Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1211/2022 16.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Süleymanov Mərdəli Binəli oğlunun iştirakları ilə xx xxxx 2001-ci il tarixdə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu Şahnəzərli kəndi ndə qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.3.3cü maddəsi ilə, xx xxxxxx 1998-ci il tarixdə Dəvəçi (Şabran) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu Şahnəzərli kəndində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum4 Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Süleymanov Mərdəli Binəli oğlu və Məhkum4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə qapalı məhkəmə iclasında baxaraq Mü əyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən), Ə.Q.Quliyev və İ.X.Həsənzadə) Məhkum1 - Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum4 - Azərbaycan Respublikası CM-in 150.2.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 avqust 2020-ci il tarixdən hesa blanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 və Məhkum3 da təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxslər Məhkum1, Məhkum4 və Məhkum3 müdafiəçiləri, təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən, xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilməd ən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 2015-ci ilin iyun ayının əvvəllərində, axşam saat 18 radələrində, yaşadığı Şabran rayonu Şahnəzərli kəndində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə xx.xx.2003-cü il təvəllüdlü, 11 (on bir) yaşlı həmkəndlisi Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona bir məktəbdə oxuyan həmkəndliləri ilə qeyritəbii yolla cinsi əlaqədə olması barədə onda onun haqqında məlumatın olduğunu bildirərək, onunla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı ona təklif etmiş, təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla biabır edəcəyi ilə hədələmiş, sonuncu təklifini qəbul etməyib etiraz etdikdə, onun müqavimətini qırmaq üçün zor tətbiq edib döyməklə hədələyərək qolundan tutub zorla yaşadığı evdən təxminə n 20 metr aralıda olan su çəninin yanına aparmış, orada əynindəki şalvarı və tumanı çıxarıb erreksiya vəziyyətində olan cinsiyyət üzvünü zorla onun ağız boşluğuna yeridərək cinsi ehtirasını təmin etmiş, bununla da aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən, 2015-ci ilin iyul ayının təxminən əvvəllərində, axşam saat 17 radələrində, yaşadığı Şabran rayonu Şahnəzərli kəndində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə xx.xx.2003-cü il təvəllüdlü, 11 (on bir) yaşlı həmkəndlisi Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona bir məktəbdə oxuyan həmkəndliləri ilə qeyritəbii yolla cinsi əlaqədə olması barədə onda onun haqqında məlumatın olduğunu bildirərək, onunla da qeyri-təbii yolla cinsi əlaqədə olm ağı ona təklif etmiş, təklifini qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla biabır edəcəyi ilə hədələmiş, sonuncu təklifini qəbul etməyib etiraz etdikdə onun müqavimətini qırmaq üçün zor tətbiq etməklə hədələyib ayaq nahiyyəsinə təpiklə zərbə endirərək zorla onu yaşadığı evdən təxminən 20 metr aralıda olan su çəninin yanına aparmış, orada əynindəki şalvarı və tumanı çıxarıb erreksiya vəziyyətində olan cinsiyyət üzvünü zorla onun arxa keçəcəyinə yeridərək öz cinsi ehtirasını təmin etmiş, bununla da aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq etmişdir. Məhkum4 2018-ci ilin noyabr ayının təxminən axırlarında, saat 17 radələrində, yaşadığı Şabran rayonu Şahnəzərli kəndində, mərhum həmkəndlisi X8 məxsus evin həyətyanı sahəsində xurma yığarkən öz cinsi ehtirası nı təmin etmək niyyəti ilə xx.xx.2003cü il təvəllüdlü, 15 (on beş) yaşlı həmkəndlisi Zərərçəkmiş şəxs «işim var» bəhanəsi ilə aldadıb yanına çağırmış, orada ona X11 və digər həmkəndliləri ilə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə onda onun haqqında məlumatın olduğunu bildirərək onunla da qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, təklifi qəbul etməyəcəyi təqdirdə bu rüsvayedici məlumatları yaymaqla biabır edəcəyi ilə hədələmiş, sonuncu təklifi qəbul etməyib etiraz etdikdə müqavimətini qırmaq üçün zor tətbiq edib döyməklə hədələyərək qolundan tutub zorla onu həyətyanı sahədə yerləşən anbar kimi istifadə edilən «saray» adlandırılan tikliyə aparmış, orada əynindəki şalvarı və tumanı çıxarıb erreksiya vəziyyətində olan cinsiyyət üzvünü zorla onun ağız boşluğuna, daha sonra arxa keçəcəyinə yeridib öz cinsi ehtirasını təmin etmiş, bununla da aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı uşaqbazlıq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum1 yalnız Zərərçəkmiş şəxs ziddiyyətli ifadələri əsasında təqsirli bilinib məhkum edilmişdir. Məhkum1 özü isə həm ibtidai araşdırma zamanı, həm də işin məhkəmə baxışında özünü təqsirli bilməmiş, ümumiyyətlə, zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz hərəkətə yol vermədiyini bildirmişdir. Müdafiəçi həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs 2019-cu ilin mart ayında hüquq mühafizə orqanlarına verdiyi şikayət əsasında 17 nəfər kənd sakininin ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini göstərmiş, həmin şəxslərdən daha ağır cəza Məhkum1 verilmişdir. Müdafiəçinin fikrincə, bu halı ədalətli hesab etmək olmaz. Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkum qeyd edir ki, o, Zərərçəkmiş şəxs böhtan xarakterli ifadələri əsasında məhkum edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətləri nin təmin edilməsi barədə müdafiəçi M.Süleymanovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırı lmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum1 və Məhkum4 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisələrini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətlərdə məhkumların baş vermiş cinayət hadisəsi ilə heç bir aidiyyətinin olmaması, onların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsində “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 150.2-ci maddəsinə görə: “Eyni əməllər: 150.2.3. təqsirkar üçün aşkar surətdə yetkinlik ya şına çatmayan şəxs barəsində törədildikdəbeş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 150.3-cü maddəsinə görə: “Eyni əməllər: 150.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə— səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq e tməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma s əviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum1 və Məhkum4 əməlləri mötəbərliyi heç bir şüb hə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum1 CM-in 150.3.2-cü maddəsi ilə və Məhkum4 CM-in 150.2.3-cü maddəsi ilə müəyyən edil miş cinayət əməllərini törətmələri Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 Nəsrəddin oğlunun ifadələri ilə yanaşı, şahidlər Şahid5, X5, Şahid4, Şahid2, Şahid6 İsrafil oğlu və X6 ifadələri, komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 121 saylı rəyi, məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 458 saylı rəyi, məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 459 saylı rəyi, kompleks ambulator məhkəmə-psixatirik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 402 saylı rəyi, ambulator-məhkəmə psixiatirik ekspertizasının xx.xx.2020-ci il tarixli 1753 saylı rəyi, ambulator-məhkəmə psixiatirik ekspertizasının xx.xx.2020-ci il tarixli 1754 saylı rəyi və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam s übuta ilə tam sübuta yetirilir. Məhkumların heç bir cinayət törətməməsi barədə kassasiya şikayətlərində əks edilmiş mövqe isə həqiqəti əks etdirmir və məhkumların cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum1 əməlini CM-in 150.3.3-cü maddəsi ilə və Məhkum4 əməlini CM-in 150.2.3-cü maddəsi ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cinayət işində məhkumlar X2 və Məhkum4 bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 və Məhkum4 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzalarıını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkumlar Məhkum1 və Məhkum4 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143146- cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumların ittiham olunduğu cinayətlərin törədilmələrində təqsirli bilinmələri haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə hökmü qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum4 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı Məhkum1 müdafiəçisi və Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətl
Məhkəmə qərarları › İş №1(102)-1211/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1211/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver