Məhkəmə qərarları › İş №1(102)-121/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-121/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-121/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Məhkum və onun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Əliyev Nəsib Salah oğlunun, Məhkum Təqsirləndirilən şəxs4 iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Re spublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmuş, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, halhazırda həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə, x xxxxx 1990-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, halhazırda həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə, xx xxxx 1994-cü ildə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs1 Bəruz oğlu və Təqsirləndirilən şəxs2 özləri tərəfindən ayrı-ayrılıqda verilmiş, Məhkum oğlunun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Əliyev Nəsib Salah oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 mart 2023-cü il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 182.2.1, 182.2.2 və 182.2.4cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikası CM-in 178.2.1 və 182.2.2-ci mad dələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 182.2.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.3, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.3–cü maddəsi ilə 2 (iki) il müdd ətə azadlıqdan məhrum etmə cəzası və CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 da məhkum edilmişlər. Həmçinin Təqsirləndirilən şəxs6 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddəsi ilə olan cinayət işinə Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhk əmənin həmin hökmündən təqsirləndirilən Məhkum müdafiəçisi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev) Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti qismən təmin edilmiş, digər apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 mart 2023cü il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası C M-in 178.2.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, xitam verilmiş və onlar qeyd edilən maddələr üzrə Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmişlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 6 (altı) il müddətə endirilmiş, cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 5 (beş) il müddətə endirilmiş və cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2022-ci il tarix dən hesablanmışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.2.1,182.2.2 və 182.2.4cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 5 (beş) il 3 (üç) ay müddətə endirilmiş və cəzaçəkmə müddətinin əvvəli 2 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 5 (beş) il müddətə endirilmiş və təyin edilmiş cəza CM-in 66.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3–cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlı qdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1 tibbi xərclərlə bağlı aldadıb etibarından sui-istifadə etməklə əmlakını dələduzluq yolu ilə ələ keçirməsindən sonuncunun məlumatı olmasını, aralarında yaranmış etibarlı münasibətin pozulmasını və artıq sonuncunun ona istədiyi pulu verməyəcəyini yəqin bilib, daha çox əmlak əldə etmək məqsədilə, daha ictimai təhlükəli üsulla, yəni təkrarən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək qərarına gəlmiş, bunun üçün 2021-ci ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində olarkən öz istifadəsində olan 077 503-94-79, eləcə d ə istintaqla müəyyən edilməyən digər mobil telefon nömrələrini dəstəkləyən «Whatsapp» mobil telefon tətbiqi, habelə telefon vasitəsilə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 288-37-57, 050 ***-**-** mobil telefon nömrələri ilə əlaqə yaradaraq 2016-ci ildən işlədiyi ünvan 2 ünvanında yerləşən “Hamam Palace” adlı hamamda istirahət etdiyi müddət ərzində çılpaq fotoşəkillərini çəkdiyini, 1000 manat pul vermədiyi halda, həmin şəkilləri müxtəlif sosial şəbəkələr vasitəsi ilə yayıb dost-tanışları, ailə üzvləri arasında rüsvay edəcəyini bildirmiş, Zərərçəkmiş şəxs1 həqiqətən də onun işlədiyi hamama getdiyindən belə bir şəkillərin çəkilməsindən ehtiyat edib irəli sürülmüş tələblə razılaşmaqla şəkillərin paylaşılmaması üçün istədiyi 1000 manat pulu verəcəyinə razı olduğunu bildirmiş, bundan sonra o, "xxxx" ASC-də öz adına qeydiyyatdan keçmiş **********794258 nömrəli, xx.xx.2026-cı ilədək etibarlı olan “Leobank” plastik kartının şəklini çəkib Zərərçəkmiş şəxs1 «Whatsapp» mobil telefon tətbiqi vasitəsilə göndərməklə pulun həmin karta köçürülməsini tələb etmiş, gəldiyi hədə-qorxunun nəticəsində rüsvay olacağından ehtiyat edən Zərərçəkmiş şəxs1 hədəni real qəbul edərək 27 dekabr 2021-ci il tarixdə saat 22:24də Bakı şəhərində yerləşən “Expresspay” terminal vasitəsi ilə onun «AZ82UBAZ**********1010AZN001» nömrəli hesabına 1000 manat pulu köçürdükdən sonra, o, müxtəlif vaxtlarda həmin pulu bankomatlardan çıxararaq ələ keçirməklə Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə sonuncunun 1000 manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan baş qa, o, təkrarən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgə əmlakını hədə-qorxu ilə tələb etmək qərarına gəlib, bu məqsədlə xx.xx.2021-ci il tarixdə Quba rayonu Çiçi kəndində həmkəndliləri Təqsirləndirilən şəxs3, Məhkum və Təqsirləndirilən şəxs5 ilə qarşılaşarkən sonunculara, tanışı Zərərçəkmiş şəxs1 barəsində danışıb, Zərərçəkmiş şəxs1 imkanlı şəxs olmaqla onda sonuncuya məxsus çılpaq şəkillərin olduğunu və həmin şəkillərin sosial şəbəkələrdə yayılmaması qarşılığında sonuncudan istədikləri pulu ala biləcəklərini bildirmiş, Təqsirləndirilən şəxs3, Məhkum və Təqsirləndirilən şəxs5 hazırlanmış cinayətkar planla razı olduqlarını bildirib onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, planın icrası üçün qrupun üzvü Təqsirləndirilən şəxs3 istifadəsind ə olan 070 ***-**-** mobil telefon nömrəsini dəstəkləyən «Whatsapp» mobil telefon tətbiqi, habelə telefon vasitəsilə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 288-37-57, 050 ***-**-** mobil telefon nömrəsi ilə əlaqə yaradaraq, ünvan 3 ünvanında yerləşən “Hamam Palace” adlı hamamda istirahət etdiyi müddət ərzində çılpaq fotoşəkillərini çəkdiyini, xeyli miqdar təşkil edən 8000 manat məbləğində pul vermədiyi halda, həmin şəkilləri müxtəlif sosial şəbəkələr vasitəsi ilə yayıb ailə üzvləri, dost-tanışları arasında rüsvay edəcəklərini, istədikləri pulu verdikdə isə özlərinə iş qurmaqla bir daha onu narahat etməyəcəklərini bildirmiş, Zərərçəkmiş şəxs1 həqiqətən də onun işlədiyi hamama getdiyindən belə bir şəkillərinin çəkilməsindən ehtiyat edib irəli sürülmüş tələblə razılaşmaqla şəkillərin paylaş ılmaması üçün istədikləri 8000 manat məbləğində pulu verəcəyinə razı olduğunu bildirmiş, bundan sonra o, "xxxx" ASCdə öz adına qeydiyyatdan keçmiş **********794258 nömrəli,xx.xx.2026-cı ilədək etibarlı olan “Leobank” plastik kartının şəklini çəkib Zərərçəkmiş şəxs1 «Whatsapp» mobil telefon tətbiqi vasitəsilə göndərməklə pulun həmin karta köçürülməsini tələb etmiş, gəldiyi hədəqorxunun nəticəsində rüsvay olacağından ehtiyat edən Zərərçəkmiş şəxs1 30 dekabr 2021-ci il tarixdə saat 18:18-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış "xxxx" MMC-nə məxsus 16040 nömrəli terminaldan “Milli ön” elektron ödəmə sistemi vasitəsi ilə onun «AZ82UBAZ**********1010AZN001» nömrəli hesabına 5000 manat, 5 dəqiqə sonra, yəni saat 18:23-də 3000 manat olmaqla ümumilikdə 8000 manat pul köçürmüş, o, isə xx.xx.2021-ci il tarixdə Quba rayonu Aygünlü kəndi ərazisində yerləşən "xxxx" ASC-nə məxsus bankomatdan saat 18:31 -dən saat 18:52-dək 6000 manat, qalan hissəsini isə müxtəlif vaxtlarda nağdlaşdırılmaqla qrup üzvləri arasında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə sonuncunun xeyli miqdar təşkil edən 8000 manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgə əmlakını hədə-qorxu ilə tələb etmək qərarına gəlib, bu məqsədlə xx.xx.2021-ci il tarixdə Quba rayonu Çiçi kəndindən Təqsirləndirilən şəxs3 i lə birlikdə hərəkət edib Şabran rayonu Rəhimli kəndində yerləşən “Bağçalı” otelə gedib orada istirahət edərkən həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə bu barədə söhbət edib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, cinayətkar plana uyğun olaraq öz istifadəsində olan 070 503-94-79, ***-***-**-**, eləcə də istintaqla müəyyən edilməyən digər mobil telefon nömrələrini dəstəkləyən «Whatsapp» mobil telefon tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 288-37-57, 050 ***-**-** mobil telefon nömrəsi ilə əlaqə yaradaraq,ünvan 2 ünvanında yerləşən “Hamam Palace” adlı hamamda istirahət etdiyi müddət ərzində çılpaq fotoşəkillərini çəkdiyini, xeyli miqdar təşkil edən 15.000 manat pul vermədiyi halda, həmin şəkilləri müxtəlif sosial şəbəkələr vasitəsi ilə yayıb ai lə üzvləri, dost-tanışları arasında rüsvay edəcəklərini, istədikləri pulu verdikdə bir daha onu zəng edib narahat etməyəcəklərini bildirmiş, Zərərçəkmiş şəxs1 həqiqətən də onun işlədiyi hamama getdiyindən belə bir şəkillərin çəkilməsindən ehtiyat edib irəli sürülmüş tələblə razılaşmaqla şəkillərin paylaşılmaması üçün istədikləri 15000 manat pulu verəcəyinə razı olduğunu bildirmiş, bundan sonra o, Zərərçəkmiş şəxs1la «Whatsapp» mobil telefon tətbiqi vasitəsilə əlaqə saxlayıb "xxxx" ASC də öz adına qeydiyyatdan keçmiş **********794258 nömrəli, xx.xx.2026-cı ilədək etibarlı olan “Leobank” plastik kartının şəklini göndərməklə həmin karta köçürülməsini bildirmiş, Zərərçəkmiş şəxs1 Bakı şəhərində yerləşən “Expresspay” terminal vasitəsi ilə onun «AZ82UBAZ**********1010AZN001» nömrəli hesabına x x.xx.2021 -ci il tarixdə saat 11:03də 400 manat, saat 12:25-də 5.000 manat, 12:30-da 2.000 manat, 12:46-da 5.000 manat və 12:53-də 3.000 manat olmaqla cəmi xeyli miqdar təşkil edən 15.400 manat məbləğində pulu köçürmüş, o, isə 2022-ci ilin yanvar ayının 12-dək həmin məbləğdə pul vəsaitini müxtləif vaxtlarda müxtəlif üsullarla nağdlaşdırmaqla Təqsirləndirilən şəxs3lə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə sonuncunun xeyli miqdar təşkil edən 15400 manat məbləğində əmlakını təkrarən hədəqorxu ilə tələb etmişdir. Bundan başqa o, təkrarən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgə əmlakını hədə-qorxu ilə tələb etmək qərarına gəlib, bu məqsədlə 2022-ci ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində olarkən öz istifadəsində olan 077 503-94-79, ***-***-**-**, eləcə də istintaqla müəyyən edilməyən digər mobil telefon nömrələrini dəstəkləyən «Whatsapp» mobil telefon tətbiqi və telefon danışığı vasitəsilə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 288-37-57, 050 ***-**-** mobil telefon nömrələri ilə əlaqə yaradaraq eyni üsulla sonuncuya hamamda istirahət etdiyi müddət ərzində çılpaq fotoşəkillərini çəkdiyini, sürücülük vəsiqəsi almaq üçün ona 1200 manat pul verməsini, əks halda həmin şəkilləri müxtəlif sosial şəbəkələr vasitəsi ilə yayıb ailə üzvləri, dost-tanışları arasında rüsvay edəcəyini bildirmiş, Zərərçəkmiş şəxs1 həqiqətən də onun işlədiyi hamama getdiyindən belə bir şəkillərin çəkilməsin dən ehtiyat edib irəli sürülmüş tələblə razılaşmaqla şəkillərin paylaşılmaması üçün istədiyi 1200 manat pulu verəcəyinə razı olduğunu bildirmiş, bundan sonra o, həmin ilin yanvar ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz 109 ünvanında yerləşən “Avesta” Konserinin inzibati binasının yaxınlığında görüşüb Zərərçəkmiş şəxs1 şəxsən 1200 manat pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə sonuncunun 1200 manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgə əmlakını hədə-qorxu ilə tələb etmək qərarına gəlib, bu məqsədlə 2022-ci ilin fevral ayının 10-da Bakı şəhərində olarkən öz istifadəsində olan 051 383-8677, eləcə də istintaqla müəyyən edilməyən digər mobil telefon nömrələrini dəstəkləyən «Whatsapp» mobil telefon tətbiqi və telefon danışı vasitəsilə Zərərçəkmiş şəxs1 istifadəsində olan 050 288-37-57, 050 ***-**-** mobil telefon nömrələri ilə əlaqə yaradaraq sonuncuya hamamda istirahət etdiyi müddət ərzində çılpaq fotoşəkillərini çəkdiyini, 20.000 manat pul verəcəyi halda, hazırkı günədək onu şantaj edib pul alan digər şəxslərin siyahısını Zərərçəkmiş şəxs1 göndərəcəyini,əks halda isə həmin şəkilləri müxtəlif sosial şəbəkələr vasitəsi ilə yayıb, habelə hazıradək müxtəlif bəhanələrlə ondan pul tələb edib almaları barədə yuxarı instansiyalara bildirməklə işlədiyi müəssisədə kollektiv arasında, həmçinin də ailə üzvləri, dost-tanışları arasında onu rüsvay edəcəyini bildirməklə Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə sonuncudan xeyli miqdar təşkil edən 20.000 manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Məhkum, həmçinin, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmək məqsədilə, 19 dekabr 2021-ci il tarixdə saat 03 radələrində əmək müqaviləsi olmadan işlədiyi Bakı şəhəri Suraxanı rayonu Samir Cəfərov 16D ünvanında yerləşən “Atilla Hamam Spa və Fitnes” mərkəzinin həyətində yaşaması üçün ona ayrılan yataqxanaya gələrkən, maddi xərclərdən yaxa qurtarmaq, müəyyən məbləğdə pul ələ keçirmək məqsədilə “Atilla Hamam Spa və Fitnes” mərkəzinin giriş qapısının açıq olduğunu, ətrafda heç kimin olmadığını görüb sərbəst daxil olmasına icazə verilmiş həmin birmərtəbəli, kürsülü binaya giriş qapısından daxil olaraq, sol istiqamətdə yer ləşən qeydiyyat masasının qarşısında divan üzərində mərkəzin əməkdaşı-texniki Şahid23 yatmasından istifadə edərək masa arxasına keçib, orada masa üzərinə qoyulmuş kassa aparatına yaxınlaşmaqla əvvəl sağ divara bərkidilmiş açarların asıldığı lövhədən açar götürərək kassa aparatının xəzinəsini açmaq istəmiş, daha sonra kassanın aşağı xəzinə hissəsinə toxunub irəli hərəkət etdirməklə sandıq hissəsini açıb saxlanc yerinə, yəni kassanın xəzinəsində olan nəğd 1780 manat pulu, habelə masanın kənarında olmaqla saxlanc yeri hesab edilən dolabın qapısını açaraq içərisindən 01 ədəd “Samsung” markalı “A 10” modelli, içərisində nömrə kartı olmayan mərkəzin istifadəsində olan 300 manat dəyərdə olan mobil telefonu, ümumilikdə 2.080 manat dəyərində əmlakı götürüb hadisə yerindən uzaqlaşmaqla saxlanc yer lərinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Təqsirləndirilən şəxs1 hesab edir ki, onun hərəkətlərində Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinin tərkibi yoxdur. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul olunması xahiş olunur. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum ittiham olunduğu CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə bəraət verilməsi, CM-in 177.2.3-cü maddəsi ilə olan əməlinin həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuçş həddə cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs4, müdafiəçi N.Əliyevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir k i, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, göstərilən no rmanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində onun hərəkətlərində Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinin tərkibinin olmaması bildirilir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur, həmçinin əməl inin CM-in 177.7.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinə əsasən: Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 182.2-ci maddəsinə görə “Eyni əməllər: 182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfin dən törədildikdə; 182.2.2. təkrar törədildikdə; 182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinə görə “Eyni əməllər: 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq Məhkum müdafiəçisi və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri ni təhlil edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı ” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın ə saslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə ba xılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, həm birinci, həm d ə apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum verdikləri ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı ol araq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum əməllərini düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən arqument, yəni məhkumların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmələri iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd ol unması qənaətindədir. Belə ki, məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum özlərini onlara elan olunmuş ittahmla bağlı, yəni CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilməsələr də, cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, şahidlər Şahid3, Şahid8, Şahid11, Şahid2, Şahid5 və Şahid7 ifadələri, keçirilmiş üzləşdirmə protokolları, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş bank kartına mədaxil olunan və həmin kartdan məxaric edilən pulların siyashısına dair tərtib edilmiş cədvəl, "xxxx" QSCnin xx.xx.2022-ci il tarixli 028571 nömrəli məktubu, "xxxx" Kommerisya Bankı ASC-nin 16 fevral 2022-ci il tarixli çıxarış, xx.xx.2021-ci il tarixdən xx. xx.2022-ci il tarixədək olan dövrdə aparılmış danışıqlar və SMS mesajlarının mətnləri, həmçinin həmin nömrələrə zəng edən və zəng olunan, eləcə də sms yazılan nömrələrin abinentlərinə dair məlumatlar, danışıqlar zamanı, həmçinin SMS ismarıcları göndərilən zaman olduqları yer üzrə antena əhatə dairsəi, qeyd olunan mobil nömrələrin eyni müddət ərzində hansı İMEİ kodlu telefonlarda və həmin İMEİ kodlu telefonlarda başqa hansı mobil nömrələrdən istifadə edilməsi barədə "xxxx" MMC, "xxxx" MMC və “Bakcell Telekom”-a aid olan 3 ədəd “CD” disklərə baxış keçirilməsi haqqında 2 iyun 2022-ci il tarixli protokollar, “mobil telefona baxış keçirilməsi haqqında” 17 fevral 2022-ci il və 15 fevral 2022-ci il tarixli protokollar və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumların təqsiri tam sübut a yetirilmişdir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkumlara bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində törətmiş olduğu cinayət əməlinin CM-nin 177.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı dəlilini də əsassız hesab edir. Konstitusiya Məhkəməsinin Plen umunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkumlara cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəx sin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edil mişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarı nda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin hə yat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edi lmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci mad dəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş maddi ziyanın tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş maddi ziyanın tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını a ğırlaşdıran halların olmamasını, həmçinin Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş maddi ziyanın tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzaların onların islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza t örədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edi lməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar