Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1214/2024 24.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə, xx xxx 1984-cü ildə Masallı rayonu, Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, X müvəqqəti yaşayan, Məhkum Azərbaycan Respublika sının Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-cü il tarixli, 1(106)-273/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 1(018)-12/2022 nömrəli hökmü (sədrlik edən hakim Z.İbrahimov) ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə 02 il müddətə, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə 02 il müddətə, CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 12 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-cü il tarixli qərarı ilə, (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), K.S.Bəşirov və M.Ə.Bağırov) müdafiəçinin apellyasiya şikayəti qi smən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsi barədə Astara Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 1(018)-12/2022 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Məhkum vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə əsas cəzası 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə əsas cəzası 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılmasıqəti qəti cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 12 yanvar 2022-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək olan 02 ay 23 gün həbs müddəti həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə azadlıqdan məhrum etmə cəzası 05 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib təyin edilmiş cəzadan çıxılmaqla Məhkum üzərində 03 (üç) il 06 ay 07 gün müd dətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməlində CM-in 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. İş kassasiya instansiya məhkəməsində baxılarkən Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı məhkumun və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxar ıda qeyd olunan tələblərini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-cü il tarixli, 1(106)-273/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1214/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1214/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver