən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsini, cəzas ının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 09 yanvar 2020-ci il tarixdə Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə XXX99nin 09 yanvar 2020-ci il tarixli 17/21-49 saylı müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməməsinə dair çıxışını dinl əyib, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-121/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-121/2020
29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver