Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1214/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 4 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 4 iyun 2024-cü il tarixli 1(056)-110/2024 nömrəli (hakim: Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi) hökmü ilə xx.xx.1978-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsinə əsasən 2 il 3 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzası başa çatmamış, xxx qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəll əsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla, üzərində 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Məhkum Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-83/2022 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş 10 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 5 ay 3 gün azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməsi və üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 24 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Məhkum narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli 1(106)-655/2024 nömrəli (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 4 iyun 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Sabirabad Rayon Məhkəməsinin 4 iyun 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasi tə - qurudulmuş marixuana əldə edib saxlamış, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamışdır. Belə ki, Məhkum 24 yanvar 2024-cü il tarixdə saat 15:38 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabirabad şəhəri E.Qasımov küçəsində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında həmin tarixdə saat 18:15 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə 37,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin tarixdə saat 20:15 dəqiqədə əməliyyat-ax tarış tədbirlərinin davamı olaraq Məhkum yaşadığı evə baxış keçirilən zaman, evin yataq otağındakı paltar rəflərinin arxa tərəfində ağ rəngli sellofan torba içərisində bir ədəd çaxmağında KE-1295№-si olan 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı olan AKM modelli yivli avtomat silahı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olmaqla 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağı və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62x39 mm. kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların atəş üçün yararlı olan 11 ədəd döyüş sursatı hesab edilən ştat patronları aşkar olunaraq götürülmü şdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, buna görə də Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarı ləğv olunmalı və iş yeni apellyasiya baxışın təyin edilməldir. Belə ki, Məhkum sonuncu dəfə məhkum edilməsinə və cəzasını çəkib qurtarmamasına baxmayaraq yenidən hazırkı cinayəti törətmişdir ki, bu isə ona təyin edilmiş hazırkı cəzanın yüngül olmasına və ona islah təsirinin yetərli olmaması qənaətinə gəlməyə kifayət qədər əsas yaradır. Məhkum ona verilən yüngül cəzalarla islah olunmamış, hətta cəza çəkdiyi dövrd ə belə qəsdən 2 müxtəlif maddə ilə cinayət əməlləri törətmişdir. Barəsində təyin edilmiş cəzalar onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə, vurulmuş zərərin həcminə, baş vermiş nəticələrin ağırlığına, təqsirkarın şəxsiyyətini xarakterizə edən hallardır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya pr otestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahi yyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarı məhkuma cəza təyin edilməsi hissəsində ləğv edilməli və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmə lidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə etmə, saxlama, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiy i nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarı n şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilər kən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdir ən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulm uş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Məhkum Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il ta rixli 1(056)-83/2022 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, onun həbs olunduğu xx.xx.2024-cü il tarixə üzərində 10 ay 6 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Yəni, Məhkum qeyd olunan sonuncu hökm üzrə cəza çəkdiyi dövrdə yenidən həm CM-in 234.1, eləcə də CM-in 228.1-ci maddələri ilə yenidən qəsdən cinayət əməlləri törətmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin məhkuma təyin olunmuş cəzanın yüngül olması, cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması ilə bağlı dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası “məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan c əza təyin etməsi” kimi, yuxarıda qeyd olunan apellyasiya icraatına aid müddəalardan müəyyən qədər fərqli məzmunda təsbit edilmişdir. Lakin, fərqli məzmunda olmalarına baxmayaraq, kassasiya instansiyası məhkəməsində sözügedən məsələyə baxılarkən də qeyd olunan normalar bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməli və məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran halların nəzərə alınmamasında ifadə olunan aşağı instansiya məhkəmələrinin yol verdikləri pozuntu mühüm əhəmiyyətli olmaqla cəzanın “açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır cəza kimi qiymətləndirilməsi üçün əsas yaratmalıdır. Çünki, məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə və məhz belə ol duqda, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin pozulması, CPM-in 8.0.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifəsinin lazımınca yerinə yetirilməməsi haqqında mühakimə yürütmək və bunun nəticəsi olaraq (kassasiya müraciətində məhkumun vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda) apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və apellyasiya baxışının təkrarlanması üçün işin həmin instansiyaya qaytarılmasına bəraət qazandırmaq olar. Kassasiya məhkəməsində məhz belə (fundamental) xarakterli pozuntuların müəyyən edilməsinin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi nəzərdən keçirilməsi kassasiya icraatının xüsusiyyətlərindən irəli gəlir. Belə ki, CPM-in 407.2, 408.1, 419.11-ci maddələri nə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxaraq, ancaq hüquq məsələləri üzrə cinayət, cinayət-prosessual qanunların tətbiqinin düzgünlüyünü yoxlayır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda - fundamental pozuntuları aradan qaldırmaq üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların tələblərindən çıxış edərək kassasiya protestinə mahiyyəti üzrə baxaraq hesab edir ki, baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını apellyasiya məhkəməsi dəyişdirmədən qüvvədə saxlayarkən göstərilən cinayət-hüquqi normalarına əməl etməmiş, o cümlədən məhkum edilmiş şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, törədilmə hallarını düzgün qiymətləndirməmişdir. Aydın məsələdir ki, CM-in 18-ci maddəsinə əsasən şəxsin daha əvvəllər törətdiyi eyni cinsli əməllərə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi bütün hüquqi nəticələri aradan qaldırır. Lakin nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayətlər törətdiyinə görə təqsirli bilinmiş, faktiki cəza çəkdiyi müddət ərzində yenidən həm CM-in 234.1 və CM-in 228.1-ci maddəsi ilə qəsdən cinayət törətməsi onun islah olunmadığı qənaəti nə gəlməyə əsas verir. Yəni, təqsirləndirilən şəxs Məhkum əvvəllər məhkum olunması, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən həmin hal cəzasını ağırlaşıdıran hal kimi (CM-in 61-ci maddəsinə əsasən) nəzərə alınmasa da, mövcud vəziyyətdə təkrar cinayət törətməsi onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunan halı təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin onun cinayət törədərkən və ondan sonrakı davranışını səciyyələndirən hal kimi qiymətləndirir və hesab edir ki, bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbəd ə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.”. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə məhkəmə tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələbləri nəzərə alınmamış, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin cəza çəkmə müddətində baş verməsi, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, sosial ədalətin bərpa edilməsini, məhkumun islah edilməsini və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını ümumən cəzanın məqsədini təmin etməyən cəza tətbiq edilmişdir Bu xüsusatların fonunda məhkəmələrin Məhkum törətdiyi cinayət əməllərindən peşman olmasını, əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmələri və işin hallarına görə əvvəllər də eyni xarakterli cinayətlər törətdiyinə görə məhkum olunmuş, cəza çəkdiyi müddət ərzində yenidən cinayət törətmiş Məhkum təqsirli bilindiyi maddələr üzrə qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmələri Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə uzlaşan nəticə kimi qiymətləndirilə bilməz. Cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yenidən təftiş olunması zama nı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsinin qeyd olunanları nəzərə almadan məhkəmə tərəfindən müəyyən edilmiş yüngülləşdirici halları təkrarlamaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşması onu göstərir ki, bu qaydada, yəni Azərbaycan Respublikası CM-in 8, 58.3-ci maddələrində göstərilən cəzanın müəyyən edilməsinə, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarların şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə qəti olaraq təy in edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın cəza təyini hissəsində ləğv edilməsini və apellyasiya baxışının məhkuma cəza təyin edilməsi hissəsində yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 4 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 avqust 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən cəza təyini hissəsində ləğv edilsin və cinayət işi həmin hiss ədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1214/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1214/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver