Məhkəmə qərarları › İş №1(102)-1211/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1211/2019

14.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1211/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Ağababaş oğlu Dadaşov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 12 dekabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən və məruzəçi), Ş.İ.Məmmədov və R,İ.Hüseynov) Məhkum- xx xxxxx 1992-ci il tarixdə Göyçay rayonunun Bığır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 09 sentyabr 2016-cı il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Məhkum özgənin əmlakını ələ keçirmək qərarına gəlib, ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs3 özünə qarşı inam yaratmaq məqsədilə əvvəlcə sonuncudan ticarət əlaqələrini genişləndirmək adı ilə 2014-cü ilin oktyabr ayında 30.000 manat, 2015-ci ilin iyun ayında isə Türkiyə Respublikasından “Pampers” uşaq bezləri gətirmək məqsədi ilə, həmin dövrə uyğun məzənnə üzrə 104.820 manat olan 100.000 ABŞ dolları məbləğində pul alaraq, 2015-ci ilin iyun ayının sonlarında həmin məbləği tam şəkildə qaytarmış, bundan sonra 2015-ci ilin iyul ayının əvvəllərində yenidən “Pampers” uşaq bezləri gətirmək məqsədi ilə, həmin dövrə uyğun məzənnə üzrə 104.820 manat olan 100.000 ABŞ dolları məbləğində pul a laraq, həmin pulu 2015-ci ilin iyul ayının əvvəllərində sonuncuya tam şəkildə qaytarmış, 2015-cı ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs3 yenə də “Pampers” uşaq bezləri gətirmək məqsədi ilə, həmin dövrə uyğun məzənnə üzrə 104.820 manat olan 100.000 ABŞ dolları məbləğində pul alaraq, həmin pulu yenə də 2015-ci ilin avqust ayının sonlarında sonuncuya tam olaraq qaytarmış, nəticədə Zərərçəkmiş şəxs3 özünə qarşı inam yaradaraq aralarında olan etibarlı münasibətdən sui- istifadə edib 2015-ci ilin sentyabr ayının əvvəllərində sonuncudan “Pampers” uşaq bezləri gətirmək adı ilə həmin dövrə uyğun məzənnə üzrə 104.820 manat olan 100.000 ABŞ dolları məbləğində pul alaraq, qısa vaxt ərzində qaytaracağı barədə yalan vəd verib həmin pulları başqa şəxslərə olan borclarına vermək niyyəti ilə əv əzsiz olaraq ələ keçirərək, sonuncuya qarşı külli miqdar hesab edilən 134.820 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, vahid niyyətlə 09.11.2015-ci il tarixdə və 14.11.2015ci il tarixdə «Delta Group» şirkətinin satış nümayəndəsi vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 aldığı yağları qısa vaxt ərzində sataraq, pulunu qaytaracağı barədə qabaqcadan yalandan vəd verib, sonuncunu aldadaraq ondan hər birinin dəyəri 135 manat olan 120 qutu 25 kq «Zellandiya» yağlarını alıb, Mingəçevir şəhərində yerləşən "xxxx" Firması ilə danışıqlar apararaq, həmin firmaya aldığı «Zellandiya» yağlarını dəyərindən aşağı qiymətə, yəni bir qutusunu 95 manata sataraq, əldə etdiyi pulu 17.11.2 015-ci il tarixdən 20.12.2015-ci il tarixədək Gürcüstan, Ukrayna və Türkiyə Respublikalarında olduğu müddətdə şəxsi istifadəsi üçün xərcləmiş və nəticədə Zərərçəkmiş şəxs5 ümumilikdə külli miqdar hesab edilən 16200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək qərarına gəlib, nağd pul əldə etmək məqsədi ilə Göyçay Bazarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 aldığı yuyucu vasitələrinin pulunu qısa vaxt ərizində qaytaracağı barədə yalan vəd verib, 13.11.2015-ci il tarixdə ondan 9700 manat dəyərində müxtəlif çəkilərdə “Ariel” yuyucu vasitələri alıb, həmin yuyucu vasitələrini İsmayıllı rayonunda fərdi ticarətlə məşğul olan X3 eyni qiymətə sataraq, əldə etdiyi puldan 4500 manatını Zərərçəkmiş şəxs1 versə də, qalan 5.200 manat puldan 1.000 manatını Zərərçəkmiş şəxs3 icarəyə götürdüyü avtomobilin yanacaq puluna, 4.200 manatını isə 17.11.2015-ci il tarixdən 20.12.2015-ci il tarixədək Gürcüstan, Ukrayna və Türkiyə Respublikalarında olduğu müddət ərzində özü ilə götürərək, sonuncuya qarşı xeyli miqdar hesab edilən 5200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.M.Hüseynov, İ.H.Şükürovdan ibarət tərkibdə) 12 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2017-ci il tarixl i qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi5 kassasiya şikayəti verərək qərarın ləğv edilərək, məhkuma bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil,məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş,cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Əvvələr Göyçay rayon ****** kəndində atasına məxsus mağazada satıcı işləyirmiş,Göyçay şəhərində mağazası olan C6 onlara parfumeriya əşyaları verirmiş. C6 onu Zərərçəkmiş şəxs3la taniş etmiş, fəaliyyəti genişləndirmək üçün danişiqlar aparmış, daha çox qazanc əldə etmək və nəğd pula ehtiyacı olduğu məlum olduqdan sonra 2014-cü il tarixə kimi tək işləmiş 2014-cü ilin oktyabr ayından isə D6 şərik işləmişdir. Belə ki, D6 ona yaxınlaşaraq 30 000 manat plunun olduğunu bildirmiş, şərik işləməyi təklif emişdir. Təbriz də razılaşaraq şifahi müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Məhkum sahibkarlıq fəaliyyətini genişləndirmiş, gəlir əldə etdikcə Zərərçəkmiş şəxs3 hər dəfə 3000 manat hesabı ilə 27000 manat qaytarmış, sonda haqq-hesab edərək, təxminən 10.000 manatdan artıq qazanc əldə etdikləri, həmin qazancdan D6 60.000 manat götürdüyü, bundan sonra daha çox qazanc əldə etmək məqsədi ilə sonuncu həmin dövrə uyğun məzənnə üzrə 104.820 manat olan 100.000 ABŞ dolları məbləğində pulu T6 vermişdir. İttihamda göstərilən qaydada şərikli sahibkarlıq fəaliyyətini müqaviləd ə göstərilən qaydada davam etdirmişdir. Məhkum həmin işlərin görülməsi üçün sürücü və satıcıları işə cəlb etmiş hər dəfə haqhesab edərək qazancı yarı bölərək paylarını götürmüşlər. Zərərçəkmiş şəxs3 T6 cavan olmaqla səriştəsizliyini görüb özünə məxsus anbara, nəqliyyat vasitələrinə görə əlavə haqq almış satılan malların əsas hissəsəsinin pulunun toplanması ilə Şahid1 məşğul olduğunu, sonuncunun bu etibardan sui-istifadə etdiyini, satılan malların bir çox hissəsinin mağaza sahiblərindən nisyə kimi götürməklə T6 aldatdığını, Zərərçəkmiş şəxs5 tanımadığını, ondan yağları satıcılarının götürdüyünü, necə aldığını bilmədiyini, kimə və neçəyə satacaqlarını onun müəyyən etmədiyini, Mingəçevir şəhərində yerləşən "xxxx" firması ilə danışıqlar aparmadığını, Sahibin məhkəmə istintaqında dindirilməsini n son dərəcə əhəmiyyətli olduğunu, lakin məhkəmə tərəfindən vəsatətin əsassız rədd edildiyini, Zərərçəkmiş şəxs1 nisyə götürdüyü malları aldığı qiymətdən cuzi baha qiymətə satdıqdan sonra borcunu ödədiyini, zərərçəkmiş şəxslərdən heç birinin aldatmaq niyyətinin olmadığını, zərərçəkmiş kimi tanınmış şəxslər arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olmasını, bu səbəbdən əməlində cinayət tərkibi olmamışdır. Məhkəmə mötəbərliyinə ciddi şübhə doğuran bir neçə sübutu sadalayaraq belə nəticəyə gəlmişdir ki, göstərilən əməl cinayət tərkiblidir. Məhkəmənin gəldiyi bu nəticə yanlışdır. Həmçinin, X4 ifadəsində bildirmişdir ki, zərəzçəkmiş qismində olan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qarşı heç bir də ləduzluq etməmişdir. Ukraynaya getməkdə məqsədi orada bizneslə məşqul olmaq olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasi ya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərinin əsaslılığını cinayət işinin materialları üzrə yoxlayıb, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünə aşağıdakı məzmunda hüquqi qiymət verir. Müdafiəçinin kassasiya şikayətinin məzmunundan müəyyən edilir ki, kassasiya şikayətin də Məhkum barəsindəki ittiham hökmündə istinad edilən zərərçəkmiş şəxslərin və çoxsaylı şahidlərin ifadələrinə hər hansı irad bildirilməmiş, toplanmış sübutların mötəbərliyini şübhə altına alan hər hansı konkret dəlillərə istinad edilməmişdir. Kassasiya şikayəti ümumi müddəa xarakterli subyektiv mülahizələrlə əsaslandırılmışdır. Müdafiəçinin kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında baxılarkən məhkumun əməlində cinayət tərkibinin olmamasına dair dəlillər tam, hərtərəfli və obyektiv yoxlanılmış və həmin dəlillərin əsassızlığına hüquqi qiymət verilmiş və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi nəticələ rlə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ilə hökmü dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsi toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edib qiymətləndirərək, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsaslanmaqla yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün təqsirsizliyi barədə irəli sürdüyü dəlillər yöxlanılmış və həmin dəlillər mötəbər sübutlarla təkzib edildiyindən onların əsassızlığına hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəlmiş heç bir tədbir görməmiş, əksinə ölkəni tərk edərək bir müddət xarici ö lkələrin ərazisində qalmaqla zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməkdən yayınmışdır. Məhkum 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsində edilmiş dəyişikliklərə görə vurulmuş ziyanın ödənilməsi nəticəsində cinayət məsuliyyətindən azad edilməyənədək hüquqi vəziyyətinin yüngülləşdirilməsinə dair müddəaların olmasını da nəzərə almamışdır. Müdafiəçinin kassasiya şikayətində göstərilən Məhkum zərərçəkmiş şəxslərdən heç birini aldatmaq niyyətinin olmadığını, zərərçəkmiş kimi tanınmış şəxslər arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qatdasında həll edilməli olmasını bu səbəbdən əməlində cinayət tərkibinin olmaması dəlillə r heç bir mötəbər sübutla və normativ aktla əsaslandırılmamışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci və 2-ci bəndlərində izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və y a hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkum bir neçə dəfə müxtəlif məbləğlərdə pul alaraq, həmin pulları Zərərçəkmiş şəxs3 tam olaraq qaytarmış, bununla da özünə qarşı inam yaradaraq aralarında olan etibarlı münasibətdən sui-istifadə edib 2015-ci ilin sentyabr ayının əvvəllərində sonuncudan “Pampers” uşaq bezləri gətirmək adı ilə həmin dövrə uyğun məzənnə üzrə 104.820 manat olan 100.000 ABŞ dolları məbləğində pul alaraq, qısa vaxt ərzində qaytaracağı barədə yalan vəd verib həmin pulları əvəzsiz olaraq ələ keçirmiş və bundan sonra da daha iki epizod üzrə eyni əməlləri törətmişdir. Onun hərəkətləri göstərilən plenum qərarının izahlarına da uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumun cinayət əməllərinin hüquqi tövsifi ilə əlaqədar cinayət işinə baxmış Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2017-ci il tarixli hökmü və həmin hökmün dəyişdirilmədən saxlanması barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2017-ci il tarixli qərarı cinayət əməlinin hüquqi tövsifinə dair hissələrdə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin bu barədə dəlilləri təmin edilmədən saxlanmalıdır. Cinayət işinin materiallarından müəyyən edilir ki,cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyası məhkəmələrində icraat zamanı cinayət və cinayət prosessual qanunların po zulması, Məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi cəza təyini məsələsini həll edərkən təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurduğu zərəri tam şəkildə, Zərərçəkmiş şəxs5 isə vurduğu zərəri qismən, yəni 4800 manatını ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə bu halları və Azərbaycan Respublikası CM-nin 48.3-cü maddəsində sadalanan digər halları, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq cəzanın məqsədi barədə CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin etmişdir Mə hkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları üzrə yoxlayaraq hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi5 kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar