Məhkəmə qərarları › İş №1(102)-1213/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1213/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1213/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və müdafiəçisi Vəliyev Ruslan Vahid oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-842/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şik ayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1996-cı il tarixdə Kürdəmir rayonu, Çərtəyəz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Çərtəyəz kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 08 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan “Bəhmən” adlı şəxs və digərləri ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi tamah niyyəti ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı əvvəlcədən ümumi razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan vaxta və şəraitdə 01 ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülü halında olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 105,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 s aylı qəsəbə ilə 4 saylı qəsəbə arasında olan dairəvi yol ayrıcından İmişli rayon Qızılkənd kəndi istiqamətində gedərkən dairəvi yol ayrıcından təxminən 25-30 metr irəlidə su kanalının üzərində olan körpünü keçdikdən sonra yolun sol tərəfindən 75-80 metr uzaqlıqda əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığında gizlədilib 01 dekabr 2022-ci il tarixdə bu barədə ona məlumat verildikdən sonra o, qəsdən satış məqsədi tamah niyyəti ilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq 01 dekabr 2022- ci il tarixdə qeyd olunan cinayət əməlinin törədilməsindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan Şahid5 etibarnamə ilə idarə etdiyi ağ rəngli “Mercedes Benz C180” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi kö çkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbə arasında olan dairəvi yol ayrıcından İmişli rayon Qızılkənd kəndi istiqamətində gedərkən dairəvi yol ayrıcından təxminən 25-30 metr irəlidə su kanalının üzərində olan körpünü keçdikdən sonra yolun sol tərəfində avtomobildən düşərək yolun sol tərəfindən 75-80 metr uzaqlıqda əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığında gizlədilmiş həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmək istəyən zaman Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanıldığından cinayət əməllərinin bilavasitə törədilməsinə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayəti törətməyə cəhd etmişdir. Daha sonra, 01 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində saxladığı yerdə, yəni Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbə arasında olan dairəvi yol ayrıcından İmişli rayon Qızılkənd kəndi istiqamətində gedərkən dairəvi yol ayrıcından təxminən 25-30 metr irəlidə su kanalının üzərində olan körpünü keçdikdən sonra yolun sol tərəfindən 75-80 metr uzaqlıqda əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığında gizlədilmiş Məhkum təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülü halında olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 105,0 qram olan çətənə (kannabis) bitkisindən kus tar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. 3. 28 avqust 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum sosial şəbəkdə tanış olduğu “Bəhmən” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək məqsədi ilə həmin şəxsin verdiyi bank kartına 150 manat pul köçürdükdən və sonuncunun şəxsi istehlak miqdarından artıq 105,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın Biləsuvar rayonun ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələr arasında olan dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfindəki əkin sahəsində quraşdırılmış elektrik dirəyinin yaxınlığında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 01 dekabr 2022-ci il tarixdə qeyd olunan cinayət əməlindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan Şahid5 idarə etdiyi “Mercedes Benz C180” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib elektrik dirəyinin yaxınlığında gizlədilmiş narkotik vasitəni əldə etmək istəyərkən, daxil olmuş məlumat əsasında 01 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri n əticəsində o, saxlanıldığından cinayət əməlinin bilavasitə törədilməsinə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayəti törətməyə cəhd etmiş, daha sonra Məhkum göstərdiyi yerə, yəni Biləsuvar rayonun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 və 4 saylı qəsəbələr arasında olan dairəvi yol ayrıcından İmişli rayonun Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfindəki əkin sahəsində quraşdırılmış elektrik dirəyinin ətrafına baxış keçirilərkən 01 ədəd qara rəngli sellofan torbada şəxsi istehlak miqdarından artıq - 105,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-689/2023 nömrəli, 19 dekabr 2023cü il tari xli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 06 (altı) ay 01 (bir) gün müddətin həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 01 (bir) il 02 (iki) gün müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə əlavə vəzifələrin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sü but, məhkəmə məsrəflər və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən, həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması əsası ilə hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 29,234.4.1-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-235/2024 nömrəli, 22 fevral 2024-cü il tar ixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-689/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-235/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1705/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-235/2024 nömrəli, 22 fevral 2024-cü i l tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-842/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-689/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 29,234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 06 (altı) ay 01 (bir) gün müddətin ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəza sından çıxılıb üzərində 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, birinci instansiya məhkəməsinin hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 06 (altı) ay 04 (dörd) gün hissəsinin Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesablanmaqla 03 (üç) ay 02 (iki) gün müddətin yeni hökmlə təyin edilmiş 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 noyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edimişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Kassasiya şikayətində məhkum heç bir dəlil irəli sürmədən ilk məhkumluğunu, gənc olmasını nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-842/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxı lması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiy ası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum verdiyi kassasiya şikayətində birinci instansiya məh kəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etməklə, faktiki olaraq əməlinin səhv tövsif edildiyini iddia etmiş və xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-842/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbay can Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edi lməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərin in pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə dair iddiasını əsassız hesab edir.

26. Belə ki, baxılan cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhk əməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin hökmü üzrə əməlin Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsinə tövsif edilməsi və həmin hökmün qüvvəsində saxlanılması barədə qəbul etdiyi qərar üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətinin əsassız olmasına münasibətdə qeyd etmişdir ki, heç yerdə işləməyən, həmçinin məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən narkomaniya xəstəliyindən əziyyət çəkməyən Məhkum İran vətəndaşı Bəhman adlı şəxslə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar uzun müddətli danışıqlarının olması, Məhkum istifadəsində olmuş mobil telefon nömrələrinə narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı daxil olan və çıxa n yazışmaların, şəkil və koordinatın olması, Zümrad Orucov və digər şahidlərin onu ifşa edən məlumatların verməsi kimi obyektiv halların mövcudluğuna baxmayaraq, birinci və apellyasiya instansiyası məhkəmələri həmin obyektiv halların ziddinə olan Məhkum narkotik vasitəni satış məqsədi olmadan əldə etməyə cəhd etməsi haqqında məhkəmədə verdiyi ifadəsi ilə qane olmuşlar, narkotik vasitələrin aludəçisi olmayan Məhkum istehlak miqdarı narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı nə məqsədlə əldə etməyə cəhd etməsi səbəblərini araşdırmamışlar. Bununla da məhkəmələr keyfiyyətsiz və natamam araşdırma aparmaqla Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda ə ldə etməsi, saxlaması və daşımasına cəhd etməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişlər, iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə tədqiq və təhlil etməmişlər, məhkuma elan olunmuş ittiham üzrə müəyyən edilmiş halların inkar edilməsi üçün toplanmış sübutların fərqli şəkildə qiymətləndirmişlər, yekunda kifayət qədər inandırıcı səbəblər gətirmədən Məhkum Azərbaycan Respublikası CM-nin 29,234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamı qəbul etməmişlər.

27. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən hökmü kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, baxılan kassasiya şikayətində qaldırılan məsələlərə həmin m əhkəmə aktında müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir.

28. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya müraciəti üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmünün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tar ixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

30. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

31. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

32. Yuxarıda təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yeni apellyasiya baxışı dövründə məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

33. Qeyd olunanlar a pellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-842/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-8 42/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar