Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1210/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, Məhkum2 və onun müdafiəçiləri Quliyev Eldəniz Mənaf oğlunun və Hüse ynov Əli Meybulla oğlunun, Məhkum1 müdafiəçisi Ramazanov Raul Fikrət oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə və Məhkum1 CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Quliyev Eldəniz Mənaf oğlu və Məhkum1 müdafiəçisi Ramazanov Raul Fikrət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər Mikayılov Eldar Əli oğlu (sədrlik edən və məruzəçi), Əliyev Hafiz Samir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) Məhkum2, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Siyəzən şəhəri, F.Əlməmmədov küçəsində yaşayan CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, və Məhkum1, xx xxxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində anadan olmuş, evli, himayəsində üç azyaşlı uşaqları olan olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Su Kəməri qəsəbəsində qeydiyyatda olmaqla Şabran rayonunun Ağbaş kəndində yaşamış CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 16 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində atası Zərərçəkmiş şəxs3 məxsus, **-LR-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla" markalı avtomobili etibarnamə olmadan, nəqliyyat vasitəsini idarə etmə hüququ ilə idarə edib yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1–ci hissəsinin tələbl ərini, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək avtomaşını ilə yolun hərəkət hissəsinin sağ kənarından sola tərəf manevr etmək istəyən, Məhkum1 idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı, “VAZ2107" markalı avtomobil ilə yolun hərəkət istiqamətinin əks istiqamətində toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan Məhkum1 hadisə yerində sol incik sümüyünün açıq sınığı, sol 9-cu qabı rğanın qapalı sınığı və sol ayağın yaraları ilə yaranan səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurması ilə nəticələnən xəsarətlər almasına, sonra isə idarə etdiyi avtomobil yoldan çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səkiyə istiqamətlənib piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 vuraraq kəllə əsası və kəllə qapağı sümüklərinin açıq sınığından, baş-beyinə qansızmadan, sağ bazu sümüyünün açıq sınığından, sol yanaq, sol mil-biləng və sol əlin arxa səthinin, hər iki diz oynaqların ön səthlərinin, sol budun arxa səthinin qançırlarından ibarət olan bütövlükdə sağlamlığa AĞİR zərərvuran xəsarətlər yetirməklə, kəllə qapağı və kəllə əsası sümüklərin sınığından yaranan baş beyinə qansızma nəticəsində hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2107” mark alı avtomobilə 3600 (üç min altı yüz) manat, hüquqi şəxs olan zərərçəkmiş Siyəzən RİHB-nın Siyəzən şəhər İƏDÜ nümayəndəliyinə 2800 (iki miz səkkiz yüz) manat, Zərərçəkmiş şəxs3 məxsus “Toyota Corolla” markalı avtomobilə 3068 (üç min altmış səkkiz) manat maddi ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir, Bununla da Məhkum2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Həmin hökmə görə, Məhkum1 16 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində Zərərçəkmiş şəxs4 Camələddin oğluna məxsus VAZ2107 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsi və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, “Yo l hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinin 4-cü hissəsinin, 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini, yəni sürücü nəqliyyat vasitəsini idarəetmə hüququnu sürücülük vəsiqəsi əsasında həyata keçirməli, dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və geriyə dönməzdən əvvəl həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olduğu halda bunlara riayət etməyərək avtomaşını yolun sağ kənarından sola döndərib eyni istiqamətdə hərəkətdə olan Məhkum2 idarə etdiyi “Toyota Corolla” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun hərəkət hissəsinin əks istiqamətində toqquşdurmuş, nəticədə ehtiyatsızlıqda n Məhkum2 idarə etdiyi “Toyota Corolla” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səkiyə istiqamətlənib piyada hərəkətdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 vuraraq kəllə əsası və kəllə qapağı sümüklərinin açıq sınığından, baş-beyinə qansızmadan, sağ bazu sümüyünün açıq sınığından, sol yanaq, sol mil-biləng və sol əlin arxa səthinin, hər iki diz oynaqların ön səthlərinin, sol budun arxa səthinin qançırlarından ibarət olan bütövlükdə sağlamlığa AĞİR zərərvuran xəsarətlər yetirməklə, kəllə qapağı və kəllə əsası sümüklərin sınığından yaranan baş beyinə qansızma nəticəsində hadisə yerində ölməsinə, zərərçəkmiş şəxs Məhkum2 idarə etdiyi “Toyota Corolla" markalı avtomobilə 3068 (üç min altmış səkkiz) manat, Zərərçəkmiş şəxs4 məxsus “VAZ21 07” markalı avtomobilə 3600 (üç min altı yüz) manat, hüquqi şəxs olan zərərçəkmiş Siyəzən RİHB-nın Siyəzən şəhər İƏDÜ nümayəndəliyinə 2800 (iki min səkkiz yüz) manat maddi ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum2 müdafiəçisi Quliyev Eldəniz Mənaf oğlu və Məhkum1 müdafiəçisi Rüstəmov İlqar Sahib oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 16 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il t arixli qərarından Məhkum2 müdafiəçisi E.M.Quliyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini, Məhkum1 müdafiəçisi R.F.Ramazanov isə kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək Məhkum1 barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə onun cəzasını yüngülləşdirlməsini və məhkumun həmn cəzasın c məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi E.M.Quliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 elan edilmiş ittiham tam əsassız və qərəzlidir, o, əməlində cinayət tərkibi olmadan, hadisə mexanizminin qəsdən təhrif edilməsi yolu ilə, süni surətdə təqsirləndirilən şəxsə çevrilərək, məhkəmə məsuliyyətinə ver ilmiş və məhkəmə də bunu görərək, bilərəkdən təqsirsiz şəxsin haqqında ittiham hökmü çıxarmışdır. İbtidai istintaq orqanı Məhkum2 bütün izahat və ifadələrində göstərdiyi, Şahid və digər təqsirləndirilən şəxs Məhkum1 hadisədən dərhal sonra verdikləri ilkin izahatlarındakı hallarla tam üst-üstə düşən mexanizmi mötəbər mexanizm kimi qəbul etmiş, yalnız Məhkum1 sonradan dəyişdiyi, guya soldakı aralıq yola da bir qədər girməsi barədəki, başqa heç bir sübutla təsdiq olunmayan, Məhkum2 bütün ifadə və izahatlarına, onun özünün ilk izahatına tam zidd olan bir ifadəsi mötəbər sübut kimi əsas götürülərək, həmin ifadə ilə hadisə mexanizmi formalaşdırılmışdır. İstintaq orqanı tərəfindən hadisə mexanizmi təhrif edilmiş, toqquşma nöqtəsi qəsdən, məqsədyönlü şəkildə sola, tam olaraq əks istiqamətli hərə kət yoluna keçirilmiş və bununla da qeyri-real parametrlərlə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilib keçirilməklə, qərəzli rəy alınmışdır. Müdafiəçi hesab edir ki, məhkəmə tərəfindən iş üzrə müdafiə tərəfinin yuxarıda qeyd etdiyi mexanizm üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib keçirilərək müvafiq rəy alınmalı idi. Bu barədə tərəfindən müvafiq vəsatət birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin heç bir tutarlı səbəb olmadan məhkəmə tam əsaslı vəsatəti təmin edilməmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir. Həmçinin şikayət müəllifi qeyd etmişdir ki, iş üzrə apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılması və müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib keçirilərək, təqsirləndirilən Məhkum2 hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının obyektiv olaraq araşdırılması, yalnız bundan sonra iş üzrə mövcud olan sübutlar məcmu halında qiymətləndirilərək, iş üzrə yekun qərar qəbul edilməsi barədə apellyasiya məhkəməsinə müvafiq vəsatətlər təqdim olunmuş, birinci instansiya məhkəməsi qanunsuz ittiham hökmü çıxara bilmək məqsədilə, məhz bu məqsədlə, məhkəmə istintaqı zamanı verilmiş ifadələri tam təhrif etmiş və bununla bağlı müdafiəçi tərəfindən məhkəmə iclas protokoluna rəsmi qaydada yazılı qeydlər də verilmiş, həq iqətin ortaya çıxmasında maraqlı olmayan apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası vəsatəti tam rədd etmiş və bununla da müdafiə tərəfinin hüquqları pozulmuşdur. Buna görə, kassasiya şikayətində göstərdiyi bu dəlillərə əsaslanaraq müdafiəçi E.M.Quliyev Məhkum2 barəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum1 müdafiəçisi R.F.Ramazanov isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə zamanı hüquqlarını müdafiə etdiyi şəxs xəsarət almış və bu hal da məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2020-ci il tarixli 06 nömrəli rəyi ilə tam təsdiq edilir. Həmin rəydə göstərilmişdir ki, Məhkum1 bədəni üzərində sol incik sümüyünün açıq sınığı, so l 9-cu qabırğanın qapalı sınığı və sol ayağın yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 16 oktyabr 2020-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Bundan basqa is materiallarına əlavə edilmiş arayışdan görünür ki, adı çəkilən məhkum müsbət xarakterizə olunur, onun himayəsində 3 azyaşlı uşaqları var, ailəni tək dolandıran şəxsdir, anası, körpə övladı və həyat yoldası daimi həkim müsaiyətindədirlər və əzab çəkdikləri xəstəliklərdən əzab çəkirlər, hüquqlarını müdafiə etdiyi şəxs əvvəllər məhkum olunmamış, ona ittham olunmuş cinayət əməli ehtiyatsızlıqdan təsadüfü a xın zəminində törədilmiş, hadisədən sonra o, hadisə yerini tərk etməmişdir və əməlindən peşmandır. Müdafiəçi həmçinin qeyd etmişdir ki, hadisədən sonra zərər cəkmis şəxs Zərərçəkmiş şəxs1 vəfat etməsindən sonuncunun hüquqi varisi Məhkum1 şikayət etməmiş və onların arasında barışıq əldə olunmuşdur. Buna baxmayaraq məhkəmələr tərəfindən bütün bu hallar nəzərə alınmadan Məhkum1 ağır cəza təyin edilmşdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi R.F.Ramazanov da onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmi, Məhkum1 isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərzə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, zərər çəkmiş şəxsin hüquqi varisi Hüquqi varisun, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və Məhkum1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir Hüquqi məsələlər: Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, müdafiəçi E.M.Quliyev kassasiya şikayətində məhkəmələr tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün müdafiə tərəfinin verdiyi vəsatətlərin əsassız olaraq imtina edilməsini, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərininin pozulmasını və nəticədə Məhkum2 barəsində əsassız və qanusuz olaraq məhkum olunmasına dair yekun məhkəmə aktlarının qəbul edi lməsini iddia edir və buna görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.2, 416.1.6, 416.1.1.11-ci maddəlrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. Digər müdafiəçi R.F.Ramazanov isə Məhkum1 açıq-aşkar ağır cəzanın təyin edilməsini iddia edərək həmin cəzanın yüngülləşdirilməsi barədə kassasiya tələbini CPMnin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirir. CPM-nin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 41 6.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21-ci məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi E.M.Quliyevin və Məhkum1 müdafiəçisi R.F.Ramazanovun kassasiya şikayətlərini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar cinayət işin materiallarını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu ki mi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qəra rlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nə ticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mü bahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş h üquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsində qeyd olunur ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində göstərilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifəl əri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək; Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Mə cəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki,cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Qanunun bu normasının mənasına görə, bu tələbə təkcə cinayət törətmiş şəxslərə deyil, eyni zamanda cinayət prosesinin bütün iştirakçılarına, o cümlədən cinayət xarakterli qəsdlərdən zərər çəkmiş şəxslərə də münasibətdə əməl olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyas ı prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 s entyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməs i müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi E.M.Quliyevin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış halları dey il, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi, lakin müdafiəçi E.M.Quliyev tərəfindən mübahisələndirlən faktiki hallar isə ondan ibarətdir ki, Məhkum2 16 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində atası Zərərçəkmiş şəxs3 məxsus, **-LR-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla" markalı avtomobili etibarnamə olmadan, nəqliyyat vasitəsini idarə etmə hüququ ilə idarə edib yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1–ci hissəsinin tələblərini, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək avtomaşını ilə yolun hərəkət hissəsinin sağ kənarından sola tərəf manevr etmək istəyən, Məhkum1 idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı, “VAZ2107" markalı avtomobil ilə yolun hərəkət istiqamətinin əks istiqamətində toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan Məhkum1 hadisə yerində sol incik sümüyünün açıq sınığı, sol 9-cu qabırğanın qapalı sınığı və sol ayağın yaraları ilə yaranan səhhətinin uzun m üddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurması ilə nəticələnən xəsarətlər almasına, sonra isə idarə etdiyi avtomobil yoldan çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səkiyə istiqamətlənib piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 vuraraq kəllə əsası və kəllə qapağı sümüklərinin açıq sınığından, baş-beyinə qansızmadan, sağ bazu sümüyünün açıq sınığından, sol yanaq, sol mil-biləng və sol əlin arxa səthinin, hər iki diz oynaqların ön səthlərinin, sol budun arxa səthinin qançırlarından ibarət olan bütövlükdə sağlamlığa AĞİR zərərvuran xəsarətlər yetirməklə, kəllə qapağı və kəllə əsası sümüklərin sınığından yaranan baş beyinə qansızma nəticəsində hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs4 məxsus “VAZ 2107” markalı avtomobilə 3600 (üç min altı yüz) manat, hüquqi şəxs olan zərərçəkmiş Siyəzən RİHB-nın Siyəzən şəhər İƏDÜ nümayəndəliyinə 2800 (iki miz səkkiz yüz) manat, Zərərçəkmiş şəxs3 məxsus “Toyota Corolla” markalı avtomobilə 3068 (üç min altmış səkkiz) manat maddi ziyan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir, Bununla da Məhkum2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Kassasiya şikayətində Məhkum2 əməlində cinayət tərkibi olmadan, hadisə mexanizminin qəsdən təhrif edilməsi yolu ilə, süni surətdə təqsirləndirilən şəxsə çevrilərək, məhkəmə məsuliyyətinə verilməsi, bununla bağlı sübutların tədqq edilməyərək onlara düzgün qiymət veriləməmsi iddia olunsa da, müdafiəçi E.M.Quliyevin bu haqda dəlilləri iş materialları ilə təsdiq edlmir. Belə ki, iş materiallarının təhlili göstərir ki, yuxarıda təsvir edilm iş halları müəyyən edərkən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri yekun məhkəmə aktlarında onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumların, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkum2 və Məhkum1 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətlə ri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adları çəkilən məhkumların, o cümlədən Məhkum2 hökmdə təsvir edilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum2 və Məhkum1 təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, ibtidai araşdırma zamanı istintaq orqanı tərəfindən, yenə də kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmişdir. Araşdırılmış sübutların hamısı ətraflı olaraq birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş, məhkəmələr həmin sübutların hər birisinə ayrı-ayrılıqda və məcmu şəkildə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə müvafiq qiymət vermişlər və məhkəmə kollegiyası həmin sübutların hamısını hazırki qərarda təkrarən təsvir etməyə ehtiyac görmür, lakin kassasiya şikayətlərində göst ərilən dəlillərlə bağlı onların bir hissəsinə müraciət etməyi zəruri sayır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum2 ona qarşı CM-nin 263.2-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, atası Zərərçəkmiş şəxs3 məxsus Toyota Corolla” markalı, 99LR- 775 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə olmadan, lakin nəqliyyat vasitəsinin idarə etmək hüququ ilə idarə etmişdir. Hadisə günü Toyota Corolla” markalı avtomobil ilə evdən çıxmış, həmin vaxtı avtomobildə bibisi oğlu X3 avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Avtomobili təxminən 40-50 km/saatla idarə etmiş, Syəzən şəhəri, H.Əliyev küçəsində Turac” deyilən yerdə yolun sağ tərəfində ağ rəngli “VAZ2107” markalı avtomobilin təxm inən 100 metr qabaqdan dayandığını görmüş, həmin avtomobili ötüb keçmək istəmiş, “VAZ-2107” markalı avtomobilin sürücüsü anidən yola çıxmış, həmin avtomaşınla toqquşmamaq üçün idarə etdiyi avtomobili yolun sol tərəfinə çəkmiş, lakin yolun üfüqi nişanlanma xəttinin üzərində öz idarə etdiyi Toyota Corolla” markalı avtomobili “VAZ-2107” markalı avtomobilin orta hissəsi ilə toqquşdurmuş, nəticədə “VAZ-2107” markalı avtomobil yolun sol tərəfinə səkiyə yaxın, Siyəzən şəhəri istiqamətində dayanmış, o, isə öz idarə etməni itirərək idarə etdiyi avtomaşınla səkinin üzərində hərəkətdə olan piyada yaşlı qadını vurmuşdur. Bundan sonra, avtomaşın işıq dirəyinə çırpılmış və avtomobil sağ tərəfi üstə aşmış, o isə avtomobilin qapısını açıb düşərək qadının yanına getmiş, ətrafda olan şəxslər TTY zəng etmiş, lakin TTY-nın əməkdaşları gələnə kimi qadın artıq keçinmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum1 da ona CM-nin CMnin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Siyəzən şəhərində yerləşən plastik qapı pəncərə sexində fəhlə işləmişdir. 16 oktyabr 2020-ci il tarixdə Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən qapıpəncərə sexində işdə olmuş, sexin sahibi Aydına məxsus VAZ-2107 markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili Aydının icazəsi ilə götürüb saat təxminən 11 radələrində iş dalınca getmişdir Hərəkətdə olarkən, Siyəzən şəhəri, H.Əliyev küçəsində avtomobili Şabran rayon istiqamətində yolun hərəkət hissəsinin ortasından həmin küçədə yerləşən sexin qarşısına dönmək istəmiş, bu niyyətlə avtomobilin sola dön mək üçün xəbərdarlıq nişanını yandırmış, avtomobilini sex istiqamətində döndərmişdir, sexin yanında olan araya girmiş, avtomobilin yarı hissəsi H.Əliyev küçəsindən artıq sexə tərəf dönmüşdür. Bu vaxt avtomobilin ön hissəsi artıq sexin yanında olan ara yolda olmuş, avtomobilin arxa tərəfi isə yolda qalmışdır. Təxminən 5-10 saniyə yolda olan piyadaların yolu keçib qurtarmasını gözləmiş, anidən olaraq yoldan gələn başqa avtomaşın onun idarə etdiyi avtomobili vurmuşdur. Sonra nə baş verdiyini xatırlamır, lakin eşitmişdir ki, onun idarə etdiyi avtomaşınla toqquşmuş avtomaşın həmçinin səkidə olan piyadanı da vurmuş, daha sonra isə işıq dirəyinə çırpılaraq aşmış, piyada isə hadsə yerində vəfat etmişdir. Məhkum1 həmçinin göstərmişdir ki, hadisə baş verən zaman spirtli içki qəbul etməmiş, onun av tomobili idarə etmək hüququ olmamış və o, avtomobildə tək olmuşdur. VAZ-2107 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4 məxsus olmuş, onun isə həmin aid heç bir sahiblik, eləcə də idarə etmək hüququ olmamışdır. İbtidai araşdırma zamanı müstəntiq həm hadisə yerinin müayinə edilməsi haqqında 16 oktyabr 2020-ci l tarixli protokolda əksini tapmış məlumatlara və ölçülərə (həmin məlumatların və ölçülərin saxtalaşdırılması, həqiqəğtə uyğun olmaması iş materialları ilə müəyyən edilmir və məhkəmələr də belə haları müəyyən etməmişlər), həm də hazırki iş üzrə məhkum olunmuş şəxslərin ifadələrində göstərdikləri hallara istinadən iş üzrə məhkəmə-yol nəqliyyat ekspertizası təyin etmiş və ekspertlər təqdim olunmuş məlumatlara əsaslanaraq 11 fevral 2021-ci il tarixli 8/2247 nöm rəli rəy vermişlər. Həmin rəydən görünür ki, ilkin kontakt anında nəqliyyat vasitələri arasında toqquşma VAZ-2107 markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapı hissəsi ilə “Toyota Corolla” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 65-70 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə VAZ-2107 markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum1 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum1 VAZ-2107 markalı avtomobili sürücü lük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə Toyota Corolla markalı 99-LR775 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum2 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən müəyyən edildiyi kimi, VAZ-2107 markalı avtomobilin hətəkət hissəsinin sağ kənarından dönməyə başlaması və sola dönməyə başladığı andan toqquşmaya kimi 10,3 metr məsafə qət etməsi toqquşma yerinin hərəkət hissəsinin sol kə narından 2,3 metr məsafədə yerləşməsi və avtomobillər arasında toqquşmanın 65-70 dərəcə bucaq altında baş verməsi ilə ziddiyət təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə ilaslarında araşdırılmış sübutları tədqiq edib onlara hərtərəfli və obyektiv qiymət verməklə hesab etmişdir ki, Məhkum2 və Məhkum1 onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərni törətməli həmin sübutların məcmuyu ilə təsdiq olunur, onların cinayət əməlləri həm ibtidai araşdırma orqanı, həm də birinci instansiya məhkəməsi tərəfindən müvafiq olaraq CM-nin 263.2 və 263-1.3-cü maddələri ilə düzgün tövsif edilmiş və Məhkum2 CPMnin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş əsaslarla bəraət verilməsi üçün hallar müəyyən edilməmişdir. Cinayət işnin materiallarını tam həcmdə öyrənib təhlil edən məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən natamamlığa və qeyri-obyektivliyə yol verilmədiyindən bu nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Bu baxımdan məhkəmə kollegiyası müdafiəçi E.M.Quliyevin kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq və Məhkum2 CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli blinməsi zamanı apellyasya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməməsini qeyd edərək həmin şikayətin təmin edilməsini mümkün bilmir. Həmçinin iş üzrə digər məhkum1 müdafiəçisi R.Ramazanov tərəfindən hüquqlarını müdafi etdiyi şəxsin barəsində CM -nin 62-ci maddəsi tətbiq edilməklə cəzasının yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası Məhkum 1un təqsirliliyi, əməlinin hüququ tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir, bu tələb isə aşağıda göstərilənlərdən irəli gəlir. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəx sin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalə tli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsa sən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onu n həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməs inin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə halların a (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai t əhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum1 təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, cəza təyininin ümumi prinsiplərinə və şərtlərinə dair qanunvericiliyin tələblərinə əməl edən birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı kassasiya şikayətində də istinad olunan və cəzanı yüngülləşdrən hallar kimi qiymətləndirdiyi bütün halları – Məhkum1 müsbət cəhətdən xasiyyətləndirilməsini,, ailənin yeganə qazanc gə tirən şəxs olmasını, himayəsində üç azyaşlı uşaqlarının olmalarını, zərər çəkmiş şəxslərlə və və zərər ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir tələb və şikayətlərinin olmamasını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə alaraq Məhkum1 bütün bu hallara uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin məhkəmənin gəldiyi bu nəticə ilə də razılaşmışdır. Məhkəmə kollegiyası da məhkəmələrin gəldikləri həmin nəticəni əsaslı hesab edərək Məhkum 1un cəzasın hər hansı şəkildə yüngülləşdirilməsini mümkün bilmir. Belə olan halda, kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə birgə müqayisəli şəkildə təhlil edən məhkəmə kolle giyası kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər E.M.Quliyevin, R.F,Ramazanovun, Məhkum2 və zərərçəkmiş Zərərçəkmiş şəxs3, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Məhkum2 CM-nin 263.2-ci maddəsi və Məhkum 1un CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1210/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1210/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver