Məhkəmə qərarları › İş №1(102)-1211/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1211/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1211/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRAR Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonunun Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, x kəndində yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinay ət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 1(106)-652/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 1(099)-469/2023 nömrəli hökmü ilə (hakimlər M.V.Məmmədov (sədrlik edən), N.H.Məmmədov və C.Ş.Səfərli) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü il tarixdən hesa blanmış, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), M.Ə.Bağırov və İ.Q.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2023-cü ilin fevral ayında, Lənkəran rayonunda istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz o laraq, iki ədəd şəffaf sellofan bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi - 12,006 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 6,533 qram; 5,473 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun külli miqdarda psixotrop maddələri əldə etməsi, üzərində gəzdirməklə daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 01 fevral 2023-cü il tarixdə saat 18:45 dəqiqədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Lənkəran rayonu Girdəni kəndində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, həmin tarixdə saat 19:25 dəqiqədə üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan gödəkçənin sağ yan cibindən 02 ədəd şəffaf selofan bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi - 12,006 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 6,533 qram; 5,473 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qər arının ləğv edilməsini, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasi ya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə onun təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, onun barəsində cinayət işi üzrə icraata b əraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edil məsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə “məhkumun özünün ibtidai istintaq zamanı verdikiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokollar, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi” əsas olmuşdur. Lakin Məhkum məhkəmə istintaqı zamanı ibtidai istintaq mərhələsində verdiyi ifadələrindən imtina etməklə yanaşı, psixotrop maddənin götürülməsi haqqında “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrinin, ümumiyyətlə işdə ola n sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Digər tərəfdən Məhkum ibtidai araşdırma dövründə vermiş olduğu ifadəsinə diqqət etdikdə sonuncu kənd ərazisində hərəkət edən zaman yolun kənarında iki bükümdə olan metamfetaminin tapdığını, onları götürdükdən sonra Lənkəran rayon Girdəni kəndinin ərazisində olan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Göründüyü kimi məhkum edilmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində əldə etdiyi psixotrop maddənin satmaq niyyətində olmadığını həmin maddəni yerdən tapdığını və psixotrop maddələrin dövriyyəsi ilə heç vaxt məşğul olmadığını bildirməsinə baxmayaraq birinci və apellyasiya məhkəmələri qeyd olunan ifadələri etirafedici ifadələr, həmçinin M əhkum qarşı irəli sürülmüş ittihamın (ondan aşkar edilmiş psixotrop maddənin məhz satış məqsədi ilə əldə etməsi təsdiq edən) əsasını təşkil edən əsas sübut kimi qiymətləndirmişdir. Belə vəziyyətdə (nə qədər ki, Məhkum ibtidai istintaq zamanı ondan götürülmüş 12,006 qram psixotrop maddə metamfetamin satış məqsədi olmadan tapdığını bildirdiyi, məhkəmə istintaqında isə hətta qeyd olunan ifadəsindən imtina etdiyi və digər sübutların saxtalaşdırıldığını iddia etdiyi halda), ittihamın düzgün həlli üçün Məhkum satış niyyətini təsdiq edən sübutların mümkünlüyünün, mötəbərliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Lakin nə birinci instansiya məhkəməsində nə də ki, apellyasiya məhkəməsində məhkum edilmiş şəxsin ifadəsi ibtidai istintaq zamanı əldə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq e dilmiş digər sübutlarlarla müqayisə təhlili aparılmadığından məhkəmə kollegiyasına aydın deyil, gercəkdən də Məhkum psixotrop maddələri şəxsi istifadə və ya satış məqsədi ilə əldə etmişdir. Bununla yanaşı məhkəmələr tərəfindən qəbul edilmiş məhkəmə aktlarına diqqət etdikdə müəyyən olunur ki, məhkəmələr «Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanuna və "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu və 11-ci bəndlərinə istinad etməklə, həlledici şəkildə psixotrop maddə olan metamfetaminin (12.35 qram) miqdarından və psi xotrop maddələrin ayrı-ayrı bükümlərə (2 bükümdə) ayrılmasından çıxış edərək Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə nəticəyə gəlmişlər. Ali Məhkəmənin Plenum qərarının məhkəmələrin istinad etdikləri müddəasında (9-cu bəndində) məhkəmələrə izah olunur ki, narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübu tlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən narkotik vasitəni xırda bükümlərə qablaşdırması, narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması, digər istehlakçılarla razılıq əldə etməsi kimi sübutlar başa düşülür. Məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, sonuncu psixotrop maddə olan metamfetamini yerdən tapdığını, qeyd olunan maddəni bükümlərdə tapdıqdan qısa müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin həyata keçirilmiş 01 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokollardan müəyyən olunur ki, Məhkum üzərində narkotik vasitələrin və ya psixotrop maddənin hazırlanması və ya ölçülməsi üçün avadanlıq aşkar edilməmişdi r. Bundan başqa 03 fevral 2023-cü tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, 03 fevral saat 17:50-dən 18:21-dək Məhkum yaşadığı Lənkəran rayonunun Girdəni kəndində yerləşən evində axtarış aparılmış lakin qeyd olunan ünvanda hər hansı narkotik vasitə, psixotrop maddə, onların prekursonları aşkar edilməmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, nə ibtida istintaq zamanı nə də məhkəmə baxışında Məhkum hər hansı mobil telefon nömrəsində istifadə edib etməməsi araşdırılmamış, heç qeyd olunan halın müəyyən edilməsi üçün cəhd belə göstərilməmişdir. Halbuki qeyd olunan hal təqsirli şəxsin narkotik vasitələri məhz satmaq niyyətində əldə etməsini, daşıması və ya saxlanılmasını təsdiq edən tutarlı sübut kimi çıxış edir. Eyni zamanda Polis şöbəsinin istintaq bölməsinə ibtidai araşdırma o rqanı tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana (Lənkəran ŞRPŞ-nə) Məhkum narkotik vasitələrin satışı ilə bağlı onların əlbir olduğu şəxslərin, habelə onların cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair verilmiş əməliyyat tapşırığına daxil olmuş cavab məktubundan görünür ki, Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini kimdən əldə etməsini, əvvəllər kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi psixotrop maddəni əldə edilməsi, saxlanılması, daşınması və güdülən məqsədlə bağlı hərtərəfli, tam və obyektiv araşdırılmanın aparlmadığı bir vəziyyətdə, həmçinin Məhkum sözügedən xüsusatlar barədə vermiş olduğu ifadələri (ibtidai istintaq zamanı) təkzib olunmadığı şə raitdə, cinayət təqibi orqanı və onun ardınca məhkəmələr nəyə əsasən Məhkum satış məqsədi ilə psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması haqqında nəticəyə gəliblər – bu kassasiya şikayəti müəllifinə aydın olmadığı kimi, məhkəmə kollegiyasına da aydın deyil. Təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üz rə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə m ümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığın a dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi i lə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların tədqiqinə dair cinayət-prosessual qaydalara (CPM-in 143-146-cı maddələrinə) əməl olunmadan əldə edilmiş – Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmələri, saxlamaları və daşımaları dair nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələr dən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onların məzmununa və irəli sürülmüş apellyasiya tələblərinin xarakterinə adekvat olan prosedura uyğun təkrarən baxılmalıdır. Odur ki, məhkumun kassasiya şikayəti ilə əlaqədar müəyyən edilən hallar məhkəmə qərarının kassasiya qaydasında məhkuma münasibətdə ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntular kimi çıxış edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 1(106)-652/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 31 oktyabr 2023-cü il tarixli, 1(106)-652/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar