Məhkəmə qərarları › İş №1(102)-121/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-121/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-121/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun, Məhkum və onun müdafiəçisi X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməs inin 28 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Azad Məcidov, hakimlər Mayıl Bayramov və Zeynal Ağayevdən ibarət tərkibdə) 1(101)-1047/2018 nömrəli 28 dekabr 2018-ci il tarixli hökmü ilə 12 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 34 B, mənzil 35-də qeydiyy atda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.2-ci maddəsi ilə bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pulu rüşvət kimi istəyərək almışdır. Belə ki, Məhkum 16 iyun 2009-cu il tarixdən 06 sentyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Maliyyə şöbəsinin baş inspektoru, 06 sentyabr 2018-ci il tarixdən 11 sentyabr 2018-ci il tarixə kimi həmin şöbənin rəisi vəzifəsində işləyərkən, 07 dekabr 1999-cu ildə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 124-cü maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xitam verilməsi ilə bağlı xidmət illərindən asılı olaraq birdəfəlik müavinətin verilməsinin tezləşdirilməsi, qanunsuz olaraq əlavə birdəfəlik müavinətin hesablanıb ödənilməsi üçün vəzifə səlahiyyətlərinin icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətə görə rüşvət almaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrü k Komitəsinin 16 avqust 2018-ci il tarixli 100/1199ş nömrəli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar gömrük orqanlarında xidmətinə xitam verilmiş Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi «Beynəlxalq Dəniz Ticarət Limanı» gömrük postunun sabiq böyük inspektoru X2 15 avqust 2018-ci ildə birdəfəlik müavinətin verilməsinin tezləşdiriiməsı uçun maddi nemət olan 200 manat, qanunsuz əlavə birdəfəlik müavinətin hesablanaraq ödənilməsi üçün isə 2500 manat, cəmi vahid niyyətlə 2700 manatı ünvan 1 ünvanda yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binasının yaxınlığında rüşvət qismində istəyib həmin tarixdə 200 manat və 11 sentyabr 2018-ci ildə həmin ünvanda 2.500 manat, maddi nemət olan vahid niyyətlə cəmi 2700 manat pulu xidməti vəzifələrinin icrası ilə əl aqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən rüşvət kimi almışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim İlqar Murquzov, hakimlər Habil Məmmədov və Həsən Əhmədovdan ibarət tərkibdə) 1(103)331/2019 nömrəli 06 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli qərarı ləğv edilsin və Məhkum əməli Azərbaycan Respublikası CM-in 311.2-ci maddəsindən həmin Məcəllənin 178.2-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilsin. K assasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin hökm və qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkəmələr işə baxılması zamanı maddi və prosessual hüququ normalarına, Konstitusiya, İnsan Hüquqları və əsas azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının müdafiə etdiyi hüquqları kobud şəkildə pozulmuş, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin otağında müxtəlif psixoloji təzyiqlər vasitəsilə və heç bir müdafiəçi ilə təmin olunmadan onun izahatı alınmışdır. O, ibtidai istintaq zamanı cinayət əməlinə təhrik olunması barədə vəsatətlərinə qiymət verilməməsini bil dirir. İbtidai istintaq zamanı o, maddi imkanının olmaması ilə əlaqədar guya ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur, təyin olunmuş müdafiəçi Rauf Quliyev isə onun leyhinə hər hansı bir müdafiə tədbiri görməmişdir. Bundan başqa kassator onun əməlinin təhrik nəticəsində, yəni X6 Zeynalovun təhriki nəticəsində dəflərlə zəng vuraraq onunla görüşməyə təhrik etməsi olmuşdur. Daha sonra kassator onun barəsində ibtidai istintaq zamanı keçirilmiş əməliyyat tədbirlərinin heç bir hüquqi əsasının olmamasını və heç bir məhkəmə nəzarəti altında həyata keçirilmədiyini bildirmişdir. Ümumiyyətlə müdafiəçisi məhkəmə istintaqı zamanı onun tərəfindən verilmiş vəsatətlər qərəzli olaraq təmin edilməmişdir. Müdafiəçi ilə onun görüşünə məhdudiyyətlər qoyulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətləri və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar tə qdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutlar ın məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin ilkin dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmamasıdır. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmal ıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Həmin Məcəllənin 121.3-cü maddəsinə əsasən vəsatətin və ya xahişin rədd edilməsi onların cinayət prosesinin sonrakı mərhələlərində və ya cinayət prosesini həyata keçirən digər orqana vəsatət və ya xahişlə təkrar müraciətinə mane olmur. Vəsatətin və xahişin digər hallarda təkrar verilməsi yeni dəlil gətirildikdə və ya cinayət prosesinin gedişində onların təmin edilməsinin zəruriliyi təsdiq olunduqda mümkündür. İş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı Məh kum və müdafiəçisinin vəsatətləri həm birinci instansiya məhkəməsi həm də apellyasiya instansiya məhkəməsi tərəfindən baxılmış və müvafiq qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, vəsatətlərin təmin edilib-edilməməsi məhkəmənin səlahiyyətinə aiddir. Lakin vəsatətə baxılmaması isə pozuntu hesab edilir və vəsatətin təmin edilməməsi əsası ilə qərarın ləğv edilməsinə isə yol verilmir. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum cinayət əməlinin CM-in 311.2-ci maddəsindən həmin Məcəllənin 178-ci maddəsinə tövsif olunmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə tövsif edilməsi üçün qarşı tərəfə (zərərçəkmiş şəxsə) dələduzluq, yeni təqsirləndirilən şəxs etibarda n sui-istifadə etmək və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi hal baş verməlidir. İşin materiallarından görünür ki, işə baxan məhkəmələr biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişlər ki, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pulu rüşvət kimi istəyərək almışdır. Belə ki, Məhkum 16 iyun 2009-cu il tarixdən 06 sentyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi nin Maliyyə şöbəsinin baş inspektoru, 06 sentyabr 2018-ci il tarixdən 11 sentyabr 2018-ci il tarixə kimi həmin şöbənin rəisi vəzifəsində işləyərkən, 07 dekabr 1999-cu ildə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 124-cü maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xitam verilməsi ilə bağlı xidmət illərindən asılı olaraq birdəfəlik müavinətin verilməsinin tezləşdirilməsi, qanunsuz olaraq əlavə birdəfəlik müavinətin hesablanıb ödənilməsi üçün vəzifə səlahiyyətlərinin icrası ilə bağlı edəcəyi qanunsuz hərəkətə görə rüşvət almaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 16 avqust 2018-ci il tarixli 100/1199ş nömrəli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar g ömrük orqanlarında xidmətinə xitam verilmiş Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi «Beynəlxalq Dəniz Ticarət Limanı» gömrük postunun sabiq böyük inspektoru X2 15 avqust 2018-ci ildə birdəfəlik müavinətin verilməsinin tezləşdiriiməsı uçun maddi nemət olan 200 manat, qanunsuz əlavə birdəfəlik müavinətin hesablanaraq ödənilməsi üçün isə 2500 manat, cəmi vahid niyyətlə 2700 manatı ünvan 1 ünvanda yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binasının yaxınlığında rüşvət qismində istəyib həmin tarixdə 200 manat və 11 sentyabr 2018-ci ildə həmin ünvanda 2.500 manat, maddi nemət olan vahid niyyətlə cəmi 2700 manat pulu xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən rüşvət kimi almışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli 1 №-li plenum qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qan unsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum X2 aldığı pul rüşvət alınmasının niyyətinin olmasına dəlalət edir. Odur ki, təqsirləndirilən şəxsin əməlinin rüşvət alma kimi qiymətləndirilməsi düzgündür və onun əməlinin CM-in 178-ci maddəsinə tövsif edilməsi üçün işdə heç bir əsas yoxdur. Odur k i, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə alm ışdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azər baycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2019-cu il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar