Məhkəmə qərarları › İş №1(102)-1212/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1212/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1212/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2023-c ü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi3 Aslan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Müşfiq Məmmədov (sədrlik edən və məruzəçi), Neymət Məmmədov və Cavid Səfərlidən ibarət tərkibdə) 1(099)-453/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1970-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Ağdam rayonunun Xındırıstan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsi rli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının ortalarında tanışı Məhkum və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayıb daşıma barədə, habelə Təqsirləndirilən şəxs cinayətkar qrupun digər üzvləri ilə Azərbaycan Respublikasının gömrük s ərhəddindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitələri əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İİR vətəndaşı olması ehtimal edilən şəxsiyyəti məlum olmayan şəxslə danışaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələrin əldə edilib saxlanmaqla daşınaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra Azərbaycan Respublikasının ərazisində birlikdə satıb pulunu onunla böləcəkləri barədə qabaqcadan vəd verib razılaşaraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan razılaşmaya uyğun olaraq həmin şəxsin satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirərək məlum olmayan tarixdə və vaxtda Cəlilabad-Fərzili kənd yolunun üzərində yerləşən, “Fərzili kəndi” yazısı olan məlumat lövhəsinin yanına qoyduğu külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün qabaqcadan əlbir olduğu tanışı Məhkumla birlikdə Bakı şəhərindən Cəlilabad şəhəri ərazisinə gəldikdən sonra Cəlilabad-Fərzili kənd yolu ilə piyada hərəkət edərək qeyd edilən məlumat lövhəsini n yaxınlığına gəlib Məhkumla aralarında olan cinayətkar razılaşmaya əsasən içərisində 01 ədəd bükümdə təmiz çəkisi 109,908 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə təmiz çəkisi 79,941 qram külli miqdarda narkotik vasitə tiryək olan bir ədəd üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış qara rəngli sellofana yerləşdirilmiş bükülünü satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən bir neçə addım kənara daşımış, 18 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad-Fərzili kənd yolu ərazisində Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu tanışı Məhkum ilə birlikdə saxlanılmış və Cəlilabad RPŞ-yə aparılmışd ır. Cəlilabad RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli paltonun sağ yan cibindən Məhkumla birlikdə satıb pulunu bölmək barədə qabaqcadan vəd etdikdən sonra külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əldə etdikləri bir ədəd qara rəngli sellofanda olan bükülünün içərisindən şəffaf sellofana yerləşdirilmiş bükümdə təmiz çəkisi 109,908 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana və bir ədəd şəffaf sellofana yerləşdirilmiş bükümdə təmiz çəkisi 79,941 qram külli miqdarda narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), İlkin Abdullayev və Məhəmməd Bağırov) 05 dekabr 2023-cü il tarixli 1(106)-699/2023 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 1(099)-453/2023 nömrəli hökmü Məhkum münasibətdə dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilmiş o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmdən Məhkum Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri satış məqsədilə əldə etməsinə və ona CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, hökm Məhkum aid qalan hi ssələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum Müdafiəçi3 apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2023-cü il tarixli 1(106)-699/2023 nömrəli qərarının Məhkum dair hissədə ləğv edilməsini, onun hərəkətlərində cinayət tərkibi olmadığına görə Məhkum bəraət verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinın yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əh əmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, kassator hesab edir ki, cinayət işi üzrə müəyyən edilmiş hallar – narkotik vasitənin miqdarı və məhkumun narkotik vasitədən psixi və fiziki asılılıq olmaması onun həmin narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsinə dəlalət edir. Lakin, apellyasiya məhkəməsi Məhkum qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi və saxlaması kimi yanlış nəticəyə gəlməklə əməlin tövsifində səhvə yol vermişdir. Kassator məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, şəxsin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu sa tış məqsədilə əldə etməsi, onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, həmin maddənin hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Ona görə ki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Natiq Cəfərovun istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 Aslan oğlu kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız olaraq nəticəyə gəlmişlər ki, Məhkum Təqsirləndirilən şəxsla bir qrup şəxs halında cinayət törətmişlər. Məhkum cinayət törədilməsində iştirakı cinayət işi üzrə toplan mış sübutlarla təsdiq olunmur. Məhkəmənin Məhkum Təqsirləndirilən şəxsla birlikdə cinayət törədilməsində iştirak etməsi barədə məhkəmələrin gəldiyi nəticə işin materiallarına və sübutlara uyğun gəlmir, hətta sübutlarla təkzib olunur. Kassator hesab edir ki, Məhkum əməli sübuta yetmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti qismən təmin olunmalı, kassasiya şikayəti təmin olunmamalı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsi və nəticə etibarı ilə təqsirləndirilən şəxs Məhkum əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Kassasiya şikayətinin başlıca dəlili isə təqsirləndirilən şəxs Məhkum əməlində hər hansı cinayət tərkibi olmadığına baxmayaraq, barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası CM-in 2 34.4.1 və 234.4.3-cü maddəsinin dispozisiyasına əsasən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş olsun. Satış məqsədi olmadan bu əməlin törədilməsi CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları; təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat z amanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum digər məhkum T əqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törədilməsində iştirakı həmin sübutlarla təsdiq olunmuşdur. Həmin nəticəyə gələrkən, apellyasiya məhkəməsi sübutların məcmusuna qiymət vermiş, Məhkum cinayətdə iştirak etməməsi barədə ifadələri həm işin hallarına zidd olduğundan, həm də digər Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə ilə təkzib edildiyindən həqiqətə olmayan, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi bu barədə gəldiyi nəticəni qərarda əsaslandırmış, həmin sübutlar Məhkum Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olarkən cinayət törədilməsində işt irakı barədə yekun və mötəbər nəticəyə gəlmək imkan verir. Belə ki, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs izahatında və ifadələrində, Məhkumla üzləşdirmədə, habelə şəxsi axtarış zamanı göstərmişdir ki, o, 17 yanvar 2023cü il tarixdə Çərkəzlə mobil telefonda danışarkən İranlı tanışının olduğunu ona bildirmiş və İranlının ona marixuana gətirəcəyini demişdir. Məhz həmin vaxt Çərkəz ondan xahiş etmişdir ki, İranlıya desin ki, sonuncu ona da tiryək gətirsin. Çərkəz həm də bildirmişdir ki, İranlının göndərəcəyi tiryəkə görə ona (Mahirə) 150 manat pul verəcəkdir. Qeyd edilməlidir ki, Məhkum ifadələrində Təqsirləndirilən şəxs ona qarşı yalan ifadə verməsini iddia etməsinə baxmayaraq, sonuncunun hansı səbəbə görə ona qarşı belə ifadə verməsinin səbəblərini izah edə bilməmişdir. Həmçinin Məhk um cinayət törədildiyi tarixdə Bakı şəhərindən Cəlilabad rayonuna toyda iştirak etmək üçün gəldiyi barədə ifadəsi də işin faktiki hallarına və onun Calilabad şəhərinə gəldikdən sonra etdiyi hərəkətlərinə uyğun olmamış və faktiki olaraq həmin hərəkətlərlə təkzib edilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum cinayətdə iştirakının sübut olunmamasına dair dəlilləri əsassız hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi cinayət işi üzrə mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyasının fikrincə Məhkum tərəfində əldə edilmiş narkotik vasitə olan tiryəkin miqdarının 79,941 qram olması onun həmin narkotik vasitən i əldə etmək məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hal kimi çıxış edə bilməz. Kassasiya protestinin bu barədə dəlili əsassızdır. Ona görə də, apellyasiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, məhkumun narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin miqdarı ilə yanaşı, belə niyyətini təsdiq edən məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satılmasını hazırlamaq üçün məhkum tərəfindən müəyyən hərəkətlərin edilməsi, onda bunun üçün müvafiq avadanlığın aşkar edilməsi və işin digər halları nəzərə alınmalıdır. Ümumiyyətlə, cinayət işinin materiallarında narkotik miqdarından başqa Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair hər hansı sübut və ya dəlil, o cümlədən Ali Məhkəmə Plenumunun yuxa rıda qeyd edilən qərarının 9-cu bəndində göstərildiyi kimi, onun istehlakçı ilə qabaqcadan razılıq əldə etməsi, narkotik vasitəni xırda bağlamalara ayırması, satmağa cəhd etməsi kimi hallar müəyyən edilməmişdir. Məhkum özü də narkotik satışı ilə məşğul olmasını inkar edir. Beləliklə, işin hallarını nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum cinayət törədilməsinə aidiyyətinin olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, Məhkum narkotik vasitə olan külli miqdarda tiryəki (satış məqsədli olmasa da) əldə etmək üçün Təqsirləndirilən şəxs sifariş verməsi və onu sonuncu ilə birlikdə qanunsuz olaraq əldə etməsi cinayət işi üzrə sübutlarla müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin Məhk um əməlinin tövsifi ilə əlaqədar mövqeyi məhkəmə tərəfindən qəbul edilmiş cinayət işinin digər halları ilə uzlaşmır. Belə ki, birinci instansiya məhkəməsi bu əmələ görə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək məhkum etmişdir. Təqsirləndirilən şəxs həmin hökmdən ona münasibətdə apellyasiya şikayəti verməmiş, onun barəsində hökm qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CPM-in 397.5-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Göründüyü kimi həmin norma imperativ xarakter daşıyır. İş materiallarından görünür ki, apellya siya məhkəməsi Məhkum narkotik vasitənin qanunsuz əldə edilməsi ilə əlaqədar cinayət əməlini Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və külli miqdarda törətməsini müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı qərarla Məhkum törətmiş olduğu əməldən “satış məqsədi” tövsif edici əlaməti birinci instansiya məhkəməsi hökmündən çıxararaq, nəzərə almamışdır ki, hər iki məhkuma ittiham sürülməsi üçün əsas Təqsirləndirilən şəxs aşkar edilmiş 79,841 qram narkotik vasitə tiryək, 109,858 qram narkotik vasitə qurudulmuş marixuana olmuş, həmin narkotik vasitələrdən yalnız Məhkum sifariş etdiyi tiryək külli miqdarda olmuşdur. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum satış məqsədi olmadan 79,941 qram tiryəki Təqsirləndirilən şəxsla qaba qcadan əlbir olan bir qrup şəxs halında törətməsi barədə nəticəyə gəlsə də, eyni cinayətdə qabaqcadan əlbir olan bir qrup şəxs halda iştirak etmiş Təqsirləndirilən şəxs əməllərinin fərqli tövsif edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bu barədə heç bir əsaslandırma aparmamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə m üvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Apellyasiya instansiyası məhkəməsi bir qrup şəxs tərəfindən eyni cinayət əməlini törətmiş Məhkum və Təqsirləndirilən şəxs əməllərini müxtəlif maddələrlə tövsif edilməsi barədə mövqeyi əsaslandırmamış, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs əməli isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi barə də qənaətə gələrkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirilməsini təmin etməmişdir. Sözsüz belə qərar əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya protestinin dəlilləri ilə qismən razılaşaraq yuxarıda göstərilən səbəblərə görə nəticəyə gəlir ki, məhkəmə tərəfindən cinayət işi üzrə sübutların tədqiq edilməsi və cinayət işin halların tam, hərtərəfli və obyektiv araşdırılması barədə cinayət-prosessual qanununun tələblərinə riayət edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu inst ansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146- cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü mə hz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına ic azə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin tövsifi ilə bağlı gəldiyi nəticəni əsaslandırılmamış və cinayət qanunu normasının düzgün tətbiq edilməmiş hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiya protestinin dəlillər i isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticəni kifayət qədər əsaslandırmamasına dair hissədə əsaslıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti qismən təmin edilsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar