Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1210/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar oğlunun iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli hökmü ilə (hakimlər: Cəlil Nəbiyev (sədrlik edən), Mehdixan Abdullayev və Asim Hacıyevdən ibarət tərkibdə) xx.xx.1986-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla orada yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə t əqsirli bilinərək, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti cəza 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 09 aprel 2018-ci ildən hesablanması, Məhkum CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Camalov Etibar Əli oğlu (sədrlik edən, məruzəçi hakim), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 06 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək barəsində irəli sürülmüş ittihamlar üzrə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ona bəraət verilməsini və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona ədalətli cəza təyin edilməsini xahiş etmişdirlər. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olar aq külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilib qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə şəxsiyyətləri məlum olmayan İran İslam Respublikası vətəndaşları və qeyriləri ilə cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən şəxsiyyətləri məlum olmayan şəxslər məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 18120,0 qram çəkidə narkotik vasitə tiyəki məlum olmayan vaxtda və naməlum şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Biləsuvar rayonu ərazisindən keçən yolun sağ hissəsində yerləşən üzərində “118” rəqəm yazılmış dirəyin arxasında gizlədərək saxlamış, cinay ətkar sövdələşməyə görə, qrupun digər üzvü Məhkum 09 aprel 2018-ci ildə saat 23 radələrində həmin külli miqdarda narkotik vasitəni gizlədildiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi «VAZ-21074» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyarkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Biləsuvar rayonunun inzibati ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində «Çənlibel» restoranının yaxınlığında saxlanılmış, satış məqsədi ilə qanunsuz olaraq əldə edib avtomobildə saxlamaqla daşıdığı külli miqdarda, üzərində “NİKE T90” sözləri yazılmış 1 (bir) ədəd qara rən gli idman çantasında olan 08 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-2495,0 qram, 2105,0 qram, 2230,0 qram, 2325,0 qram, 2240,0 qram, 2250,0 qram, 2310,0 qram və 2165,0 qram olmaqla, ümumi təmiz çəkisi- 18120,0 qram olan xaş-xaş bitkisində kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək, məhkəmələr tərəfindən ədalətsiz və qanunsuz qərar qəbul edildiyini, barəsində əsassız yerə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ittiham irəli sürüldüyünü qeyd etmişdir. Belə ki, İnternet üzərindən tanış olduğu şəxs ona narkotik vasitə təqdim etsə də, onu heç vaxt görməmiş və tanımamış, 09 mart 2018-ci il tarixdən 09 apre l 2018-ci il tarixədək həmin şəxslə “whatsapp” vasitəsi ilə əlaqə saxladıqdan sonra həmin şəxsin ona 09 aprel 2018-ci il tarixdə narkotik vasitə olan tiryək verəcəyini bildirmişdir. Həmin tarixdə o, Cəlilabad rayonunun arasında yol kənarında dirəyin yanında idman sumkasında olan tiryəki götürərkən həbs edilmişdir. Həmin narkotik vasitənin haradan gətirilməsi barədə məlumatı olmamışdır, həmçinin qeyd edilən narkotikanın həqiqətən də İran İslam Respublikasından gətirilməsi sübutu yetirilməmişdir. Bundan başqa məhkum, kassasiya şikayətində törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmadığ ını qeyd etmişdir. Məhkum qeyd olunanların nəzərə alınaraq ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci maddəsi ilə bəraət verilməsi və həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətlərində ona qarşı irəli sürülmüş i ttihamlar üzrə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ona bəraət verilməsini, həmin Məcəllənin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə aşağı həddə cəza verilməsi xahiş olunur. Məhkum ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 32.5, 206.3.2-ci maddəsi, yəni hər-hansı bir narkotik maddəni, yaxud psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə təqsirli bilmir. Belə ki, həmin narkotik vasitə tiryəki İran İslam Respublikasının vətəndaşı «Səxavət» adlı şəxsin vasitəsi ilə satış məqsəd ilə əldə etmişdir. «Səxavət» ona 18 kq deyil, bir kiloqrama yaxın narkotik vasitə olan tiryək göndərmişdir, başqa sözlə avtomobilində olan bi r ədəd torbanın içərisində bir kiloqrama yaxın narkotik maddə olmuşdur. İş materiallarında olan protokoldan görünür ki, Məhkum 09 aprel 2018-ci ildə saat 23:40-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində yerləşən “Çənlibel” restoranının yaxınlığında idarə etdiyi “VAZ 21074” markalı 18BX113 qeydiyyat nişanlı avtomobildə saxlanılmış, üstünə və avtomobilə keçirilən baxış zamanı onun idarə etdiyi avtomobilin sürücü tərəfdən oturacağın altından bir ədəd üzərində “NİKE T90” sözləri yazılmış qara rəngli idman çantasında olan 08 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-2495,0 qram, 2105,0 qram, 2230,0 qram, 2325,0 qram, 2240,0 qram, 2250,0 qram, 2310,0 qram və 2165,0 qram olmaqla, ümumi təmiz çəkisi- 18 120,0 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkum yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı şahidlər X6, X7, X4, X2 ifadələri, məhkəmə fizikikimyəvi ekspertizasının 10 aprel 2018-ci il tarixli 299 saylı, məhkəmə-ambulator narkoloji ekspertizasının 16.05.2018-ci il tarixli, 785 saylı rəyi, iş materiallarında olan Baksell MMCdən götürülmüş telefon danışıqlarına dair məlumatlar və maddi sübutlar və işin digər halları ilə tam təsdiq olunmuşdur. İş materiallarında olan Baksell MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlardan görünür ki, təqsirləndirilən şəxs Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Belə ki, 09.04.2018-ci ildə saat 23.51-dən 10 aprel 2018-ci ildə saat 00.11-dək olan müddət ərzində Məhkum istifadə etdiyi ***-***-**-** telefon nömrəsinə İİR-nın mobil operatoruna məxsus ************** nömrəsindən 11 dəfə cavabsız telefon zəngləri daxil olduğu aşkar edilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsMəhkum götürülərək cinayət işinin materiallarına əlavə edilən bir ədəd “Samsung E1200“ markalı mobil telefon aparatının telefon danışıqlarına dair məlumatlara baxış keçirilmiş, baxış zamanı “Samsung“ markalı mobil aparatın içərisində bir ədəd “Bakcell” mobil telefon operatoruna məxsus bir ədəd sim kart aşkar olunmuş, telefona daxil olan və çıxan zənglərə, tel efon nömrə yaddaşına və mətn mesajlarına baxış keçirilən zaman orada “Whatsapp” və “Odnoklasniki” proqramlarının olması, 15 mart 2018-ci ildən 09 aprel 2018-ci ilədək olan müddət ərzində “Whatsapp” proqramı vasitəsi ilə İran İslam Respublikasının mobil operatoruna məxsus ************** nömrəsi ilə çoxlu sayda telefon danışıqlarının aparılması, həmçinin 09 aprel 2018-ci ildə saat 23.51-dən 10 aprel 2018-ci ildə saat 00.11dək olan müddət ərzində İran İslam Respublikasının mobil operatoruna məxsus ************* nömrəsindən cavabsız telefon zənglərinin daxil olduğu aşkar edilmişdir. Beləliklə, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 143- 146cı mаddələrinin tələblərinə əməl edilərək, Məhkum CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əmə llərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında qeyd olunur ki, Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllər in törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən, cinayət in törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayətin törədilməsi üçün alət və ya vasitələr verməklə və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-in 33.3-cü maddəsi isə cinayətin törədilməsində köməkçi qismində iştirak etmiş şəxsin əməlinin CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməsini tələb edir. Həmin Məcəllənin 206.3.2-ci maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və digər əşyaların gömrük sərhədindən kənar və ya gömrük eyniləşdirmə vas itələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Kollegiya Məhkum törətdiyi cinayət əməlini Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməsinə dair məhkəmələrin qənaətini qanuni və əsaslı hesab edir. Məhkumun kassasiya şikayətlərində qeyd etdikləri digər arqument təyin olunmuş cəzanın yüngülləşdirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıd ır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsi09 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən cinayət əməlini qismən etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ilk məhkumluğunu törətmiş olduğu iş üzrə cəza nı yüngülləşdirən hallar kimi nəzərə almış və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini də nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası h esab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1210/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1210/2019
22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver