Məhkəmə qərarları › İş №1(102)-1212/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1212/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1212/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əhməd Quliyev (sədrliyi və məruzəsi), Azər Paşayev və İradə Həsənzadə) 07 oktyabr 2021-ci il tarixli, 1(101)-1269/2021 nömrəli hökmü ilə xx xxx 1982-ci il tarixdə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona CM-in 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2020-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Nadir Kəraməti» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Nadir Kəraməti» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Nadir Kəraməti» adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi k ülli miqdarda ümumi təmiz çəkisi 24896,93 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 1870 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki və külli miqdarda ümumi təmiz çəkisi 3275 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Məhkum əvvəlcədən məlumat verdikdən sonra Məhkum Masallı rayonu, Sarı Cəfərli kəndi ərazisində yerləşən Sarı Cəfərli kənd əsas məktəbinin yaxınlığından 02 iyun 2020-ci il tarixdə 01 ədəd boz rəngli çantada götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı ünvan 2 ünvanında mənzilin giriş qapısından sol tərəfdə yerləşən dolabda saxlamış, 06 iyun 2020-ci il tarixdə Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 06 iyun 2020-ci il tarixdə, saat 13:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən satış məq sədilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 11,930 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyataxtarış tədbirlərinin davamı olaraq Məhkum yaşadığı ünvan 2 ünvanına öz razılıq ərizəsi ilə baxış keçirilən zaman yaşadığı mənzilin giriş qapısının sol tərəfində yerləşən dolabda olan 01 (bir) ədəd boz rəngli çantanın içərisindən 05 ədəd qara rəngli bağlamada ayrıayrılıqda təmiz çəkiləri 3145 qram, 4280 qram, 6280 qram, 6020 qram və 5160 qram olmaqla ümumi təmiz çəkisi 24885 qram üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 910 qram və 960 qram olmaqla ümumi təmiz çəkisi 1870 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 02 ədəd qara rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1960 qram və 1315 qram olmaqla ümumi təmiz çəkisi 3275 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 12 yanvar 2022-ci il tarixli 1(103)-150/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini, ünvan 3-da saxlanılmış 150 kq narkotik vasitənin kimə və kimlərə məxsus olmasının araşdırılması üçün cinayət işinin təkrar istintaqa qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, verilmiş ittihama əsasən o, 06 iyun 2020-ci il tarixdə həftənin 6-cı günü, Bakı şəhərində sərt karantin rejiminin tətbiq olunduğu ilk gün ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Əslində isə o, 05 iyun 2020-ci il tarixdə yaşadığı ünvan 5-ə təxm inən saat 13 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, orada təxminən saat 18 qədər saxlanılmışdır. 05 iyun 2020-ci il tarixdə saat 18 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin 3 nəfər əməkdaşı Surxay ( ***-***-**-**), Ələkbər ( ***-*****-**) və adını bilmədiyim 3-cü şəxs ( ***-***-**-**) onu “Reno” markalı avtomobilə oturdaraq Masallı rayon ərazisinə aparmışlar. Masallı rayonuna aparılarkən yolda öz mobil telefonu olmasına baxmayaraq (***-***-**-**) ailə üzvləri ilə əlaqə saxlamaq istədikdə adını bilmədiyi 3-cü polis əməkdaşı öz mobil telefonunu ona verərək o, ailə üzvləri ilə əlaqə saxlamışdır. O, (***-***-**-**) nömrəsindən ailə üzvləri ilə əlaqə saxlanmışdır. Ailə üzvlərinin telefonunda həmin nömrədən gələn zənglər sübut növü kimi saxlanılır. Masallı rayon ərazisində Sarıcəfərli kənd məktəbinin yaxınlığında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 2 nəfər hərbi geyimli şəxsə yaxınlaşaraq 5 ədəd boz rəngli çantaları qəbul edərək avtomobilə yükləmişlər və onlar birlikdə geriyə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. 05 iyundan 06 iyuna keçən gecəni Baş Narkotiklərlə Mübarizə İdarəsində qalmışdır. İdarədə 01 ədəd ümumi çəkisi 11,972 qram narkotik vasitə heroini onun qarşına qoyaraq narkotik vasitənin ona məxsus olduğunu bildirmişlər və rəsmiləşdirilmişdir. 06 iyun 2020-ci il tarixdə həftənin 6-cı günü Bakı şəhərində sərt karantin rejiminin tətbiq olunduğu ilk günü Baş Narkotiklərlə Mübarizə İdarəsinin adı çəkilən hər üç əməkdaşı və Nəcəf adlı təhqiqatçı onu avtomaşına otuzduraraq ünvan 3 ünvanına gətirmişlər. 05 iyun 2020-ci il tarixdə Masallı rayonu ərazisindən avtomobilə yüklənilərək gətirilən 5 ədəd boz rəngli çantaları həmin ünvanda yerləşdirmişlər. Təhqiqatçı və əməkdaşlar çantalarda olan 150 kq narkotik vasitənin ona məxsus olduğunu bildirərək rəsmiləşdirmək tapşırığını aldıqlarını lakin guya ona yazıqları gəldiyi üçün 1 ədəd boz rəngli çantada olan narkotik vasitəni rəsmiləşdirəcəklərini və bu minvalla ona nisbətən az iş veriləcəyini xəbərdar etmişlər. Əlavə olaraq bildirmişlər ki, birazdan çəkiliş aparılacaq ona görə də çəkiliş zamanı narkotik vasitənin guya ona məxsus olmasını etiraf etməlidir. Çəkiliş zamanı o, ona öyrədildiyi kimi narkotik vasitəni 02 iyun 2020-ci il tarixdə Masallı rayonu ərazisindən gətirdiyini qeyd edərkən kənar dan ona verilən əl işarəsi əsasında M.Hadi ev 73, mənzil 40-ı 04 iyun 2020-ci il tarixdə kirayələdiyini demək məcburiyyətində qalmışdır. Həmin vaxt ona imza etdirilərək cibinə qoyulan müqavilədə mənzilin 04 may 2020-ci il tarixdə kirayələndirildiyi göstərilmişdir. Həmin dövrdə - 04 may 2020-ci il tarixdə o, 15 saylı cəza çəkmə müəssisəsində olmuşdur və 22 may 2020-ci il cəzanın sonu ilə azadlığa buraxılmışdir. (Kirayə müqaviləsi cinayət işinin materiallarına əlavə olunmuşdur). Cinayət işinin bu halları müəyyən etmək üçün o, dəfələrlə məhkəmələr qarısında onun və 05 iyun 2020-ci il tarixdə onu saxlamış və onunla birlikdə Masallı rayonuna getmiş polis əməkdaşlarının mobil telefonlarının anten dairələri barədə məlumat götürülməsi və ailə üzvlərinin dindirilməsi barədə vəsatətlər vermiş, lakin həmin vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyas ı məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən cinayət işi üzrə sübutlar kifayət qədər araşdırılmamış, onun təqsirsizliyini təsdiq edən işin hallarının araşdırılması barədə vəsatətlərinə baxılmamış, nəticədə onun cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Göründüyü kimi Məhkum ona qarşı irəli sürülmüş ittihamda öz təqsirsizliyini mübahisələndirir və bunun üçün öz ifadəsində göstərilən onun təqsirsizliyini təsdiq edən halların müəyyən edilməsi üçün məhkəmələr qarşısında vəsatətlər qaldırmışdır. Kassasiya şikayəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət tə qibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 121.2-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulm uş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. İbtidai istintaq orqanı Məhkum ittiham elan edərkən, eləcə də, birinci instansiya məhkəməsi onu Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən şəxsi axtarış və götürmə aparılması haqqında 06 iyun 2020-ci il tarixli protokola, baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan narkotik maddənin götürülməsi haqqında 06 iyun 2020-ci il tarixli protokola əsaslanmışlar. İş üzrə əldə edilmi ş digər sübutlar Məhkum üzərinə baxış keçirilməsi zamanı iştirak etmiş şəxslərin ifadələri və narkotik maddənin aşkar edilməsi ilə əlaqədar olan sübutlardır. Həmin sübutlardan görünür ki, 06 iyun 2020-ci il tarixdə Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 06 iyun 2020-ci il tarixdə, saat 13-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanının yaxınlığında saxlanılaraq Baş N arkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Orada Məhkum üzərində şəxsi axtarış aparılmış və 11,930 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Məhkum yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73, 40 №-li mənzilə baxış keçirilmiş və orada 24.885 qram narkotikvasitə heroin, 1.870 qram narkotik vasitə tiryək, 3.275 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum barəsində ittiham hökmü yalnız maddi sübutlarla, yəni təhqiqatçı tərəfindən Məhkum üzərində və yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddənin aşkar edilməsinə əsasən çıxarılmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkum məhkəmə iclasında ifadəsində bildirmişdir ki, nə onun üzərində, nə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73, 40 №-li mənzildə aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus deyil. O, Surxay və Ələkbər adlı, habelə digər polis əməkdaşları tərəfindən ittihamda göstərildiyi kimi 6 iyun 2020-ci l tarixdə deyil, 05 iyun 2020-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında saxanılmış və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Həmin gün Surxay, Ələkbər və adını bilməyən 1 nəfər polis əməkdaşları ilə Baş Narkotiklərlə Mübarizə İdarəsindən Reno markalı avtomaşınla Masallı rayonuna çıxmışlar. Masallı rayonunda polis əməkdaşları naməlum şəxslərlə görüşmüş və onlardan bir neçə çantada narkotik vasitə götürüb, Bakıya yola çıxmışlar. Gecə saat 1-də Bakıya çatmışlar. Gecəni Baş Narkotiklərlə Mübarizə İdarəsində keçirmişlər. 06 iyun 2020-ci il tarixdə saat 11-də Masallı rayonundan gətirildiyi narkotik vasitələri polis əməkdaşları tərəfindən onun kirayə götürdüyü ünvan 2 ünvanına qoyulmuş və yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıtmışlar. Bundan sonra polis əməkdaşları narko tik vasitənin üzərinə götürməsini onu məcbur etmişlər. Məhkum onun yuxarıda qeyd edilən ifadəsində göstərilən halların yoxlanılması üçün birinci instansiya məhkəməsində dəfələrlə onun və polis əməkdaşlarının istifadələrində olan mobil telefonlarının 5-6 iyun 2020-ci il tarixlərdə dislokasiyası (anten dairələri) barədə məlumatların alınması və onun ailə üzvlərinin dindirilməsi barədə vəsatətlər vermişdir. Birinci instansiya məhkəməsi məhkumun vəsatəti əsasında 15 iyul 2021-ci il tarixdə anten dairəsi və telefon danışıqlarına dair məlumatların müvafiq mobil operatorlarından götürülməsi barədə qərar çıxarılmış və mobil operatorlarından daxil olmuş məlumatları tədqiq edərək nəticəyə gəlmişdir ki, məhkumun ifadəsində göstərilən hallar və gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə ko llegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkumun işin hallarının tam, hərtərəfli və obyektiv baxılmasına yönəldilmiş bu vəsatətlərinə tam baxılmadığı səbəbindən məhkəmələrin məhkumun ifadəsində göstərilən halların və gətirdiyi dəlillərin öz təsdiqini tapmamasına dair gəldiyi nəticə əsaslı deyil. Belə ki, birinci instansiya məhkəməsi anten dairəsi və telefon danışıqlarına dair məlumatların müvafiq mobil operatorlarından götürülməsi barədə 15 iyul 2021-ci il tarixli qərarında polis əməkdaşlarının istifadələrində olmuş mobil telefon nömrələri düz, yəni vəsatətdəki kimi göstərsə də, məhkumun özünün istifadəsində olmuş mobil telefon nömrəsini ***-***-**-** kimi deyil, səhvən ***-***-**-** kimi göstərmişdir. Həmin qərar əsasında alınmış və cinayət işinə əlavə edilmiş *** -***-**-** mobil telefon nömrəsinə (məhkumun vəsatətində bu nömrə Surxay adlı polis əməkdaşının istifadəsində olmuş kimi qeyd edilmişdir) aid "xxxx" MMC-nin məlumatına əsasən həmin nömrə 05 iyun 2020-ci il tarixdə gün ərzində Bakı şəhəri, Nizami rayonu, 8 km park ərazisində (Çobanzadə küçəsinin yerləşdiyi yer), saat 19:48-də Bakı şəhəri, A.Abbaszadə,19 ünvanında (Baş Narkotiklərlə Mübarizə İdarəsinin ünvanı Bakı şəhəri, A.Abbaszadə,17), saat 22-dən sonra isə Masallı rayonun ərazisində yerləşən anten dairələrində olmuşdur. Birinci instansiya məhkəməsi məhkumun istifadəsində olan mobil telefonunun ***-*****-** nömrəsinə aid olmayan, səhvən almış ***-***-**-** telefon nömrəsinin dislokasiyası barədə məlumata əsasən nəticəyə gəlmişdir ki, Məhkum ifadəsində göstərilən hallar və dəlillər təsdiq olunmur. Məhkumun ailə üzvlərinin dindirilməsi və telefonlara baxış keçirilməsi barədə vəsatətlərə isə məhkəmə tərəfindən ümumiyyətlə münasibət bildirilməmişdir. Göründüyü kimi işə baxan məhkəmələr təqsirləndirilən şəxs Məhkum təqsirini müəyyən edən sübutların tədqiq edilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 121.2 və 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmişdir. Belə ki, işin materiallarında olan hələ ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum dəfələrlə yazdığı vəsatətləri əsassız rədd edilmiş, bundan sonra məhkəmələr də təqsirləndirilən şəxs Məhkum vəsatətləri faktiki olaraq təmin etməmişdir. Məhkəmə kollegiyasının fikrincə təqsirləndirilən şəxs Məhkum vəsatətlərində qaldırılan məsələlərin yoxlanılması işin halların tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. İşdən görünür ki, birinci instansiyası məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsində Məhkum xahiş edilmişdir ki, cinayət işi üzrə vəsatətlər təmin edilsin və anten dairələri müəyyən edilsin, onun tərəfindən qaldırıldığı məsəllər təkrarən araşdırılsın. Apellyasiya instansiyası məhkəməsini n qərarından isə görünür ki, məhkəmə aşağı instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmiş, vəsatətlərin araşdırılması təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmu şdur. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə işə baxarkən həmçinin, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 144 və 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair ma teriallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbi q edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsi nin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum apellyasiya şikayətinin dəlillərinin əsasız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfindən təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilə nlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2022-ci il tarixli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılma lı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar