Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1213/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və x iştirakları ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Nuriyev Xamməd Abış oğlunun sədrliyi ilə, hakimlər X15 və X7 ibarət tərkibdə) 10 avqust 2023-cü il tarixli hökmü ilə 25 mart 1985-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, X X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən az ad edilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X11 ibarət tərkibdə) 1 noyabr 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair 10 avqust 2023- cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 2022-ci ilin may ayının ortalarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və şəxsdən 1 ədəd bükümdə, külli miqdar hesab olunan 8,039 qram çəkidə ağ rəngli, kristal formada psixotrop maddə olan metamfetamini, 1 ədəd bükümdə, külli miqdar hesab olunan 5,368 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və tərkibində təsiredici maddəsi bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı-0,08 qram olan 2 ədəd metadon həblərini satış məqsədilə qanunsuz olaraq əldə etmiş və həmin kütlələrdən 1 ədəd bükümdə, 8,039 qram çəkidə psixotrop maddə olan metamfetamini üzərində, 1 ədəd bükümdə, 5,368 qram çəkidə olan narkotik vasitə heroini və 2 ədəd metadon həbl ərini idarə etdiyi “Mercedes Benz E230” markalı, 10SB042 dövlət qeydiyyat nişanlı avtomobilində saxlayıb daşımış, bu barədə əməliyyat məlumatı almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşları tərəfindən 19 may 2022-ci il tarixdə saat 07:30 keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində o, idarə etdiyi “Mercedes Benz E230” markalı, 10SB042 qeydiyyat nişanlı avtomobil ilə Lənkəran şəhərində yerləşən Böyük Bazar məscidinin yaxınlığında, küçədə saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 8,039 qram psixotrop maddə olan metamfetamin, avtomobilinə baxış keçirilərkən isə salonda maqnitafonun alt hissəsindəki siyirmədən 1 ədəd bükümdə, təmiz çəkisi 5,368 qram narkotik vasitə olan heroin, tərkibində təsiredici maddəsi bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı - 0,08 qram olan 2 ədəd metadon həbləri və üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 2022-ci ilin iyun ayının əvvəlində, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və mənbədən 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,193 qram və 0,524 qram, ümumi təmiz çəkisi 0,717 qram olan ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz əldə edərək saxlayıb daşımış, 2022-ci ilin iyun ayının sonlarında, Astara rayonunda 1 ədəd bükümdə, təmiz çəkisi 0,524 qram psixotrop maddə metamfetamini Lənkəran rayonu, Sütəmurdov kənd sakini Şahid7 satmış, 2022-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonun da 1 ədəd bükümdə, təmiz çəkisi 0,193 qram psixotrop maddə metamfetamini Lənkəran rayonu Sütəmurdov kənd sakini olan tanışı Məhkum satmış, bu barədə əməliyyat məlumatları almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşları tərəfindən 6 iyul 2022-ci il tarixdə, saat 18:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimov X3 rayonu, Sütəmurdov kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibində olan “Kent” siqaret qutusunun arxa hissəsindən 1 ədəd bükümdə təmiz çəkisi - 0,193 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 19 iyul 2022-ci il tarixdə, saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rəcəbli X8 rayonu, Gərmətük qəsəbəsind ə, küçədə saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 0, 524 qram psixotrop maddə olan metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmənin gəldiyi nəticə yanlış olmaqla işin faktiki hallarına uyğun deyil, eləcə də məhkəmə bu nəticəyə gələrkən qanuna və hər hansı normativ aktla deyil, özünün subyektiv mülahizələrinə əsalanmışdır. Bu əsasla ki, məhkəmə tərəfindən iş üzrə ibtidai istintaq dövründə toplanmış tərəfsiz və obyektiv materiallar, X6 ilkin istintaq zamanı müdafiəçinin iştirakı və videoçəkilişlə verdiyi etirafedici (üzərindən və avtomobilindən aşkar edilən narkotik vasitə və psixotrop maddələr ə münasibətdə) nəzərə alınmamış, mötəbər sübut növü hesab edilən şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4, Şahid8, Şahid5, Şahid6, Məhkum, Şahid7 ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri, Ramin Axundovun polis əməkdaşları tərəfindən döyülməsi, ona işgəncə verilməsinin müəyyən edilməməsi ilə cinayət işinin başlanılmasının rədd edilməsinə dair prokurorluğun 29 iyul 2022-ci il tarixli qərarı və Şahid7 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü sübut kimi qəbul edilməmiş, bunun səbəbləri hökmdə əsaslandırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı yalnız m üdafiə tərəfin maraqları əsas götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, bununla da məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarının X9 aid hissədə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməm əlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məh kəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından v erilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən e dilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə bi rinci instansiya məhkəməsinin X9 Cinayət Məcəlləsini 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab verdiyi müəyyən olunur. Belə ki, kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsə əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblə ri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Apellyasiya məhkəmə kollegiyası həm ittihamın əsasını təşkil edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Axundov Raminə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqey i ilə razılaşan kassasiya məhkəmə kollegiyası qeyd edir ki, həmin məhkəmə Ramin Axundovun təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-in 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etmişdir. Kassasiya protestinin dəlillərində dövlət ittihamçısı X6 təqsirliliyinin əsası kimi onun ilkin istintaq hərəkətləri zamanı üzərində şəxsi axtarış aparılması və avtomobilinə baxış keçirlməsi haqqında istintaq hərəkəti protokollarına və həmin protokollara əlavə edilmiş videoçəkilişlərdə Ramin Axundovun etirafedici ifadələrinə istinad etmişdir ki, məhkəmə kollegiyası da bu dəlillərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, onda heç bir narkotik vasitə və ya psixotrop maddə metamfetamin olmamış, Məhkum və Şahid7 psixotrop maddə olan metamfetamin satmamışdır. 24 aprel 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşları Aqil, Xəyyal və başqa bir nəfər, yəni üç nəfər əməliyyatçı tərəfindən saxlanılmış, ondan şikayət olduğunu b ildirməklə onu regional polis şöbəsinə aparılmışdır. Bundan təxminən 10 dəqiqə sonra onun dayanacaqda olan avtomobilini də polis işçiləri onun iştirakı olmadan özləri sürərək regional polis şöbəsinə gətirmişlər. Ona guya on gün əvvəl avtomobilini kiməsə verdiyinivə onun avtomobili ilə narkotik daşınmasını demişlər. O isə əgər on gün əvvəl ona məxsus avtomobil ilə narkotik daşınmışdırsa, nə üçün həmin vaxt tutmadıqlarını soruşmuşdur. Polis işçiləri ona hədə- qorxu gəlmişlər. Onu polis şöbəsində saxlamışlar. Həmin gün saat 11:30 radələrində qohumu Şahid8 polis işçisi Şahid12lə birlikdə şöbəyə gələrək onunla görüşmüşdür. İlkin onun azad olunması üçün 10 min manat pul istədiklərini, 7 min manata razılaşdıqlarını bildirmişdir. Onda heç bir narkotik vasitə olmadığından onu həmin gün saat 22 ra dələrində evə buraxmışlar. Evə buraxılmasından sonra qohumu Şahid8 və polis əməkdaşı Şahid4la birlikdə onlara getmişlər. Şahid8 onun buraxılması üçün polis işçilərinə 4500 manat pul verdiklərini bildirmişdir. Şahid8la bu məzmunlu danışıqlarını gizli olaraq yazmışdır. Ona məlum olmuşdur ki, Şahid8 onun ailəsindən 4500 manat pul almış, polisə 4000 manat vermiş, 500 manatı isə özündə saxlamışdır. Şahid8 500 manat pulu ona qaytaracağını demişdir. Bundan sonra o, regional polis şöbəsinin əməkdaşlarından ailəsindən almış olduqları pulu tələb etməyə başlamışdır. Regional polis şəbəsinin əməliyyatçısı Şahid4 onların evlərinə gələrək ona hədə-qorxu gəlmiş, onu başına torba keçirməklə hədələmişdir. Həmin vaxt Şahid4 səsini yazmışdır. Polis işçilərinin ona qarşı olan qanunsuz hərəkətləri və ailəsində n 4500 manat pul almaları barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə 27 aprel 2022-ci il tarixdə teleqram göndərmişdir. 5 may 2022-ci il tarixdəAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin qəbulunda olmuş, rəis ona əmanətinin ödəniləcəyini bildirmişdir. Bundan sonra X12 şöbənin əməkdaşları Fuad və Xəyyal ona zəng edərək əmanətini qaytaracaqlarını demişlər. O isə onlara verdikləri pulu borc-xərc etdiklərini, camaatın pulunu qaytarmaq lazım olduğunu demişdir. Həmçinin polis işçisi Şahid6 də üzürxahlıq üçün onların evlərinə gəlsə də o, şikayətindən imtina etməmiş, polis işçiləri ilə arasında həmin mübahisə davam etmişdir. 19 may 2022-ci il tarixdə saat 08 radələrində işə getdiyi zam an üç maşında olan əməliyyatçılar, Aqil Əhmədov başda olmaqla, ona hücum etmişlər. Onu döyüb maşından aşağı salmışlar. Xəyyal, Mehdi və Şahid6 də onu saxlayanların sırasında olmuşlar. Onu yenidən regional polis şöbəsinə aparmışlar. Avtomobilini isə yenə onun iştirakı olmadan polis işçiləri sürərək polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində və avtomobilində psixotrop maddə metamfetamin, heroin, metadon və elektron tərəzi olmamışdır. Polis işçiləri 1 kiloqram heroini onun qabağına qoyub boynuna götürməsini tələb etmişlər. Sonra gözlərini skoçla bağlamış, başına qara sellofan keçirmiş və onu döymüşlər. Həmin vaxt gözünün içindən və bədənin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Polis işçiləri güya onun qaçarkən yıxılması nəticəsində həmin xəsarətləri almasını sənədləşdirmişlər. Lakin həmin xəsarətləri yıxılma nəticəsində ala bilməzdi. Saat 17 radələrində özünə gəlmişdir. 8,039 qram metamfetamini onun cibinə polis əməkdaşı Aqşin əməliyyatçı Aqilin otağında qoymuşdur. Onu döyməklə, həyat yoldaşını polisə gətirməklə hədələdiklərinə görə videoçəkiliş zamanı həmin maddələrin özünə məxsus olmasını demişdir. Onun avtomobilinə tərəzini və narkotiki polis işçiləriqoymuşlar. Ona görə ki, avtomobilini onun iştirakı olmadan polis işçiləri özləri sürüb polis şöbəsinə aparmışlar. Onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına göndərmişlər. Lakin bədəni üzərində xəsarətlər olduğuna görə onu təcridxanaya qəbul etmək istəməmişlər. Ona görə də məcbur olub onu 20 may 2022-ci il tarixdə məhkəmə-tibbi ekspertiza göbəsinə aparmışlar və ekspert tərəfindən mü ayinə olunmuş və ekspert bədəni üzərində olan xəsarətləri qeydə almışdır. 20 may 2022-ci il tarixdə onu həbs olunması üçün Lənkəran Şəhər Rayon Prokurorluğuna aparmışlar. Onu rayon prokurorunun müavini qəbul etmiş və onun döyüldüyünü görmüşdür. Sonra onu prokuror qəbul etmiş və döyüldüyünü görmüşdür. Ona görə də onu cinayət məsuliyyətinə cəlb etməmiş və həbsdən buraxmışlar. Həmin vaxt Aqil və başqa əməliyyatçılar onu regional şöbənin rəisinin qəbuluna aparmışlar. Onun atası da regional şöbəyə gəlmişdir. Orada ona hədə-qorxu gələrək şikayət etməməsini tələb etmişlər. O isə həbsdən buraxılmasının növbəti günü, yəni 21 may 2022-ci il tarixdə Lənkəran Rayon MərkəziXəstəxanasına gedərək xəsarətləri ilə əlaqədar qeydiyyata düşmüş və şikayət etməyə başlamışdır. 3 iyul 2022-ci il tarixdə «Youtube» kanalında və «Hürriyyət» qəzetində polis işçilərinin barəsində şikayət etmişdir. Həmin vaxtlar Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşı Şahid10 polis əməkdaşı Şahid11la onun yaşadığı evə gələrək, onunla görüşmüş və onların əməkdaşlarından şikayət etməməsi üçün onunla söhbət etmişdir. O isə Şahid10 və Şahid11 evinin həyətinə gəlib onunla söhbət etmələrini videoçəkiliş etmişdir. Bu şəraitdə 06 iyul 2022-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi ona telefon vasitəsi ilə zəng edərək yanına çağırmış, ona polisişçiləri tərəfindən döyülməsi ilə bağlı arayış verəcəyini demişdir. O isə polis şöbəsinə gedəndə onu orada tutmuş və həbsə almışlar. Polis işçiləri ondan 24 aprel 2022-ci il tarixdə aldıqları pulu qaytarmamaq üçün onu 19 may 20 22-ci il tarixdə yenidən tutmuşlar. X13 daha sonra ifadəsində bildirmişdir ki, 19 may 2022-ci il tarixdə saxlanılan zaman polis işçiləri tərəfindən döyülərək xəsarət yetirildiyinə görə regional şöbənin rəisi onun müalicəsi üçün pul vermək istəmiş, onun atası ilə telefonla danışarkən gəlib əmanaəti götürməsini demiş və onun müalicəsi üçün atasına 1000 manat pul vermişdir. 27-28 may 2022-ci il tarixdə polis zabitləri İlqar və Fuad, həmçinin polis serjantı Seymur onlara gələrək onun döyülməsi ilə bağlı şikayət etməməsini xahiş etmişlər, daha sonra isə iyun ayında onu rayon prokurorluğuna aparmış, şikayətini geri götürməsini xahiş etmişlər. Lakin şikayət etməkdə davam etdiyindən 7 iyul 2022-ci il tarixdə Məhkum və Şahid7 üzünə qoymaqla onu həbs etmişlər. Hazırkı cinayət işi üzrə bəraət almış ş əxs X6 ifadəsini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə təhlil etməklə məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın təsdiq edilməsində istifadə edilən sübutların əsaslı şübhələrdən ibarət olmaqla sübut standartlarına uyğun olmaması və bu səbəbdən birinci təqsirləndirilən şəxsə bəraət verilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Belə ki, X6 19 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin təhqiqatçısı Famil Həsənova verdiyi izahatına əsasən müəyyən edilmişdir ki, o, həmin izahatında üstündən və avtomobilindən aşkar edilmiş heroin və metamfetamin ona məxsus olmasını, şəxsi istifadəsi üçün əldə edib üzərində və avtomobilində saxlad ığını bildirmişdir. X6 üzərində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin təhqiqatçısı Famil Həsənov tərəfindən şəxsi axtarış aparılması və avtomobilinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokollarından görünür ki, həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və Ramin Axundov üzərindən 8,039 qram çəkidə psixotrop maddə olan metamfetamin, avtomobilindən isə 5,368 qram çəkidə olan narkotik vasitə heroin, 02 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən istintaq hərəkətlərinin yerinə yetrilməsi vaxtı da Ramin Axundov narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 02 ədəd metadon həblərinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarına əl avə edilmiş və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2022-ci il tarixli, 19/601 saylı rəyindən görünür ki, Ramin Axundovun üzərindən götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi 8,039 qram olan, ağ rəngli, kristal formada olan maddə metamfetamindir. Avtomobilindən götürülmüş 01 ədəd bükümdə çəkisi -5,368 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır, metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır və 02 ədəd konvalyut kəsiyində ümumi sayı 02 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və k imyəvi tərkiblərinə görə birbiri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı -0,08 qramdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin 19 may 2022-ci il tarixli məktubundan görünür ki, Ramin Axundovun üstündən və avtomobilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə bağlı toplanmış materiallara baxıb müvafiq qərar qəbul edilməsi üçün həmin materiallar, Ramin Axundov özü və ona məxsus avtomobil Lənkəran ŞRPŞ-yə təqdim edilmişdir. X6 şübhəli şəxs qismində dindirilməsinə dair 19 may 2022-ci il tarixli protokoldan görünür ki, o, Lənkəran ŞRPŞ-nin müstəntiqinə verdiyi ifadəsində bildirmişdir ki, üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus deyil, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşlar ı tərəfindən döyülərək həmin kütlələrin ona məxsus olması barədə izahat verməyə məcbur edilmişdir. X6 həmin ifadəsinin məzmunundan aydın olur ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbənin əməkdaşları tərəfindən 24 aprel 2022-ci il tarixdə qanunsuz olaraq saxlamış və ailə üzvlərindən 4500 manat pul alındıqdan sonra həbsdən buraxılmışdır. Həmin pul ondan haqsız yerə alındığı üçün aidiyyatı orqanlara şikayət edib pulunu tələb etdiyi üçün onun üzərinə və idarə etdiyi avtomobilə narkotik vasitələr yerləşdirməklə yenidən tutulmuşdur. Ramin Axundov 24 aprel 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmaqla şöbəyə aparılmış və üzərində narkotik vasitələri saxlamaqda və daşımaqda şübhəli bilindiyi üçün təhqiqatçı tərəfindən tutulm uş, onun üzərində şəxsi axtarış aparılarkən hər hansı narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmadığından o, təhqiqatçının 24 aprel 2022-ci il tarixli qərarı ilə həbsdən azad olunmuş, həmçinin barəsində toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən 3 may 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, iş materiallarında olan Lənkəran ŞRPŞ-nin məsul növbətçisi Ceyhun Cahangirzadə tərəfindən həmin Şöbənin rəisinə ünvanlanmış 21 may 2022-ci il tarixli raportdan görünür ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkimi Dənziyev zəng edərək Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi 46/28-də yaşayan 1984-cü il təvəllüdlü X1 göz ətrafında siyanus, sol qulağın yumuşaq toxumalarının əzilməsi, qarın nahiyəsində sıyrıntı, hər iki əlin bilək nahiyəsi nin sıyrıntısı və sol əlin üst nahiyəsinin ödemi ilə xəstəxanaya daxil oması, xəstənin deməsinə görə polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumat vermişdir. Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Özcan Quluzadə tərəfindən qəbul edilmiş 20 may 2022-ci il tarixli qərardan görünür ki, istintaq mərhələsində şübhəli şəxs Ramin Axundovun ifadəsində göstərilmiş xüsusatlar araşdırılmadan və onlar istintaq hərəkətləri ilə yoxlanılmadan əməlinə hüquqi qiymət verilməsi mükün olmadığından ona ittiham verilməmiş və həbsdən azad olunmuşdur. Göründüyü kimi, Ramin Axundovun üzərində 19 may 2022-ci il tarixdə 8,039 qram metamfetamin, avtomobilində 5,368 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, 02 ədəd metadon həbləri aşkar olunması barədə videoçəkilişdən istifadə edilərək sə nədləşmə aparılmasına, müvafiq ekspertiza keçirilməklə həmin maddələrin növü, çəkisi müəyyən edilməsinə, Ramin Axundovdan həmin maddələrin özünə məxsus olması barədə etirafedici ifadə və izahatlar alınmasına və digər əməliyyat məlumatlarına əsasən Ramin Axundovun ifşa edilməsinə baxmayaraq, onun təqsirləndirilən şəxs qismində cəlb edilməməsi, ona ittiham verilməməsi və 20 may 2022-ci il tarixli qərarla həbsdən azad edilməsi ciddi şübhələr yaradır. Belə ki, cinayət işinin materialları ilə həmçinin müəyyən edilir ki, Ramin Axundov 24 aprel 2022-ci il tarixdə həbsdən azad olunmasından sonra polis əməkdaşları tərəfindən döyülməsi və onun azadlığa buraxılması üçün ailəsindən pul vəsaitinin alınması barədə şikayət etmiş, ailəsindən pul alınmasını sübuta yetirmək məqsədi ilə polis əməkdaşı Şahid4 və pulun verilməsində iştirakçı hesab etdiyi qohumu Şahid8la bu məzmunda telefon danışıqları aparmaqla onların danışıq səslərini yazıb özündə saxlamışdır. Ramin Axundovun istintaq zamanı təqdim etdiyi diskə baxış keçirilməsi barədə 21 may 2021-ci il tarixli protokoldan görünür ki, o, 24 aprel 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşları tərəfindən tutulmaqla azadlığa buraxıldıqdan sonra həmin şöbənin əməkdaşı Şahid4la Votsapp proqramı vasitəsi ilə danışmaqla onun səsini yazmış və sonradan həmin danışığı istintaqa təqdim etmişdir. Danışıqların məzmunundan görünür ki, X20 Abışova günahsız olduğunu, ona şərt atıldığını, lakin onlardan 4000 manat pul alındığını deyir və özünün etirazını bildirir. Bu barədə bir-birləri ilə mübahisə etmişlər. Digər faylda d a Ramin Axundov qohumu Şahid8la telefonla danışmaqla apardığı səs yazısı yerləşir. Danışığın məzmunundan məlum olur ki, Ramin Axundov qohumu Şahid8la onun 24 aprel 2022-ci il tarixdə regional polis şöbəsində saxlanılması zamanı ailəsindən pul alaraq polis əməkdaşına verməsi barədə mübahisəli danışıq aparılır. Təqsirləndirilən şəxs Ramin Axundovun atası X4 birinci instansiya məhkəməsinə təqdim etdiyi iki ədəd elektron yaddaş kartları apellyasiya məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, həmin yaddaş kartlarında yerləşdirilmiş audio-video yazılarda Ramin Axundovun 24 aprel 2022-ci il tarixdə həbs olunaraq azadlığa buraxılmasından sonra Ramin Axundovla Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşı Şahid4 və Ramin Axundovun qohumu Şahid8 aralarında poli s işçilərinin Ramin Axundovun buraxılması üçün ailəsindən pul almaları ilə bağlı mübahisəli danışıqlar aparılmışdır. Bundan başqa, videogörüntülərdə Ramin Axundovun 19 may 2022-ci il tarixdən 20 may 2021-ci il tarixədək həbsdə saxlanılmaqla azadlığa buraxılmasından sonra qol-bilək nahiyəsindəki xəsarətlərin fotoşəkilləri, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşları Şahid11 və Şahid10 Ramin Axundovun yaşadığı evin həyətinə gələrək onunla polis işçilərindən şikayət etməməsi ilə bağlı söhbət etmələri müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində dindirilən Ramin Axundov, Şahid4 və Şahid8 tədqiq edilmiş dialoqlardakı səslərin onlara məxsusluğunu təsdiq etdiklərinə görə həmin məhkəmə tərkibinin bununla bağlı müvafiq ekspertizanın keçiriləməsinə lüzum olmamasına dair qə naəti əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya protestinin digər dəlillərindən biri kimi çıxış edən işgəncə faktının rədd edilməsi barədə prokurorluq orqanının nəticəsi ilə bağlı da öz mövqeyini bildirməyi zəruri hesab edir. Belə ki, Lənkəran rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 iyul 2022-ci il tarixli qərarından görünür ki, Ramin Axundovun şikayəti araşdırılmış, ona qarşı polis əməkdaşları tərəfindən işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftara, həmçinin fiziki zorakılıq hallarına yol verilməsi və 24 aprel 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsindən buraxılması müqabilində ondan 4000 manat pul alınması faktı öz təsdiqini tapmamış, bədəni üzərində olan xəsarətləri isə 19 may 2022-ci il tarixdə polis əməkdaşlarınd an qaçan zaman yıxılaraq alması müəyyən edilmişdir. Buna görə də 141C-22 nömrəli material üzrə CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, prokurorluq orqanı tərəfindən həmin məsələ ilə bağlı araşdırma aparılarkən Ramin Axundovun bədəni üzərində çoxsaylı xəsarətlərin olması qeyd edilmişdir. Lənkəran rayon prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilərkən təqsirləndirilən şəxsdə xəsarətlərin olması faktı inkar edilməmiş, lakin belə qənaətə gəlinmişdir ki, həmin xəsarətləri Ramin Axundov 19 may 2022-ci il tarixdə polis əməkdaşlarından qaçan zaman yıxılaraq almışdır. Məhkəmə-tibb ekspertizasının 20 may 2022-ci il tarixli, 444 saylı rəyində Ramin Axundovun bədəni üzərində olan xəsarətlərin bir gün əvvəl yıxılma nəticəsində əmələ gələ bilməsinin inkar olunmaması qeyd edilsə də, Ramin Axundov ibtidai istintaq aparılan zamandan hazırki vaxtadək vermiş olduğu bütün ifadələrində bildirmişdir ki, 19 may 2022ci il tarixdə saat 08 radələrində işə getdiyi zaman əməliyyatçılar, Aqil, Xəyal, Mehdi və Tural hücum edib, onu döyüb maşından aşağı salaraq yenidən regional şöbəyə aparmışlar. Orada da işgəncələrə və qeyri-insani rəftara məruz qaldığından məcbur qalıb etirafedici ifadələr vermişdir. O, döyüldüyü zaman gözünün içindən və bədənin müxtəlif nahiyələrindən xəsarətlər almışdır ki, bu xəsarətləri yıxılma nəticəsində ala bilməzdi. Həmçinin, həmin rəyin təsviri hissəsindən də görünür ki, Ramin Axundov ekspertizanın keçirilməsi zamanı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08 r adələrində polis əməkdaşları onu şübhəli şəxs qismində tutub polis şöbəsinə gətirmişlər, şikayəti ümumi bədən ağrılarındandır. Göründüyü kimi Ramin Axundov ekspertizadan keçirilən zaman bədən ağrılarından şikayət etsə də, bu xəsarətlərin yıxılaraq aldığını bildirməmiş, əksinə 20 may 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-dən buraxılandan sonra növbəti gün, yəni 21 may 2022-ci il tarixdə almış olduğu xəsarətlərlə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müracət etmiş və polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumat vermişdir. İşin mübahisəsiz olan bu halları Ramin Axundovun şübhəli şəxs qismində tutulduğu zaman yıxılaraq həmin xəsarətləri alması ilə bağlı istintaq orqanının gəldiyi nəticənin əsassız olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, Ramin Axundovun Baş Narkotikl ərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşları tərəfindən tutulan zaman və bundan sonra həmin Şöbədə saxlanılarkən onda xəsarətlərin yaranması da Ramin Axundovdan alınmış etirafedici məlumatların və digər istintaq hərəkəti protokollarının sübut əhəmiyyətini azaldır. Avropa İnsan Hüquqları Məhkəməsinin "Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmçinin Cinayət-Prosessu al Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmə kollegiyası xüsusilə vurğulamağı zəruri hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilmişdir ki, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İnsan hüquqlarının və X5 haqqında Avrop Konvensiyasının 3-cü maddə sində göstərilmişdir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsinin "Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, "...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə "əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi "Layicov Azərbaycana qarşı” iş üzrə Qərarında isə qeyd etmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmamasına fikir verilməlidir. Xüsusilə, ə rizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsişəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Ramin Axundovun şübhəli şəxs qismində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbədə ilkin təhqiqat zamanı verdiyi etirafedici ifadələr, habelə onun üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi zamanı verdiyi etirafedici xarakterli məlumatlar sübut kimi qəbul edilə bilməz və bu barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. X6 Məhkum 0,193 qram, Şahid7 isə 0,524 qram miqdarda psixotrop maddə olan metamfetamin satması ilə bağlı kassa siya protestinin dəlillərinə məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, X16 Rəhimova 10 manat pul müqabilində psixotrop maddə metamfetamin satması onların aralarında baş vermiş cinayət işinin materiallarında olan səs yazıları ilə və Məhkum ziddiyyətli ifadələri ilə təkzib edilir. Odur ki, aşağı instansiya məhkəmələri istintaq orqanı tərəfindən təqdim edilən bu sübutların X16 Rəhimova 10 manat pul müqabilində psixotrop maddə metamfetamin satması ilə bağlı ittihamın əsasını təkil edən mötəbər sübut kimi qəbul edilə bilməməsi barədə haqlı nəticəyə gəlmişlər. X6 Şahid7 0,524 qram miqdarda psixotrop maddə olan metamfetamin satması ilə bağlı istintaq orqanının irəli sürdüyü ittihama və həmin ittihamın əsaslı olması barədə kassasiya protestinin dəlillərinə gəldikdə isə bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin baş əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli raportdan görünür ki, Şahid7 narkotik vasitələrin və psixotrop maddələrin saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid7 narkotik vasitələri əldə etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid7 Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbənin əməkdaşları tərəfindən 19 iyul 2022-ci il tarixdə saat 21:15 radələrində Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən "Mandarin" əyləncə mərkəzinin yaxınlığında saxlanılmış və şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli protokol dan görünür ki, Şahid7 şübhəli şəxs kimi tutulmuş, üzərində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş və o, həmin metamfetamini təxminən 20-25 gün əvvəl Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan Ramindən Astara rayonu Telman kəndində yerləşən çayxanada olarkən özü istifadə etmək üçün 20 manat müqabilində aldığını bildirmişdir. İş materiallarında olan 20 iyul 2022-ci il tarixli, 19/806 nömrəli ekspert rəyindən görünür ki, Şahid7 təqdim etdiyi 1 ədəd bükümdə təmiz çəkisi 0,524 qram olan ağ rəngli, kristall formalı maddə metamfetamindir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şahid7 2022-ci il iyun ayının sonlarında Astara rayonunda ünvan 3 ünvanında yaşayan Ramin adlı şəxsdən 20 manat pul müqabilində bir ədəd b ükümdə təmiz çəkisi 0,524 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən ağ rəngli, kristall formada olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməyə, üzərində daşımaqla saxlamağa görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə məhkum edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Ramin Axundovu tanıyır, ondan bir dəfə öz istifadəsi üçün metamfetamin alan zaman tanış olmuşdur. Təxminən 2022-ci il iyun ayının sonlarında və ya 19 iyul 2022ci il tarixdə tutulmasından təxminən 5-6 gün əvvəl idarə etdiyi VAZ- 2106 markalı avtomobillə Astara rayonu Telman kəndində yerləşən çayxanaya getmişdir. Onun tanışları Həsən və Elçin adlı şəxslər də həmin çayxanaya gəlmişlər. Həsən Raminə və ya onun yanında olan Kənan adlı şəxsə zəng edərək narkotik barədə danışmışdır. Bundan sonra Raminlə Kənan çayxanaya gəlmişlər. Ramin özü ilə gətirdiyi metamfetamini Çayxanada kabinetlərdən birində oturub birlikdə istifadə etmişlər. Orada Raminlə münasibətləri yarandığından Raminlə birlikdə kabinetdən çölə çıxmışlar və həmin vaxt o, Raminə 20 manat pul verib öz istifadəsi üçün 0,5 qram metamfetamin almışdır. Dəqiq deyə bilər ki, Ramindən metamfetamini 2022-ci ilin iyun ayının axırlarında almışdır. Ramindən aldığı metamfetamindən bir dəfə istifadə etmiş, qalan hissəsini isə bir neçə gün müddətində şalvarının arxa cibində saxlamış, istifadə etməmişdir. 19 iyul 2022-ci il tarixdə polis işçiləri Lənkəran rayonu Gərmətük qəsəbəsində «Mandarin» istirahət mərkəzinin yaxınlığında on u saxlayanda Ramindən aldığı metamfetamin üzərində olmuş və aşkar edilərək götürülmüşdür. X13 isə birinci və apellyasiya instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, Şahid7 2021-ci ildə ümimi tanışlarının vasitəsi ilə tanımış, onunla bir dəfə telefon vasitəsi ilə danışmış və bir dəfə Astara rayonunda görüşmüşdür. Şahid7 ilə Astara rayonunda 2022-ci ildə yox, 2021-ci il tarixdə görüşmüş, lakin həmin vaxt narkotikdən istifadə etməmişlər və o, Ayilə psixotrop maddə metamfetamin satmamışdır. Ona verilmiş ittihamda göstərilmişdir ki, guya o, 2022-ci ilin iyun ayının sonlarında Astara rayonunda olmuş, orada Ayil ilə görüşməklə ona psixotrop maddə metamfetamin satmışdır. O isə 2022-ci il ərzində Astara rayonunda olmamışdır. Onun telefonunun anten dairəsi yoxlansa, həmin müddətdə Astara rayonunda olmaması təsdiq olunar. "xxxx" MMC-dən götürülmüş məlumatlar birinci instansiya məhkəməsində tədqiq edilən zaman müəyyən edilmişdir ki, Ramin Axundovun istifadəsində olmuş ********** və ********** telefon nömrələri ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə aparılan danışıqlar zamanı həmin telefon nömrələrinin anten dairələri Astara rayon ərazisində aşkar olunmamışdır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Ramin Axundovun 2022-ci ilin sonunda Astara rayon ərazisində olmaması, 2022-ci ilin iyun ayının sonlarında, Astara rayonunda 01 ədəd bükümdə, təmiz çəkisi 0, 524 qram psixotrop maddə metamfetamini Şahid7 satması ilə bağlı istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamın sübut əhəmiyyətini azaltmaqla, həmin ittihamın da şübhə altına alınmasına zəmin yaradır. Məhkəmə kollegiyasının qənaətinə görə Ramin Axundov Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin əməkdaşlarından mütəmadi olaraq dövlət orqanlarına şikayət edib 24 aprel 2022-ci il tarixdə həmin Şöbənin əməkdaşları tərəfindən tutulduqdan sonra sərbəst buraxılması müqabilində ailəsindən alınan 4500 manat pulun qaytarılmasını tələb etdiyi halda, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində və idarə etdiyi avtomobildə saxlaması, daşıması, o cümlədən həmin ərəfələrdə Məhkum 0,193 qram, Şahid7 isə 0,524 qram miqdarda psixotrop maddə olan metamfetamin satması inandırıcı görünmür. Şahid7 barəsində olan Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edil miş halların, yəni Şahid7 üzərindən aşkar edilmiş 0,524 qram psixotrop maddə metamfetamini Ramin adlı şəxsdən 20 manat pul müqabilində alması hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmamasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli hökmündə göstərilən mövqenin əsassız və Cinayət- Prosessual Məcəlləsinin 142.1 -ci maddəsinin tələblərinə zidd olmasına dair dövlət ittihamçısının kassasiya protestinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi vacib bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsi, - 63-cü maddəsinin İ hissəsində hər kəsin təqsirsizlik prezumpsiyası hüququnun olması, cinayəti n törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsirinin qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməmişdirsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılması, - 127-ci maddəsinin Vİİİ hissəsinə isə məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunmasına dair müddəalar təsbit edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 142.1 -ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarında xüsusi olaraq vurğulanmışdır ki, qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli ol ub-olmaması məsələsini əvvəlcədən həll edə bilər. Burada nəzərə almaq lazımdır ki, Konstitusiyanın 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Göstərilən konstitusiya müddəasının mənasına görə, cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalara riayət olunmadan heç kəs təqsirli sayıla bilməz. Həmin prosessual qaydaların vacib hissəsini təqsirləndirilən şəxsin sübutların tədqiq olunmasında iştirakına dair normalar təşkil edir. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlan ılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Bu baxımdan da Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarının nəticə hissəsində göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvv əyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1 -ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası Azərbaycan Respubli kasının Konstitusiyasının yuxarıda göstərilən müddəalarının tələbləri, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun 8 yanvar 2020-ci il tarixli Qərarına əsasən hesab edir ki, Şahid7 barəsində olan Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş halların, hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmamasına dair aşağı instansiya məhkəmələrinin qənaəti əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, X9 qarşı hələ bu iş üzrə ittiham irəli sürülməmişdən öncə o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinin yuxarıda qeyd edilən əməkdaşları tərəfindən haqsız yerə tutulması, azadlığa buraxılması müqabilində ailə üzvlərindən pul alınması, daha sonra isə həmin şəxslər tərəfindən qeyriinsani rəftara və işgəncəyə məruz qalması barədə dövlət orqanla rına şikayət etdiyindən, başqa sözlə Ramin Axundovun ittiham olunmasında qeyd edilən şahidlər maraqlı tərəf kimi çıxış etdiklərindən və onların ifadələrinin obyektivliyinə şübhələr olduğundan həmin şahidlərin ifadədəri sübut kimi qəbul edilə bilməməsi barədə məhkəmələrin qənaəti əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsi rliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən ittihamın əsası kimi təqdim edilmiş sübutlar Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının müəyyən etdiyi sübut standartlarına malik olmadığından, həmin sübutlar Ramin Axundovun təqsirini birbaşa təsdiq edən mötəbər dəlil kimi qiymətləndirilə bilməz. Bu baxımdan da apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşaraq hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Ramin Axundova ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət ve rmiş və düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittiham üzrə Ramin Axundovun təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət vermişdir. Belə ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət ha disəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanu nla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün h əmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası X9 ittiham irəli sürülməsi üçün əsas olmuş sübutların Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası m əhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət işinin materiallarında X9 qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılması üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Ramin Axundovun təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən ona CM-in 234.4.2 və 234.4.3cü maddələri ilə bəraət vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh ed ilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun y oxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı bir inin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın X6 CM-in 234.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərini n əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələni tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında X6 təqsirsiz olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təq sirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya protestinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1213/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1213/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver