Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1212/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs1 Zabit qızının və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-i n 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 15 yanvar tarixli, 1(105)-111/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (Hakim R.Quliyev) 2024-cü il 28 noyabr tarixli, 1(060)-26/2024 nömrəli hökmü ilə, xx.xx.1981-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edil məklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, mülki iddianın təmin edilməsi, Məhkum 5920.41 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 84 manat, cəmi 6004.41 manatın tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X3 və X6 ibarət tərkibdə) 2025-ci il 15 yanvar tarixli, 1(105)-111/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, hökm dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum CM-in 263.1-ci maddəsi ilə ona görə məhkum olunmuşdur ki, o, xx.xx.2023cü il tarixdə, saat 12 radələrində idarə etdiyi "Toyota Corolla” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 45-ci məhəllə, 1 saylı Sumqayıt şəhər xəstəxanasının yaxınlığından X7 sağa Lermantov küçəsinə dönərək həmin küçə ilə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hadisə zamanı sürücü nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmuş öz hərəkəti istiqamətində yolu sol tərəfindən sağ tərəf ə keçən piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobilin sol qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol daban sümüyünün qapalı, qəlpəli yerdəyişən sınığı, V ayaq daraq sümüyünün əsasının qapalı yerdəyişən sınığı, sol baldırın əzilmişcırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs2 dilin kəsilmiş yarası, sol said sümüklərinin distal ucunun qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN, QANUNİ NÜMAYƏNDƏNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini ə saslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya instansiyası məhkəməsində də məhkəmə işi və apellyasiya şikayətinin dəlillərini hərtərəfli, tam və obyektiv araşdırmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya Məhkəməsi qeyd etdikləri dəlillərə səthi yanaşmış və həmin dəlilləri formal mülahizə kimi dəyərləndirmişdir. Halbuki, həmin dəlillər araşdırılsaydı hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsizliyi ortaya çıxardı. Məhkəmə istintaqı zamanı ittihamı sübut edə biləcək heç bir mötəbər sübut əldə edilməmiş (ekspertiza rəyindən başqa), əksinə əldə edilən sübutlar (hadisənin birbaşa iştirakçısı olmuş sürücünün yanındakı sərnişin və sonradan tərəflərindən müəyyən olunmuş əlavə şahidlər, həmçinin digər sənədlərlə) yalnız təqsirlən dirilən şəxsin bu hadisədə təqsirsiz olduğunu bir daha sübuta yetirmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum və hadisənin birbaşa şahidləri olmuş şəxslərin ifadələrində göstərdikləri dəlillərə heç bir məhəl qoymadan, işin hallarına düzgün hüquqi qiymət verməmiş, tələm-tələsik ittiham hökmü çıxarmışdır. Apellyasiya İnstansiya Məhkəməsi isə qeyd edilən dəlilləri araşdırmaq əvəzinə, 1 iclasla və eyni zamanda məhkuma müdafiəçi təyin etmədən cinayət işinin baxılmasını yekunlaşdırmışdır. Bundan başqa, əlavə yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizası təyin edilsə də, nədənsə hörmətli ekspert öz səlahiyyətlərindən istifadə edərək, məhkəməyə əlavə vəsatətlə müraciət etməmiş, öz işini asanlaşdırmaq üçün rəy verməkdən imtina etmişdir. Göründüyü kimi ekspertin də qeyd etdiyi xüsusatlar isti ntaq eksperimenti keçirilməklə dəqiqləşdirilməli və daha sonra yenidən əlavə yol nəqliyyat hadisəsi üzrə ekspertiza keçirilməli idi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında isə cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəfindən 6-ya yaxın vəsatət (istintaq ekspertimentinin keçirilməsi, hadisə yerinə baxış keçirilməsi, işin ilkin istintaqını aparmış təhqiqatçının məhkəməyə dəvət edilməsi və s.) verilsə də, məhkəmə qeyd olunan vəsatətlərin heç birini təmin etməmiş, apellyasiya instansiya məhkəməsi isə bu məsələlərin üzərindən keçməklə kifayətlənmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 15 yanvar tarixli, 1(105)111/2025 nömrəli qərarının ləğv edilməsini və ci nayət işinin yeni apellyasiya baxışına qayatrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 15 yanvar tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protest inə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həl li qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində məhkum edilmiş şəxsin cinayətin törədilməsində təqsirinin olmadığını mübahisələndirirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apell yasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əmə lini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Belə ki, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013- cü il tarixli 5 saylı Qərarının 1-ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edil məsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexanik i nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vas itələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsi məhkum N.Mustarfayevin yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması barədə qanunvericiliyin tələblərinə əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib ehtiyatsızlıqdan şəxslərin az ağır bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olması barədə nəticəy ə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq bir-biri ilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmiş, hadisənin baş verdiyi şəraitdə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində ittiham olunduğu CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya məhkəmə kollegiyası həmçinin Məhkum t əyin olunmuş cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın tə yin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. komp leks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai tə hlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal ları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halı (cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə böy ük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını) və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzas ının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsin i rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il 28 noyabr tarixli, 1(060)-26/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllənin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 15 yanvar tarixli, 1(105)-111/2025 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1212/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1212/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver