Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1213/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru A6 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 158.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2019-cu il tarixli qərarından Məhkum və zərərçəkmiş şəxs və mülki iddiaçı «Zərərçəkmiş şəxs» ASCnin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Masallı rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.Ə.Musayev) Məhkum- 07 avqust 1985-ci il tarixdə Masallı rayon ******** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli-himayəsində üç nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayon ********* kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası CM-nin 158.1-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) saat müddətinə ictimai işlər cəzasına məhkum edilmişdir. «Zərərçəkmiş şəxs» ASC tərəfi ndən verilmiş mülki iddia qismən təmin edilərək vurulmuş maddi ziyana görə 9260 (doqquz min iki yüz altmış) manat və işgüzar nüfuza vurulmuş zərərə görə 500 (beş yüz) manat, ümumilikdə 9760 (doqquz min yeddi yüz altmış) manat tutularaq «Zərərçəkmiş şəxs» ASC-yə verilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, “Zərərçəkmiş şəxs” ASC ilə bağlanmış 06.02.2008-ci il tarixli ************ saylı və Məhkum ilə “Zərərçəkmiş şəxs” ASC arasında bağlanmış 17.05.2010-cu il tarixli **************** saylı kredit müqavilələri üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə A6 ilə bank arasında bağlanmış 06.02.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi üzrə xüsusi mülkiyyət hüququ sonuncuya məxsus Masallı rayo nu, ******* kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 396.4 kv.metr olan fərdi yaşayış evi və Məhkum ilə bank arasında bağlanmış 20.07.2010-cu il tarixli ************** saylı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ sonuncuya məxsus Ələt-Astara-İran magistral avtomobil yolunun üzərində yerləşən ümumi sahəsi 50.7 kv.metr olan qeyriyaşayış sahəsi bankın xeyrinə ipoteka yüklü edilmiş, A6 və Məhkum kreditin qaytarılması üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən məhkəmə qaydasında ipoteka predimentinə tutma yönəldilmiş, ipoteka açıq hərracda bank tərəfindən alınmış və həmin əmlak Daşınmaz Əmlakın Dövlət Reyesterində ******* və ******* seriyalı çıxarışlarla bankın mülkiyyəti kimi qeydə alınmış, Masallı Rayon Məhkəməsinin 04.09.2014-cü il tarixli 2(050)1815/2014 saylı və 02.07.2014-cü il tarixli 2(050)-1232/2014 saylı qətnamələri ilə fərdi yaşayış evində yaşayanların çıxarılması, eləcədə Ələt-Astara-İran magistral avtomobil yolunun üzərində yerləşən ümumi sahəsi 50.7 kv.metr olan qeyri-yaşayış sahəsinin boşaldılması barədə qəbul edilmiş qərarlar könüllü icra qaydasında icra edilərək banka təhvil verildikdən sonra Məhkum 2018-ci ilin iyun ayında “Zərərçəkmiş şəxs” ASC-nə məxsus Masallı rayonu, ************ kəndində yerləşən fərdi yaşayış evinə və Ələt-Astaraİran magistral avtomobil yolunun üzərində yerləşən qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxsin mülkiyyətində olan binalara daxil olaraq cinayət əmələrini törətmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əs asən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) 28 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini qismın təmin edərək, hökmü dəyişdirmiş, «Zərərçəkmiş şəxs» ASC-nin iddiasını qismən təmin etmiş, vurulmuş maddi ziyana görə 4800 manat məbləğin Məhkum tutularaq «Zərərçəkmiş şəxs» ASC-yə verilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsini qərara almışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2019-cu il tarixli qərarından Məhkum və zərərçəkmiş şəxs və mülki iddiaçı «Zərərçəkmiş şəxs» ASC-nin nümayəndəsi Nümayəndə kassasiya şikayətləri verərək, Məhkum qərarın ləğv edilərək ona bəraət verilməsini və Nümayəndə isə qərarın dəyişdirilərək mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, «Zərərçəkmiş şəxs» ASCdan götürülmüş kreditin təminatı kimi ipoteka qoyulmuş Masallı rayon ********* kəndindəki iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 396,4 kv.m olan fərdi yaşayış evi və Ələt-Astara yolunun üzərində yerləşən 50,7 kv.m qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə keçirilmişdir. Özlərinə məxsus olan obyektin müəyyən hissəsindən istifadə etdiklərini, lakin bankın əmlakı kimi qeydə alınmış əmlakdan istifadə etmədiklərini bildirmişdir. Nəticədə qanunsuz və əsassız məhkum edilmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı «Zərər çəkmiş şəxs» ASC-nin nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum edilmiş şəxsin apellyasiya şikayətində mülki iddia mübahisələndirilməmişdir. Məhkum əmlakları ehtiyac üzündən zəbt etdiyini bildirərək təqsirsiz olduğunu, ona görə də bəraət qərarı çıxarılmasını xahiş etmişdir. O, banka zərər vurmasını və ya bankın əmlaklarından çıxarılmalı olmasını inkar etmir. O, sadəcə cinayət məsuliyyətini istisna edir, mülki məsuliyyəti barədə isə apellyasiya şikayətində bir kəlmə də deyilmir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin hüquqlarından kənara çıxmaqla Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə qanunsuz zəbt və sahiblik faktını təsdiq etmiş, həmin zəbtə görə şəxsi məhkum etmiş, hətta mülkiyyətçiyə vurduğu zə rəri də ondan tutmuş, amma onun həmin sahələrdən çıxarılması tələbini rədd etmişdir. Məhkəmə qərarının əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin bankın mülkiyyətində olan sahələrdən çıxarılması tələbinin rədd edilməsi məsələsinə ümumiyyətlə toxunmamış, həmin tələbin mümkün rəddini əsaslandırmaq üçün hər hansı faktiki və hüquqi dəlil gətirməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib kassasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə gö rə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinin dəlillərinin əsaslılığını cinayət işinin materialları üzrə yoxlayıb, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünə aşağıdakı məzmunda hüquqi qiymət verir. Məhkum kassasiya şikayətində göstərilir ki, « Zərərçəkmiş şəxs » ASC-dən götürülmüş kreditin təminatı kimi ipoteka qoyulmuş Masallı rayonu, ********* kəndindəki iki mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 396,4 kv.m olan fərdi yaşayış evi və Ələt-Astara yolunun üzərində yerləşən 50.7 kv.m qeyri-yaşayış sahəsi bankın mülkiyyətinə keçirilmişdir. Özlərinə məxsus olan obyektin müəyyən hissəsindən istifadə etdiklərini, lakin bankın əmlakı kimi qeydə alınmış əmlakdan istifadə etmədiklərini bildirmişdir. Cinayət işinin mater ialları ilə sübut edilir və məhkumun apellyasiya şikayətində də göstərilir ki, « Zərərçəkmiş şəxs» ASC-dən götürülmüş kreditin təminatı kimi ipoteka qoyulmuş Masalı rayon ********* kəndindəki iki mərtəbəli 4 otaqlı, ümumi sahəsi 396,4 kv.m olan fərdi yaşayış evi və Ələt-Astara yolunun üzərində yerləşən 50,7 kv.m qeyriyaşayış sahəsi kreditin vaxtında qaytarılmaması səbəbindən bankın mülkiyyətinə keçirilmişdir. Kassasiya şikayətində məhkum bundan sonra həmin özümüzə məxsus olan obyektin müəyyən hissəsindən istifadə etdiklərini də göstərmişdir. Lakin o, həmin obyektlərin artıq bankın mülkiyyətində olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətinin məzmununda göstərilən dəlillər Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumun apellyasi ya şikayəti üzrə qəbul etdiyi qərarında da tam, hərtərəfli və obyektiv qiymətləndirilməklə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarında və birinci instansiya məhkəməsinin hökmündə məhkumun cinayət əməlinin hüquqi tövsifi ilə əlaqədar gəldikləri nəticələrlə razılaşır və hesab edir ki, bu hissədə məhkumun kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı «Zərərçəkmiş şəxs» ASC-nin nümayəndəsi Nümayəndə kassasiya şikayətinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, vuulmuş zərərin ödənilməsi hissəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi nəticələr qanunun tələbinə uyğundur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fizi ki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Bu qanunun məzmunundan görünür ki, cinayət mühakimə icraatı qaydasında mülki iddia yalnız ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda verilə bilər. Məhkum elan edilmiş ittihamdan müəyyən edilir ki, 2018-ci ilin iyun ayında «Zərərçəkmiş şəxs» ASC-ə məxsus Masalı rayon ********* kəndində yerləşən fərdi yaşayış evinə və Ələt-Astara-İran magistral avtomobil yolunun üzərində yerləşən qeyri-yaşayış sahəsinə Azə rbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxsin mülkiyyətində olan binalara daxil olaraq cınayət əməlini törətmişdir. Ona görə də cinayət əməli ilə əlaqədar vurulmuş ziyan Məhkum elan edilmiş ittihamda göstərilən vaxtdan hesablanmalıdır. Bu mənada Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi nəticə əsaslıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, törədilmiş əməl nəticəsində «Zərərçəkmiş şəxs» ASC-nin işgüzar nüfuzuna hansı zərər yetirilməsini təsdiq edən hər hansı sübut cinayət işinin materiallarında mövcud olmadığından mülki iddianın bu hissəsi üzrə də apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr qanuni və əsaslı hesab edilir. Lakin apellyasiya instansiya məhkəməsi «Zərərçəkmiş şəxs» ASC-ə məxsus Masalı rayon ******* ** kəndində yerləşən fərdi yaşayış evindən və Ələt-Astara-İran magistral avtomobil yolunun üzərində yerləşən qeyri-yaşayış sahəsindən Məhkum çıxarılması barədə 03 dekabr 2018-ci il tarixli “Anlaşılmazlığın həll edilməsi haqqında” qərarına heç bir münasibət bildirməmiş ümumiyyətlə həmin qərara istinad etmədən, həmin qərarla həll edilən məsələlərə heç bir hüquqi qiymət vermədən “iddia qalan hissədə təmin edilməsin” məzmununda qərarı qəbul etməklə faktiki olaraq Masallı rayon məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qərarı ilə mülki iddianın təmin edilmiş hissəsini ləğv etmişdir. Faktiki olaraq apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərar əsaslandırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlə cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər mate rialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 28.5-ci msddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 32.2.7-ci maddəsüinə əsasən məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası mülki iddianı qalan hissədə təmin olunmaması barədə qərar qəbul edərkən qərarın əsalandırıcı hissəsində heç bir əsaslandırma aparmamışdır. «Zərərçə kmiş şəxs» ASC-ə məxsus Masallı rayon ********* kəndində yerləşən fərdi yaşayış evindən və ƏlətAstara-İran magistral avtomobil yolunun üzərində yerləşən qeyri-yaşayış sahəsindən Məhkum çıxarılması barədə Masallı rayon məhkəməsinin 03 dekabr 2018-ci il tarixli “Anlaşılmazlığın həll edilməsi haqqında” qərarına hüquqi qiymət vermədən mülki iddianın bu hissəsinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Masallı rayon məhkəməsinin Məhkum göstərilən yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılması barədə 03 dekabr 2018-ci il tarixli qərarı qüvvədə olduğu halda, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası onun həmin sahələrdən çıxarılması barədə iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi bu nəticə qanunauyğun hesab edilməməlidir. X3 Məhkəməsinin Cinayət kollegiyası «Zərərçəkmiş şəxs» ASC-nin belə bir iddia vermək hüququnun olubolmamasına Azərbaycan Respublikası CPM-nin 181-ci maddəsinin mənası baxımından hüquqi qiymət verməli, dana sonra faktiki olaraq hökmdə dəyişiklik etmiş Masallı rayon məhkəməsinin 03.12.2018-ci il tarixli qərarının Azərbaycan Respublikası CPM-nin 518-ci maddəsinə uyğunluğuna hüquqi qiymət verməli olduğu halda, bunları etmədən, bununla da öz qərarını əsaslandırmadan, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının bu qərarı “mülki iddianın qalan hissədə təmin edilməsinə” dair hissədə Azərbaycan Respublikası CPM-nin 416.0.1-ci maddəsinə əsasən ləğv edil ərək yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı «Zərərçəkmiş şəxs» ASC-nin nümayəndəsi Nümayəndə kassasiya şika yəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2019-cu il tarixli qərarı “Mülki iddianın qalan hissədə təmin edilməməsinə” dair hissədə ləğv edilsin. Həmin hissədə cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1213/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1213/2019
20.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver