Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-121/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, Məhkum və müdafiəçisi X5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1, Təqsirl əndirilən şəxs2 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) 21 fevral 2020-ci il tarixli hökmü ilə xx xxxx 1989-cu il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 05 il və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla, onun üzərində qəti olaraq 05 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 11 sentyabr 2018-ci il tarixdən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. xx xxxx 1990-cı tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 qeydiyyatda olan və yaşamış Təqsirləndir ilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 05 il və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzalar qismən toplanılmaqla, üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 18 sentyabr 2018-ci ildən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. xx xxxxxxx 1990-cı tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ünvan 3 qeydiyyatda olan və yaşamış Məhkum Azərbayc an Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 07 (yeddi) il və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cəzalar qismən toplanılmaqla, onun üzərində qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 10 sentyabr 2018-ci ildən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən, ona ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla, narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qəra rı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X7 ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 və Məhkum özü tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 və Məhkum barəsində olan 21 fevral 2020-ci il tarixli hökmü onların hər birinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayaraq külli miqdarda ziyan vurmaqla oğurluq etmiş və hər biri öz növbəsində satış məqsədi olmadan qanunsuz o laraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olmaqla bununla bağlı ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş qərarla barəsində cinayət təqibinə xitam verilmiş Şahid14 qohumu X2 imkanlı şəxs olması barədə məlumat eşitdikdən sonra Vüqar Səfərovun Bakı şəhəri Nərimanov rayonu YV.Çəmənzəminli küçəsində olan 14 nömrəli binanın 21 saylı mənzilində külli miqdarda pul vəsaitinin saxlandığını ehtimal etdiyindən tanışları: Şahid14 və ibtidai istintaq orqanının qərarı ilə barəsində cinayət təqibinə xitam verilmiş Şahid15 ilə həmin mənzilə qanunsuz daxil olaraq orada saxlanılması ehtimal edilən külli miqdarda pulu oğurlamaq və cinayət y olu ilə əldə ediləcək pulu aralarında bölmək barədə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Şahid15 və Şahid14lə birlikdə Bakı şəhəri Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 14-də olan çoxmərtəbəli yaşayış binasının həyətinə gələrək, ətraflı müşahidə aparmaqla oğurluq edəcəkləri yerin mövcud şəraitini öyrənərək cinayətin törədilməsində hər birinin rolunun nədən ibarət olacağını dəqiqləşdirmiş, aralarında əldə edilmiş cinayətkar razılaşmaya əsasən, özü çoxmərtəbəli yaşayış binasının 07-ci mərtəbəsindəki oğurluq etməyi planlaşdırdıqları mənzilə 8-ci mərtəbədə olanvəyaşayış olmayan təmirsiz mənzilin eyvanından düşmək üçün kəndir, elektrik burğu aləti, dəmirkəsən qayçı əldə etdikdən və cinayəti törədəcəkləri yerə gedib-gəlmək üçün, Ba kı şəhərində fəaliyyət göstərən avtomobillərin kirayəsi məntəqələrin birindən dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Chevrolet Aveo” markalı avtomobili icarəyə götürdükdən sonra 27 sentyabr 2017-ci il tarixdə axşam saatlarında idarə etdiyi həmin kirayə götürdüyü avtomobillə Şahid15 və Şahid14lə birlikdə Nərimanov rayonu Y V. Çəmənzəminli küçəsi ev 14-də olan çoxmərtəbəli yaşayış binasının yanına getmişlər. Binanın blokunun giriş qapısı şifrəli domofon quraşdırıldığından bağlı olduğundan, əvvəlcə Təqsirləndirilən şəxs1 sakinlərdən biri giriş qapısını açdığı vaxt bundan istifadə edib bloka daxil olmuş, daha sonra blokun giriş qapısını içəridən açıb Şahid15 də içəri daxil olmasına şərait yaratmış, Şahid14 mənzil sahibininvə ya qohumlarının gələcəyivəyaxud digər təhlükənin olduğu hal da onlara məlumat vermək məqsədilə küçədə dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 və Şahid15 birlikdə oğurluq etməyi planlaşdırdıqları 7-ci mərtəbədə olan və Vüqar Səfərova məxsus 21 saylı mənzilin üstündə 8-ci mərtəbədəki yaşayış olmayan təmirsiz mənzilin giriş qapısını açıb içəri daxil olmuş, əvvəlcədən hazırladıqları plana uyğun olaraq oğurluğu həyatakeçirmək istəsələrdə onları aşağıda gözləyən Şahid14 başlamış olduqları həmin cinayəti davam etdirməkdən tam və həmişəlik əl çəkərək həmin cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina etmiş, həmçinin 28 sentyabr 2017-ci ildə saat 01 radələrində Şahid14, Şahid15 və Təqsirləndirilən şəxs1la aralarındakı telefon danışığı və sms yazışması zamanı özünün cinayəti başa çatdırmaqdan qəti imtina etdiyini, Təqsirləndirilən şəxs1 da cinayət törətməkdən imtina etməsinə nail olmaq üçün, mənzildə hər hansı məbləğdə pul olmadığını, siqnalizasiya sisteminin quraşdırıldığını və birlikdə gəldikləri avtomobili idarə edib oradan uzaqlaşdığını deyib onları cinayəti başa çatdırmaqdan imtina etməyi və oğurluq üçün apardıqları alətvəvasitələri də götürüb mənzili tərk etməyi tələb etmiş, bundan sonra Şahid15 oğurluq etmək istəmədiyini Təqsirləndirilən şəxs1 deyərək hündürlükdən qorxduğunu bəhanə edib başlamış olduqları cinayəti davam etdirməkdən tam və həmişəlik əl çəkməklə oğurluq əməlini başa çatdırmaqdan könüllü olaraq qəti imtina etmişdir. Təqsirləndirilən şəxs1 Şahid15 və Şahid14 birlikdə başladıqları oğurluq cinayətini davam etdirməkdən tam və həmişəlik əl çəkməklə bağlı tələblərinə əsasən, sonuncuları inandırmaq üçün özünün də bu ci nayəti başa çatdırmaqdan qəti imtina etdiyini yalandan deyərək, cinayətin alət və vasitələrini atdığı barədə uydurma məlumat bildirsə də, faktiki olaraq cinayətkar niyyəti üzərində dayanıb oğurluğu başa çatdırmaqdan könüllü olaraq imtina etməyərək sonradan tanışı Məhkum və qardaşı Təqsirləndirilən şəxs2la birlikdə həmin cinayəti törətmək üçün öz cinayətkar fəaliyyətini müvəqqəti dayandıraraq, digər iştirakçılar olmadan cinayəti tək başa çatdırmağın mümkünsüz olduğunu dərk edib daha yaxşı hazırlaşmaq üçün və davam etdirməyi başqa vaxta təxirə salaraq özü ilə gətirdiyi kəndir, elektrik burğu aləti və dəmirkəsən qayçını növbəti dəfə daha münasib vaxt və şəraitdə yeni iştirakçılarla birgə oğurluğu başa çatdırmaq niyyətilə həmin mənzildə tikinti materiallarının altında gizlətməklə saxlayıb hə yətə düşüb oradan getmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs1 vahid qəsdlə əhatə olunan cinayətkar niyyətindən çıxış edərək hazırlaşdığı oğurluq cinayətini başa çatdırmaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Məhkumlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 28 oktyabr 2017-ci ildə saat 18 radələrində, Təqsirləndirilən şəxs1 Bakı şəhərində fəaliyyət göstərən avtomobillərin kirayəsi məntəqələrinin birindən icarə götürdüyü dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Hyundai Sonata” markalı avtomobillə tək ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısına gəlmiş, binanın blokunun giriş qapısı şifrəli domofon quraşdırıldığından bağlı olduğundan, əvvəlcə sakinlərdən biri giriş qapısını açdığı vaxt bundan istifadə edib bloka daxil olaraq oğurluq etməyi planlaşdırdıqları 7-ci mərtəbədə olan və Vüqar Səfərova məxsus 21 nömrəli mənzilin üstündə 8-ci mərtəbədəki yaşayış olmayan təmirsiz mənzilin giriş qapısını açıb içəri daxil olmuş və gecə saatlarına kimi orada qalıb havanın qaralmasını gözləmiş, aralarında olan razılaşmaya əsasən, 2018-ci ilin oktyabr ayının 28-dən 29-na keçən gecə Məhkum və Təqsirləndirilən şəxs2 naməlum taksi avtomobili ilə Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 14-də yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısına gəlmiş və Təqsirləndirilən şəxs1 blokun giriş qapısını içəridən açıb Məhkum və qardaşı Təqsirləndirilən şəxs2 içəri daxil olmasına şərait yaratmış, sonradan Məhkum və Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etməyi planlaşdırdıqları 7-ci mərtəbədə olan Vüqar Səfərova məxsus 21 saylı mənzilin üst ündə 8-ci mərtəbədə olan yaşayış olmayan təmirsiz mənzilin giriş qapısını açıb içəri daxil olmuş, Təqsirləndirilən şəxs2 və Məhkum onun bir müddət əvvəl həmin mənzildən oğurluq etmək istədiyi vaxt mənzildə gizlədərək saxladığı kəndir, elektrik burğu aləti və dəmirkəsən qayçını özləri ilə götürüb Təqsirləndirilən şəxs1 köməkliyi ilə kəndirlə eyvandan aşağı 7-ci mərtəbədə olan Vüqar Səfərovun 21 saylı mənzilin eyvanına düşüb oradan pəncərədən keçməklə içəri qanunsuz daxil olaraq, yataq otağında şkafın içindəki dəmir seyfin yan divarını özləri ilə gətirdikləri burğu aləti və dəmirkəsən qayçı ilə kəsib seyfin içərisində saxlanılan və mənzil sahibinin əmisi X3 məxsus həmin dövrün məzənnəsi ilə 1.445.170 manat təşkil edən 850.000 ABŞ dolları məbləğində pul vəsaitini gizli olaraq talayaraq külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 05 ədəd polietilen kəsiyi bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram, 0,979 qram, 0,956 qram, 0,988 qram və 0,980 qram olan və ümumilikdə xalis çəkisi 4,928 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında AzərbaycanRespublikası DaxiliİşlərNazirliyininBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 sentyabr 2018-ci ildə saat 00:20-də Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 33 ünvanında yerləşən “Şuşa” restoranın qarşısında saxlanılaraq üstünə baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi beş ədəd polietilen kəsiyi bükümlərində, ayrıayrılıqda təmiz çəkiləri 1,025 qram, 0,979 qram, 0,956 qram, 0,988 qram və 0,980 qram olmaqla, ümumilikdə xalis çəkisi 4,928 qram təşkil edən narkotik vasitə sayılan heroin aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,902 qram, 0,890 qramvə0,860 qram, cəmi təmiz çəkisi 3,712 qram olan narkotik vasitə heroini əldə edib daş ımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 18 sentyabr 2018-ci ildə saat 10:05-də, ünvan 3 ünvanında saxlanılaraq üstünə baxış keçirilərkən, polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 04 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,902 qram, 0,890 qram və 0,860 qram, ümumi xalis çəkisi 3,712 qram olan narkotik vasitə heroin aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bununla yanaşı, öz növbəsində Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarın dan artıq miqdarda iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,148 qram və 1,617 qram olan və ümumilikdə xalis çəkisi 3,765 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək daşımaqla saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 sentyabr 2018-ci il tarixdə saat 16:00-da Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 22/2A-da olan evin qarşısında saxlanılaraq üstünə baxış keçirilərkən, polis əməkdaşların təklifindən sonra əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çə kiləri 2,148 qram və 1,617 qram, cəmi 3,765 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum ayrıayrılıqda kassasiya şikayəti vermişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kassasiya şikayətlərini ayrıayrılıqda onunla əsaslandırmışlar ki, onlara qarşı qurulmuş ittiham ibtidai istintaq və məhkəmə istintaqı zamanı tam sübuta yetirilməmişdir, çünki onlar narkotik maddə istifadəçisi deyillər. İlk məhkumluqlarını, həmçinin Təqsirləndirilən şəxs1 ailəli və 2 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv edərək ədalətli hökm çıxarılmasını xahiş edirl ər. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun sübut və dəlillərini nəzərə almamış, birinci instansiya məhkəməsinin qərarına və ibtidai araşdırmanın kor-koranə və qərəzli apardığı araşdırmaya istinad etmişdir. digər məhkumlara aşağı həddə cəza təyin edilməsinə baxmayaraq ona 07 il 06 ay azadlıqdan məhrum etmə cəzasi təyin edilmişdir. Əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanın ödənilməsini nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə Məhkum və onun müdafiəçisinin, kassasiya şikayətl ərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbi qinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kassasiya şikayətlərində mübahisələndirilən məsələ onların əsassız olaraq CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmələri və onlara təyin olunmuş cəzaların ağır olması ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsassız olaraq CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair qeyd edilən hallarla razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İşə baxan məhkəmələr məhkumların qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23589 nömrəli 11 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, üzərində "Təqsirləndirilən şəxs1 aşkar olunmuş maddi sübut....” yazı və imzalar olan kağız zərfdəki, 05 ədəd p olietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri: 1,025 qram, 0,979 qram, 0,956 qram, 0,988 qram və 0,980 qram; ümumi təmiz çəkisi 4,928 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinlər xarici əlamətlərinə və tərkib komponetlərinə görə eynidir. Qeyd: ümumi təmiz çəkisi: 4,928 qram, sərf edildi: 0,10 qram, qalıq 4,828 qram. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24223 nömrəli 18 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, üzərində "Təqsirləndirilən şəxs2....” sözləri yazılmış və içərisində 04 ədəd sellofan bükümündə qəhvəyi rəngli və toz şəkilli maddələr təmiz çəkiləri ayrı-ayrılıqda 1,060 qram, 0,902 qram, 0,890 qram və 0,860 qram, ümumi xalis çəkisi 3,712 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tərkibinə görə eynidir. Qeyd: ümumi təmiz çəkisi: 3,712 qram, sərf edildi- 0,08 qram, qalıq 3,632 qram. Birinci instansiya məhkəməsində tədqiq edilmiş ambulator narkoloji ekspertizasının 1774 nömrəli 10 oktyabr 2018-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmədiyindən, narkomaniyadan əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya məhkəməsində tədqiq edilmiş ambulator narkoloji ekspertizasının 2007 nömrəli 12 noyabr 2018-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmədiyindən, narkomaniyadan əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Birinci instansiya mə hkəməsində tədqiq edilmiş 11 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində gecə saat 00:20-də ünvan 4 ünvanda "Şuşa” restoranın qarşısında Təqsirləndirilən şəxs1 saxlanılmış, əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən 05 ədəd polietilen kəsiyi bükümlərdə xalis çəkiləri 1,025 qram, 0,979 qram, 0,956 qram, 0,988 və 0,980 qram, ümumi təmiz çəkisi 4,928 qram narkotik vasitə heroin aşkar edilmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş 18 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saat 10:05-də ünvan 3 ünvanda olan evin qarşısında Təqsirləndirilən şəxs2 saxlanılmış və əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 04 ədəd sell ofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,902 qram, 0,890 qram, 0,860 qram, ümumi xalis çəkisi isə 3,712 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsində tədqiq edilmiş və Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə yazdığı izahatından görünür ki, Təqsirləndirilən şəxs2 əlyazması ilə yazaraq bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu Şərifli küçəsində yerləşən binalardan birinin qarşısında olarkən saat 10 radələrində bir neçə mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib xidməti vəsiqələtini təqdim etdikdən sonra onun kimliyini soruşmuşlar. Özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onu əməliyyat tədbirin keçirilməsi barədə qərarla tanış edib hal şahidlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanusuz dövriyyəsində şübhəli bilindiyini deyərək üzərində hərhansıqanunsuz əşya olduqda təqdim etməsini təklif etdikdə, hal şahidlərinin iştirakı ilə əynindəki idman şalvarının sağ yan cibindən 04 ədəd bükülü təqdim etməklə, həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bükümlərə hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və daha sonra qablaşdırılaraq onun və hal şahidləri tərəfindən imzalanmış, sonra polis əməkdaşları keçirilmiş tədbiri sənədləşdirilməsi üçün polis idarəsinə dəvət etmiş və onlar baş idarəyə getmişlər. Baş idarədə protokol tərtib olunmuş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı bildirmişdir ki, ondan aşkar olunm uş narkotik vasitəni 17 sentyabr 2018-ci ildə beynəlxalq avtovağzalın ərazisində olarkən yerdən tapmışdır. Məhkəmə kollegiyasi qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarlarla, «baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik əşyaların götürülməsi haqqında» protokolların məzmunu ilə, məhkumların hər birinin şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici əlyazma izahatlarının məzmunu ilə, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdikləri etirafedici ifadələri ilə, məhkəmə-kimyəvi eks pertizaların rəyləri ilə, dindirilmiş şahidlərin ifadələri ilə, maddi sübutlarla və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş digər çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər sübuta yetirilmiş hesab edilmiş, apellyasiya məhkəməsi də düzgün olaraq birinci istansiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxslər ifadə və ya izahat vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya verməkdən imtina etmək, haqqında irəli sürülən ittihamlara dair ifadə (izahat) vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, şübhəli və ya təqsirləndir ilən şəxslər istədiyi kimi öz müdafiəsini mümkün olan və zəruri hesab etdiyi bütün qanuni vasitələrdən istifadə edib həyata keçirmək hüququna malikdir, yəni ifadə vermək və ya ifadə verməkdən imtina etməkvə ya hər hansı bir məzmunda ifadə vermək onun vəzifəsi deyil birbaşa hüququdur. Belə olan halda, onun ibtidai istintaq və ya məhkəmədə hər hansı bir məzmunda ifadə verməsi yalnız onun müdafiə hüququ kimi qəbul olunmalı və qiymətləndirməklə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olmamaları barədə kassasiya şikayətlərində irəli sürülən dəlillərlə iş üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən razılaşmır və irəli sürülən dəlil lərin yalnız məhkumların birinci instansiya məhkəməsində verdikləri özünü müdafiə xarakterli ifadələrə əsaslandığından, onları əsassız və subyektiv mülahizə kimi qiymətləndirən aşağı instansiyası məhkəmələrinin mövqeyini əsaslı hesab edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitə və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə görə müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdar təşk il etməsinə dair siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». «Şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına kifayət edən narkotik vasitələr və psixotrop maddələrinmiqdarına,habelə külli miqdarınagörə siyahının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə heroinin 0,15 qramdan artıq hissəsi məsuliyyət yaradır. Cinayət işinin materialından göründüyü kimi və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqında müəyyən edilmişdir ki, məhkumların hər birinin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi yuxarıda göstərilən siyahıya əsasən qeyd olunan miqdarla onların hər birinin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edir. "Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsu z dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi "Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi barədə” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin satın alınması başqa əmlak və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi; yabanı çətənə bitkisi, xaş-xaş və ya onların müəyyən hissələrin, məhsul yığımı başa çatdıqdan sonra mühafizə edilməyən əkin sahələrindən tərkibində narkotik vasi tələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülür. Əməlinin həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın həmin cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri -obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddə sinə əsasən həmin sübutların məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu tərəfindən ittiham edildikləri Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliklərinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunan cəzaları ağır olması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunu nun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ict imai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən onların törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunacaq cəzanın onlarının ailələlərinin həyat şəraitinə təsiri, cəzanın məqsədi barədə qanunun tələbləri nəzərə alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə münasibətdə törətmiş olduqları oğurluq əməlini səmim i etiraf edib peşiman olmaları, himayələrində azyaşlı uşaqlarının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları, zərərçəkmiş şəxslə barışmaları və sonuncunun onlara qarşı şikayət və tələbinin olmaması, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmaları onların cəzalarını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən göstərilən məhkumların cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunan cəzanın yüngülləşdirilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə onlaraa ittiham olunduqları maddələrin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin göstərilən məhkumlara cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət- prosessual qanunvericiliyin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkum kassasiya şikayətində cəzanın ağırlığına dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zaman ı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və m üvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişlər. Belə ki, Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakı nın xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil. Məhkum kassasiya şikayəti isə qi smən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı həmin məhkuma aid hissədə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kassasiya şikayətləri təmin edilməsin. Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il 06 (altı) aya endirilsin. Cinayət Məcəlləsinin 6 6.3-cü maddəsinə əsasən, həmin cəza Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, Məhkum üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-121/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-121/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver