Məhkəmə qərarları › İş №1(102)-1212/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1212/2018

17.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1212/2018 17.10.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1212/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 11 oktyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə; Röya Əli qızı Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ramil Həsənov), Məhkum, xx xx 1996-cı il tarixdə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Biləsu var rayonu, Əliabad kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, nömrəsiz evdə yaşamış, xx xx 2018-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun 31 yanvar 2018-ci il tarixindən xx xx 2018-ci il tarixədək tutuldugu iki gün müddət ona təyin edilmiş cəzadan CM-in 69.3-cü maddəsinə əsasən çıxılaraq o, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etma cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xx2016-cı il tarixli hökmünə əsasən CM-in 177.1-ci maddəsi ilə ona təyin edilmiş 1000 manat cərimə cəzasının çəkilməmiş 900 manat hissəsi ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkki z) gün müddətinə təyin edilmiş cəza ilə CM-in 67.1-ci maddəsinə əsasən tam birləşdirilmiş və o, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 900 manat cərimə cəzasına məhkum edilmiş, CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xx2018-ci il tarixindən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xx 2017-ci il tarixdə saat 23 radələrində X3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bahar yaşayış massivində yerləşən nömrəsiz ünvanının həyətində yerləşən evin pəncərə şüşəsini sındırmaqla saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla, oradan 280 manat dəyərində bir ədəd “Samsung” markalı televizoru, istifadə olmuş, üzərində “XXXX” markalanma yazısı olan 150 manat dəyərində bıçaq-qaşıq dəstini və 20 manat dəyərində istifadə olmuş, üzərində “Kinq” markalanma yazısı olan ütünü gizli oğurlayaraq zərərçəkmiş şəxs X3 cəmi 450 manat ziyan vurmuşdur. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Şamayev, hakimlər Sahibxan Mirzəyev və Faiq Qasımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xx2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən onun anasının xəstə olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi və iş üzrə digər halları nəzərə almadan onun barəsindı ədalətsiz və qeyri-humanist qərar qəbul etmişdir. Kassator yuxarıda göstərilənlərə əsasən, barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının dəyişdirilməsini və ona həbslə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyr ənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı C çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. Kassatorkassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, iş üzrə onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bununla bağlı bir neçə dəlilə istinad etmişdir. Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir ə sas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən zərərçəkmiş şəxs və şahidin bir-birinə uyğun olan ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əm əlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası bunlarla yanaşı qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, iş üzrə tam, hərtərəfli və obyektiv tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etmə yi zəruri hesab edir: Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən onun törətmiş olduğu cinayət əməlini etiraf etməsini və səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onunxx xx2018-ci il tarixindən xx xx 2018-ci il tarixədək tutuldugu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan CM-in 69.3-cü maddəsinə əsasən çıxılaraq o, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etma cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xx2016-cı il tarixli hökmünə əsasən CM-in 177.1-ci maddəsi ilə ona təyin edilmiş 1000 (min) manat cərimə cəzasının çəkilməmiş 900 manat hissəsi ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə təyin edilmiş cəza ilə CM-in 67.1-ci maddəsinə əsasən tam birləşdirilmiş və o, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 900 manat cərimə cəzasına məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında “birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxs iyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir”- qənaətinə gələrək hökmü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır, onu əsaslı hesab edir və kassatorun bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərb aycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyası bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Hökmdən müəyyən olunur ki, Məhkum da təqsirli bilindiyi CMin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddi- 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Abşeron Rayon Məhkəməsinin xx xx2016-cı il tarixli hökmünə əsasən CM-in 177.1-ci maddəsi ilə ona təyin edilmiş 1000 (min) manat cərimə cəzasının çəkilməmiş 900 manat hissəsi ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə təyin edilmiş cəza ilə CM-in 67.1-ci maddəsinə əsasən tam birləşdirilmiş və o, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 900 manat cərimə cəzasına məhkum edilmişdir. Odur ki, istər göstərilən qanun müddəalarının tələbləri baxımından, istərsə də Ali Məhkəmənin qeyd edilən Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, işə baxan məhkəmələr tərəfindən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ədalətsiz hesab etmək olmaz. Məhkəmə kollegiyası belə hesab edir ki, Məhkum onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, həmçinin iş üzrə cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla kifayət qədər ədalətli cəza təyin edilmişdir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini mümkün hesab etmir və apellyasiya insta nsiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması əsaslı və məqsədə müvafiqdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA AL D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum ba rəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar