Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1213/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 06 aprel 2022-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 1(036)-103/2021 saylı, 22 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1987-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Saatlı şəhəri, Mikayil Müşfiq küçəsi, D8, ev 21-də qeydiyyatda olan, İmişli rayonu Otuzikilər kəndində yaşayan Məhkum əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə ona irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. İşin halları: İbti dai istintaq orqanı tərəfindən Məhkum ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,68 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, daşıyaraq üzərində saxlamış, 08 iyul 2021-ci il tarixdə saat 12 radələrində həmin narkotik vasitəni İmişli şəhəri Q.İsmayılzadə küçəsində «Kolxoz» bazarı adlanan ərazidə Şahid1 15 manat pul müqabilində satmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), Kamil Bəşirov və İsmayıl Əhmədov) 1(106)296/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmü ilə İmişli Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 1(036)-103/2021 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlandığı 5 ay 10 gün müddət nəzərə alınmaqla, təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmışdır. Apelyasiya instansiyası məhkəməsinin hökmündən narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü ləğv edilsin və onun barəsində təqsirli bilindiyi maddə üzrə bəraət verilməsi haqqında qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ailəli olması, əvvəllər məhkumluğunun olmaması, təqsirsiz olmasını nəzərə alaraq, cinayət işinə yenidən baxılmalı və təqsirli bilindiyi maddə üzrə bəraət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələ lər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili hazırkı cinayət işi üzrə təqsirsiz olduğundan Məhkum barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Azərbayc an Respublikası CPM-in 139-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, onun irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi, apelyasiya instansiyası məhkəməsində şahidlərin ifadələri, ibtidai istintaq zamanı keçirilmi ş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmamasını, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Hökmdən də görünür ki, apelyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassasiya kollegiyası apelyasiya məhkəməsinin cin ayət və cinayət-prosessual normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin həmin maddə ilə tövsif edilməsini məhkəmə kolleg iyası düzgün sayır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması apellyasiya instansiyası məhkəməsində tam sübuta yetirilmiş və barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə də ap elyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Həmçinin məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsində məhkumun apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol veril məmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apelyasiya məhkəməsi apelyasiya şıkayətinə baxaraq, kassasiya şikayətinin dəlillərinin əsasını təşkil edən məsələləri, yəni məhkumun cinayət törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallar ına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1213/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1213/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver