Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1213/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kas sasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 2 yanvar 1977-ci il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Alxaslı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum yaxın münasibətdə olduğu X1 təşkil etdiyi X2, X6 və X3 ibarət bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, Mirafiq Bəşirovun imkanlı şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsində, 126 saylı evin, 78 saylı mənzilində 1.400.000 (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitinin olması və bununla bağlı əldə etdiyi digər zəruri məlumatları ona və digər qrup üzvləri İskəndər Hüseynov, Nicat Cümşüdov və Ruslan Paşayevə bildirdikdən sonra qrup üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə mənzildən 1.400.000 (bir milyon dörd yüz min) manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmək barədə razılığa gələrək, həmin cinayətin planını birgə işləyib hazırlamış, bundan sonra aralarındakı razılaşmaya əsasən Mirafiq Bəşirov idarə etdiyi özünə məxsus “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri İskəndər Hüseynov, Nicat Cümşüdov və X13 İsgəndər ovun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib kənardan müşahidələr aparmaqla binanın həyətinə, bloka giriş, çıxış yerləri, mənzilin yerləşdiyi mərtəbə, mənzilin giriş qapısı, mənzildə yaşayan sakinlər barədə və digər zəruri məlumatları öyrənib dəqiqləşdirdikdən sonra, bu məqsədlə əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 29 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Mirafiq Bəşirov idarə etdiyi “Lada Priora” markalı **-VP-*** dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri İskəndər Hüseynov, Nicat Cümşüdov və X13 İsgəndərovun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə apardıqları vaxt Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2 və qızı Zə rərçəkmiş şəxs3 mənzildən çıxıb binanı tərk etdiklərini görüb cinayət əməllərini iradələrindən asılı olmayan səbəbədən başa çatdıra bilməmiş, razılaşdırılmış plana uyğun olaraq bu məqsədlə səhərisi gün, 30 noyabr 2017-ci il tarixdə saat 08:00 radələrində Mirafiq Bəşirov idarə etdiyi “Lada Priora” markalı 90-VP112 dövlət nömrə nişanlı avtomaşında onu və digər qrup üzvləri İskəndər Hüseynov, Nicat Cümşüdov və Ruslan Paşayevi yenidən Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qutqaşınlı küçəsi, 126 saylı binanın yaxınlığına gətirib, orada dayanaraq müşahidə aparmış, mənzildə işıq yandığından ev sakinlərinin mənzildə olduğuna tam əmin olduqdan sonra, qabaqcadan planlaşdırdıqları kimi Mirafiq Bəşirov avtomaşında əyləşib cinayətin başa çatmasını gözləmiş, o və digər qrup üzvləri İsk əndər Hüseynov, Nicat Cümşüdov və Ruslan Paşayev isə Mirafiq Bəşirovun göstərişi ilə həmin binaya daxil olaraq 8-ci mərtəbəyə qalxıb Aslan İskəndərovun yaşadığı mənzilin giriş qapısının qarşısındakı sahədə dayanmış, qabaqcadan razılaşdıqları kimi o, oradan bir az aralı dayanıb müşahidə aparmış, İskəndər Hüseynov, Nicat Cümşüdov və Ruslan Paşayev isə basqın edib mənzilə qanunsuz daxil olmağa əlverişli vaxt gözləyərkən saat 08:30 radələrində işə getmək məqsədi ilə qapını açıb mənzildən çıxan Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs3 və bacısı qızı Zərərçəkmiş şəxs4 həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın edib müqavimətlərini qırıb mənzilə daxil olmağa nail olmaq üçün İskəndər Hüseynov əlləri ilə Gülnarə İskəndərovanın boğaz və ağız na hiyəsindən tutaraq təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, sonra başını divara vuraraq mənzilin giriş qapısının açarını ondan almağa cəhd etmiş, Nicat Cümşüdov əlləri ilə Leyla İskəndərovanın boğaz və ağız nahiyəsindən tutub sıxaraq sağlamlığa dərəcəsi təyin edilməyən üst dodağın sıyrığı, selikli qişanın səthi əzilməsi kimi xəsarətlər, Ruslan Paşayev isə əlləri ilə Zərərçəkmiş şəxs4 boğaz və ağız nahiyyəsindən tutub sıxaraq sağlamlığa yüngül zərərvurmaya aid sağ yanağın iç səthinin səthi əzilmiş yarası, hər iki dodağın ön səthinin qançırları, çənə nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qışqırıq səslərinə qonşuların çıxacağından ehtiyat edib ifşa olunmamaq üçün qaçaraq Mirafiq Bəşirovun avtomaşınına əyləşib hadisə yeridən uzaqlaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim T.Q.Hüseynov, hakimlər S.S.Hüseynov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) 11 mart 2021-ci il tarixli, 1(101)91/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Hökmdən Məhkum apellyasiya şikayəti verərək, onun əməllərinin Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsindən Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində ədalətli cəzanın təyin edilməsini xahiş etmşidir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət tərkibdə) 11 mart 2022-ci il tarixli, 1(103)166/2022 saylı qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2021 saylı, 11 mart 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində iddia irəli sürülmüşdür ki, iş üzrə hökm və apellyasiya instansiyasının qərarı ədalətsiz olmuşdur.
8. Kassasiya şikayətinin müəllifi məhkəmədən təyin edilm iş cəzanın ağır olması səbəbi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-166/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qərarının dəyişdirilməsini və ona təyin edilmiş cəzanın azadılması ilə yeni qərar çıxarılmasını xahiş etmişdir. III.Hüquqi məsələlər 9.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunil iyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
13. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
14. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-c u maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2022-ci il tarixli, 1(103)-166/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etm əlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azər baycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
16. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tör ətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
17. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CMnin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
18. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görün ür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin tör ədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
21. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2022-ci il tarixli, 1(103)-166/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.