Məhkəmə qərarları › İş №1(102)-1211/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1211/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1211/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəfərova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 2024-cü il 18 aprel tarixli, 1(105)-151/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər F.Z.Hümbətov (sədrlik edən) A.T.Rzayeva və H.S.Əliyevdən ibarət tərkibdə) 2023-cü il 21 dekabr tarixli, 1(124)718/2023 nömrəli hökmü ilə 2 sentyabr 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 46, mənzil 52-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi bağ evində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəz a çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 1 iyul 2023cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə əlavə vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə) 2024-cü il 18 aprel tarixli, 1(105)-151/2024 nömrəli q ərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan “Nasir” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə əldə edib ona verdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin 400 manat müqabilində deyilən yerlərə qoyulmaqla satışını həyata keçirməkdə vasitəçilik etmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə bir qrup şəxs halında satış məqsədi ilə “Nasir” adlı şəxsin Abşeron rayonu, Novxanı kəndi, kənd qəb irstanlığında qoydurduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil olan bir ədəd bükümdə 1058,3 qram çəkidə külli miqdarda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil olan bir ədəd bükümdə çəkisi 300,5 qram külli miqdarda psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini götürüb qanunsuz əldə edib üzərində saxlamış və daşımış, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19 radələrində qeyd olunan ərazidə şübhəli şəxs qismində saxlanılıb Abşeron RPİ-yə gətirilərək, orada xx.xx. 2023-cü il tarixdə saat 00:50-dən saat 01:03-ə kimi üzərinə şəxsi axtarış keçirərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı bir ədəd bükümdə 1058,3 qram çəkidə külli miqdarda qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin, bir ədəd bükümdə 300,5 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində heroin və metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, cinayət işinin materialları ilə tanış olduqdan sonra ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi Məhkum prosessual hüquqlarının kobud şəkildə pozulduğu müəyyən etmişdir. Belə ki, cinayət işinin mat eriallarında hadisə yeri olaraq, yəni müvəkkili Məhkum polis əməkdaşları tərəfindən saxlanma yeri olaraq Novxanı kənd qəbristanlığı göstərilsə də, əslində isə o, Novxanı kənd qəbristanlığından təxminən 15 kilometrlik məsafədə yerləşən Sumqayıt şəhəri, Novxanı bağlar massivi adlanan ərazidə yerləşən bağ evində saxlanıldığını göstərmişdir. Həmçinin Məhkum Azərbaycan Respublikası Konstitusiyasının 66, Azərbaycan Respublikası CPM-nin 20-ci maddələrinə əsasən özünə qarşı ifadə verməmək hüququnun olmasına baxmayaraq göstərilən hüququnun olması faktiki olaraq ona izah edilməmiş, ifadəsi psixi və fiziki təzyiq ilə faktiki olaraq müdafiəçinin iştirakı olmadan alınmışdır. Eləcə də, cinayət işinin materialları ilə tanışlıq zamanı birinci instansiya məhkəməsində aparılan icraat zamanı Məhkum məhkəmə i stintaqına verdiyi sərbəst ifadələrinin təhrif olunduğu, həmçinin iş üzrə mühüm əhəmiyyət kəsb edən halların isə ümumiyyətlə araşdırılmaması müəyyən edilmiş, bu səbəbdən də, həmin halların araşdırılması üçün apellyasiya instansiyası məhkəməsindən apellyasiya şikayətinə məhkəmə istintaqının qismən təzələnməsi və əlavə sübutların tələb edilməsi ilə baxılması tələb edilmişdir. Müdafiəçi bildirmişdir ki, birinci instansiya məhkəməsi göstərilən həcmdə narkotik vasitə və psixotrop maddənin təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum həmin vaxt əynində olan qara rəngli şalvar və ya qısa şortun cibinə yerləşib-yerləşməməsi kimi təqsirləndirilən şəxsin müdafiə hüququ ilə sıx bağlı olan və məhkəmə istintaqının tam, hərtərəfli və obyektiv araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən ha lları ümumiyyətlə araşdırmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum qabaqcadan əlbir olub cinayət əlaqəsinə girən bir qrup şəxs əlaməti ilə ittiham elan edilməsinə baxmayaraq cinayət işinin materiallarından Məhkum kiminlə, nə vaxt cinayət əlaqəsinə girdiyi, həmin şəxsin şəxsiyyəti, nə vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı sövdələşdikləri, həmçinin əvvəllər kimlərə isə narkotik vasitə və ya psixotrop maddə satması hallarının olub-olmaması müəyyən edilməmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli, 1(105)151/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qə bul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqi nin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, gös tərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və c inayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiəçi tərəfindən verilm iş kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi, məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə geniş araşdırma aparılmış, sübutlar yenidən tədqiq edilərək hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən əməllərin törədilməsi qənaətinə gəlinmiş, eyni zamanda, məhkuma qanuni, əsaslı və ədalətli cəza təyin edilməsi nəticəsinə gəlinməklə, onun cəzasının yüngülləşdirilməsi üçün əsasların mövcud olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiy ası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci mad dəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.4.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli, 1(124)-718/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsir li bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli, 1(105)151/2024 nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar