Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1214/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3. 2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.M.Ağalarov, hakimlər Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) xx xxxx 1983-cü ildə Cəbrayıl rayonunun Dağtumas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Dağtumas kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər i törətməkdə təqsirli bilinib CM-nin 178.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə, CM-nin 320.1-ci maddəsi ilə 01 il müddətə, CM-nin 320.2-ci maddəsi ilə 06 ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, dostu Təqsirləndirilən şəxs və tanışı şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum digər şəxslə qabaqcaqdan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək Şahid1 məxsus Bakı şəhəri, Xəz ər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,2433 ha ərazisi olan 878 saylı bağ evinə dair saxta sənəd hazırlayıb həmin sənədlərdən istifadə etməklə başqa şəxsə satıb özgənin külli miqdarda pulunu aldatma yolu ilə ələ keçirtmək məqsədilə əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum şəxs tərəfindən qeyd olunan əmlakla bağlı Təqsirləndirilən şəxs hüquq verən məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə guya Bakı şəhəri 18 saylı notariat kontorunda 24.07.2016-cı il tarixli 7E-23177 nömrəli reyestrdə qeydiyyatdan keçmiş saxta baş etibarnaməni 2017-ci ilin əvvəllərində istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlanmasını təmin edib həmin saxta sənəddən istifadə etməklə Şahid1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən 14 mart 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı əldə etmiş, şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum şəxs tərəfindən 2017-ci ilin əvvəllərində təkrarən istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlanmış həmin əmlakın alqı-satqı müqaviləsinin rəsmiləşdiriiməsində Təqsirləndirilən şəxs iştirakı üçün hüquq verən güya Türkiyə Respublikası İstanbul şəhəri, Qaziosmanpaşa 6 saylı Notariat kantorunun notariusu X11 tərəfindən təsdiq edilmiş 18799 qeydiyyat nömrəli 30.01.2017-ci il tarixli saxta etibarnaməni, habelə Şahid1 guya subay olmasını göstərən saxta şə xsiyyət vəsiqəsinin rəngli foto surətinin qanunsuz hazırlanmasını təmin edərək qeyd olunan saxta sənədlərdən istifadə etməklə əmlakın Təqsirləndirilən şəxs məxsus olmasını Zərərçəkmiş şəxs1 inandırmaqla sonuncuya 100.000 manata satacağını bildirmiş, bunun üçün ondan cinayətdən xəbərsiz olan qardaşı Şahid2vasitəsilə 22.03.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşadığı evin həyətində 40000 manat, 03.04.2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon ərazində yerləşən «xxxx» ASC-nin 3 saylı şöbəsində 30000 manat, cəmi 70.000 manat almaqla Bakı şəhəri 43 saylı notariat kantorunda AN-İ seriyalı ******* nömrəli 03.04.2017-ci il tarixli qanunsuz alqı-satqı müqaviləsinin bağlanmasının təşkil etmiş, sonradan Zərərçəkmiş şəxs1 aldanıldığını başa düşdüyündən, qalan 30.000 manat məblə ğində pulu iradəsindən asılı olmayan səbəblərə görə ələ keçirməyə nail olmayaraq, Zərərçəkmiş şəxs1 külli miqdarda, 70.000 manat əmlakını aldatma yolu ilə ələ keçirib Təqsirləndirilən şəxs və digər şoxslə aralarında bölməklə dələduzluq etmişdir. Bundan başqa o, dostu Təqsirləndirilən şəxs və tanışı şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum olan şəxs ilə qabaqcaqdan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək Şahid8 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,2477 ha. ərazisi olan 48 saylı bağ evinə dair saxta sənəd hazırlayıb həmin sənədlərdən istifadə etməklə başqa şəxsə satıb özgənin külli miqdarda pulunu aldatma yolu ilə ələ keçirtmək məqsədilə əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə və ümimi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü şə xsiyyəti istintaq orqanı və məhkəməyə məlum olan şəxs tərəfindən qeyd olunan əmlakla bağlı guya Bakı şəhəri 7 saylı Notariat kontorunda 05.10.2006-cı il tarixdə verilmiş 14618 reyestr nömrəli baş etibarnamə əsasında sonuncu vasitəsilə Təqsirləndirilən şəxs 120000 manata satılması barədə mövcud olmayan 21.04.2017-ci il tarixli, AN-İ 081718 nömrəli saxta alqı-satqı müqaviləsini 2017-ci ilin əvvəllərində istintaqa məlum olmayan şəraitdə hazırlanmasını təmin edib biləbilə həmin saxta sənəddən istifadə etməklə Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********44 reyestr nömrəli 27.04.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmiş, hə min əmlakın Təqsirləndirilən şəxs məxsus olmasını Zərərçəkmiş şəxs2 inandırmaqla ona 135.000 manata satacağını bildirmiş, bunun üçün ondan 2017-ci ilin aprel ayında Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1000 manat, elə həmin ayda Bakı şəhəri «Sahil» metrostansiyasının yaxınlığında 5000 manat, 09.08.2017-ci il tarixdə isə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «xxxx» ASC-nin «Dostluq» filialında 129000 manat, cəmi 135.000 manat almaqla Bakı şəhəri 21 saylı notariat kantorunda AN-İ seriyalı ******* nömrəli 09.08.2017-ci il tarixli qanunsuz alqı-satqı müqaviləsinin bağlanmasını təşkil edərək Zərərçəkmiş şəxs2 külli miqdarda, 135.000 manat məbləğində əmlakını aldatma yolu ələ keçirib Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaq orqanı və məhkəməyə məlum şəxslə arala rında bölməklə dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Bayramov Əmir Novruz oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 05 mart 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qərardan Məhkum müdafiəçisi L.X.Şəmmədova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Kərimov Fərhad Abdulkərim oğlu, hakimlər Rzayeva Gülzar Lətif qızı və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tə rkibdə) 27 may 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 kassasiya şikayəti verərək Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə münasibətdə barəsində həmin Məcəllənin 70.1-ci maddəsi tətbiq edilərək şərti məhkum etmənin tətbiq edilməsi və ya CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə, ona daha yüngül cəza növü təyin edilməsi, habelə təqsirli bilindiyi CM-nin 320.1 və 320.2-ci maddələri ilə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona azadlıqdan məhrum etmə ilə ba ğlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən, ona dəymiş ziyan 70.000 manat və digər Zərərçəkmiş şəxs2 dəymiş ziyan 135.000 manat Məhkum tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında onlar - zərərçəkmiş şəxslər ərizə verərək iş üzrə vurulmuş ziyanın tam ödənildiyini, Məhkum qarşı şikayət və tələblərinin olmadığını, onunla barışdıqlarını göstərib, Məhkum himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişlər. Lakin, birinci instansiya məhkəməsi tərəfindən bu hallar və işin digər halları nəzərə alınmamış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən baxılarkən, o və digər Zərərçəkmiş şəxs2 məhkəmə kollegiyasına ərizə verərək, iş üzrə onlara vurulmuş ziyanın tam ödənildiyini, Məhkum qarşı şikayət və tələblərinin olmadığını, onunla barışdıqlarını göstərib, Məhkum apellyasiya şikayətinin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı ilə Məhkum apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2018- ci il tarixli hökmü Məhkum aid hissədə və onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci inst ansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən Məhkum barəsində ədalətli qərar qəbul edilməmişdir. Belə ki, Məhkum tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi və onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, ona qarşı şikayətin iddia və tələbin olmaması artıq onun islah olunduğuna dəlalət edən əsas amillərdir. Onun ailəli olması, hinayəsində bir azyaşlı uşağının olması onun barəsində daha mütərəqqi qərarın qəbul edilməsinə əsas verir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2019-cu il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə münasibətdə həmin Məcəllənin 70.1-ci maddəsi tətbiq edilərək şərti məhkum etmə tətbiq edilməsi və ya CM-ni n 62.1-ci maddəsi tətbiq edilməklə, ona daha yüngül cəza növü təyin edilməsi, habelə təqsirli bilindiyi CM-nin 320.1 və 320.2-ci maddələri ilə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı isə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bunlara dair apellya siya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bununla bağlı aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası Məhkum apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: iş üzrə məhkumların özlərinin ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdikləri etiraf ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Məhkum qeyd edilən əməllərinin Azərbaycan Respublikası Cinayəl Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələri ilə tövsif edilməli olması barədə düzgün qanuni və əsaslı nəticəyə gəlmişdir, bu hal verilmiş apellyasiya şikayətində və hazırda apellyasiya baxışında da mübahisələndirilmir. Məhkəmə kollegiyası, Məhkum təyin edilmiş cəza məsələsini də müzakirə edərək, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə onun apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasəı cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və icti mai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayəti xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cin ayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Məhkum əvvəllər məhkum olunmamışdır (cild 3, i.v 8). İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrində görünür ki, onlara dəymiş zivan tam ödənilmişdir. Məhkum qarşı şikayət və tələbləri yoxdur (cild 3, i.v 6, cild 5, i.v 196 və məhkəmə icl as protokolu). İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs Məhkum himayəsində 19 avqust 2010-cu ildə doğulmuşbir azyaşlı uşağı vardır (cild 2, i.v 113). İşdə olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş sənəddən görünür ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair başqa cinayət işi də vardır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm m əhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkum apellyasiya şikayətində ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahis etmişdir ki, məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə qeyd edir ki, əvvəla Məhkum təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə ilə əlaqədar o lmayan cəza nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 178.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxsin cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilməsi nəzərdə tutulmuşdur ki, hazırda həmin maddənin tətbiq edilməsi üçün əsas, yəni vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş edilməsi halı mövcud olmadığından, onun barəsində Cinayət Məcəlləsinin 73-1.3cü maddəsi tətbiq edilə bilməz, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində şərti məhkum etmə və Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hallar mövcud o lduğu halda müvafiq maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsi institutları mövcuddur ki, Məhkum törətdiyi cinayətin xarakteri və ağırlığı onun real cəza çəkmədən islah olunmasını, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini, eləcə də ona təqsirli bilinib məhkum olunduğu maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsini istisna edir. Məhkəmə kollegiyası Məhkum apellyasiya şikayətinə münasibətdə, həmçinin qeyd edir ki, onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və himayəsində bir azyaşlı uşağının olması onun qeyd-şərtsiz azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi üçün əsas deyil və həmin hallar cinayət qanunvericliyində cəzanı yüngülləşdirən hallar kimi mü əyyən edilmişdir ki, həmin hallar da mübahisələndirilən hökmlə ona cəza təyin edilərkən kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmaması düzgün və kifayət qədər nəzərə alınmaqla, ona mübahisələndirilən hökmlə təqsirli bilinib mə hkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələrinin sanksiyalarının minumum həddinə yaxın, eləcə cinayətlərin məcmusu üzrə qəti olaraq cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkum azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi üçün işdə, eləcə də hazırda apellyasiya baxışı zamanı hər hansı bir yeni hal və mötəbər əsas müəyyən olunmadı. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Məhkum apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələri ilə məhkum olunmalarına dair 01 noyabr 2018-ci il tarixli hökmü Məhkum aid hissədə qanuni və əsaslı olduğundan onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi cəza təyini məsələsi üzrə özünün iş üzrə mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe (nəticə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Zərərçəkmiş şəxsin şikayətdə Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəzanın təyin edilməli, barəsində CM-nin 70.1ci maddəsinin tətbiq edilməli olduğuna dair göstərilənlərlə əlaqədar qeyd olunmalıdır ki, ona təyin edilmiş cəzadan daha yüngül cəzanın müəyyən edilməsi məsələsinə kassasiya instansiyası məhkəməsində Məhkum özünün kassasiya şikayətinə əsasən baxılmış və həmin şikayətə baxmış məhkəmə kollegiyası bu məsələlərə münasibətini bildirmiş, məhkumun kassasiya şikayətinin bunlara dair dəlilləri ilə razılaşmadığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni də əsaslandırmışdır. Məhkəmə kollegiyasının 27 may 2019-cu il tarixli həmin qərarında göstərilmişdir ki, “... “... Kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədədir. Aşağıdakı hüquqi əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassızdır. Hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, ilk məhkumluğunu, himayəsində bir azyaşlı uşağının olmasını cəazanı yüngüllşdirən hallar kimi nəzərə almış cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəazanı yüngüllşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu qanunu hazırkı işə tətbiq etdikdə müəyyən edilir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü, azadlıqdan məhrum etmə cəzasının son həddinin (10 il) dörddə üçündən (7 il 6 ay) artıq olmayan (5 il 6 ay) cəza təyin edilmişdir. Eləcə də CM-nin 320.1- ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar tutulmuş daha ciddi cəza növü, azadlıqdan məhrum etmə cəzasının son həddinin (2 il və 1il) dörddə üçündən (1 il 6 ay və 9 ay) artıq olmayan cəzalar təyin edilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Beləliklə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası göstərilən cəazanı yüngüllşdirən hallar nəzərə alınmaqla təyin edilə bilən azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərdən də aşağıdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti cəza təyin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Məhkəmə n əzərə almışdır ki, Bakı şəhər Sabunçu rayon Pİdən daxil olmuş məktubda göstərilmişdir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başqa cinayət işinin istintaqı aparılır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsaəsn islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər Cinayət işinin materiallarında olan sübutların məcmusunu və məhkum barəsində məhkəməyə daxil olmuş rəsmi məlumatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq onun cəza çəkmədən islah olunacağın ı mümkün hesab etməmişdir...”. Göründüyü kimi, kassasiya instansiya məhkəməsi yuxarıda göstərilən qərarda Məhkum cəzasının endirilməsinə, ona daha yüngül cəza təyin edilməsinə, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinin tətbiq olunmasına əsasların olmadığı qənaətinə gəlmiş, özünün bu mövqeyini qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Zərərçəkmiş şəxsin kassasiya şikayətində isə Məhkum kassasiya şikayətinə baxmış məhkəmə kollegiyasının nəzərə aldığı dəlillərdən fərqli hal və dəlil göstərilməmişdir ki, ona təyin edilmiş cəzadan yüngül cəza təyin olunmasına əsas versin. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəz anı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayəti ndə göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Kassasiya şikayətlərində həmçinin Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül c əza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, iş üzrə belə hallar və ya Məhkum törətdiyi cinayətlərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətlərində də belə hallara istinad edilməmişdir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas versin. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-ni n 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1214/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1214/2019
27.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver